Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə54/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   48   49   50   51   52   53   54   55   56

164 
 
öz ərazisinə qatır. (Krım referendumu soyuq münasibətlər üçün 
faktdır)  Hadisələr  Qərbin  maraqlarına  uyğun  olmayan 
şə
kildə cərəyan edir....... 
Burada 
analizin 
nəticəsi 
soyuq 
münasibətlərin 
yaranmasını bildirməkdən ibarətdir. Nəticə hissəsi, yəni altdan 
xətt  çəkilən  və  qalın  şriftlərlə  kursivlə  yazılan  hissə,  birinci 
deylir, ardınca isə fakt, yəni fikirin ikinci hissəsi-kursivlə qalın 
yazılmayan  və  xətt  çəkilməyən  hissəsi,  söylənilir.  Qalın  və 
kursivsiz yazılan hissələr isə yenə də nəticəni üzərə çıxarır. Bu 
fikir  ardınca  yeni  faktların  bildirilməsini  tələb  edir.  Başlanğıc 
cümlə  növbəti  şərti  son  cümlə  ilə  tamamlanır.  Fikir  bağlılığı 
meydana gəlir. Ümumiyyətlə, bu  yolda analizlər daha da dərin 
olur.  Geniş  və  əhatəli  dərketməni  meydana  gətirir.  Nəzəriyyə 
hissə  çox  geniş  şəkildə  meydana  gəlir.  Nəticələr  də  növbəti 
nəticələr  üçün  faktlar  rolunda  çıxış  edir.  Nəticələr  faktlara 
söykəndiyindən  subyektiv  analiz  obyektiv  analizə  çevrilir. 
Obyektiv  analiz  isə  növbəti  subyektiv  təhlil  üçün  fakt  rolunda 
çıxış edir.  
İ
kinci  analiz  yolunda  isə  faktların  ardıcıllığından, 
hadisələrin 
ardıcıl 
cərəyanından 
nəticələr 
formalaşır. 
Tədqiqatçı  faktları  önə  çəkir,  ondan  çıxış  edərək  nəticələr 
çıxarır.  Məsələn,  Krımda  Rusiyanın  dəstəyi  ilə  keçirilən 
referendum (bu faktdır) Ukraynanın Qərbyönümlü siyasətinə 
təzyiq  vasitəsi  olduğundan,  Rusiyanın  bu  addımı  bir  müddət 
Rusiya-ABŞ  münasibətlərinin  soyuqlaşmasına  səbəb  olacaq. 
(Bu  hissə  nəticədir).  Ukraynada  hadisələr  hələlik  Qərbin 
maraqlarına uyğun olmayan şəkildə cərəyan edir...... 
İkinci  analiz  yolunda  cümlənin  kursivlə  və  altdan  xətt 
çəkilməklə  və  qalın  şriftlə  yazılan  hissəsi  nəticələri  çıxarmaq 
üçün  tədqiqatçının  istinad  etdiyi  fakt  hissəsidir.  Cümlənin 
ikinci  hissəsi,  yəni  kursivlə  adi  qaydada  yazılan  hissəsi  isə 
nəticədir. Burada baza olaraq fakt, üst hissə olaraq nəticə çıxış 
edir.  


165 
 
Sintez  hər  bir  mətndə  mövcuddur. Sintezlərdə həm  birinci 
analiz  yolundan,  həm  də  ikinci  analiz  yolundan  qarşıq  şəkildə 
istifadə  oluna  bilir.  İdrak  metodu  olaraq  məntiqi  nəticələr 
hissə-hissə çıxarılır. Analitika sintetika ilə vəhdət təşkil edir və 
elə  sintetikadan  (cümlələri  başlanğıc  və  sonda-ardıcıl 
tamamlamadan)  meydana  gəlir.  Nəticələr  başlanğıc  və  faktlar 
rolunda  çıxış  edir.  Sintezin  trayektoriyası  formalaşır  və 
müəyyən həcmlı mətn meydana gəlir. 
 
 
Subyektiv və obyektiv idrak konstruksiyası. Əvvəlcə də 
qeyd  olunduğu  kimi,  idrak  konstruksiyası  əsasən  düşüncələrin 
yaratdığı  sistem  kimi  başa  düşülməlidir.  Hər  bir  şəxs  öz  idrak 
konstruksiyasını  yaradır,  şəxsi  mülahizələrini  irəli  sürür. 
Buradan  da  subyektivlik  meydana  gəlir.  Subyektivlik  əsasən 
fərdin  məxsusi  yanaşmasıdır.  Obyektivlik  isə  fərdin  digər 
subyektlərin  qəbul  etdikləri  qanunauyğunluqlar  çərçivəsində 
yanaşmasıdır.  Lakin  hər  iki  halda  subyektivlik  var  və  hər  iki 
halda  obyektivlik  mövcuddur.  Çünki  insan  kainat  bütövündə 
tam subyektiv ola bilməz. Bütün subyektivliklər kainat (təbiət) 
obyektivliklərinə  tabedir.  Yəni  bütün  insanlar  oxşar  əsaslı 
qanunauyğunluqlara  tabedirlər.  Bu  da  kainatın  bütöv 
məkanının  tərkibindədir.  Onlarda  qavrama  prosesləri  oxşar 
prinsiplərlə  həyata  keçirilir.  Subyektivlik  və  obyektivlik  elə 
vahid  sistemin  tərkibindədir.  Hər  iki  yanaşma  istiqaməti 
element,  zaman,  məkan,  şərait  və  s.  kateqoriyalardan  asılıdır. 
Ətraf  siqnallar  və  onların  qəbul  olunmasının  əsasları  məhz 
subyektivlik və obyektivliyin əsasında dayanır.  
Öyrənmə tərkib və bütövün xassələrini müəyyən etməkdən 
ibarət  olan  bir  prosesdir.  Öyrənmə  nəticə  etibarilə  məqsədlər 
olaraq  “təki”  cəmlər  və  vahidliklər  sistemində  determinə 
etməkdən  ibarət  olan  bir  prosesdir.  Həmçinin  bu  determinə 
prosesinin  tərkibi  olaraq  təsnif  etməkdən  ibarət  olan  bir 
prosesdir.  Öyrənmə  nəticəsi  isə  faydalı  nəticələr  əldə 
etməkdən,  bu  baxımdan  faydalı  münasibətlər  yaratmaq  və 


166 
 
təmaslar  qurmaqdan  ibarətdir.  Faydalı  nəticələrin  əldə 
olunması  əsasən  mövcud  təbii  elementlərin  quruluşunu 
dəyişərək  onlardan  yeni  elementlər  təmasını  və  bütövünü 
yaratmaqdan  ibarət  olan  bir  prosesdir.  Deməli,  öyrənmə  təbii 
olanlara  dəyişiklikləri  meydana  gətirən  bir  prosesdir.  Hər  bir 
öyrənmə  proses  (ardıcıl  hadisələr  cəmi  və  ardıcıl  reaksiyalar, 
münasibətlər  cəmi)  olaraq  sistemlilik  prinsipindən  başlayır. 
Sistemlilik  isə  qaydaya  salmaqdan,  normalarla  müəyyən 
etməkdən  ibarətdir.  Konstruksiya  məlumdur  ki,  elementlərin 
müxtəlif  istiqamətlər  üzrə  sistemli  qaydada  düzülüşündən 
meydana  gələn  bir  bütövdür,  tamdır,  vahiddir.  Öyrənmə 
zamanı  obyektə  yanaşma  fərdi  xarakterə  malik  olur.  Fərdi 
yanaşma 
da 
öyrədilənlərin 
öyrənmə 
yolu 
ilə 
mənimsənilməsindən 
və 
nəticələrdən 
meydana 
gəlir. 
Konstruksiya təfəkkür quruculuğu mənasını verir. Beyinin təbii 
konstruktiv  funksiyası  öyrənmənin,  yəni,  hadisələr  və 
əlamətlərin  siqnallarının  qəbul  olunmasının  konstruksiya 
əsaslarını  meydana  gətirir.  Deməli,  beyin  təbii  olanı  qəbul 
edəndir.  Konstruksiya  beyinə  daxil  olan  siqnalların  sistemli 
şəkildə  əks  olunmasıdır,  obrazlanmasıdır.  Əks  olunma 
elementərin beyində sistemlənməsidir.  
Əks  olunmanın  da  iki  mühüm  əsasını  qeyd  etmək  olar: 
birincisi,  sistemli  olan  obyektin  özünün  sistemli  şəkildə 
beyində  əks  olunması;  ikincisi,  elementlərin  ayrı-ayrı 
məkanlardan  beyində  mərkəzləşərək  sistemli  qaydada  əks 
olunması.  İkinci  istiqamətdə  beyin  özünün  konstruktiv 
funksiyasını  yerinə  yetirir.  (10  və  11  saylı  qrafiklərdən  də 
bunu dərk etmək mümkündür).  
Hər  bir  tədqiqatçı  özünün  analiz  xüsusiyyətlərini  yaradır. 
Lakin  bu  fərdi  (məxsusi)  analiz  xüsusiyyətləri  universal 
xüsusiyyətlərin 
yaranmasına 
gətirib 
çıxarır. 
Bütün 
subyektivliklər  cəmi  nəticə  etibarilə  obyektivliklərə  xidmət 
edir.  Subyektiv  yanaşma  universal  təhlil  metodlarının 
formalaşmasının  əsasında  dayanır.  Subyektiv  təhlillər  cəmi 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə