Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə51/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   47   48   49   50   51   52   53   54   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



104

a)

  Dəmirdən hazırlanmış alət adları. 



b)

  Ağacdan hazırlanmış alət adları. 

c)

  Daşdan hazırlanmış alət adları. 



Naxçıvanın rayonlarında alət əvəzinə hacat//həcət//həcəd sözü ümumiləşmiş termin kimi 

özünü göstərir. -İşi həcət görər, höcət yox. Dialektoloji lüğətlərdə də hajat  (Marneuli)

şeyləri>(1, s.218); həjət (Cəbrayıl, Laçın) ; həcət (1, s.218) mənalarında qeydə 

alınmışdır. İraqda yaşayan soydaşlarımızın şivələrində də hacat (5, s.364) mənasında 

işləndiyi göstərilir. 

Çaqqı. -Bir kəsərri çaqqım vardı, çoban Kərim aldı, hələ də qəytərəcəx’. 

Çaqqı (1, s.88) Ordubad dialekti və Meğri şivələrində “cib bıçağı” mənasında qeydə alınmışdır. 

Qəməlti. Bu leksik vahid dialekt və şivələrimizin bir çoxunda 

“qəmaltı

i

”, “qəməlti”, “qəməti” şəklində “balta”, “qatlanmayan bıçaq”, “mətbəx bıçağı”, “böyük 



bıçaq” (1, s.321) mənalarında qeydə alınmışdır. Bizə belə gəlir ki, qəməlti sözünün kökü 

Azərbaycan dilində xəncərin bir növü olan qəmə sözündəndir. 

Çapacax. -Çapacağı qəssablar işdədər, cəmdəyi onnan şaqqalallar. Bu 

söz düzəltmə sözdür, çapmaq, doğramaq felindən düzəlmişdir. 

Nacax. -Nacaxnan ət doğrarıx. 

Lənpə//ləmpə ; xəçirgət//xəçirdəx'

qoyulan yastı dəmir>; sünbə//sümbə; kündəgir <ərsin>; sajayağı//sacəyağı<üstünə sac 

qoymaq üçün hazırlanmış dəmir əşya>; açar//haçar; qəvərə//qəvrə; şiş və s. 

Ağacdan  hazırlanan  alət  adları nehrə; duvax//dŭax<üstündə xəmirdən müxtəlif un məmulatı, 

çörək növləri hazırlamaq üçün istifadə edilən dairəvi taxta>. Bu leksik vahidin doax//duax; do:ax 

fonetik şəklində Bolnisi, Qazax, Tovuz rayonlarında hən həmin mənada, həm də qabın ağzını 

örtmək üçün dairəvi taxta qapaq (1, s.147) mənasında işlənməsi göstərilmişdir; 

irəfətə//əppəx’yapan. Bu leksem 

dialektoloj lüğətlərdə Culfa və Qarakilsə şivələrində ilfidə; Zəngilan şivəsində ilfitə; İmişli, Şərur, 

Zəngilan şivələrində irəfətə  (1, s.256, 259) fonetik şəklində eyni mənada verilmişdir. Kürsü, 

toxmax, ətkötüyü, ayaxlı//əyaxlı//çörəx' taxtası//taxta<üzərində lavaş açmaq üçün hazırlanmış alət>; 

oxlav//oxlov; vərdənə; çatma. -Çatmanı üş 

dənə düz ağaşdan elərix’. Çanax.    

         c)  Daşdan hazırlanan alətlər. 

Azərbaycan dilinin başqa dialekt və şivələrində olduğu kimi, Naxçıvan dialektində də keçmiş 

zamanlarda daş və torpaqdan hazırlanmış alətlərin bir çoxu məişətdə bu gün də işlənməkdədir. Bir 

qrup bu qəbildən olan əşyaların isə özləri məişətimizdən çıxsa da, onların adları şivədə 

qalmaqdadır. Belə arxaikləşmiş dialektal vahidlərə aşağıdakıları nümunə göstərmək olar: 

xart//xartdaşı



.  –Hər daşdan xart daşı olammaz. Xartdaşı 

yumşax, yağlı daşdan olar.  Xart Şəki dialektində “dəryaz itiləyən daş”, Borçalı, Şərur şivələrində 

“kəsici alətləri itiləmək üçün daş” (1, s.238) mənalarında işlənir.  

Savdaşı//kərənti daşı



. Şivədə itiləmək sözü ilə sinonim olan savlamax feli də savdaşı 

sözü ilə bağlıdır. Ətdaşı



<üstündə ət döyülən daş>;  dibəx



;  dibəx

 daşı


döymək üçün işlədilən daş

>;  kırkıra//əldaşı<əl dəyirmanı>. Bu mənanı Ordubad, Quba 

dialektlərində, Astara, Cəlilabad, Lənkəran və Culfa şivələrində dasdar//dassar//dastar (1, s.125) 

sözləri ifadə edir. Qeyd edək ki, kırkıra//kirkirə səs təqlidi ilə yaranan sözdür.  

Çaxmaxdaşı



. Qədimdə insanlar bu daşa dəmir vurmaqla çıxan qığılcımdan istifadə 

etmişlər. –Əşi, indi kimdi qav qəyirən, çaxmaxdaşı, çaxmaxdəmiri qəyirən, hərə bir jajqalqa de:llər, 

nə de:llər onnan əmrin aşırır. 

Sudaşı


. –Sudaşını aran kətdərində işdədəllər. Daha çox Şahbuz 

rayonunda rast gəldiyimiz bu vahidin mənasinda Naxçıvanda kəfər leksemi işlənir. 

Naxçıvanın Şahbuz rayonunda daşdan müxtəlif məqsədlər üçün əşyalar düzəldib, həmin 

əşyanın adlanmasında daş sözünü əlavə etmişlər. Məs: daşyalax



içərisi oyulmuş daş

>; daştəx





I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



105

hazırlanan təknə

>; daşşırran. Bundan bulağın suyunu bir yerə yığmaqda 

istifadə etmişlər. Ərazidə Təx

′nəli bulax//Təx′nəli bılax, Şırrannı bılax adları var. 

Duzdaşı


; pendir daşı 

daş


>. –Dələməni torbuya töküb, pendirdaşını qoyǔrux torbanın üssünə, həm suyu tez süzülür, həm 

də kin, başpendir yaxcı alınır.  

Dünyanın hər yerində olduğu kimi, Naxçıvanda da elektrik geniş şəkildə məişətə daxil 

olmuşdur. Burada elektrik cərəyanı mənasında tok leksemi işlədilir. Naxçıvan dialektində elektriklə 

işləyən alət adlarını aşağıdakı kimi təsnif edə bilərik: 

1) Fonetik dəyişikliyə uğrayan alınmalar. 

2) Birinci tərəfi qeyri-müəyyən yiyəlik halda, ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edərək 

ikinci növ təyini söz birləşməsi yolu ilə formalaşanlar. 

3) Birinci tərəfi qeyri-müəyyən təsirlik halda olan isim, ikinci tərəfi feli sifətin birləşməsi yolu 

ilə formalaşanlar:  

Fonetik dəyişikliyə uğrayan alınmalar: lampuşqa//lənpuşqa

xaladelnix



televizir//tilivizr



; iradiyo

piryomnix



pilastinqa//bilastinka



qaset 


duxofka; lüsdür//lüstür



qıramafon



; qansene , pulvizator  və s.   

Birinci tərəfi qeyri-müəyyən yiyəlik halda, ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edərək 

ikinci növ təyini söz birləşməsi yolu ilə formalaşanlar: tok çaydanı, ət maşını, süd maşını, paltar 

maşını, tok səmavarı. 

Birinci tərəfi qeyri-müəyyən təsirlik halda olan isim, ikinci tərəfi feli sifətin birləşməsi yolu ilə 

formalaşanlar: paltar yuyan, tozsoran, üz qırxan, sok çəkən//şirə çəkən, saç quruluyan. 

Ümumiyyətlə, Naxçıvan qrupu dialekt və şivələrinin leksikası olduqca zəngindir. Burada digər 

qohum Türk dilləri ilə həm oxşar, həm də fərqli cəhətlər olduqca çoxdur. Buna görə də məhz 

dillərin bir-birinə təsiri altında dilçiliyin bu qolu istiqamətində inkişaf gedir, dialekt və şivələrin 

lüğət tərkibi zənginləşir. Eyni zamanda ədəbi dil də buradan bəhrələnərək öz leksikonun 

zənginləşdirir. 

Naxçıvan qrupu dialekt və şivələrinin lüğət tərkibi digər dialekt və şivələrimizdə olduğu kimi, 

uzun əsrlərin məhsuludur və burada xalqımızın dilinin keçdiyi inkişaf yolu, həyatı, məişəti, və.s ilə 

bağlı olan çoxlu miqdarda qədim söz və ifadələri müşahidə edirik ki, bunlar da dilimizin tarixini 

özündə əks etdirir.  

Dialekt və şivələrimiz dilimizin ən qədim vəziyyətini, dil tariximizi özündə əks etdirən 

mənbələrdən biridir. Dildə elə leksik vahidlər var ki, onlarda xalqın tarixinin izləri, adət-ənənələri, 

milli ruhu yaşayır. Cəmiyyətin inkişafı, həyatının, məişətinin dəyişilməsi ilə əlaqədar olaraq bu 

sözlərin bir qismi dilin lüğət tərkibindən çıxsa da, onun tarixinin canlı şahidi kimi xalqın dilində-

dialekt və şivələrdə yaşayır. Ona görə də dilin tarixini tədqiq edərkən ilk növbədə onun qədimliyini 

özündə qoruyub saxlayan yazılı mənbələrə və canlı xalq dilinə müraciət etmək lazım gəlir.  

 

 



ƏDƏBIYYAT 

 

1.



  Azərbaycan dialektoloji lüğəti. II cilddə. I cild. Ankara, Türk Dil Kurumu yayınları, 1999, 

374 s. 


2.

  Azərbaycan dialektoloji lüğəti. II cilddə. II cild. Ankara, Türk Dil Kurumu yayınları, 2003, 

279 s. 

3.

  Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri. Bakı, Azərbaycan SSR EA 



nəşriyyatı, 1962, 326 s. 

4.

  Əliyev Ə. Azərbaycan dilinin Meğri şivələri. Bakı, Elm, 2003, 580 s. 



5.

  İraq-türkman ləhcəsi. Bakı, Elm, 2004, 422 s. 

6.

  Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, Öndər, 2004, 376 s. 



7.

  Vəliyev A. Azərbaycan dilinin keçid şivələri. Bakı, Elm, 2005, 335 s. 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə