Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə53/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   48   49   50   51   52   53   54   55   56

161 
 
Hər  bir  tədqiqatçı  əldə  etdiyi  məlumatları  fəlsəfi 
kateqoriyalardan  istifadə  edərəkə,  məntiqi  əməliyyatların 
köməyi  ilə  təsnifat  obyektinə  çevirməli,  bu  baxımdan  faktları 
lazımi 
səviyyədə 
qruplaşdırmalıdır. 
Qruplaşdırmada 
konstruksiya  yaratmalı,  konkret  nəticə  olaraq  bütöv  bir 
kompleksi  ortaya  qoymalıdır.  Bu  kompleks  içərisində 
başlanğıc,  orta  və  son  tezislərə  müvafiq  olaraq, nəzəri fikirləri 
tezis  başlığı  ilə  eyniləşdirməlidir.    Bu  məsələdə  tədqiqatçı 
hadisələri 
tutuşduraraq, 
fərqləndirmə 
obyekti 
kimi 
uyğunlaşdırma,  uzlaşdırma,  harmonizasiya  etmə,  fərqləndimə 
kimi proses qabiliyyətinə cəlb etməlidir.  
Hər  bir  elm  düşünmə,  görmə,  eləcə  də  digər  duyma 
proseslərindən  formalaşır.  Bununla  bərabər  intuisiya  da  elmin 
formalaşmasında mühüm rol oynayır. Belə qəbul etmək olar ki, 
intuisiya 
(intellektual 
intuisiya) 
düşünmə 
prosesinin 
təkmilləşmiş  mərhələsindən  meydana  gələn  siqnallardır. 
Bununla  yanaşı,  proseslər  ardıcıllığını  əvvəlcədən  duyma 
qabiliyyətidir. Ardıcıl düşünmədən artan intuisiya rasionalizmə 
əsaslanır  və  hadisələrin  baş  verməsinin  rasional  qaydada 
proqnozlaşdırılmasına səbəb olur.  
Ardıcıl  düşüncələr  zənciri  yeni  istiqamətlərin  və  faktların 
meydana gəlməsinin (aşkarlanmasının) əsasında dayanır. Beyin 
özünün  konstruktiv  funksiyasını  məhz  obyektlərə  təsirlərdə  də 
göstərir.  Beyinin  sistemli  funksiyası  (məlumatları  sistemli, 
ardıcıl  olaraq  qəbul  etməsi  və  ötürməsi)  məhz  elmin  sistemli 
mahiyyətini  üzərə  çıxarır.  Deməli,  elmdən  qabaq  elə  beyin 
mövcud olur və beyin də öz sistemli funksiyasını məhz təbiətin 
sistemli  quruluşundan  qəbul  edir.  Deməli,  beyinin  funksiyası 
elə  elmin  yaranması  proseslərini  təmin  edir.  Beyin  mövcud 
olan elementləri lazımi olaraq tərkiblərə ayırır, bütövü yaradır. 
Burada 
məntiqi 
əməliyyatlar 
ilə 
ümumiləşdirmə 
və 
məxsusiləşdirmə prosesləri həyata keçirilir.  
Əvvəlcə də qeyd olunduğu kimi, elmin müəyyən sahələrdə 
inkişafı prosesləri baza olaraq iki istiqamətdə-iki fazada həyata 


162 
 
keçirilir.  Bu  istiqamətlər  öyrənmə  və  öyrətmə  fazalarından 
ibarətdir. Öyrənmə fazası əsas (baza) mətnin əmələ gəlməsini 
təmin edir, öyrətmə  fazası isə ümumi nəticələrdən ibarət olur. 
Bunu  mətnlərdə,  yəni  sintezlərdə  də  görmək  olur,  eləcə  də 
analizlərdən  belə  qənaətlərə  gəlmək  mümkündür.  Nəticələri 
öyrənə-öyrənə mətnlərdən çıxarmaq olar. (6 saylı qrafikdən də 
bir qədər ətraflı tanış olmaq olar).  
Sintezlərin meydana gəlməsi. Sintezlər cümlələrdən, fikir 
birləşmələrindən  yaranır.  Fikirlər  həm  faktlar  üzərində,  yəni 
carı  və  dövrü  olaraq  baş  verən  hadisələr  üzərində  formalaşır, 
həm  də  mülahizələrin  hadisələri  qabaqlamasından  meydana 
gəlir.  Mülahizələrin  hadisələri  qabaqlaması  da  faktlara 
istinadlarla 
nəticələnir, 
tamamlanır. 
Proqnozlaşdırmanı 
həyata  keçirmənin  iki  baza  üsulu  və  nəticəsi  formalaşır: 
birincisi,  faktlar  ardıcıllığından  nəticələrin  çıxarılması  ilə 
meydana 
gələn 
proqnozlar; 
ikincisi, 
mülahizələr 
zəncirliliyindən və faktlarla nəticələnən proqnozlar. Sintezlərdə 
olan  cümlələr  təsdiq  və  inkardan  ibarət  olur.  İnkarlar  qəbul 
etməmənin  əsasında  dayanır.  Sintezlər  həm  də  nəticələrdən 
ibarət  olur.  Yəni  hər  bir  cümlə  başlanğıc  və  nəticə  verə  bilir. 
Sonrakı  cümlə  şərt-başlanğıc,  həm  də  nəticə  ola  bilir. 
Sintezləşdirmə  ümumilikdə  öyrənmə  mərhələsidir.  Analizlərin 
özləri də elə sintezlərdən ibarətdir.  
Bir  müəllif  bir  hadisəni  öyrənərkən  əldə  etdiyi  faktları, 
nəzəri  fikirləri  məkan  amili  baxımından  baza  olaraq  (baza 
istqamətlər  içərisində  də  digər  istiqamətlər  törənə  bilər)  iki 
istiqamətdə  müqayisə  prosesinə  cəlb  etməlidir:  birincisi, 
hadisələrin 
özünün 
daxili 
baxımdan 
müqayisəsi-buna 
sistemdaxili  müqayisə  demək  olar.  İkincisi,  hadisələrə  təsir 
edən kənar amillər baxımından müqayisə-buna isə sistemxarici 
müqayisə  demək  mümkündür.  Sistemləri  daxili  və  xarici 
olmaqla-tərkib  formalarına  ayırmaq  da  mütləq  və  nisbidir. 
Çünki  bir  sistem  daxilində  çoxlu  sayda  sistemlər  mövcuddur. 
(4 saylı qrafikdən də dərk etmək mümkündür).  


163 
 
 
Müəllif 
hadisələrə 
olan 
münasibəti 
ayrı-ayrı 
müəlliflərin  münasibətləri  (qənaətləri)  prizmasından  öyrənir, 
sonra  isə  bunlardan  çıxış  edərək  özünün  mülahizələri  ilə  yeni 
düşüncə  istiqamətlərini  meydana  gətirir.  (6  saylı  qrafikdən  də 
bunu  dərk  etmək  olar)  Hadisələrdə  keçidlər  baş  verir,  xətlər 
arasında  keçid  birləşmələri  meydana  gəlir.  Fikirlər  arasında 
ayrı-ayrı xətlər-cərəyanlar formalaşır. Bu xətlər və istiqamətlər 
şəbəkəsi  deduktiv  qaydada  yaradıcılığı  böyüdür.  Elm 
genişlənir.  (6  saylı  qrafikdən  də  bunu  dərk  etmək  olar)
Təfəkkürün yeni sistemləri formalaşır. 
Sintezləşdirmə  zamanı  məkanlar  arasında  aşkarlayıcı 
əlaqələr  meydana  gəlir.  Beyin  özünün  aşkarlama  funksiyasını 
bütün istiqamətlərdə təmin edir.  
 
 
Analizlərin  meydana  gəlməsi.  Analizlər  sintezlərdə 
mövcud  olur  və  həmçinin  yeni  üsullardan,  yanaşma 
metodlarından  formalaşır.  Analizlərin  meydana  gəlməsinin  iki 
baza  yolunu  qeyd  etmək  olar:  birincisi,  faktlardan  meydana 
gələn  analizlər.  Burada  faktlar  üzərində  analizlər  qurulur. 
Faktlar  toplanılır,  hadisələr  qruplaşdırılır,  sahələr  üzrə  fəlsəfi 
kateqoriyalarla  təsnif  olunur.  İkincisi  isə  ilk  növbədə 
mühakimələr 
irəli 
sürülür, 
mülahizələr 
bilidirlir. 
Bu 
mülahizələr  faktlarla  tamamlanır.  (Əlavə  olaraq  7,8,9  saylı 
qrafiklərə  baxmaq  olar).  Faktlara  söykənən  mülahizələrin 
özləri  də  faktlar  rolunda  çıxış  edir.  Deməli,  faktlardan  təcrübi 
və nəzəri faktlar meydana gəlir.  
Birinci analiz yolunda faktlar nəzəriyyə ilə tamamlanır. Bu 
yolda  nəticə  fikiri  əsas  götürülür,  faktlar  bu  nəticəni  meydana 
gətirən  şərtlər  rolunda  çıxış  edir.  Məsələn,  belə  bir  fikir 
bildirək.  Ukraynada  baş  verən  böhran  ABŞ-la  Rusiya 
arasında bir müddət üçün soyuq münasibətlərin yaranmasına 
səbəb  olacaq.  (Bu,  nəticədir,  qənaətdir)  Çünki  Rusiya 
Ukraynanın  Qərbyönümlü  siyasətinin  qarşısını  alır,  təzyiq 
vasitələrindən biri olaraq Krımda referendum keçirir və Krımı 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə