Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə54/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   50   51   52   53   54   55   56   57   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



110

 

Ramiz Qasımov, fil.ü.f.d., dos. 



Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi katibi 

ramizasef@yahoo.com.tr 

 

CƏLİL MƏMMƏDQULUZADƏNİN İRSİNDƏ ANA DİLİ VƏ ƏLİFBA MƏSƏLƏLƏRİ 



 

Azərbaycan xalqının görkəmli ictimai xadimi, maarifçi, pedaqoq, görkəmli publisist, naşir, 

tənqidi rеalist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və allеqоrik dram əsərinin müəllifi, 

dramaturgiyanın nəhəng simalarından biri, yenitipli ictimai satiranın yaradıcısı, bütün dünyada 

məşhur olan yeni üslublu “Molla Nəsrəddin” jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı, 

kiçik hеkayənin böyük ustadı, milli mücadilə ƏDƏBIYYATımızın sərkərdəsi böyük ədib Cəlil 

Məmmədquluzadənin (1869-1932) irsində və fəaliyyətində mənsub olduğu xalqının ana dilinin 

qorunması, onun savadlanması və yeni tipli əlifbanın yaradılması məsələsi başlıca yer tutur. 

Təsadüfi deyil ki, böyük azərbaycançı ədib Mirzə Cəlil Azərbaycan ƏDƏBIYYATında həm də ana 

dilinin təəssübkeşi kimi tanınır. Onun əsərlərinin sadə ana dilində yazılmasından tutmuş ana dilinin 

müxtəlif problemlərinə həsr olunan çoxsaylı məqalələri böyük ədibin ana dilinə qoyduğu ən böyük 

mənəvi abidələrdən hesab olunur. Ədibin “Molla Nəsrəddin” jurnalının baş məqaləsi olan “Sizi 

deyib gəlmişəm” məqaləsindən başlamış “Lisan bəlası”, “Bizim obrazovannılar”, “Abirin və kilab”, 

“Şirin rusi danışan”, “Ana dili”, “Dil”, “Bismilla xiragima nirragim”, “Əlifba”, “Rus məxrəci”, 

“İlan-qurbağa”, “Təzə əlifba”, “Latın hürufatı və ingilislər”, “Yeni əlifba nə istəyir?”, “Nöqtələr”, 

“Behişt əlifbası”, ““X” hərfi”, “Ərəb əlifbası” kimi məqalə və felyetonlarında, eləcə də “Anamın 

kitabı”, “Saqqallı uşaq”, “Sirkə” kimi bədii əsərlərində ana dili və əlifba məsələlərinə aid müxtəlif 

problemləri öz təbirincə qaldırmış, konkret münasibət və fikir ifadə etmişdir.  

Ərəb qrafikalı əlifbanın yaratdığı çətinlikləri konkret nümunələrlə təqdim edən görkəmli 

ədib C.Məmmədquluzadə latın qrafikalı əlifbanın tərəfdarı kimi çıxış edərək həmçinin ilk əlifba 

islahatçılarından biri kimi də geniş şöhrətə malikdir. Onun nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı 

da xalqın milli oyanışı və istiqlalında böyük rol oynamış, bütün müsəlman və türk dünyasında ilk 

dəfə ana dilində çap olunan karikutaralı, sadə xalq dilində yazan, rəngli və şəkilli bir mətbuat orqanı 

kimi mühüm xidmətlərlə yadda qalmışdır.  

 

 

Türkçülük və Azərbaycançılıq ideyalarının iki nəhəng mücahidi: Əli bəy Hüseynzadə 



və Cəlil Məmmədquluzadə 

 

Ümumtürk düşüncəsi və azərbaycançılığın bitkin ideologiya və vətəndaşlıq proqramına 



çevrilməsində “söz və fikir zadəganları” olan Əli bəy Hüseynzadə (1864-1940) və Cəlil 

Məmmədquluzadənin (1869-1932) əvəzsiz xidmətləri var. Haqlı olaraq türkçülüyün atası və türk 

dünyasının böyük oğlu kimi görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadə göstərilir. 

Müasirləri, hətta bu ideyanın görkəmli simalarımdan olan Ziya Göyalp özü də onu mənəvi və fikir 

atası hesab etməklə ideologiyanın müəyyənləşməsində bu dahinin yerini müəyyən edirdi. Etiraf 

edildiyi kimi, “milli ideologiya səviyyəsində türkçülüyün “Ana Yasası” kimi dəyərləndirilən 

“türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)” triadasının yaradıcısı və ilk carçısı məhz 

bu nəhəng şəxsiyyət, Əli bəy Hüseynzadə  idi. Azərbaycan ƏDƏBIYYATında həm də “Füyuzat” 

ədəbi məktəbinin lideri və Azərbaycan  romantiklərinin ağsaqqalı olan Əli bəy Hüseynzadə türklük, 

islamlıq, millət və Vətən qarşısındakı xidmətlərinə görə “Qafqaz  müsəlmanlarının atası”, 

“Qafqazdakı türk balalarına türklüyünü bildirən, həsəb-nəsəbini (soykökünü) öyrədən”, “irqin 

(türklərin) ən mükəmməl öndəri”, “türk xalqlarına kimliyini bildirən dahi”, “ilk turançı”, “bütün 

türk dünyasının mücahidi”, “türkçülüyün babası (atası)” kimi adlandırılırdı. Bu görkəmli fikir 

adamı ömrünün yarım əsrdən çoxunu yorulmadan türklüyün inkişafına, o cümlədən Azərbaycan 

xalqının milli oyanış və özünüdərkinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli istiqlal 

mücadiləsinə həsr etmişdi...”. Bütün türk dünyasını özünə vətən olaraq elan edən Əli bəy 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



111

Hüseynzadə “Siyasəti-fürusat”, “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Nicat məhəbbətdədir”, 

“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” və başqa əsərlərində türkçülüyün ideoloji əsaslarını əks 

etdirmişdi.  

Məlumdur ki, Əli bəy Hüseynzadə türkçülüyün ideoloji əsaslarını yaratmış böyük ideoloq 

idi və onun siyasi fikrinin əsasını, dövlətçilik idealını Turançılıq təşkil edirdi. Onun ədəbi dil meyarı 

da İstanbul ləhcəsi əsasında müəyyənləşmiş bir dil idi. Bu fikirlərinə görə Əli bəy dövrünün bir 

qisim şəxsiyyətləri ilə bir tərəfdən birlik, digər tərəfdən fəqlilik nümayiş etdirirdi. Türkçülüyün bir 

ideya olaraq geniş intişar tapdığı XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə kimi nəhəng 

şəxsiyyətlə birgə görkəmli ədib, “Molla Nəsrəddin” ədəbi məktəbi və mollanəsrəddinçilərin 

ağsaqqalı, tənqidi realizmin banisi və bayraqdarı Cəlil Məmmədquluzadə də türkçülük, türkçülüyə 

doğma olan azərbaycançılıq ideyası ilə fikir və ideya birliyi nümayiş etdirirdi. Böyük ədibin 

“Anamın kitabı”, “Azərbaycan”, “Cümhuriyyət” və başqa əsərləri azərbaycançılığın ideoloji 

əsaslarını özündə əks etdirirdi. Bu baxımdan Azərbaycanda fikir cərəyanlarından, məfkurəyə 

çevrilən azərbaycançılıq ideologiyasından ona görə razılıqla bəhs etmək və onun müəlliflərini 

alqışlamaq olar ki, onlar “küldən cüzə” yox, “cüzdən küllə “ inkişaf yolunu tərcih edərək daha real, 

perspektivli yolu tərcih edirdilər.     

Amma bununla belə Əli bəy Hüseynzadə ilə Cəlil Məmmədquluzadə öz ideyalarında daha 

çox “kəmiyyətcə” fərqlənir, fikirlərinin, ideoloji əsaslarının daha çox miqyasına görə ayrılırdılar. 

Ə.Hüseynzadə ayrıca Azərbaycan milləti və dövləti deyil, böyük miqyaslı bütün türk xalqlarını 

əhatə edən və onları birləşdirən Turan dövləti barədə düşünürdü. Dövrünün mötəbər 

məfkurəçilərindən olan Azərbaycançı ədib Cəlil Məmmədquluzadə isə “soyköklərdəki birliyini, 

qohumluğu inkar etməmək şərtilə konkret tarixi-coğrafi məkanda yerləşən Azərbaycan 

türkçülüyünü müdafiə və təsdiq edirdi” (İ.Həbibbəyli). “Vətənin nicat yollarını aramaqda və 

mənsub olduqları millətə xidmət etməkdə hər iki sənətkarın” baxışları eyni idi... Mirzə Cəlil böyük, 

vahid və müstəqil Azərbaycanın Məcnunu, Əli bəy isə Turançılığın ideoloqu idi” (İ.Həbibbəyli).  

 

 

Rasim Heydərov, fil.ü.f.d., dos. 



AMEA Nəsimi adına Dilçilik İnstitutu, Monitrinq şöbəsinin aparıcı elmi işçisi 

dr.rasimheydarov@mail.ru 

 

DİALEKT FONETİKASININ TƏDQİQ TARİXİ 



 

Dialektologiya dilçilik, tarix, etnoqrafiya, coğrafiya və digər elm sahələri ilə sıx bağlıdır. 

Dialektoloji araşdırmalarda biz xalqın tarixi, etnoqrafiyası, mədəniyyəti ilə tanış ola bilirik. 

Dialektoloji materiallar eyni zamanda, tədqiq olunan ərazidə qədimdə yaşayan xalqların dil 

xüsusiyyətlərinin bu günümüzə qədər gəlib çatmasında müstəsna rol oynayır. Məsələn, türk 

dillərində əvvələr geniş işlənən, M.Kaşğaridən üzü bəri bir sıra tədqiqatçıların qeyd etdiyi η (sağır 

nun) səsi indi də Azərbaycan dilinin qərb qrupu şivələrində geniş şəkildə işlənməkdədir. Bu barədə 

danışarkən M.Şirəliyev yazır: “η – dilarxası sonorlu cingiltili səsdir. Bu səsə sağır “nun”, ya da 

velyar n” deyilir. η səsi dilin arxa tərəfinin arxa damağa yaxınlaşması ilə deyilir.  

Bildiyimiz üzrə, η səsinin qədim şəkli qovuşuq nq, ng, nğ olmuşdur ki, bunu turk dillərinə 

aid qədim abidələrdə, klassiklərimizdə və dialektlərimizdə görə bilərik. M.Kaşğaridə: tanğa (I, 20-

16),  sanğa (I, 391-18), sonğuk “son” (III, 107-19), tenğri “tanrı” (I, 53-2), tenğiz (II, 45-27), 

A.Bakıxanovda: onga  –  ... Ağanın vəsfindən bəyan etməkdən madər mehribanın dəxi  onga təəşüq 

yetiri ola (A.Bakıxanov, “Kitabi-Əsgəriyyə”), M.F.Axundovda: yengicə – ... əhli İran hələ  yengicə 

iməkləmək başlayır; yengi dünya (M.F.Axundov, “Əsərləri”, III cild, s.164); songra – neçə vaxtdan  

songra... (Kazım bəy, “Dərbəndnamə”, s.248), sonqra (Q.), donquz (Muğ., Şə.), donqardonar (Şə.) 

və s. Daha sonralar qovuşuq η  səsi get-gedə öz hissələrinə parçalanmış, bir qrup dialektlərdə bu 

səsin  n  ünsürünə, başqa bir qrup dialektlərdə isə q, ğ, g ünsürünə üstünlük verilmişdir. ğ 

səsininyumşalmasınəticəsində onun yerində bəzi dialekt və şivələrdə y  səsi meydana gəlmiş, bəzi 

dialekt və şivələrdə də ğ səsi v səsi ilə əvəzlənmişdir” (1, s.72). Göründüyü kimi, η (sağır nun) səsi 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə