Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

axınını təmin edir, iqtisadiyyata çeviklik verir ki, bu da pul ehtiyatlarının bir sahədən digər 
sahəyə  keçməsini  təmin  edir  və  son  nəticədə  iqtisadi  inkişafın  tempini  artırır.  Qiymətli 
kağızlar vasitəsilə pul vəsaitlərinin pula ehtiyacı olanlara verilməsi prosesi baş verir. Həm 
də bu proses inzibati amirlik metodları deyil, maddi maraq və könüllülük prinsipi əsasında 
həyata  keçirilir.  Dövlət  qiymətli  kağızları  isə  dövlət  xərclərinin  maliyyələşməsinə,  bank 
sisteminin  likvidliyini  təmin  etməyə,  cəmiyyətdə  sosial-iqtisadi  inkişafa  və  digər 
problemlərin həllinə müsbət təsir edir. 
   
Qiymətli  kağızlar  və  fond  birjaları  mülkiyyət  forması  və  tabeliyindən  asılı 
olmayaraq  bütün  müəssisə  və  sahələrin  inkişafını  maliyyələşdirmək  üçün  vacib 
mənbələrdəndir. Vəsaitin qiymətili kağızlara qoyulması, kapitalın artırılması üçün əlverişli 
şə
rait yaratmaqla etibarlı dividend gətirir və müştərini inflasiyadan qoruyur. 
  Qiymətli  kağızlar  bazarının  inkişafı  bir  çox  dövlət  qurumlarının  işindən, 
qanunvericilik  bazasından,  fiziki  şəxslərin  fəallığından  və  sair  amillərdən  asılıdır. 
Hazıradakı bazarda ən əsas təşkilatı işlər görülüb, bazar infrastukturu sıfırdan başlayaraq 
yaradılıb,  dünya  standartlarına  uyğun  olan  və  beynəlxalq  maliyyə  qurumlarının 
mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilən normativ-hüquqi baza yaradılıb. QKDK 
öz qarşısında istənilən yollarla bazarda bağlanılan əqdlərin həcminin artırılması məqsədini 
qoymur.  Məqsəd  bazarda  baş  verən  proseslərin  şəffaflığının  təmin  edilməsi  ilə  yanaşı 
qiymətli  kağızlar  bazarında  risklərin  minimuma  endirilməsidir.  Məhz  bu  məqsədlə 
yaradılan normativ-hüquqi bazada investorların (xüsusən minoritar investorların) hüquqla-
rının  qorunmasına,  qiymətli  kağızlar  bazarında  məlumatın  açıqlanmasına,  insayder 
ə
qdlərinin  yol  verilməməsinə,  qiymətlərlə  manipulyasiyanın  qarşısının  alınmasına  və 
ölkənin  fond  bazarının  daxili  və  xarici  investisiya  resurslarının  iqtisadiyyatın  real 
sektorunda  akkumulyasiya  edilməsinə  və  bazarın  spekulyativ  əqdlər  bazarına 
çevrilməsinin  qarşısının  alınmasına  yönəldilmiş  digər  hərəkətlərə  xüsusi  diqqət 
yetirilmişdir. Bir sıra inkişafda olan ölkələrin, bank sisteminin böhranı ilə nəticələnən və 
iqtisadiyyatın  ümumi  böhranına  gətirən  spekulyativ  bazarların  yaradılması  səhvinə  yol 
vermək olmaz. Ölkədə formalaşmış vəziyyət daxili qiymətli kağızlar bazarının inkişafında 
portfel investisiyaların rolunun qiymətləndirildməsi zərurətini diktə edir. Kapital axımının 
spekulyativ  hissəsini  onun  investisiya  hissəsindən  ayrı  dəyərləndirmək  lazımdır.  Başqa 
sözlə,  gələcəkdə  qiymətli  kağızların  qiymətlərinin  kəskin  şəkildə  enib-qalxmasına  yol 
verilməməsi  məqsədi  ilə  investisiya  resurslarının  və  qiymətli  kağızlar  bazarının 
imkanlarının mütənasibliyi təmin edilməlidir.  
2. Qiymətli kağızlar bazarının inkişaf modelləri 
Maliyyə  vasitəçilərin  xarakterindən  (bank  və  ya  qeyri-  bank  xarakteri)  asılı  olaraq 
qiymətli kağızlar bazarlarının  3  modeli mövcuddur: 
• Qeyri-bank modeli (ABŞ) – vasitəçilər rolunda qiymətli kağızlar üzrə qeyri – bank 
təşkilatlar çıxış edirlər; 
• Bank modeli (Almaniya) – vasitəçilər rolunda banklar çıxış edir; 
• qarışıq  model  (Yaponiya)  –  vasitəçilər  rolunda  həm  banklar,  həm  də  qeyri  –  bank 
təşkilatları çıxış edirlər. 
Qiymətli kağızlar bazarının tənzimlənməsi prinsip etibarilə 2 yerə bölünur. 
• Qiymətli kağızlar bazarının dövlət tərəfindən tənzimlənməsi 
• Qiymətli kağızlar bazarının peşəkar iştirakçılar tərəfindən tənzimlənməsi. 


Qiymətli 
kağızlar 
bazarının 
tənzimlənməsində 
dövlətin 
vəzifələri 
aşağıdakılardan ibarətdir. 
• qiymətli kağızlar bazarının inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi; 
• peşəkar  iştirakçılar və müştərilər üçün qiymətli kağızlar bazarının təhlükəsizliyinin 
təmin edilməsi; 
• qiymətli kağızlar bazarı haqqında açıq informasiya sisteminin yaradılması və bazar 
iştirakçıları tərəfindən informasiyanın məcburi açıqlanmasına nəzarət  edilməsi. 
QKDK-nin 
qiymətli 
kağızlar 
bazarının 
tənzimlənməsində 
vəzifələri 
aşağıdakılardır. 
• Qiymətli  kağızlarla  fəaliyyət  sahəsində,  o  cümlədən    qiymətli  kağızlar    bazarında 
dövlət  siyasətinin  işlənib  hazırlanması  və  onun  həyata  keçirilməsi,  dövlət    idarəetməsi, 
nəzarətin təmin edilməsi; 
• Qiymətli  kağızlar  bazarının  təşkili  və  inkişaf  etdirilməsi,  əlverişli  investisiya 
mühitinin yaradılması; 
• Qiymətli  kağızlar    bazarında  emitentlərin,  peşəkar  iştirakçıların,  fond    bazarının 
fəaliyyəti üzərində nəzarətin təmin edilməsi; 
• Qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yaradılması; 
• Qiymətli kağızlar bazarı iştirakçılarının, o cümlədən investorların,  səhmdarların və 
digər qiymətli kağız sahiblərinin mühafizəsinin təmin edilməsi. 
Qiymətli  kağızlar  bazarının  dövlət  tərəfindən  tənzimlənməsivə  idarə  olunması 
metodları bunlardır: 
• qiymətli kağız buraxılışlarının, emissiya prospektlərinin qeydiyyatı; 
• bazarın peşəkar iştirakılarının  fəaliyyətinin lisenziyalaşdırılması; 
• investisiya təsisatlarının mütəxəssislərinin attestasiyası; 
• investorların  sığortalanması; 
• emitentlərin maliyyə vəziyyətinə auditor və reytinq nəzarəti; 
• fond əməliyyatlarının keçirilməsinə nəzarət; 
• mübadilə və klirinq korporasiyalarının qeydiyyatı və fəaliyyətinə nəzarət; 
• qüvvədə olan qanunvericiliyə əsasən informasiyanın açıqlanması və dərc olunması. 
Qiymətli kağızlar bazarının özünütənzimləmə təşkilatları 3 yerə bölünür. 
• Assosiasiya 
• Həmkarlar ittifaqı 
• Peşəkar ictimai təşkilatlar 
Qiymətli  kağızlar  bazarının  özünü  tənzimləmə  təşkilatlarının  məqsədi 
aşağıdakılar hesab olunur: 
• Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səmərəli peşəkar fəaliyyəti üçün 
şə
raitin yaradılması; 
• Qiymətli  kağızlar  bazarında  investorların  və  digər  iştirakçıların  maraqlarının 
qorunması; 
• Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  özünü  tənzimləyən  təşkilatının 
üzvləri arasında qarşılıqlı münasibətlərin  tənzimlənməsi qaydalarının müəyyən edilməsi; 
• Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  özünü  tənzimləyən 
təşkilatlarının  üzvlərinin  fəaliyyətinin  etik  normalarının  müəyyən  edilməsi  və  bu 
normalara riayət olunmasının təmin edilməsi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə