Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

olunmasına yönəlib. Daha çox diqqət cəlb edən tələblərdən xarici investor istehsal etdiyi 
məhsulun  və  ya  xidmətin  müəyyən  hissəsini  yerli  bazarda  realizə  etməli  və  yaxud  da 
müvafiq  dövlətdə  müəyyən  istehsal  sahələrini  inkişaf  etdirmək  öhdəliyidir.  xracla  bağlı 
tələbə görə investor növbəti sadalanan şərtlər daxilində istehsal etdiyi məhsulu ixrac edə 
bilər: 
a) istehsal olunmuş məhsulun müəyyən edilən minimal sayından; və ya 
b) son məhsulun müəyyən mütləq sayından; və ya 
c) xarici investorun idxal satın almalarını kompensasiya edən sayından; və ya 
d) elə bir ölçüdə ki, xarici investorun bütün valyuta xərcləri bağlanmış olsun. 
Xarici investorlar üçün qeyri-məqbul digər tələblər özünün xarakterinə həm də qeyri-
ticarət xarakterli ola bilər: 
-  investisiyanın  qəbul  edən  dövlətin  təsərüfat  subyektlərinə  yeni 
texnoloqiyadan 
istifadə etmək imkanının verilməsi ilə bağlı tələbin nəzərdə tutulması; 
-  müvafiq  investisiya  layihələrində  bərabər  iştirak  prinsipinin  təmin 
olunması 
öhdəliyinə görə xarici investorla bərabər qəbul edən dövlətin təsərrüfat subyektlərinin 
qanunvericilik qaydasında minumum iştirakının həyata keçirilməsi; 
-  nominal  ölçüdə  yerli  işçi  qüvvəsindən  və  idarəçilikdən  istifadə, 
layihənin, bir 
qayda  olaraq,  investisiya  qəbul  edən  dövlətin  iqtisadiyyatının  zəif  inkişaf  etmiş 
sahələrində  yerləşdirilməsi,  yerli  maliyyə  resurslarının  cəlb  edilməsi  üzrə  tələblər  və  s. 
qeyd edilə bilər. 
lk  baxışdan  müvafiq  tədbirlər  kapitalın  sərbəst  hərəkətinə  maneə  kimi 
qiymətləndirilməlidir.  Lakin  dövlətlərin  müxtəlif  iqtisadi  inkişaf  səviyyəsi  sərbəst, 
liberal beynəlxalq ticarət dövriyyəsində yalnız sənayecə inkişaf etmiş ölkələrin daha da 
varlanmasına  xidmət  etmiş  olardı.  Məhz  belə  tədbirlər,  ilk  növbədə,  müxtəlif  inkişaf 
səviyyəli  iqsitadi  sistemləri  yaxınlaşdırmalıdır.  Heç  şübhəsiz  ki,  bu  mənada  TRIMS 
inkişafda  olan  dövlətlərin  iqtisadi  təhlükəsizliyini  stimullaşdırmalıdır.  Yalnız  bundan 
sonra  investisiya  “tədbirləri”  investisiyanın  ticarətini  nəzərdə  tutan  universal  sazişlə 
ə
vəzlənməlidir.  Ticarət  xarakterli  investisiya  tədbirləri  bu  sahədə  ilk  və  daha  geniş 
formada  hazırlanmış  tədbirlərdir.  Adətən  əmtəələrin  alqı-satqısının  liberal  prinsip  və 
normalarının  maddi  faktorlara  tətbiqi  qeyri-mümkün  olur.  Dövlətlərin  iqtisadi  inkişaf 
tarazlığına nail olunduqca investisiya tədbirlərinin dəqiq siyahısı və mexanizmi müəyyən 
edilməli  və  beynəlxalq  ticarətin  və  investisiyaların  sərbəst  dövrüyyəsinə  zidd  gələn 
tədbirlər ləğv ediliməlidir. 
Xarici kapital qoyuluşunda qəbul edən dövlətin ictimai maraqları (həmrəylik inkişaf 
hüququ)  ilə  xarici  investorun  (fərdi  mülkiyyət)  hüquqları  toqquşur.  Əslində,  bu  iki 
inkişaf  meylinin  xüsusi  mülkiyyətin  mütləq  müdafiəsinin  qərb  modeli  ilə  həmrəylik 
maraqlarından  çıxış  edən  şərq  modelinin  toqquşmasıdır.  Bundan  çıxış  yolu  isə  hər  iki 
tərəfin  maraqlarının  maksimum  uzlaşdırılması  nəticəsində  mümkündür.  nkişafda  olan 
ölkələr TRIMS-dən onun əvəzində daha təminatlı beynəlxalq hüquqi mexanizm aldıqları 
halda imtina edə bilərlər. Bu sahədə istənilən danışıqların predmetini inkişafa yardımla 
investisiya liberallaşdırmasının konsensusu təşkil etməlidir. 


TRMIS-in hər hansı bir tənqidinə baxmayaraq qeyd etmək lazımdır ki, ilk dəfə olaraq 
universal  səviyyədə  xarici  investisiyaların  beynəlxalq  hüquqi  tənzimlənməsi  sferasında 
müəyyən tədbirlər formalaşdırmışdır. Xüsusən də, xarici ticarət dövriyyəsini çətinləşdirən 
və  məhdud  sayda  qadağanedici  tədbirləri  müəyyən  etməklə  üzv  dövlətlərə  müvəqqəti 
qaydada  və  zərurət  olduqda  GATT  üzrə  öhdəliklərdən  imtina  etmək  imkanı  verir.  Qeyd 
etmək  lazımdır  ki,  TRIMS  bu  sahədə  boşluqları  müəyyən  etməklə  gələcək  inkişaf 
meyllərini təsdiqləmiş oldu. 
 
    5.  nvestisiya fəaliyyətinin qeyi-kommersiya 
                risklərindən beynəlxalq hüquqi təminat mexanizmi 
 
Xarici  investisiyalar  üçün  əsas  təhlükələrdən  biridə  qeyri-kommersiya  riskləri  ilə 
bağlıdır.  Müvafiq  risklərdən  beynəlxalq  hüquqi  sığortanın  təşkilatı  mexanizminin 
yaradılmasına 1985-ci ildə  nvestisiya təminatları üzrə çoxtərəfli Agentliyin (Multilateral 
nvestment Guarentee Agency-M GA) təsis edilməsi ilə nail olunub.MIGA hüquqi status 
baxımından  daimi  fəaliyyət  göstərən  beynəlxalq  hökumətlərarası  təşkilatdır.  M GA 
beynəlxalq  hüquq  subyektliyinə  malik  olduğundan  beynəlxalq  müqavilələr  bağlayır  və 
fəaliyyət  xüauaiyətlərindən  asılı  olaraq  hüquqi  şəxs  kimi  investisiya  təminatları  verir. 
Agentlik beynəlxalq müqavilələrlə yanaşı, eyni zamanda beynəlxalq kontraktlar bağlamaq, 
daşınmaz və daşınar əmlak əldə etmək, alqı-satqı münasibətlərinə daxil olamq, məhkəmə 
iddiası  ilə  çıxış  etmək,  sığorta  və  yenidən  sığorta  fəaliyyətini  həyata  keçirmək 
səlahiyyətinə keçirmək malikdir. 
MIGA-nın sığorta mexanizminin əhəmiyyəti ondadır ki, xarici investorla qəbul edən 
dövlət arasında bağlanmış kontrakdan mübahisə yarandıqdan sonra və qəbul edən dövlət 
öhdəliyini  lazimi  qaydada  yerinə  yetirmədikdə  investorun qəbul  edən  dövlətə qarşı tələb 
hüququ  subroqasiya  prinsipi  əsasında  öncədən  investorla  MIGA  arasında  bağlanmış 
sığorta  kontraktına  əsasən  həmin  Təşkilata  keçid.  Agentliyin  verdiyi  təminatın 
özünəməxsusluğu  ondan  ibarətdirki,  investorun  qəbul  edən  dövlətə  qarşı  tələb  hüququ 
subroqasiya  əsasında  MIGA-ya  keçid  və  pacta  sunt  servandaprinsipinə  uyğun  olaraq 
dövlətlə  Təşkilat  arasındakı  üzvlük  müqavilə  öhdəlik  dövlət  üçün  beynəlxalq  hüquqi 
məhsuliyyət yaratmış olur. Belə bir hal isə investisiya maraqında olan qəbul edən dövlət 
üçün  qeyri-məqbul  vəziyyətin  yaranmasına  səbəb  olduğundan  dövlətlərin  investor 
qarşısında öz öhdəliyini yerinə yetirməkdə maraqlı olur. 
Qeyri-kommersiya  risklərinin təminatlandıran digər  beynəlxalq   təşkilatlardan  fərqli 
olaraq MIGA Dünya Bank qrupunda üzvlüyə malikdir. Məhz belə bir status ona “imtiyazlı 
kreditor statusu” ilə böyük üstünlük verir.  “ mtiyazlı kreditor statusuna” görə dövlətlərin 
MIGA qarşısında öhdəliyi növbədənkənar təmin edilir. 
MIGA tərəfindən təminatlandırılan investisiya anlayışı “birbaşa” investisiyaları əhatə 
etməlidir. Konvensiya bilavasitə səhmdar iştiraka (yəni, nizamnamə kapitalında paya sahib 
olmaqla),  həmçinin  səhmdarlar  üzrə  investisiyalara  istinad  edir.  Birbaşa  investisiyaların 
Konvensiyada sadalanmayan formaları Direktorlar Şurası tərəfindən müəyyən edilir və bu 
anlayışa  investorun  ölkəsində  olmayan,  digər  ölkələrdə  fəaliyyət  göstərən  müəssisələrdə 
uzunmüddətli  hüquqları  əldə  etmək  məqsədi  ilə  həyata  keçirilən  xarici  investisiyalar  da 
daxildir.  Uzun  müddətli  maraqlar,  hüquqlar  dedikdə,  investisiya  alan  müəssisənin 
idarəçiliyində  uzunmüddətli  təsirə  malik  real  idarəçiliyin  əldə  edilməsi  nəzərdə  tutulur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə