7
Məsələni həlletmə qaydası:
1. Məsələnin aid olduğu bölümü seçin.
2. Siyahıdan məsələni seçin. Məsələnin şərti əks olunacaq.
3. "Həlli göndər" düyməsini çıqqıldadın.
4. Açılan pəncərədə Kompilyator bölümünün siyahısından kompilyatorun adını
seçin. Məsələn, Python 3.4.3.
6. Proqram kodu sahəsində proqram kodunu yazın.
7. "Həlli göndər" düyməsini çıqqıldadın.
Qeyd. Proqram kodu düz yazılsa da, məsələnin alqoritmi bəzi testlərdə keçməyə
bilər. Belə hallarda şagirdlərə alqoritmə yenidən baxılmasını təklif etmək olar.
Beşinci tədris vahidi bir neçə alt standartın reallaşmasına xidmət edir.
İnformasiya modellərinin növləri haqqında əvvəlki siniflərdə danışılıb. 9-cu sinifdə
şagirdlər şəbəkə informasiya modelləri ilə tanış olur. Riyaziyyatda bu növ
modellərə qraf deyilir. Qraflar riyazi məsələlərin həllində çox istifadə olunur.
Proqramlaşdırmada bəzi məsələlər qraflarla sıx bağlıdır. Ona görə də informasiya
modelinin bu növünün öyrənilməsi böyük əhəmiyyət kəsb edir.
1.2.1, 1.2.2, 1.2.3 alt standartlarını reallaşdırmaq üçün bir dərs informasiyanın
ötürülməsinə həsr olunub. Sadə formada bu mövzu aşağı siniflərdə tədris olunmuş-
dur. 9-cu sinifdə isə əsasən informasiyanın ötürülmə vasitələrindən və üsullarından
danışılır. Növbəti dərslər kompüter şəbəkələrinin iş prinsiplərinə həsr olunub.
Beşinci tədris vahidinin bir dərsi şablonla sadə veb-səhifələrin yaradılmasına
həsr olunub.
8
1. KODLAŞDIRMA
1. Rastr qrafikası
2. Vektor qrafikası
3. Vektor redaktorunda iş
4. Qrafik informasiyanın kodlaşdırılması
5. Sәs informasiyasının kodlaşdırılması
3. TӘTBİQİ PROQRAMLAR
6.
Kompüterin әsas xarakteristikaları
7. İdarәetmә paneli
8. Xidmәti proqramlar. Defraqmentlәmә
9. Xidmәti proqramlar. Diskin tәmizlәnmәsi
2. KOMPÜTER
10. Mürәkkәb sәnәdlәrlә iş
11. Multimedia tәqdimatları
12. Elektron cәdvәllәrlә iş
13. Elektron cәdvәldә diaqramlar
4. PROQRAMLAŞDIRMA
14. Әdәdlәrlә iş
15. Sәtirlәr
16. Siyahılar
17. Funksiya
18. Proqramlaşdırma dillәrinin tәsnifatı
5. İNFORMASİYA
TEXNOLOGİYALARI
19. Qraf informasiya modeli
20. Qraflarla bağlı mәsәlәlәr
21. Kompüter şәbәkәlәri
22. İnformasiyanın ötürülmәsi
23. Veb-saytların yaradılması
24. İnformasiya cәmiyyәtinә aid saytın
hazırlanması
25. İnternetdә ünvanlama
TӘDRİS VAHİDİ
MÖVZULAR
DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU
9
IX SİNİF ÜZRƏ İNFORMATİKA FƏNN KURİKULUMU
IX sinfin sonunda şagird:
• müxtəlif xarakterli informasiyaların həcmini ölçür və kompüterdə kodlaşdırır;
• informasiyaların qəbulu və ötürülməsi üsullarına dair biliklərini nümayiş etdirir;
• informasiya modelinin şəbəkə formasında təsvirinə dair bacarıqlar nümayiş
etdirir;
• öyrənilmiş proqramlaşdırma mühitində işləyir;
• idarəetmə paneli və xidməti proqramlarla işləyir;
• rastr və vektor qrafikləri, elektron cədvəl ilə işləyir, multimedia təqdimatları
hazırlayır;
• İnternetdə informasiya resurslarını ünvanlaşdırır;
• informasiya cəmiyyətinin formalaşdırılmasının mahiyyəti və əsas istiqamətlərinə
dair biliklər nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.
1.1.1. Müxtəlif xarakterli informasiyaların kodlaşdırılmasını fərqləndirir.
1.1.2. Müxtəlif xarakterli informasiyaların kompüterdə kodlaşdırılmasına aid nü-
munələr göstərir.
1.1.3. Müxtəlif xarakterli informasiyaların həcmini ölçür.
1.2. İnformasiya və informasiya emalı haqqında biliklərini nümayiş etdirir.
1.2.1. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını sadalayır.
1.2.2. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını izah edir.
1.2.3. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Obyektin informasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş
etdirir.
2.1.1. İnformasiya modelinin şəbəkə formasını izah edir.
2.1.2. İnformasiya modelinin şəbəkə formasında təsvirini nümunələrlə şərh edir.
2.1.3. İnformasiya modelini şəbəkə formasında ifadə edir.
2.2. Alqoritmləşdirmə və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini
nümayiş etdirir.
2.2.1. Proqramlaşdırma dillərini təsnif edir.
2.2.2. Proqramın ümumi strukturunu izah edir.
2.2.3. Proqramlaşdırma dilinin əsas əmrlərini izah edir.
2.2.4. Öyrənilən proqramlaşdırma mühitində işləmək bacarıqları nümayiş etdirir.
2.2.5. Şablonla sadə veb-səhifələr yaradır.
10
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair bacarıqlar
nümayiş etdirir.
3.1.1. Müxtəlif kompüter modellərinin imkanlarını parametrlərinə görə müqayisə
edir.
3.1.2. İdarəetmə paneli ilə işləmək bacarığını nümayiş etdirir.
3.1.3. Xidməti proqramlarla işləyir.
3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.
3.2.1. Rastr və vektor qrafikaları ilə işləmək bacarığı nümayiş etdirir.
3.2.2. Mətn redaktorunda müxtəlif çətinlik dərəcəli sənədlər hazırlayır.
3.2.3. Multimedia təqdimatları hazırlayır.
3.2.4. Elektron cədvəldə diaqramlar, qrafiklər qurur.
3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.
3.3.1. Kompüter şəbəkələrinin iş prinsiplərini izah edir.
3.3.2. İnternetdə informasiya resurslarının ünvanlaşdırılmasını nümunələrlə nüma-
yiş etdirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklər nümayiş etdirir.
4.1.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasının mahiyyətini şərh edir.
4.1.2. İnformasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətlərini fərqlən-
dirir.
4.1.3. İnformasiya cəmiyyətinin formalaşdırılması istiqamətlərinə aid sadə layi-
hələr hazırlayır.
Dostları ilə paylaş: |