150
öyrənilməsinə həsr edilmiş müşavirədə çıxış”, “Muğamat və
xalq mahnılarının ifası haqqında”, “Milli vokal kadrlarının
ümumittifaq müşavirəsinin açılışında giriş sözü” və s.
Ü.Hacıbəyli hesab edirdi ki, Azərbaycan vokal sənəti inkişa-
fının perspektiv yolu Avropa musiqinin çox əsrlər ərzində keçdi-
yi inikşaf yolu olmalıdır ki, o da bel canto üslubunda oxumadır.
Görkəmli sovet musiqişünası B.V.Asafyev bel canto oxuma
üslubunu Avropa musiqi intonasiyasının inkişafında böyük hadi-
sə kimi xarakterizə edirdi.
B.V.Asafyev yazırdı ki, “Məhz İtaliyada xalqın musiqililiyi
və bədii həssaslığı, mütərəqqi vokal mədəniyyəti bel cantoya tə-
bii oxumağa, bütünlüklə nəfəs ilə bağlı olan mədəniyyətə gətirib
çıxarmışdır”.
1
Ü.Hacıbəyli öz məqalələrində Azərbaycan və Avropa vokal
sənəti arasında sərhəd yaradıb oxuma sənətimizi dar milli çərçi-
vələr və müəyyən qəbul olunmuş ənənələrdə saxlayanlara qarşı
çıxış edirdi.
Bu cəhətdən musiqi müəllimi Berqelsonun məruzəsi xarak-
terdir.
Ü.Hacıbəyli öz çıxışında məruzəçini milli vokal sənətinə eti-
nasız, ekzotik münasibətinə görə ciddi tənqid edir.
Digər çıxışında, solo oxuma xüsusi sinfinin təşkilinə həsr
edilmiş müşavirədə Hacıbəyli belə demişdi:
“Avropa oxuması hələ ki, bizim qulaqlarımız üçun nə isə qə-
ribədir, xoşagəlməzdir, hətta bəzən elə xoşagəlməz hallar olur
ki, dinləyicilər teatrı tərk edib gedə bilərlər, ona görə mən opera
üzərində işləyərkən heç də istəmirəm ki, operanın elə ilk səsləri
eşidiləndə camaatın bir hissəsi teatrdan getsin”
2
.
Gördüyümüz kimi, Hacıbəylini burada məsələnin sırf prakti-
ki tərəfi maraqlandırır. Hacıbəylinin inqilabdan əvvəlki muğam
operalarının qarşısında belə problem dayanmamışdı. Bu opera-
larda vokal texnika bütünlüklə xalq muğam operası əsasında idi.
1
Асафьев Б.В. “Музыкальная форма как процесс”, II kitab, L, 1971,
с. 350.
2
Hacıbəylinin çıxışının stenoqramı. 14 dekabr 1931-ci il. EA-nın Me-
marlıq və İncəsənət İnstutunun arxivi.
151
Ü.Hacıbəylinin bu dövrdə yazdığı “Koroğlu” operası yalnız
musiqi fakturası sahəsində deyil, vokal texnikası mənasında da
tamamilə yeni əsər kimi düşünülmüşdür. Bu vokal texnikanı
həm bəstəkarların özü, həm də Avropa vokal məktəbini keçmiş
ifaçılarımız bilməli idilər. Bülbül Məmmədov məhz belə gözəl
sənətkar olmuşdur. Bülbül inqilabdan əvvəl muğam ifaçısı, xa-
nəndə kimi çıxış etmiş, inqilabdan sonra yeni Azərbaycan vokal
sənətinin banisi olmuşdur. O dünya vokal musiqisinin təcrübəsi-
ni mənimsəmişdir.
Bakı konservatoriyasındaki illər, İtaliyada ən yaxşı belkanto
ustalarından aldığı dərslər, rus, sovet və dünya ustalarının sənə-
tini öyrənməsi Bülbulü tamamilə yeni tipli Azərbaycan müğən-
nisi etmişdir, O, öz sənətində milli özünəməxsusluğu dünyəvi
texnika ilə birləşdirə bilmişdir.
Ü.Hacıbəyli yuxarıda adını çəkdiyimiz müşavirədə çıxış edə-
rək soruşurdu: “Məni bir şey maraqlandırır ki, yoldaş Bülbül öz
təcrübəsini elə uyğunlaşdıra bilərmi ki, qoyulmuş Avropa səsləri
bizim türk əsərlərinin üslubunu verə bilsin. Biz ona baxmırıq ki,
səs nəfəslə və ya onsuz qurulub. Bizi maraqlandıran artistin oxu-
masıdır. Deməli, musiqidən başqa tembr kimi tələblərin də əhə-
miyyəti var.
Mən xahiş edərdim ki, yoldaşlar fikirləşsinlər, nə cür etmək
lazımdır ki, qoyulmuş səslər üslubu saxlayaraq Şərq əsərlərini
ifa edə bilsinlər”.
1
Bununla əlaqədar olaraq Ü.Hacıbəyli Bülbülün sənətinə yük-
sək qiymət verir. Bülbül Hacıbəylinin irəli sürdüyü ideyalarını
təcrübədə həyata keçirərək, öz sənətində dərin millilik və bey-
nəlmiləlliyin vəhdətini yaradır. Məhz bu cəhətləri ilə Bülbül Ha-
cıbəyliyə yaxın idi. O, həmişə belə hesab edirdi ki, dünya musi-
qisinə yaxınlaşma milli musiqinin məhv edilməsi hesabına ol-
mamalıdır. Sənətkarın öz milli sənətinə məhəbbəti isə dünya
musiqisinin nailiyyətlərinə onun gözünü bağlamamalıdır.
Ü.Hacıbəyli yazır ki, “Bülbül Şərq əsərlərini gözəl oxuyur.
Mən bunu onun İtaliyada olması ilə əlaqələndirmirəm. İtaliya
1
Hacıbəyli Ü. 14 dekabr 1931-ci il çıxışının stenoqramı. Göstərilən arxiv.
152
onun oxumasını yetişdirmişdir, yalnız üslubu o, İtaliyadan qabaq
burada mənimsəmişdir. Ona görə səsin doğru quruluşundan baş-
qa türk (yəni Azərbaycan – Z.S.) oxuma üslubunun tembrinin
mənimsənilməsi vacibdir. Ona görə buna nail olmaq lazımdır ki,
tələbələr də Şərq musiqisini onun özü kimi oxusunlar. Əgər bu-
na nail olsalar, bu, böyük dönüş yaradar”.
1
Bu dönüş baş verdi və Azərbaycan vokal sənəti məhz bu yol
ilə inkişaf edərək, böyük müvəffəqiyyətlər qazandı, böyük mü-
ğənnilər yetişdirdi. Bülbülün özü isə Ü.Hacıbəylinin ölməz
“Koroğlu” operasında Koroğlu rolunun klassik ifaçısı oldu.
Araşdırdığımız bütün bu nəzəri problemlər ilk dəfə
Ü.Hacıbəylinin öz yaradıcılığında qoyulmuş və həll edilmiş,
onun musiqisinin intonasiyasını, melodiyasını, ritmik quruluşu-
nu, formasını, üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir.
Azərbaycan musiqisinin xüsusiyyətlərinin Ü.Hacıbəyli tərəfin-
dən dərin və elmi təhlili musiqi dilimizin və ümumiyyətlə musiqi
sənətimizin gələcək inkişafı üçün qüvvətli nəzəri əsas olmuşdur.
* * *
Ü.Hacıbəyli 1921-ci ildə “Vəzifəyi-musiqiyyəmizə aid mə-
sələlər” məqaləsində yazırdı: “Azərbaycanda vəzifəyi-musiqi ic-
rasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir
neçə məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman
varsa, o da yaşadığımız bu zamandır... O məsələlər hansılardır?
Bizim fikrimizcə, o məsələlər bunlardır:
– vəzifəyi-musiqiyyənin ümumi surətdə və cumhuriyyət ən-
dazəsində icrası;
– Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi
yolunda elmi və fənni, nəzəri və əməli surətdə çalışmaq əmri;
– ümumi musiqi sənətinin Azərbaycan türkləri arasında nəşr
və təmiminə həqiqi çarələr axtarmaq”
2
.
1
Hacıbəyli Ü. 14 dekabr 1931-ci il çıxışının stenoqramı. Göstərilən arxiv.
2
Hacıbəyov Ü. Vəzifəyi-musiqiyyəmizə aid məsələlər. Əsərləri, II c.,
B., 1965, s. 199.
Dostları ilə paylaş: |