Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə58/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   54   55   56   57   58   59   60   61   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



118

3. Azərbaycan ədəbi dil tarixi. Bakı, “Elm”, 1991.-283 s. 

4. Bağırov Q. Azərbaycan nəsrində danışıq dilinin xüsusiyyətləri. Bakı, APİ-nin nəşri, 1987. -

79 s. 


5. Məmmədov C.Ə.Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu. Nam. dis. Bakı, 1972. -

123s. 


6. Azərbaycan dilinin dialektoloji lüğəti.  Bakı, 1964  

7. Məmmədov M.B. Filoloji düşüncələr. Bakı, “Nurlan”, 2005, -354 s. 

 

 

MƏNBƏLƏR 



“Kredo” qəz. 

“Azadlıq” qəz. 

“Azərbaycan” qəz. 

“525-ci qəzet” 

“Xalq” qəz. 

 

Mammadova Sevinj, associate professor 



 

The Use of Dialectal Words In the Azerbaijan Press 

 

Summary 


This article emphasizes that the use of dialectal words in the language of press has been 

become more active recently. This is connected with the “independence” allowed to the language of 

the newspaper. Dialecticisms are used in different situations in the language of newspaper. Lexical 

dialecticisms are used as a main source in the formation of the word- terms. Dialecticisms are met 

both in the narrative language and in the speech of confabulators. 

 

Key woods: Azerbaijan, press, dialectal word, lexical dialectisms 



 

 

Şəkər Orucova, fil.ü.f.d., dos. 



AMEA Nəsimi adına Dilçilik İnstitutununTürk dilləri şöbəsinin aparıcı elmi işçisi 

shakarbsu@mail.ru 

 

 

İTİB GETMƏKDƏ OLAN TÜRK ETNOSLARI VƏ ONLARIN DİLLƏRİNİN MÜASİR 



DÖVRDƏKİ VƏZİYYƏTİ 

 

Rusiya, Monqolustan, Çin, Liviya və s. ölkələrin ərazilərindəki türkdilli xalqlar xalqlarının 



etnogenezi, onların yaşayış tərzi, məşğuliyyəti, mədəniyyəti, dili, tarixi, etnoqrafiyası və folkloru 

barədə hələ inqilabdan çox-çox əvvəl həm rus, həm də xarici səyyahların traktatlarında az da olsa, 

bir sıra məlumatlara rast gəlinir. Bu mövzunun hazırkı dövrdə daha çox gündəmə gətirilməsinə 

baxmayaraq, araşdırılması bir sıra çətinliklər törədir. Tarix, arxeologiya, etnoqrafiya, antropologiya, 

dilçilik və folkloristika kimi sanballı elm sahələri mənbələrinin kompleks şəkildə bu problemin 

həllinə yönəldilməsi bu çətin mövzunun tədqiqini bir qədər də mürəkkəbləşdirir. Elə buna görədir 

ki, bu problem ətrafında müxtəlif elmi mülahizə və mübahisələr hazırda da səngimək bilmir.  

İtib getməkdə olan türk etnoslarına Monqolustanda yaşayan duxalar  (tsaatanlar), eləcə 

dəçəngəl  (tsengel) türkləri, İrkutsk vilayətinin Nijneudinsk rayonunda yaşayan və özlərini 

tuba(tofa, tıfa, tipa) etnonimi ilə adlandıran toflar / tofalar / dubolar / qaraqaslar(1000 nəfər), 

Buryatiya Respublikasının Okin və Tunkin rayonlarında məskunlaşan soyotlar (3000 nəfər), 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



119

Altayın cənub-şərqində yaşayan telengitlər,  Livan türkmanları (sayları haqqında dəqiq məlumat 

yoxdur, təqribən 8.650 nəfər), Tuva Respublikasında yaşayan tuvinlər,  urxanyaylar daxildir (1). 

Burada çəngəl türkləri və telengitlərdən bəhs edəcəyik. 

Çəngəl türkləri Çəngəl (Tsengel) sumonunda məskunlaşmışlar. Qeyri-rəsmi məlumata 

görə, 20 min-ə qədər olsalar da, bunlardan yalnız 8 min-ə qədəri öz ana dillərini bu günə qədər 

mühafizə edə bilmişlər. Bir sıra səbəblərə görə, milli mənsubiyyətləri uryanxay,  uyğur,  qazax, 

monqol  olaraq göstərilən çəngəllər 1990-cı ildə şəxsi istəkləri çəngəl türkləri adı ilə qeyd 

olunmuşlar. Çəngəl türklərinin damğası (tamğası) çəngəl şəkilli alətdir. Onların yaşlı nəsli Rusiya 

ilə Monqolustan arasında dövlət sərhəddi müəyyənləşdirilmədən öncə məskunlaşdıqları torpaqların 

Tuva və tuvinlərə aid olduğunu hələ də xatırlayır. Rusiya ilə Monqolustan arasında olan dövlət 

sərhəddi onları iki hissəyə parçalamış, nəticədə Monqolustan ərazisində qalmaq çəngəl türklərinin 

tale qismətinə yazılmışdır. Bu azmış kimi, 1963-cü ildə Çəngəl sumonu ləğv edilmiş, əhali 

qazaxların üstünlük təşkil etdikləri Ağ-həm (Ak-Xem) sumonuna birləşdirilmişdi. Bu siyasi hadisə 

ümumilikdə çəngəl türklərinin onsuz da ağır olan güzəranına bir çox sahələrdə öz mənfi təsirini 

göstərmişdi. Belə ki, azlıq təşkil etdikləri sumonda əsas mövqeli vəzifələri qazaxlar tutduqlarından 

çəngəl türklərinin çoxu işsiz qalmışdı. Qazaxlar onları işsiz qoymaqla kifayətlənməyərək mal-qara 

üçün yararlı olan ən yaxşı otlaq yerləri və bol məhsul verən əraziləri də mənimsəmişdilər. Öz 

doğma ərazilərində yaşamağın mənasız olduğunu görən çəngəl türkləri iş tapmaq məqsədilə ailəcə 

başqa yerlərə daşınmaq məcburiyyətində qalmışdılar. Statistik hesablamalara görə, 1100-dən çox 

tuvalı Çəngəli tərk edərək Mərkəzə və Selengin aymaklarına köçmüşlər. Uzun müddət acınacaqlı 

vəziyyətdə qalan xalq maddi rifah halının yaxşılaşdırılması üçün yollar aramış, 1990-cı ilin əvvəllə-

rində 40-dan çox ailə daimi yaşayış yeri ilə təmin olunmaq üçün Tuva və Monqolustan prezi-

dentlərinə rəsmən müraciət etsə də, heç bir hökümət onlara diqqət yetirməmişdi. Monqolustan 

hökumətinin rəsmi orqanları bu işin onların səlahiyyətləri xaricində olduğunu bəhanə edərək, 

məktub-müraciəti Moskvaya göndərmiş, oradan isə heç bir cavab alınmamışdı. Bu zaman çəngəl 

türklərinin imdad və harayına onların öz həmyerliləri – Almaniyanın Leybsiq universitetinin 

məzunu, mənşəcə tuvin olan tanınmış monqol yazıçısı Çinagiyn Qalsan yetişmişdir. Bu görkəmli 

ictimai xadim 1995-ci ildə öz şəxsi maliyyəsi hesabına 36 ailənin Zaamar və Altanbulaq 

sumonlarından yenidən Çəngələ köçürülməsinə nail olmuşdu ki, bu da açıq-aşkar Monqolustan 

hökumətinə cəsarətli bir çağırışın bariz nümunəsi idi (2). 

Çəngəl türkləri haqqında almanların çəkdikləri sənədli-publisistik film monqol ictimaiyyəti 

arasında böyük rezonans doğurdu. Bundan sonra Bayan-Ulegey aymakından çəngəl türklərinin 

axını bir qədər dayandırıldı, lakin 2010-cu ildən sosial-iqtisadi həyat şərtlərinin ağırlaşması, 

işsizliyin artması çəngəl türklərinin başqa yerlərə köç etməsinə rəvac verdi. 

İnternet saytlarının (Karaool, elektron resursları, 2010) verdiyi məlumata görə, hazırda 

Çəngəldə 1740 nəfər tuvalı (435 ailə), 8700 nəfər qazax və 6 monqol ailəsi yaşayır. Sumonun 

müxtəlif idarə və təşkilatlarında 43 tuvalı çalışır. Çəngəl türkləri 3 dildə – tuvin, monqol və qazax 

dillərində danışırlar. Hazırda çəngəllərin Rusiya tuvalıları ilə yaxşı ünsiyyətdədir. Bu, çəngəl 

türklərinin dilinə də müsbət mənada yaxşı təsir göstərmişdir. Belə ki, tuvinlərin digər qruplarından 

fərqli olaraq, çəngəl türkləri öz ana dillərində o qədər səlis danışırlar ki, digər tuvalılar kimi onlarda 

ana dillərini itirmək qorxusu yoxdur. Əvvəllər Çəngəldə (Tsengel) monqol və qazax dilli siniflərdən 

ibarət olan bir məktəb fəaliyyət göstərirdi. Dərslər hər iki dildə tədris olunur, hər il 1200-1400 nəfər 

məzun olurdu. Rus dili xarici dil kimi keçilirdi. Çəngəl türkləri monqol dilində oxumağı tərcih 

edirdilər.1991-ci ildə Tuva hökuməti çəngəl türkləri əhalisinin maraqlarını nəzərə alaraq bir məktəb 

bazası əsasında tuvin sinifləri olan daha iki məktəb yaratdı. Bu ideyanın təşəbbüskarı sonralar 

(1992-2000) həmin məktəbin direktoru olan maarifçi-ziyalı Ç.Qaqaa idi. Öncə məktəbdəki bütün 

əyani vəsaitlərin tuvin dilində olması nəzərdə tutulmuşdu. Valideynlər bunun bir sıra mənfi 

nəticələrə gətirə biləcəyindən qorxuya düşərək bu fikrin reallaşmasına əngəl olmuşdu; belə ki, 

bütün dərslərin tuvin dilində aparılması onların uşaqlarının monqol dilini yaxşı öyrənməsinə və 

ölkənin ən yaxşı ali təhsil müəssisələrinə daxil olmalarına maneçilik törədə bilərdi. Beləliklə də, 

Təhsil Nazirliyi bütün dərslərin monqol dilində aparılması və tuvin dilinin ayıca olaraq proqrama 

salınmasına dair sərəncam imzalamışdı. Hazırda isə Çəngəl məktəbində monqol və ingilis dilləri ilə 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə