Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

AQC  öz  üzvləri  üçün  buraxdığı  bülletenləri,  sorğu  vəsaitlərini  və  digər  metodiki 
vəsaitləri respublikanın bütün ərazisində yayır, normativ aktları işləyib hazırlayır və təsdiq 
edir,  seminarlar,  treninqlər  keçirir,  kitablar  nəşr  edir.  Cəmiyyətin  məqsədi  əmlakın 
müxtəlif  növlərinin  qiymətləndirilməsi  ilə  məşğul  olan  mütəxəssislərin  fəaliyyətini 
dəstəkləməkdir. 
Hazırkı  dövrdə  AQC  nin  idarə  heyəti  tərəfindən  qiymətləndirmə  fəaliyyəti  üçün 
konkret olaraq aşağıdakı müddəaları əsas kimi qəbul olunur: 
•  elmi  sahə  olmaq  etibarilə,  qiymətləndirmə  fəaliyyəti  qiymətləndiricidən  xüsusi 
biliklər,  peşəkar  qiymətləndirmənin  mürəkkəb  məsələlərinin  həllini  tapmaq  bacarığı, 
qiymətləndirmə  fəaliyyətinin  yüksək  peşəkarlıq  səviyyəsində  həyata  keçirilməsini  tələb 
edir;  
•  səriştəsizliyin  və  qeyri-səmimiliyin  qarşısını  almaqla,  qiymətləndirmə  sifarişçisi 
qismində  çıxış  edən  dövlətə,  hüquqi  və  fiziki  şəxslərə  xidmət  göstərilməsinin  müəyyən 
səviyyəsini  təmin  etmək,  əmlakın  qiymətləndirilməsi  xidmətlərindən  istifadə  edən 
istehlakçıların hüquqlarını müdafiə etmək. 
Fəaliyyətinin  səmərəliyini  təmin  etmək  üçün  Azərbaycan  Qiymətləndiricilər 
Cəmiyyəti üç əsas məsələni həll edir: 
•  müxtəlif vasitələrlə, o cümlədən qiymətləndirmə bazarının bütün iştirakçıları üçün 
bərabər şərait yaratmaqla qiymətləndirmə xidmətləri bazarının inkişafına və fəaliyyətinin 
sabitliyinə nail olmaq; 
•  öz  üzvlərinin  qiymətləndirmə  xidmətlərinin  keyfiyyəti  ilə  bağlı  olaraq,  üçüncü 
şə
xslərin qeyri-qanuni iddialarından müdafiəsini təmin etmək; 
•  müxtəlif  vasitələrlə,  o  cümlədən  üzvlərinin  peşəkarlıq  səviyyəsini  yüksəltməklə, 
qiymətləndirmə xidmətlərinin istehlakçılarının maraqlarının qorunmasını təmin etmək. 
Qiymətləndiricilərin  ictimai  birliklərinin  bu  sahədə  fəaliyyətin  tənzimlənməsi 
prosesindəki 
ə
sas 
funksiyalarından 
biri 
qiymətləndirmə 
standartlarını 
və 
qiymətləndiricilərin  etik  davranış  qaydalarını  işləyib  hazırlamaqdır.  Bu  standartlar 
qiymətləndiricilərin  fəaliyyətinin  səmərəsini  yüksəltməyə,  tərtib  edilən  hesabatların 
məzmununu,  strukturunu  standartlaşdırmağa,  sifarişçilərə  göstərilən  xidmətlərin 
keyfiyyətini artırmağa, onlarla uzunmüddətli işgüzar münasibətlər yaratmağa xidmət edir. 
Azərbaycan  Qiymətləndiricilər  Cəmiyyətinin  fəaliyyətinin  digər  istiqaməti  milli  qiy-
mətləndirmə  standartlarının  hazırlanmasıdır.  Bu  məqsədlə  2004-2006-ci  illərdə  20-yə 
qədər  milli  qiymətləndirmə  standartlarının  (“Borc  öhdəlikləri  və  ssudalar  üzrə  təminatın 
qiymətləndirilməsi”,  “Əmlak  və  sair  hüquqların  qiymətləndirilməsi”,  “ ntellektual 
mülkiyyətin  qiymətləndirilməsi”,  “Bazar  dəyəri  qiymətləndirmə  bazası  kimi”, 
“Qiymətləndiricilərin  peşə  etikası  kodeksi”,  “Qiymətli  kağızların  qiymətləndirilməsi”, 
“Daşınmaz  əmlakın  qiymətləndirilməsi”,  “ nvestisiya  proqramlarının  qiymətləndirilməsi 
və  s.)  işlənməsini  nəzərdə  tutan  fəaliyyət  proqramı  hazırlanaraq  müvafiq  dövlət 
orqanlarına  təqdim  edilmişdir.  AQC  nəzdində  bu  məsələ  ilə  məşğul  olan,  aparıcı 
qiymətləndirici-mütəxəssislərdən  və  iqtisadçılardan  ibarət  təşəbbüs  qrupu  yaradılmışdır. 
Hazırda  standartların  işlənməsinin  ilkin  mərhələsi  gedir,  əmlakın  qiymətləndirilməsinin 
standartlaşdırılması sahəsində beynəlxalq təcrübə, habelə MDB ölkələrinin milli standart-
ları dərindən öyrənilir və təhlil edilir. 
 


Qiymətli  kağızlar  dövriyyəyə  Azərbaycan  Respublikasının  qərarı  ilə  buraxılır. 
Qiymətli kağızlar özlüyündə pul sənədi hesab olur və bu kağızı buraxan şəxslərin əmlak 
hüququnu özündə əks etdirir. 
Qiymətli  kağızların  dövriyyəsi  dedikdə  onların  alqı-satqısı  başa  düşülür.  Qiymətli 
kağızları  istənilən  müəssisələr,  sahmdarlar  cəmiyyətləri,  kredit  müəssisələri  buraxa 
bilərlər.  Qiymətli  kağızlara  səhmdar  cəmiyyətlərinin  səhmləri,  istiqrazlar,depozit 
sertifikatları, veksekllər və s. aiddir. 
ndi isə bu qiymətli kağızların fərqli cəhətlərini nəzərdən keçirək. 
SƏHM-SƏHMDAR  cəmiyyətlərinin  nizamnamə  fonduna  vəsaitlərin  qoyulmasını 
onun  sahiblərini  təsdiq  edən  qiymətli  kağızdır.  Bu  cəmiyyətin  idarə  edilməsində, 
cəmiyyətin  mənfəətinin  bölüşdürülməsində,  həmçinin  cəmiyyətin  ləğv  edilməsi  zamanı 
ə
mlak  qalığının  bölüşdürülməsində  iştirak  etməyə  vəsait  qoyanlara  hüquq  verir.  Səhmin 
müddəti  müəyyən  məhdudiyyətə  malik  deyildir,  nə  qədər  ki,  səhmdarlar  cəmiyyəti 
mövcuddur bir o qədər də səhmlər qüvvədədir. 
Səhm bir sənəd kimi aşağıdakı rekvizitlərə malikdir: səhmdar cəmiyyətlərinin firma 
dı və olduğu yer, qiymətli kağızların adı, onun növü, sıra nömrəsi, buraxılış tarixi, nominal 
qiyməti,  buraxılan  səhmlərin  miqdarı,  dividentlərin  ödənilməsi  müddəti,  səhmdarlar 
cəmiyyətinin sədrinin imzası. 
Ə
ldə edilən səhmlərin dəyəri respublikanın öz pulu və xarici valyuta ilə ödənilə bilər. 
Bunun  üçün  həm  fiziki  və  həm  də  hüquqi  şəxslər  əsas  vəsaitlər,qeyri-maddi  aktivlər  və 
başqa növ aktivlər qoymaq yolu ilə bu səhmləri ala bilərlər. 
Səhmlər görünüşünə görə 2 yerə bölünür:  
1. 
Adlı səhmlər 
2. 
Adsız səhmlər (təqdim edilən) 
Adlı  səhmlərdə  mülkiyyətçinin  adı  əks  etdirilir.  Bu  səhmdarlar  cəmiyyətinin  xüsusi 
kitabında  qeyd  edilir,  belə  şəraitdə  kim  hansı  miqdarda  və  hansı  səhmə  malik  olduğu 
məlum olur. 
Təqdim edilən (adsız) səhmdə mülkiyyətçinin adı göstərilmir, bununla da səhmdarlar 
cəmiyyətinin  sıx  əlaqəsi  olmur,  deməli  cəmiyyət  öz  payçısı  barədə  informasiyaya  malik 
olmur. 
Sahiblərinə hüquq vermə əlamətinə görə səhmlər sadə və imtiyazlı (üstünlüyə malik 
olan) səhmlərə bölünür.  
Sadə səhmlər səhmdarlar cəmiyyətinin idarə edilməsində,hesabat dövrünün sonunda 
səhmdarların  iclasında  təyin  edilən  həcmdə  divident  götürməyə,  həmçinin  cəmiyyətin 
fəaliyyətinin maliyyə nəticəsini müəyyənləşdirməyə hüquq verir. 
Üstün  səhmlər  .  səhmdarlar  cəmiyyətinin  idarə  edilməsində  iştirak  etmək  hüququ 
vermir, lakin ilk növbədə müəssisələr müvafiq məbləğdə mənfəət götürmədiyi şəraitdə də 
möhkəm təsbit edilmiş həcmdə mənfəət götürmək hüququna malik olur. 
stiqrazlar – onu saxlayanlara təsbit edlilən faizlə birlikdə nominal dəyərinin əvəzini 
ödəməyə öhdəlik verən qiymətli kağızdır. 
stiqrazı  olanlar  istiqraz  buraxan  səhmdar  cəmiyyətlərinin  və  yaxud  müəssisələrin, 
həmçinin də dövlət bələdiyyə orqanlarının kreditorları hesab edilir. 
stiqrazlar adlı və təqdim edilən tarixdə buraxıla bilər (bu da faizli, faizsiz və sərbəst 
dövr edən, məhdud dövriyyəli ola bilər). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə