Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə55/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   51   52   53   54   55   56   57   58   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



112

tarixən dilimizdə olmuş, hazırda isə ədəbi dilimizdə işlənməsə də Azərbaycan dilinin dialektlərində 

hələ də işlənməkdədir. Deməli, biz dialektləri öyrənməklə dilin tarixi fonetikasını da öyrənir, eyni 

zamanda bu ərazilərdə tarixən baş verən prosesləri izləyə bilirik. Dialekt tədqiqatlarının 

aparılmasında dilçilikdə nisbətən cavan sahələrdən olan “dilçilik coğrafiyası” və “areal dilçilik” 

metodlarından geniş istifadə olunur. Bu metodlar son dövrlər dilçilikdə geniş istifadə olunmağa 

başlanmışdır. “Dilçilik coğrafiyası dil hadisələrinin yayılma sərhədlərini öyrənən elmdir; daha 

doğrusu, dilçilik coğrafiyası ümumi mənada dil (istər yazılı, istərsə şifahi) hadisələrini deyil, onların 

coğrafi yayılmasını öyrənir. Buna görə də dilçilik coğrafiyasına belə bir tərif verə bilərik: xalq 

ləhcələrinin kartoqrafik tədqiqi ilə məşğul olan dilçilik sahəsinə dilçilik coğrafiyası deyilir. Dilçilik 

coğrafiyası dialektlərlə məşğul olduğu üçün bəzi mütəxəssislər onu dialekt coğrafiyası da 

adlandırırlar. Göründüyü kimi, dilçilik coğrafiyasının əsas vəzifəsi dil hadisələrinin məkanca 

yerləşməsini öyrənmək və bunlardan hasil olan, təzahür edən problemləri həll etməkdir” (2, s.296). 

Dialekt fonetikasının tədqiqi tarixi təxminən dialekt və şivə materiallarının toplanması və 

öyrənilməsi tarixi ilə üst-üstə düşür. İlk fonetik tədqiqatların özü də məhz dialekt fərqləri ilə bağlı 

yaranmışdır. Azərbaycan dialektlərinin tədqiqinə isə XVIII əsrin ikinci yarısından başlanmışdır. Bu 

sahədə hələlik ilk tədqiqatçı alman İ.A.Güldenşted hesab olunur. O, 1770-ci ildə Qafqazda olarkən 

türkdilli xalqların dillərinə aid zəngin material toplamış və Berlinə qayıtdıqdan sonra “Материалы 

по азербайджанскому, ногайскому, кумыкскому, тереkeменскому (трухменскому) языкам и 

первая классификация кавказских языков” (Berlin, 1973) monoqrafiyasını çap etdirmişdir. 

Ümumiyyətlə, həmin dövrdə Qafqazda Azərbaycan dilinin ümumi ünsiyyət vasitəsi olması barədə 

xeyli məlumat vardır. Bu mənada hələ o zaman Azərbaycan dilinin dialektlərinə marağın olması 

təsadüfi deyildir. Türk dillərinin fonetik tədqiqatlarından danışarkən isə, heç şübhəsiz, 

M.Kaşğarinin adını çəkmək lazımdır. M.Kaşğari türk dillərinin yenicə fərqlənməyə başlayan 

qollarının fonetik xüsusiyyətlərini olduqca böyük incəliklə verə bilmişdir (Bax: 3). 

Mirzə Kazım bəy də “Türk tatar dilinin ümumi qrammatikası” kitabında Azərbaycan dili ilə 

digər türk dillərinin fonetik oxşarlıqlarını və fərqlərini vermişdir. (Bax: 4).  

 

Azərbaycanda dialekt və şivələrin hərtərəfli öyrənilməsinə keçən əsrin 20-ci illərindən 



başlanılmışdır. Belə ki, Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyəti daxilində tarix – etnoqrafiya 

şöbəsi yaradılmış, bu şöbəyə görkəmli yazıçı-dramaturq Ə.B.Haqverdiyev rəhbərlik etmişdir. Məhz 

onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda ümumxalq dilinin öyrənilməsinə başlanılıb. Bu işə, 

demək olar ki, Azərbaycan ziyalılarının əksəriyyəti qoşulur. Nəzərdə tutulan 30 cildlik ümumxalq 

danışıq dilinə aid lüğətin – baş söz kimi “A” və “B” hərflərindən ibarət iki cildi 1930-1931-ci 

illərdə nəşr olunur və naməlum səbəblərə görə bu iş dayandırılır. Bu hadisədən sonra İ.Aşmarin 

“Общий обзор народных тюркских говоров города Нухи” tədqiqat əsərini yazır. Bu əsərdə Şəki 

(Nuxa) dialektinin fonetik xüsusiyyətlərinə də xüsusi yer verilir. Bu illərdə Azərbaycan dili dialekt 

və şivələrinin öyrənilməsinə və tədqiq edilməsinə maraq artır. “Azərbaycanı Tədqiq və Tətəbbö 

Cəmiyyətin tapşırığı ilə N.İ.Aşmarinin hazırladığı proqram və göstərişlər əsasında başqa şivələrin 

də öyrənilməsi başlanır. Bu məsul vəzifə o zaman görkəmli türkoloq B.Çobanzadəyə həvalə olunur. 

Onun 1927-ci ildə nəşr etdirdiyi “Türk-tatar dialektologiyası” əsəri Azəbaycan dilçiliyində bu 

sahəyə həsr olunmuş ilklərdən biri sayılır. Müəllif bu əsərdə türk dillərinin dialektlərini müqayisəli 

planda tədqiq edir. O həm də ilk dəfə olaraq dialekt və dialektologiya, türk dialektologiyası elminin 

tarixi, türk dillərinin qarşılıqlı münasibəti məsələlərini xüsusi araşdıraraq türk-tatar şivələrini qeyd 

etmiş və bu sahəyə aid əsas tədqiqatları işıqlandırmışdır. O zamana qədər Azərbaycan şivələri tam 

öyrənilmədiyindən müəllif türk dillərini bütöv şəkildə götürmüşdür” (5, s.24).  

Dialektologiya elminin Azərbaycanda tədqiqat tarixini bir neçə yerə bölmək olar: 1. Sovet 

dövrünə qədərki dövr; 2. Sovet dövrü; 3. Müstəqillik dövrü. Bu mənada sovet dövrü dialektoloji 

araşdırmalar üçün xüsusi mərhələ sayıla bilər.   

M.Şirəliyev Azərbaycan dialekt və şivələrinin öyrənilməsinin daha səmərəli olması üçün üç 

istiqaməti əsas saymışdır: 

1. Azərbaycan dili dialekt və şivələrinin monoqrafik tədqiqi.  

2. Azərbaycan dili dialekt və şivələrinin dilçilik coğrafiyası əsasında öyrənilməsi.  

3. Dialekt və şivələrin lüğətin qeydə alınması və sistemə salınması və nəşri (6, s.19).  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



113

Şübhəsiz, üçüncü istiqamət nəzərə alınmazsa dialekt fonetikasının tədqiqində də eyni 

metodlardan istifadə edilir. Lakin lüğətlər hazırlananda da fonetik xüsusiyyətlər nəzərə alınmalıdır. 

Eyni zamanda nəzərə alınmalıdır ki, dialekt tədqiqatları, əsasən, fonetik istiqamətdə aparılır. Dialekt 

faktlarının toplanması ilə bağlı aparılan tədqiqatlar və ekspedisiyalar da ilk vaxtlar fonetik və leksik 

faktların aşkarlanması istiqamətində aparılmışdır.  

SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yarandıqdan sonra təşkil edilən ekspedisiya-

lar zamanı 1933-cü ildə Şamaxı, 1934-cü ildə Quba dialektləri, 1935-ci ildə isə Zaqatala və Qax 

şivələri araşdırmışdır. Akademiya nəzdində Dilçilik İnstitutu yarandıqdan sonra isə bu iş davam 

etdirilmiş və 1945-ci ildə Zaqatala-Qax, 1946-cı ildə Sabirabad, 1947-ci ildə Şirvan, 1948-ci ildə 

Salyan, 1949-cu ildə Biləsuvar, 1950-ci ildə Culfa, Ordubad, 1951-ci ildə Noraşen (Şərur), 1953-cü 

ildə Şahbuz, 1954-cü ildə Naxçıvan, 1956-cı ildə Ağstava, 1957-ci ildə Tovuz, Qazax, 1958-ci ildə 

Borçalı bölgələrinə dialektoloji ekspedisiyalar təşkil etmişdir. Bu işdə M.Şirəliyevin rəhbərliyi ilə 

R.Rüstəmov, K.Ramazanov və başqa dilçilər iştirak etmişlər (1, s.16-17). 

Azərbaycan dilalektlərinin monoqrafik tədqiqatında ekspedisiyaların uğurlu nəticəsi kimi 

dialektlərin fərdi tədqiqatı da həyata keçirilmişdir. Bu sahəyə ilk dəfə olaraq M.Şirəliyev 1941-ci 

ildə “Bakı dialekti” adlı namizədlik dissertasiyası başlamış bu əsərə görə müəllifə birbaşa filologiya 

elmləri doktoru alimlik dərəcəsi vermişdir. Keçmiş SSRİ məkanındakı türkdilli respublikalarda bu 

hadisə geniş rezonans doğurmuşdur. 1942-ci ildə isə alimin iki hissədən ibarət yazdığı “Azərbaycan 

dialektologiyası” əsərinin birinci hissəsi nəşr olunmuşdur. Tədqiqatın “Qazax dialekti haqqında 

ümumi obzor” adı altında olan ikinci hissəsi isə 1943-cü ildə çapdan çıxmışdır.  

Sonralar M.Şirəliyev öz tədqiqatlarını ümumiləşdirərək “Azərbaycan dialektologiyasının 

əsasları” adı ilə çap etdirmişdir və əsər dəfələrlə nəşr olunmuşdur. Əsər haqqında danışarkən 

Q.Kazımov yazır: “Geniş elmi qüvvələrin topladığı materiallar əsasında 1962-ci ildə 

M.Ş.Şirəliyevin ümumiləşdirici “Azərbaycan dialektologiyasının əsasları” kitabı nəşr olunur. Bu 

kitab M.Şirəliyevin 20 ildən artıq müddətdə apardığı tədqiq və araşdırmaların nəticəsi idi və 

Azərbaycan dili dialekt və şivələrinin fonetik, leksik, qrammatik xüsusiyyətlərini bütövlükdə əhatə 

edirdi. Əsərdə ədəbi dilimizlə müqayisə əsasında dialekt və şivə qruplarına aid fərqli fonetik, leksik, 

morfoloji və sintaktik xüsusiyyətlərin ətraflı şərhi verilmişdir. Burada qədim kökləri olan bir sıra 

arxaik elementlərin ilkin tədqiqi də maraq doğurur. M.Şirəliyev əsərdə ümumtürk leksik qatı ilə 

yanaşı, şivə leksikası içərisində qədim alınmalara da diqqət yetirmiş, onların şivə tələffüz tərzinin 

Azərbaycan dili qanunları ilə bağlı izahını vermişdir” (7). 

Rusiya ərazisində yaşayan digər türk xalqlarının dil materiallarının eksperimental-fonetik 

tədqiqinə də hələ ötən əsrin 60-cı illərində başlanılmışdır. Bu proses indi də davam edir və artıq 

2013-cü ildə “Sibirin türk xalqlarının dillərinin konsonant artikulyasiyası atlası” (8, s.7) adlı 

dialektoloji atlas da hazırlanmışdır. Heç şübhəsiz müstəqillik əldə etdikdən sonra Azərbaycanda da 

dialektoloji tədqiqatlar gücləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi 9 

aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində 

zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda 

Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq 

öyrənilməsinin təmin edilməsi (6.3.5.) nəzərdə tutulur (9). Bu məqsədlə artıq dörd dildə 

(Azərbaycan, türk, ingilis, rus dillərində) hazırlanan “Azərbaycan dilinin Naxçıvan dialektoloji 

atlası” hazırlanıb elmi ictimaiyyətə təqdim olunub (10). Hazırda Nəsimi adına Dilçilik İnstitutu 

“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” üzərində çalışır. Ümumiyyətlə, Nəsimi adına 

Dilçilik İnstitutunun bu sahədə kifayət qədər təcrübəsi vardır və hələ Sovet hakimiyyəti illərində 

institutun əməkdaşları tərəfindən “Azərbaycan dilinin dialektoloji atlası” hazırlanmışdır (11). 17 

illik gərgin əməyin və onlarla dialektoloji ekspedisiyanın nəticəsi olan atlas 128 xəritədən ibarətdir.  

Artıq qeyd olunduğu kimi, dialektoloji tədqiqatların əsas aparılma metodu olan dilçilik 

coğrafiyası müxtəlif dil hadisələrinin inkişafının qanunauyğunluqlarını – səs qanunları problemini, 

semantik qanunları, analitizm və sintetizm məsələlərini öyrənmək üçün böyük əhəmiyyətə malikdir. 

Dilçilik coğrafiyası həmçinin hansı qrammatik forma və ya sintaktik konstruksiyanın daha sabit, 

hansının dəyişkən olduğunu müəyyənləşdirməyə imkan verir ki, bu da dil tarixi üçün çox vacibdir. 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə