Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

-  biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar;  
-  bu və ya digər peşə ilə məşğul olmaq hüququ;  
-  hüquqi  həllini  gözləyən  konkret  situasiyaya  müəyyən  şərtlərin  tətbiqinə  ümid 
edilməsi və s.  
Lakin  nə  qədər  ki  mübahisə  predmeti  olan  mülkiyyət  barəsində  hüquqi  tələb  irəli 
sürmək mümkün deyil, 1sayli Protokolun 1-ci maddəsi tətbiq edilmir, belə ki, yalnız real 
mövcud  olan  mülkiyyətin  hüquqi  mühafizəsi  mümkündür  və  bu  mühafizə  hər  hansı 
mülkiyyəti  gələcəkdə  əldə  etmək  hüququna  şamil  olunmur.  Buradan belə  nəticə  çıxır  ki, 
məsələn,  gələcəkdə  mülkiyyətin  vərəsəlik  qaydasında  keçməsinə  ümid  edilməsi  1-ci 
maddənin 
nəzərdə 
tutduğu 
hüququn 
tətbiq 
dairəsinə 
düşmür. 
Yadda  saxlamaq  lazımdır  ki,  öz  hüquq  və  maraqlarını  müdafiə  edən  hüquqi  şəxslər  də 
fiziki şəxslər kimi 1-ci maddəyə istinad edə bilərlər. A HK-nın əsas mətnində mülkiyyət 
hüququnun qorunması ilə bağlı norma mövcud deyildir. Ancaq, əlavə Protokolda yer alır. 
Konvensiyaya  mülkiyyət  hüququnun  müdafiəsi  ilə  bağlı  normanın  daxil  edilməsinin 
ə
leyhdarları  belə  hesab  edirdi  ki,  1-ci  maddə  vətəndaşların  hüquqlarının  müdafiəsində 
durmaqdan daha çox dövlətin hakimiyyət maraqlarına xidmət edir. Lakin, Konvensiyanın 
qəbulundan  iki  il  sonra  yəni  1952-ci  ildə  1  saylı  Protokolun  1-ci  maddəsi  ilə  bu  norma 
gətirildi.  
Ə
cnəbilərin  əmlakının  beynəlxalq  hüquqi  müdafiəsi  dövlətdaxili  qanunvericiliyə  ümumi 
qaydaya riayət edilməsi üçün müəyyən həddə məhdudlaşdırıcı qaydaların tətbiqi imkanını 
verməklə,  bütövlükdə,  əcnəbi  şəxslərin  əmlakı  ilə  bağlı  vahid  rejim  müəyyən  edir. 
Beynəlxalq  hüquq  əmlak  anlayışına  subyektiv  hüquq  və  maraq  nöqteyi-nəzərindən 
yanaşır.  Belə  bir  nəticə  1950-ci  il  Avropa  nsan  Hüquqları  Konvensiyasının  1saylı  
Protokolunun 
1-ci 
maddəsindən 
irəli 
gəlir: 
- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç 
kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə 
nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” 
Yuxarıdakı  müddəalar  dövlətin  ümumi  maraqlarına  müvafiq  olaraq,  mülkiyyətdən 
istifadəyə  nəzarəti  həyata  keçirmək  üçün,  yaxud  vergilərin  və  ya  digər  rüsum  və  ya 
cərimələrin  ödənilməsini  təmin  etmək  üçün  zəruri  olan  qanunları  yerinə  yetirmək 
hüququnu məhdudlaşdırmır. Maddədə göstərildiyi kimi mülkiyyət hüququ bura əmlak da 
daxildir  yalnız  və  yalnız  cəmiyyətin  maraqları  naminə  və  qanunla  müəyyən  edilmiş 
qaydada məhdudlaşdırıla bilər. 
Qeyd  etmək  vacibdir  ki,  1  saylı  Protokolun  1-ci  maddəsi  yalnız  şəxsin  hal-hazırda 
mövcud  olan  mülkiyyət  barəsindəki  tələblərinə  şamil  olunur.  Başqa  sözlə,  1-ci  maddə 
gələcək mükiyyət əldə etmək hüququna təminat vermir. Nəzərə almaq lazımdır ki, 1 saylı 
protokolun 1-ci maddəsinın tətbiqi üçün bu və ya digər ölkənin qanunvericiliyi tərəfindən 
şə
xsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil. Konvensiyanın 
məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. 
Avropa  nsan  Hüquqları  Məhkəməsi  1  saylı  Protokolun 1-ci maddəsinə üç normanı 
özünə birləşdirən maddə kimi baxdı. Belə  yanaşma ilk dəfə Sporronq və Lonnrot  sveçə 
qarşı məhkəmə işi üzrə Avropa Məhkəməsinin qərarında nümayiş etdirilib, Məhkəmənin 
sonrakı qərarlarında dəfələrlə təsdiq olunub. Həmin normalar bunlardır : 
1)   öz 
ə
mlakından 
maneəsiz 
istifadə 
prinsipi; 
2)    əmlakdan məhrum edilmə; 


3)  əmlakdanistifadəyə nəzarət. 
2-ci norma, yəni, əmlakdan məhrum edilmənin baş verib vermədiyini müəyyən etmək 
üçün  belə  bir  məsələni  araşdırmaq  lazımdır  ki,  mülkiyyətin  formal  cəhətdən 
özgəninkiləşdirilməsi  və  ya  götürülməsi  baş  veribmi?;  eləcə  də,  zamanında  müəyyən 
etmək  lazımdır  ki,  əmlakdan  de  fakto  məhrum  edilmə  baş  veribmi?;  yəni,  mövcud  olan 
real  vəziyyəti  də  araşdırmaq  lazımdır.  Üçüncü  norma  o  vaxt  tətbiq  edilir  ki,  əmlak 
hüquqlarına müdaxilə qəsdən baş vermiş olsun və ya əmlakdan istifadəyə nəzarət məqsədi 
daşıyan qanunvericilik sisteminin tərkib hissəsi olsun. 
1  saylı  Protokolun  1-ci  maddəsinin  birinci  normasını  “əhatəli“  norma  saymaq  olar, 
belə  ki,  digər  2  normanı  tətbiq  etmək  mümkün  olmayan  hallarda  birinci  normanı  tətbiq 
etmək olar. Dövlət tərəfindən görülən və mülkiyyət hüququna müdaxilə təşkil edən tədbir 
mülkiyyətdən məhrum edilmə və ya mülkiyyətdən istifadəyə nəzarət kateqoriyalarına aid 
deyilsə, 
belə 
hallarda 
birinci 
norma 
tətbiq 
edilir. 
1saylı  Protokolun  1-ci  maddəsinin  pozulub  pozulmadığını  nəzərdən  keçirərkən  ilk 
növbədə  şikayətçinin  1-ci  maddənin  əhatə  dairəsinə  düşən  hər  hansı  mükliyyət  və  ya 
ə
mlak  hüququna  malik  olub-olmadığını  nəzərdən  keçirmək  lazımdır.  kinci  növbədə, 
həmin  əmlak  hüququna  müdaxilənin  baş  verib-vermədiyini  üçüncü  növbədə  isə  həmin 
müdaxilənin xarakterini yəni üç normadan hansının tətbiq ediləcəyini nəzərdən keçirmək 
lazımdır.Lakin,  xatırlamaq  lazımdır  ki,  Avropa  nsan  Hüquqları  Məhkəməsi  dəfələrlə 
bildirib ki, bu üç norma bir-birilə qarşılıqlı surətdə əlaqədardır: ikinci və üçüncü normalar 
öz mülkiyyətindən maneəsiz istifadə hüququnun, yəni birinci normanın xüsusi formalarıdır 
və  birinci  normada  yer  alan  ümumi  prinsipin  işığında  şərh  olunmalıdır. 
Sporrong  and  Lönnroth  v.  Sweden  işində  A HM  bununla  bağlı  önəmli  və  tez-tez 
təkrarlanan  meyar  qəbul  etmişdir:  “ ctimai  marağın  nə  olduğunun  müəyyən  edilməsində 
milli  hakimiyyət  orqanları  beynəlxalq  hakimdən  daha  yaxşı  mövqedədirlər.  Çünki,  onlar 
öz  cəmiyyətlərini  və  onun  ehtiyaclarını  daha  yaxşı  bilirlər.  ctimai  maraq  doğuran 
problemin  olub-olmadığını  və  alınacaq  tədbirlərin  nə  olduğunu  müəyyən  etmək  milli 
hakimiyyət orqanlarının işidir. Bu işdə də onlar konkret mülahizə sərbəstliyindən istifadə 
edirlər.”  Belə  hallarda  bu  geniş  mülahizə  səlahiyyətinə  tətbiq  olunası  hədd  bundan 
ibarətdir:  qanunverici  orqanın  geniş  qərarı  açıq  şəkildə  əsassız  və  qeyri-rasional 
olmamalıdır.  Burada qeyd  etməliyik  ki,  A HM-nin  tətbiq  etdiyi  yoxlama  meyarı  inzibati 
hüquqda  ümumi  olaraq  qəbul  edilmiş  mülahizə  səlahiyyətinin  yoxlama  standartlarıdır. 
ctimai marağın olduğu hallara belə misallar vermək mümkündür; ictimai xidmət aparmaq 
üçün  binaların  tikintisi  məqsədi  ilə  torpağın  alınması  düzgün  və  müasir  şəhərləşmə 
politikası  məqsədilə  tikintiyə  məhdudlşdırma  gətirilməsi  evlərin  kirayə  qiymətlərinin 
maksimum 
həddlərinin 
müəyyən 
edilməsi 
kimi.  
Yuxarıda  qeyd  etdiyim  kimi,  əmlak  hüququna  hər  hansı  müdaxiləyə  o  halda  haqq 
qazandırmaq olar ki, həmin müdaxilə cəmiyyətin maraqları naminə və ya ümumi maraqlar 
naminə  həyata  keçirilsin.  Hər  hansı  müsadirənin  və  ya  mülkiyyətdən  məhrum  edilmənin 
“cəmiyyətin” maraqları naminə həyata keçirilməsi haqqındakı tələb 1 saylı protokolun 1-ci 
maddəsindəki 2-ci norma birbaşa qeyd edilib. Üçüncü normada isə ümumi maraqlar qeyd 
olunur.  Lakin,  əmlak  hüququna  hər  hansı  müdaxilə,  hansı  normanın  tətbiqindən  asılı 
olmayaraq, qanuni məqsəd daşımalıdır, yəni cəmiyyətin maraqları və ya ümumi maraqlar 
naminə  həyata  keçirilməlidir.  Əmlak  hüququna  müdaxilənin  yol  verilə  bilən  hesab 
edilməsi  üçün  o,  təkcə  cəmiyyətin  maraqlarına  xidmət  etməməli,  yəni  təkcə  qanuni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə