Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

• Qanun  pozuntularına  görə  məsuliyyət  daşıyan  şəxsə  qarşı    əmlak  iddiası  qaldıra 
bilər 
• Qiymətli  kağızlar  bazarında  şirkətlərin  və  peşəkar  iştirakçıların  lisenziyasını 
dayandıra (təxirə sala) bilər  
• Qiymətli kağızlar bazarında fəaliyyət göstərən şərkətləri bağlaya bilər  
• Qiymətli kağızlar bazarında  iştirakçıların fəaliyyətlərini məhdudlaşdıra bilər  
• Növbəti  tədbirlərin  görülməsi  üçün  komissiya  hesabatlarını  və  sənədləri  hüquq-
mühafizə orqanlarına göndərə bilər  
Qiymətli  kağız  sahəsində  qanunvericiliyin  pozulmasına  görə  Inzibati  Xətalar 
Məcəlləsində nəzərdə tutulan məsuliyyə
Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, yaxud emitent tərəfindən açıqlanması 
(dərc  edilməsi)  qanunla  nəzərdə  tutulan  məlumatların  açıqlanmamasına,  onların 
açıqlanması (dərc edilməsi) qaydasına və müddətinə riayət edilməməsinə görə  
• Qiymətli  kağızların  emissiyasının    keçirilməsi  üçün  müəyyən  edilmiş  tələblərin 
emitent  tərərfindən  pozulmasına  və  ya  emitentin  buraxılışı  dayandırılmış  qiymətli 
kağızların yerləşdirilməsi üzrə əqdlərin bağlamasına görə  
• Qiymətli  kağızlar  sahiblərinin  reyestrinə  yazıların  daxil  edilməsindən  qanunsuz 
olaraq  imtina  edilməsinə  reyestrə  və  ya  dürüst  olmayan  məlumatların  reyestrə  daxil 
edilməsinə  və  ya  reyestrdən  çıxarışın  verilməsi  müddətlərinin  pozulmasına,  reyestr 
saxlayıcısının,  qiymətli  kağızlar  sahibinin  və  ya  onun  adından  fəaliyyət  göstərən  şəxsin, 
yaxud  qiymətli  kağızların  nominal  saxlayıcısının  digər  qanuni  tələblərini  yerinə 
yetirməməsinə görə  
• Gəlirlərin  ödənilməsi  üçün  emitentin  öhdəlik  daşımadığı  qiymətli  kağızlara  görə 
peşəkar iştirakçılar tərəfindən investora istənilən formada gəlirin vəd edilməsinə görə  
• Qiymətli  kağızların  buraxılışı  zamanı  emitent  tərəfindən  dürüst  olmayan  və  təhrif 
olunmuşməlumatların göstərilməsi nəticəsində investora zərər vurulmasına görə  
• Qiymətli kağızlar buraxılışının açıq yerləşdirilməsi üçün qanunla müəyyən olunmuş 
həcmdə  və  qaydada  elan  edilməli  olan  məlumatları  elan  etməyən  emitentlərin  həmin 
qiymətli kağızları reklam etməsinə və ya investorlara təklif etməsinə görə  
• Buraxılışı  dövlət  qeydiyyatından  keçməmiş  qiymətli  kağızların  qiymətli  kağızlar 
bazarında  yerləşdirilməsinə,  reklam  edilməsinə  və  istənilən  formada  investorlara  təklif 
edilməsinə, onlarla əqdlərin bağlanmasına görə  
• Dövlət  qeydiyyatından  və  əlavə  qeydiyyatdan  keçirilməsi  qanunla  nəzərdə  tutulan 
qiymətli kağızlarla bağlı əqdlərin dövlət qeydiyyatına alınması üçün təqdim edilməməsinə 
görə 
•  vəzifəli  şəxslər  minimum  əmək  haqqı  məbləğinin  50  mislindən  90  mislinədək 
miqdarda cərimə edilir.      
Qiymətli kağızların qeydiyyata alınması üçün dövlət rüsumu 
 
Qiymətli 
kağızların 
emissiya 
prospektinin qeydiyyata alınması üçün 
  
Emissiya  məbləği  şərti  maliyyə 
vahidinin 90 000 mislinədək olduqda  
Şə
rti maliyyə vahidinin 200 misli 


Emissiya  məbləği  şərti  maliyyə 
vahidinin  90  000  mislindən  180  000 
mislinədək olduqda 
Şə
rti maliyyə vahidinin 400 misli 
Emissiya  məbləği  şərti  maliyyə 
vahidinin 180 000 mislindən çox olduqda  
Şə
rti maliyyə vahidinin 800 misli 
Depozit sertifikatlarının emissiyasının 
dövlət qeydiyyatına alınması üçün  
Şə
rti maliyyə vahidinin 1000 misli 
Veksellərin  dövlət  reyestrinə  daxil 
edilməsi üçün 
Şə
rti maliyyə vahidinin 2 misli 
Çeklərin  dövlət  reyestrinə  daxil 
edilməsi üçün (hər bir çek kitabçası üçün) 
Şə
rti maliyyə vahidinin 0,5 misli 
 
 
5. Xarici emitentlərin qiymətli kağızlarının Azərbaycanda tədavülə buraxılması 
• Xarici  qiymətli  kağızların  emitenti  və  ya  bu  qiymətli  kağızları  Azərbaycan 
Respublikasının  xaricində  əldə  etmiş  şəxs  (bundan  sonra  –  xarici  qiymətli  kağızların 
sahibi)  həmin  qiymətli  kağızları  Azərbaycan  Respublikasında  tədavülə  buraxmaq 
hüququnu Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət 
Komitəsindən  (bundan  sonra  -  QKDK)  "Xarici  emitentlərin  qiymətli  kağızlarının 
Azərbaycan Respublikasında tədavülə buraxılması haqqında" Şəhadətnaməni (Forma № 1) 
aldıqdan  sonra  əldə  edir.  "Xarici  emitentlərin  qiymətli  kağızlarının  Azərbaycan 
Respublikasında  tədavülə  buraxılması  haqqında"  Şəhadətnamə  xarici  qiymətli  kağızların 
Azərbaycan Respublikasının ərazisində tədavülə buraxılmasını təsdiq edən rəsmi sənəddir.  
• Xarici  qiymətli  kağızların  Azərbaycan  Respublikasının  ərazisində  tədavülə 
buraxılması haqqında onların emitenti və ya sahibi aşağıdakı məlumatları mərkəzi mətbuat 
orqanında  dərc  etdirməlidir  və  QKDK-nın  nternet  səhifəsində  yerləşdirməlidir: 
Xarici qiymətli kağızların emitenti və ya sahibi hüquqi şəxs olduqda - tam adı və hüquqi 
ünvanı; fiziki şəxs olduqda - adı, soyadı və ünvanı;  
• Xarici qiymətli kağızların növü, forması, nominal dəyəri, sayı və ümumi məbləği; 
• Xarici  qiymətli  kağızların  yerləşdirilməsinin  başlanma  və  başa  çatma  tarixi 
(olduqda); 
• Xarici  qiymətli  kağızların  emissiya  prospekti  ilə  və  ya  qiymətli  kağızların 
buraxılışını açıqlayan sənədlə (olduqda) tanış olmaq və onları almaq üçün ünvan və əlaqə 
telefonları.  Xarici  qiymətli  kağızların  emitenti  və  ya  sahibi  onların  yerləşdirilməsini 
bitirdikdən sonra 30 (otuz) iş günü ərzində QKDK-ya yerləşdirmənin nəticələri haqqında 
hesabatı təqdim etməlidir.  
• Azərbaycan  Respublikasının  ərazisində  xarici  qiymətli  kağızların  emitenti  və  ya 
sahibi  həmin  xarici  qiymətli  kağızlarla  hər  hansı  əməliyyatları  yalnız  onlara  QKDK 
tərəfindən  "  Xarici  emitentlərin  qiymətli  kağızlarının  Azərbaycan  Respublikasında 
tədavülə buraxılması haqqında" Şəhadətnamə verildikdən sonra apara bilər.  
• Azərbaycan  Respublikasının  ərazisində  xarici  qiymətli  kağızların  saxlanılması  və 
onlar  üzrə  hüquqların  uçotu  QKDK-nın  müvafiq  lisenziyası  əsasında  fəaliyyət  göstərən 
depozitariy vasitəsi ilə həyata keçirilməlidir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə