Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə55/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   48   49   50   51   52   53   54   55   56

167 
 
obyektiv  konstruksiyanın  meydana  gəlməsinə  səbəb  olur. 
Subyektiv 
konstruksiyaların 
universal 
prinsiplərlə, 
qanunauyğunluqlarla 
qəbul 
olunması 
elə 
obyektiv 
konstruksiyaların və metodların bazasında dayanır. Fərd (şəxs) 
tədqiqat  apararkən  təhlil  metodlarının  hər  ikisindən  istifadə 
edərək  müəyyən  sahələrin  öyrənilməsini  həyata  keçirir.  Bu 
zaman  mənimsənilmə  mərhələsi  başlayır.  Mənimsənilmə 
mərhələsi  ilkin  qavranılma  mərhələsindən  tutmuş  şərti  son 
mərhələyə  qədər  davam  edir.  Burada  nəticə  etibarilə 
tezislərdən,  sintezlərdən  və  analizlərdən  ibarət  olan  bütöv 
(fəlsəfi məzmunlu bütöv) meydana gəlir. 
Elmi-tədqiqatın 
quruculuğunda 
sistem 
tərkibində 
uyğunluqlar, uzlaşmalar mövcud olmalıdır. Sistemdə sintezlər 
zamanı  elementlərin  birləşmələri  meydana  gəlir.  Bu  anda 
başlanğıc  və  son  arasında  müəyyən  bir  trayektorik  bağlılıq 
mövcud 
olur. 
Sistemdə 
boşluqlar, 
yəni 
tədqiqatın 
tamamlanması  zamanı  və  bütövləşməsi  zamanı  mövcud  olan 
boşluqlar elementlər çatışmazlığından meydana gəlir. Eləcə də 
uyğun  olmalayan  elementlərin  sistem  məkanının  müəyyən 
hissəsinə  əlavə  edilməsindən  ortaya  çıxır.  Uyğunsuzluqlar 
sistem  daxilinə  elementlərin  ardıcıl  şəkildə  disharmonik 
quruluşundan  meydana  gəlir.  Uyğunluqlar  isə  ardıcıl  gələn 
tələbatların  yerinə  yetirilməsi zamanı ortya çıxır. Başlanğıc və 
son  trayektoriya  arasında  bir  bütöv  meydana  gəlir.  Məsələn, 
sintezlər  zamanı  mətn  tam  öz  ardıcıl  trayektoriyası  ilə 
uyğunluq  prinsipi  ilə  tamamlandıqda  uyğunluq  yaranır. 
Uyğunluq  əsasən  ardıcıl  şəkildə  tələblərə  cavab  verməkdən, 
sahələrin  təsnifatından  ortaya  çıxır.  Tədqiqatlarda  mətnlər 
ardıcıl 
olaraq 
(müəyyən 
sahələr 
üzrə) 
tələb 
olunan 
elementlərdən və onların ardıcıl birləşməsindən meydana gəlir. 
Təfəkkür  öz  quruculuq  funksiyasını  yerinə  yetirərkən, 
konstruksiya  yaradarkən  qavradığı bütün elementləri uyğunluq 
prinsipləri  ilə öz  məkanına  cəlb  edir.  Burada bütün elementlər 
başlanğıcda  və  sonda  uyğunluq  prinsipləri  ilə  düzülür. 


168 
 
Uyğunluq əsasən müəyyən başlanğıcdan sonra gələn cavablarla 
yaranır.  Ümumiyyətlə,  hər  bir  element  qrupu  öz  sahəsində,  öz 
vərdiş  olunmuş  sahəsində  toplanır,  cəmləşir.  Bu  anda 
cavabvericilik funksiyası meydana gəlir. 
Tezis -mətnə, mətn-tezisə uyğun olmalıdır. Sistemləşdirmə 
prinsiplərindən  irəli  gələrək,  tezisin  tələb  etdiyi  faktlar  və 
mühakimələr  nəticələrə  xidmət  etməlidir.  Hər  bir  nəticə 
obyektin  ümumi  məzmununun  tələblərini  yerinə  yetirməlidir. 
Faktlar  başlıca  olaraq  nəticələrə,  o  da  tezislərə  xidmət 
etməlidir.  Hər  bir  fakt  sistem  daxilində  obyektə  uyğun şəkildə 
nəticə  etibarilə  şərh  olunmalıdır.  Təhlillər  tezislərin  əsaslarını 
aşkarlamaqla  onların  təriflərini  (qısa  və  geniş  şəkildə) 
yaratmalıdır.  Buradan  da  sistemli  konseptuallıq,  uyğunluq 
meydana  gəlir.  Sintezin  tələblərə  cavab  verməsi  elə  sistemli 
olmalı və harmonik prinsipləri özündə əks etdirməlidir.  
İ
nkarlar  və  təfəkkürün  təkmilləşməsi.  Təfəkkürün 
təkmilləşməsi prosesləri çoxobyektli münasibətləri və əlaqələri 
ehtiva  edən  qavramaqdan  və  hadisələrə  dair  baxışların 
çoxluğunu  qruplaşdırmaqdan  ibarət  olan  bir  prosesdir. 
Təfəkkür  normalarla,  ardıcıl  şəkildə  qəbul  edilən  qaydalarla 
təkmilləşir.  Təfəkkürün  təkmilləşməsi  prosesləri  dialektik 
qaydada  mövcud  olanı,  müəyyən  məqamlarda meydana  gələni 
(hadisələri)  və  gələcək  baş  verəcək  hadisələrdən  dialektik 
əsaslarla  imtina  etməkdən  və  hadisələrə  baxışları  müxtəlif 
istiqamətlərlə  formalaşdırmaqdan ibarətdir.  Bu  anda kompleks 
olaraq  baxışlar,  əlaqələr  və  münasibətlər  formalaşır.  İnkar 
etmək əsasən hadisələr zəncirinin çoxalmasına xidmət edən bir 
prosesdir.  
İ
nkar  təfəkkürü  təkmilləşdirən,  mövcud  baxışlarla 
razılaşmamadan  irəli  gələrək,  təfəkkür  “çatışmazlığını” 
(hadisələrə  münasibətdə  kasad  baxışları,  razılaşılmayan 
baxışları)  aradan  qaldıran  ikitərəfli  və  çoxtərəfli  bir  bağlayıcı 
dialektik  prosesdir.  İnkarlar  dialektik  məntiqin  əsaslarında 
dayanır  və  dialektikanın  özünün  təkmilləşməsinə  xidmət  edir. 


169 
 
İnkarlar inkişaf qanunauyğunluqlarının cəmini meydana gətirir. 
İnkar  etmək  təfəkkürü  aydınlaşdırmaq  və  elementləri  məhz  öz 
münasib yerlərində aşkarlama, eləcə də müəyyən yerlərə dəqiq 
cəlb  etmə  prosesinin  tərkib  hissəsdir.  Obyektiv  qaydada  inkar 
etmək  hadisələrə  baxışları  təkmilləşdirməkdən  ibarət  olan  bir 
prosesdir.  İnkarlar  subyektivliklərin  çoxalması  proseslərinin 
tərkib  hissələridir  ki,  bundan  da  obyektivlik  meydana  gəlir. 
Çoxlu sayda subyektivliklər məhz obyektivliklərin yaranmasını 
və  nisbi  son  olaraq  təfəkkürün  müəyyən  mərkəzlərdə 
cəmləşməsini 
meydana 
gətirir. 
İnkarlar 
sistemləşmə 
proseslərinin  tərkib  hissələridir  və  sistemlərdə  olan  boşluqları 
aradan  qaldırmağa  xidmət  edir.  İnkarlar  sistemlərdə  olan 
uyğunlaşdırma proseslərinin təkmilləşməsinə xidmət edir.  
Kainat  siqnallarının  sonsuzluğu  və  bu  baxımdan  da 
subyektiv 
fikirlərin 
zəngin 
olması 
məhz 
inkarların 
yaranmasının  əsas  amili  hesab  olunmalıdır.  Kainatda 
siqnalların çoxluğu baş verən hadisəyə və hadisələrə subyektiv 
baxışların  artmasına  gətirib  çıxarır.  Subyektiv  fikirlərin 
çoxluğu  hadisələrə  dair  baxışların  çoxluğunu  meydana  gətirir. 
Fikirlərin  inkar  olunması  aşkarlanma  prinsipinin  tərkibi  kimi 
qəbul  olunmalıdır.  Fikirlərin  formalaşmasının  çoxlu  sayda 
komponentləri  mövcuddur.  Bu  komponentlərin  aşkarlanması 
üçün çoxlu sayda baxışların olması labüddür. 
İnkarlar köhnəlmiş hadisələrə dair yeni baxışların meydana 
gəlməsinin  əsasında  dayanır.  Hadisələr  zənciri  inkarların 
zəncirvari  qaydada  meydana  gəlməsinə  səbəb  olur.  Yeni 
hadisələr əvvəlki hadisələri təzələyir və inkarlar meydana gəlir. 
Faktların  izahlarının  yeni  əsaslarla  izah  olunması  elə  inkarlar 
prosesinin  əsaslarını  təşkil  edir.  İnkarların  özləri  də  yeni 
hadisələrin  meydana  gəlməsinin  əsasında  dayanır.  İnkarlar 
sayəsində  yeni  hadisələr  İnkarların  burada  təbii  proseslərin 
nəticəsi,  həm  də  aşkarlanma  proseslərinin  nəticəsi  olması 
qənaətinə  gəlmək  olur.  İnkarlar  hadisələrin  ardıcıl  olaraq 
cərəyan  etməsindən  meydana  gəlir  və  hadisələri  dialektik 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə