Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

Məhsul  ixracı  və  idxalı  Tamamilə  xarici  investorlara  məxsus  müəssisələr  və 
nizamnamə  fondunun  30  faizindən  çoxu  xarici  investisiyadan  ibarət  olan  müəssisələr 
özlərinin  istehsal  etdikləri  məhsulu  (işləri,  xidmətləri)  lisenziyasız  ixrac  edə  bilərlər. 
Xarici investisiyalı müəssisə özünün təsərrüfat fəaliyyəti üçün məhsulu (işləri, xidmətləri) 
lisenziyasız  idxal  edə  bilər.  Məhsulun  (işlərin,  xidmətlərin)  xarici  investisiyalı 
müəssisələrin istehsal etdiyi məhsula aid edilməsi qaydasını Azərbaycan Respublikasının 
Nazirlər  Kabineti  müəyyən  edir.  Xarici  investisiyalı  müəssisələrin  öz  məhsulunu  ixrac 
etməkdən valyuta ilə əldə etdikləri satış pulu onların sərəncamında qalır.  
Gömrük  vergisi  Birgə  müəssisənin  nizamnamə  fonduna  xarici  investorun  əmanəti 
kimi  və  ya  tamamilə  xarici  investora  məxsus  müəssisənin  yaradılması  üçün  Azərbaycan 
Respublikasına  gətirilən  əmlak  gömrük  rüsumundan  azad  edilir.  Xarici  investisiyalı 
müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri 
ə
mlak gömrük rüsumundan azad edilir.  
Sığorta Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi sığortalama nəzərdə 
tutulmadıqda,  xarici  investisiyalı  müəssisə  öz  əmlakının,  istehsal,  maliyyə  və  başqa 
risklərinin sığortalanıb-sığortalanmayacağını özü həll edir.  
Vergitutma  Xarici  investisiyalı  müəssisələr,  habelə  xarici  investorlar  Azərbaycan 
Respublikasının qanunvericilik aktları ilə müəyyən edilən vergiləri ödəyirlər. 
 Mühasibat  uçotu  və  hesabat  Xarici  investisiyalı  müəssisə  Azərbaycan 
Respublikasında qüvvədə olan qaydalara, yaxud istəsə, həmçinin xarici investorun mənsub 
olduğu ölkədə qüvvədə olan qaydalara müvafiq surətdə mühasibat uçotu və hesabat aparır.  
Öhdəliklərin  təmin  edilməsi  Xarici  investisiyalı  müəssisə  götürdüyü  öhdəliklərin 
bütün  növlərini  təmin  etmək,  o  cümlədən  borc  vəsaiti  cəlb  etmək  üçün  öz  əmlakından 
istifadə edə bilər. Öhdəlikləri təmin etmək üçün o, binalar, qurğular, avadanlıqlar üzərində 
ə
mlak  hüquqlarından  və  digər  əmlak  hüquqlarından,  o  cümlədən  torpaqdan  istifadə 
hüququndan  istifadə  edə  bilər.  Müvafiq  icra  hakimiyyəti  orqanı  investisiya  fəaliyyəti 
sahəsində  qüvvədə  olan  qanunvericiliyi  pozmuş  hüquqi  və  fiziki  şəxslər  barədə 
qanunvericilikdə  müəyyən  edilmiş  tədbirlərin  görülməsi  üçün  aidiyyəti  üzrə  müvafiq 
dövlət  orqanlarına  məlumat  verir,  habelə  investisiya  mübahisələrinin  həll  olunması  ilə 
bağlı investorlara kömək göstərir.  
ntellektual  fəaliyyət  nəticələrinə  hüquqlar  və  digər  qeyri-əşya  hüquqları  Xarici 
investisiyalı  müəssisələrin  intellektual  fəaliyyət  nəticələrinə  olan  hüquqları,  habelə  digər 
qeyri-əşya  hüquqları  (nou-hau,  kommersiya  sirri  və  s.)  Azərbaycan  Respublikasının 
qanunvericilik aktlarına müvafiq surətdə müdafiə olunur və həyata keçirilir.  
Ə
mək münasibətləri Xarici investisiyalı müəssisədə istehsal və əmək münasibətləri, o 
cümlədən işəgötürmə və işdən azadetmə, əmək və istirahət rejimi, əmək haqqı, təminat və 
kompensasiya  məsələləri  kollektiv  müqavilə  (saziş)  və  fərdi  əmək  müqavilələri 
(bağlaşmalar)  ilə  tənzimlənir.  Kollektiv  və  fərdi  əmək  müqavilələrinin  şərtləri  həmin 
müəssisənin işçilərinin vəziyyətini Azarbaycan Respublikasının qanunvericilik aktlarında 
nəzərdə tutulmuş şəraitə nisbətən pisləşdirə bilməz. Xarici investisiyalı müəssisənin əcnəbi 
işçilərinin əməyinin ödənilməsi, onlara məzuniyyətlər verilməsi, onların pensiya təminatı 
məsələləri  həmin  işçilərin  hər  biri  ilə  bağlanan  fərdi  əmək  müqavilələrində 
(bağlaşmalarda) həll edilməlidir. Bu işçilər xarici valyuta ilə aldıqları əmək haqqını gəlir 
vergisi ödədikdən sonra Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada 
xaricə köçürə bilərlər.  


Sosial  sığorta  və  təminat  Xarici  investisiyalı  müəssisənin  işçilərinin  sosial  sığortası 
və  sosial  təminatı  (əcnəbi  işçilərin  pensiya  təminatı  istisna  olmaqla)  Azərbaycan 
Respublikasının  qanunvericiliyinin  normaları  ilə  tənzimlənir.  Xarici  investisiyalı 
müəssisədə  işləyən  Azərbaycan  Respublikası  ərazisində  daimi  yaşayan  əcnəbilərin  və 
vətəndaşlığı  olmayan  şəxslərin  əmək  pensiyası  təminatı  hüququ  «Əmək  pensiyaları 
haqqında»  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  tənzimlənir.  Müəssisə  yerli  və 
ə
cnəbi  işçilərin  sosial  sığortası  üzrə  məcburi  dövlət  sosial  sığorta  haqlarını  Azərbaycan 
Respublikasının  müəssisələri  və  təşkilatları  üçün  müəyyənləşdirilmiş  dərəcələr  üzrə 
ödəyir.  
Ləğvetmə  Xarici  investisiyalı  müəssisə  Azərbaycan  Respublikasının  qanunvericilik 
aktlarında  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  ləğv  edilə  bilər.  Xarici  investisiyalı 
müəssisə ləğv edilərkən onun yığdığı aktivlərdən real dəyəri üzrə vergi tutulur. IV bölmə. 
Xarici investorların qiymətli kağızlar əldə etməsi  
Dövlət  qiymətli  kağızlarının  əldə  edilməsi  Xarici  investorlar  dövlət  qiymətli 
kağızlarını Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilən şərtlərlə və 
qaydada əldə edirlər.  
Müəssisələrin  iştirak  hissələrini,  paylarını,  səhmlərini  və  başqa  qiymətli  kağızlarını 
xarici investorların əldə etməsi Xarici investorlar Azərbaycan Respublikasının ərazisində 
yerləşən  müəssisələrin  iştirak  hissələrini,  paylarını,  səhmlərini  və  başqa  qiymətli 
kağızlarını  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  qaydada 
ə
ldə  edə  bilərlər.  V  bölmə.  Xarici  investorların  torpaqdan  istifadə  hüquqlarını  və  başqa 
ə
mlak hüquqlarını əldə etməsi  
Torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüququ Xarici investorlara və xarici 
investisiyalı  müəssisələrə  torpaqdan  və  başqa  təbii  ehtiyatlardan  istifadə  hüquqlarının,  o 
cümlədən  torpağın  icarəsi  hüququnun  verilməsi  Azərbaycan  Respublikasının  Torpaq 
məcəlləsi və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə tənzimlənir.  
carə  Xarici  investorların  və  xarici  investisiyalı  müəssisələrin  icarəsinə  əmlakı 
icarəyəverən müqavilələr əsasında və Azərbaycan Respublikasının icarə qanunvericiliyinə 
müvafiq surətdə verir.  
Konsessiya  müqavilələri  Xarici  investorlara  faydalı  qazıntı  yataqlarının  axtarışı, 
kəşfiyyatı və işlənməsi, digər təbii ehtiyatların istifadəyə verilməsi hüquqları Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  onlarla  bağladığı  və  Azərbaycan  Respublikası  Ali 
Sovetinin  təsdiq  etdiyi  konsessiya  müqavilələri  əsasında  verilir.  Müqavilədə  başqa  şərt 
qoyulmayıbsa,  konsessiya  müqaviləsi  şərtlərinin  birtərəfli  qaydada  dəyişdirilməsinə  yol 
verilmir.  
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə