Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

məqsədlər  daşımamalı,  həm  də  mülkiyyətindən  məhrum  etmə  tədbiri  həmin  tədbirin 
daşıdığı  məqsədə  mütənasib  olmalıdır.  Cəmiyyətin  ümumi  maraqları  ilə  fərdin  əsas 
hüquqları arasında ağlabatan tarazlığa əməl olunmalıdır, özü də nəzərə almaq lazımdır ki, 
belə 
tarazlıq 
ümumən 
Konvensiyaya 
xas 
olan 
cəhətdir. 
Ümumiyyətlə,  beynəlxalq  hüquq  xarici  investorların  əmlak  hüquqlarının  qorunmasına 
münasibətdə  müəyyən  prinsip  və  standartlar  formalaşdırılmışdır.  Xarici  investorların 
ə
mlak hüquqlarının qorunması BMT Baş Məclisinin Təbii ehtiyyatlar üzərində suverenlik 
haqqında  Qətnaməsində  ifadə  edilməklə,  əcnəbilərin  maraqları  ilə  qəbul  edən  dövlətin 
ümumi  maraqlarının  balanslaşdırılmasına  yönəlmişdir.  Universal  beynəlxalq  sazişlər 
Avropa  Konvensiyasindan  fərqli   olaraq,  xüsusi  əmlak  hüququna  mütləq  hüquqlar 
mövqeyindən  deyil,  balanslaşdırılmış  mövqedən  yanaşır.  Belə  ki,  1948-ci  il 
Bəyannaməsinin  29-cu  maddəsində  qeyd  edilir  ki,  hər  bir  kəs  hüquq  və  azadlıqlarını 
həyata  keçirərkən,  demokratik  cəmiyyətdə  ictimai  mənafeyi,  ümumi  qaydanı, 
mənəviyyatın ədalətli tələblərini və başqalarının hüquq və azadlıqlarını təmin etmək üçün, 
yalnız qanunla nəzərdə tutulan məhdudiyyətlərə məruz qala bilər bu Bəyannamənin 17ci 
maddəsində göstərilir: 
1. Hər bir insanın həm təkbaşına, həm də başqaları ilə ortaq əmlak sahibliyi hüququ 
var.  
2. 
Heç 
kəs 
özbaşına 
öz 
ə
mlakından 
məhrum 
edilə 
bilməz. 
Beləliklə, əmlak hüquqlarının məhdudlaşdırılması yalnız hüquqi əsasda “ictimai marağa” 
müvafiq olmalıdır, əks təqdirdə, hər hansı bir məhdudlaşdırma hüquq pozuntusu faktı kimi 
qiymətləndiriləcəkdir.  Burada  belə  bir  məsələ  ortaya  çıxır.  Deməli,  “ictimai  marağın” 
həddi  və  meyarları  dəqiq  müəyyən  edilməlidir.  Bu  məsələ  nə  dövlətdaxili,  nə  də 
beynəlxalq  hüquqda  həll  edilməmişdir,  buna  görə  də  mübahisəli  mövzu  olaraq 
qalmaqdadır.  Yalnız  Avropa  Məhkəməsinin  praktikası  bu  məsələyə  müəyyən  dərəcədə 
aydınlıq  gətirmişdir.  Əmlakın  ictimai  mənafe  üçün  götürülməsi  beynəlxalq-hüquqi  əsasa 
malikdir. Beynəlxalq hüquqa uyğun milliləşdirmə, ekspropriasiya istər ikitərəfli, istərsə də 
çoxtərəfli  beynəlxalq  sazişlərdə  təsbit  edilmişdir.  Əksər  halda  qəbul  edən  dövlət  əcnəbi 
şə
xslərin  mənsub  olduğu  dövlətlə  iqtisadi,  siyasi  münasibətlərin  kəsilməməsi  üçün 
kompensasiya  ödəməyi  üstün  tutur.  Belə  ki,  iqtisadi  əlaqələrin  kəsilməsi  müəyyən 
hallarda, məsələn, əgər əcnəbi investor özünün siyasi riskini  nvestisiya Təminatları üzrə 
Çoxtərəfli Agentlikdə sığortalamışdırsa, bu halda, qəbul edən dövlət üçün dünyanın əksər 
iqtisadi  cəhətdən  güclü  dövlətlərinin  üzv  olduğu  bir  təşkilatla  problemləri  yaranmış 
olacaqdır.  Ona  görə  də  iqtisadi  münasibətlərin  kəsilməsindənsə,  dövlət  kompensasiya 
ödənilməsinə  üstünlük  verir.  Əcnəbi  şəxslərin  əmlakına  təhlükə,  bir  qayda  olaraq,  iri 
layihələrin  reallaşdırılmasında  dövlətlə  əcnəbi  şəxslər  arasında  bağlanan  investisiya 
sazişlərinin  birtərəfli  qaydada  dövlət  tərəfindən  pozulması  zamanı  yaranır.  Beynəlxalq 
Məhkəmə  və  Arbitraj  praktikasına  əsasən,  hər  bir  dövlətin  əcnəbi  şəxslərlə  bağladığı 
beynəlxalq  kontraktların  şərtlərini  dəyişməsi,  həmçinin  kompensasiya  verməklə  onun 
qüvvəsinə  xitam  verməsi  hüququ  tanınır.  Belə  bir  səlahiyyət  dövlətin  suverenliyindən 
yaranmaqla,  müqavilə  öhdəlikləri  ilə  müqayisədə  ümummilli  maraqların  üstün  mövqeyə 
malik  olmasını  ifadə  edir.  Həmçinin  müqavilə  münasibətlərində  qarşılıqlı  razılaşma 
olmadan müqavilənin dəyişdirilməsini istisna edən şərtlər də mövcuddur ki, onların  təftişi 
dövlətə  hər  hansı  bir  səlahiyyət  vermir.  Xarici  əmlak  hüquqlarının  müdafiəsinin 
beynəlxalq  iqtisadi-təsərrüfat  münasibətlərinin  inkişafına,  maliyyə  resurslarının, 


xidmətinin  sərbəst  hərəkətinə  təsirini  nəzərə  alaraq,  beynəlxalq  ictimaiyyət  beynəlxalq-
hüquqi  təminat  sistemlərini  daha  da  təkmilləshdirmişdir.  Xarici  əmlak,  əsasən,  dövlətin 
siyasi  fəaliyyəti  ilə  əlaqədar  problemlərlə  “rastlaşdığından”  məqsəd  həmin  fəaliyyətdən 
irəli  gələn  təminat  sisteminin  yaradılmasında  idi.Məhz  bunu  nəzərə  alaraq,  1985-ci  ildə 
qəbul  edilmiş  Investisiya  təminatları  üzrə  Çoxtərəfli  Agentliyin  (MIQA)  təsis  olunması 
haqqında  Konvensiya  xarici  əmlakın  bütün  siyasi  risklərdən  beynəlxalq-hüquqi  sığorta 
sistemini yaratmış oldu. Konvensiyaya görə siyasi risklər kateqoriyasına: siyasi vəzəyyətin 
dəyişməsi  ilə  çevik  və  tam  həcmdə  kompensasiya  verilmədən  investisiyaların 
milliləşdirilməsi, ekspropriasiyası; investisiya qoyuluşundan əldə edilmiş gəlirlərin dönərli 
valyuta  ilə  xaricə  sərbəst  çıxarılmasına  qəbul  edən  dövlətin  ciddi  məhdudiyyətlər 
yaratması;  hərbi  və  vətəndaş  itaətsizliyi  nəticəsində  xarici  investora  zərərin  dəyməsi; 
beynəlxalq  kontrakt  tərəfi  olan  qəbul  edən  dövlətin  özünün  öhdəliklərini  yerinə  
yetirməməsi aid edilir. Beləliklə, müasir beynəlxalq hüquq əcnəbilərin əmlak hüquqlarının 
müdafiəsi  sahəsində  istər  beynəlxalq  məhkəmə  qurumları  vasitəsilə,  istərsə  də 
kvaziməhkəmə, inzibati-ədliyyə sistemləri ilə ciddi mexanizmlər formalaşdırmışdır. Bu və 
ya digər dövlətin həmin təminat sistemi ilə əməkdaşlıgı isə bir tərəfdən əcnəbilərin əmlak 
hüquqlarının  müdafiəsini  təmin  edirsə,  digər  tərəfdən,  bu,  müvafiq  dövlətin  özünün 
iqtisadi  inkişafı,  maliyyə  potensialının  artması  bütövlükdə  onun  qloballaşan  iqtisadi 
sistemə  inteqrasiyasi  üçün  əhəmiyyətlidir.Əmlak  hüquqlarının  müdafiəsində  beynəlxalq 
vasitələr  sırasında  ən  effektiv  müdafiə  vasitələrindən  biri  də  Avropa  nsan  Hüquqları 
Məhkəməsi  olduğunu  əminliklə  qeyd  edə  bilərik.  Məhkəmənin  əmlak  hüquqlarının 
müdafiəsi ilə əlaqədar çox saylı işlərə baxmışdır. Bunların sırasına  Sporronq və Lonnrot 
sveçə qarşı  A 52  (1982),  Hentrix  Fransaya  qarşı  A 296-A(1994), Müqəddəs Monastrlar 
Yunanıstana qarşı A 301-A(1994), “Pressos Kompaniya Navyera A.O” Belçikaya qarşı A 
332 (1995), Aka Türkiyəyə qarşı 1998-6 (1998) və s. göstərmək olar. A HM-nə daxil olan 
ə
mlak hüquqları ilə bağlı bütün işlərə A HK-nin 1 saylı Protokoluna və bu Protokolun 1-ci 
maddəsinə əsasən baxılır. 
2.Torpaqların hüquqi rejimi anlayışı və kateqoriyaları  
Torpaq qanunvericiliyinin bütün inkişafı ərzində, həmçinin təbii ehtiyatların istifadəsi 
və  mühafizəsi  haqqında  qanunvericilik  sahələrinin  inkişafı  boyunca  «meşələrin  hüquqi 
rejimi»,  «yerin  təkinin  hüquqi  rejimi»,  «suların  hüquqi  rejimi»,  «torpaqların  hüquqi 
rejimi» terminlərindən istifadə olunmuşdur. Lakin son vaxtlara qədər bu anlayış, xüsusən 
də «torpaqların hüquqi rejimi» anlayışı torpaq hüququ üzrə islahatlara qədərki dövrdə nəşr 
olunmuş  dərsliklərdə  onlardan  istifadə  olunsa  da,  qanunvericilikdə  araşdırılmamışdır. 
Uzun bir dövr ərzində (40 ildən çox) «hüquqi rejim» anlayışı təbiətdən istifadə məsələləri 
üzrə  ədəbiyyatda  təsdiq  olunmuşdur  və  ümumi  əhəmiyyət  qazanmışdır.  Azərbaycan 
Respublikasının  hazırda  qüvvədə  olan  yeni  Torpaq  Məcəlləsi  işlənib  hazırlanana  qədər 
«torpağın  hüquqi  rejimi»  termini  torpaq  münasibətlərinin  obyekti  kimi  torpağın  hüquqi 
xüsusiyyətlərini  ümumiləşdirən  və  torpağa  görə  təşəkkül  tapmış  mühüm  hüquqi 
münasibətlərin  əhatəsinə  içərisində  göstərişlər  olan  nəzəri  anlayış  idi.  slahatlara  qədərki 
torpaq-hüquq ədəbiyyatında, həmin dövrdə mövcud olan torpaq-hüquq quruluşundan çıxış 
edərək qeyd olunurdu ki, torpaq münasibətlərinin əsasını müstəsna olaraq torpağa dövlət 
mülkiyyəti təşkil edir. Bu torpaqların hüquqi rejiminin ən vacib elementi və əsas yaradıcısı 
idi.  Torpaqların  hüquqi  rejiminin  növbəti  struktur  elementi,  torpaq  fondunun  dövlət 
idarəedilməsi,  torpağa  dövlət  mülkiyyəti  hüququnun  və  torpaqdan  istifadə  hüququnun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə