Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

mühafizəsi, həmçinin təbii sərvət kimi torpağın mühafizəsi, vətəndaşlar və hüquqi şəxslər 
tərəfindən  torpaq  sahəsinin  təsərrüfat  istismarının  əsas  hüquqi  titulu  kimi  torpaqdan 
istifadə  hüququ  təşkil  edir.  Beləliklə,  torpağın  hüquqi  rejimi,  kənd  təsərrüfatında  əsas 
istehsal  vasitəsi  və  ümumi  əmək  predmeti  olaraq  torpağın  səmərəli  istifadəsinin  təmin 
olunmasına yönəlmiş qaydalar, torpaqdan istifadə hüququ və torpağın hüquqi mühafizəsi, 
torpaq  fondunun  dövlət  idarəedilməsi,  torpağa  münasibətdə  müstəsna  dövlət  mülkiyyəti 
hüququnun  obyekti  kimi  mümkün  və  lazımi  davranış  qaydalarının  müəyyən  olunmuş 
hüquqi  normaları  kimi  təyin  olunur.  Hazırda  qüvvədə  olan  torpaq  qanunvericiliyinin, 
həmçinin  Azərbaycan  Respublikası  Torpaq  Məcəlləsinin  təhlili  göstərir  ki,  torpağın 
hüquqi rejiminin göstərilən əsas struktur elementləri formasına görə islahatlardan sonrakı 
dövrdə  olan  torpaqların  hüquqi  rejiminin  də  mahiyyətini  təşkil  edir.  Belə  ki,  Torpaq 
Məcəlləsinin 10-cu maddəsinə görə, torpaqların hüquqi rejimi – torpaqların istifadəsinin, 
mühafizəsinin,  uçotu  və  monitorinqinin  həyata  keçirilməsi  sahəsində  torpaq,  şəhərsalma, 
su,  meşə,  yerin  təki  və  təbiəti  mühafizə  haqqında  qanunvericilik  aktları  ilə  müəyyən 
edilmiş  qaydaların  məcmusu  kimi  təsbit  edilmiş  və  müəyyən  torpaq  kateqoriyasına  aid 
edilmiş  torpaq  sahələrinin  hamısına  şamil  edildiyi  göstərilmişdir.  Qüvvədə  olan  torpaq 
qanunvericiliyinə  əsasən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  torpaqların  hüquqi  rejimi 
ölkənin  müvafiq  ərazisində  yaşayan  xalqların  həyat  və  fəaliyyətinin  əsası  olan, 
Konstitusiya  ilə  təyin  olunmuş  mühüm  sosial-iqtisadi  funksiyanı  yerinə  yetirən  təbii 
ehtiyat  kimi,  torpaq  ehtiyatlarının  dövlət  idarəedilməsi  və  torpağın  hüquqi  mühafizəsi 
obyektinə, torpaq sahələrinə mülkiyyət hüququnun və digər hüquqların obyektinə torpağa 
münasibətdə  hüquq  normaları  ilə  müəyyən  olunmuş  mümkün  və  zəruri  davranışdır.  120 
Torpaqların hüquqi rejimi anlayışı yalnız, Azərbaycan Respublikasının bütün torpaqlarına 
münasibətdə deyil, həmçinin torpaqların ayrı-ayrı kateqoriyaları və növlərinə münasibətdə 
də  tətbiq  olunur.  Belə  ki,  torpaqların  hüquqi  rejiminin  ümumi  elementləri  torpaq 
sahələrindən  istifadənin  ödənişli  olması,  mülkiyyət  hüququnun  formalarının 
(subyektlərinin)  müxtəlifliyidir.  Torpaqların  ayrı-ayrı  kateqoriyalarının  və  növlərinin 
hüquqi  rejiminin  xüsusiyyəti  bu  və  ya  digər  torpağın  özəlləşdirilməsinin  qadağan 
olunmasından,  torpaqların  müəyyən  növləri  və  kateqoriyaları  üçün  vergi  güzəştlərinin 
təyin olunmasından, mühafizənin xüsusi hüquqi üsullarının və s. müəyyən olunmasından 
ibarət ola bilər. Torpaqların hüquqi rejiminin özünəməxsusluğu hər şeydən əvvəl, onların 
məqsədli  təyinatına  görə  ayrılmış,  müvafiq  kateqoriyalara  məxsusluğu  ilə  təyin  olunur. 
Azərbaycan  Respublikasının  bütün  torpaqlarının  müxtəlif  kateqoriyalara  bölünməsinin 
ə
sasında onların əsas məqsədli təyinatı prinsipi durur. Bu prinsip, torpağın əsas fəaliyyət 
sahəsində,  hər  şeydən  öncə  əsas  istehsal  sahəsində  iqtisadi  fəaliyyətindəki  fərqin  torpaq 
hüququnda əks olunmasıdır. Qeyd etdiyimiz kimi, torpaq iki əsas funksiyaya malikdir:  
a)  əməliyyat  (ərazi,  məkan)  bazisi  (insan  fəaliyyətinin  göstəricisi  olan  istehsal  və 
digər obyektlərin yerləşməsi yeri) kimi o, əmək və digər sosial-iqtisadi fəaliyyət növlərinin 
ümumi şərti olaraq xidmət edir; 
 b) istehsal vasitəsi (istehsalat gücü);  
Azərbaycan Respublikasında bütün torpaqlar iki hissəyə bölünür:  
1) istifadə olunan (bu və ya digər funksiyanı yerinə yetirən torpaqlar); 
 2)  istifadə  olunmayan  (bu  torpaqlar  qanunvericilikdə  ehtiyat  torpaqları  adlanır). 
stifadə olunan torpaqlar göstərilən funksiyalardan birini yerinə yetirir. Məhsuldar qüvvə 
kimi  istifadə  olunan  torpaqlar,  həmin  funksiyanı  necə  yerinə  yetirilməsindən  asılı  olaraq 


da  bir-birindən  fərqlənə  bilərlər.  Belə  ki,  kənd  təsərrüfatında  və  meşə  təsərrüfatında 
torpağın  məhsuldarlıq  qabiliyyətindən  istifadə  olunur  ki,  bu  da  torpaqların  müvafiq 
kateqoriların  hüquqi  rejimində  müəyyən  ümumilik  yaradır.  Bu  daha  çox  özünü  meşə 
təsərrüfatının  meşəbərpaetmə  sahəsində  göstərir,  belə  ki,  bu  sahə  kənd  təsərrüfatı  kimi 
torpağın  becərilməsi,  onun  gübrələnməsi,  əkin  və  ya  səpin,  suvarma  və  s.  ilə  bağlıdır. 
Lakin  digər  tərəfdən,  meşə  fondu  torpaqlarının  əsas  hissəsinin  fəaliyyətində  elə  çizgilər 
mövcuddur  ki,  bu  onları  hüquqi  rejiminə  görə  kənd  təsərrüfatında  istifadə  olunan 
torpaqlardan fərqləndirir. Əməliyyat bazisi kimi istifadə olunan torpaqların hüquqi rejimi 
istehsal vasitəsi kimi istifadə olunan torpaqların hüquqi rejimindən xeyli fərqlənir. Orada 
torpağın  istifadəsi  haqqında normalar  azdır.  Lakin,  əməliyyat  bazisi kimi  istifadə olunan 
torpaqlar müxtəlif cinslidir və vahid kateqoriya əmələ gətirmir. Ümumi funksiyanın yerinə 
yetirilməsi çərçivəsində onlar, bu torpaqların müxtəlif kateqoriyalara bölünməsi və onların 
hüquqi rejiminin müxtəlifliyini şərtləndirən konkret məqsədli təyinata malik ola bilərlər.  
Qüvvədə  olan  qanunvericilik  torpaqların  aşağıdakı  kateqoriyalarını  nəzərdə  tutur 
(Torpaq Məcəlləsi, maddə 9):  
1) kənd təsərrüfatı təyinatlı torpaqlar;  
2)  yaşayış  məntəqələrinin  (şəhərlərin,  qəsəbələrin  və  kənd  yaşayış  məntəqələrinin) 
torpaqları;  
3) sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; 121  
4) xüsusi qorunan ərazilərin torpaqları;  
5) meşə fondu torpaqları;. 
 6) su fondu torpaqları; 
 7)  ehtiyat  fondu  torpaqları.  Qanunvericiliyə  görə  torpaqların  kateqoriyalara  aid 
edilməsi  və  onların  bir  kateqoriyadan  digərinə  keçirilməsi  müəyyən  edilmiş  qaydada 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.  
Torpaq  Məcəlləsində  təsbit  olunmuş  torpaq  kateqoriyaları  aşağıdakı  hallarda 
göstərilir:  
1) xüsusi mühafizə olunan ərazilərin və digər təyinatlı torpaqların istifadəsinin xüsusi 
hüquqi rejiminin müəyyən olunması və ya torpaq sahələrinin təqdim olunması (verilməsi) 
haqqında  icra  hakimiyyəti  orqanlarının  qətnamələrində  və  yerli  özünü  idarəetmə 
orqanlarının qərarlarında;  
2)  torpağa  hüquqları  təsdiq  edən  şəhadətnamələrdə,  müqavilələrdə  və  digər 
sənədlərdə;  
3) dövlət torpaq kadastrı sənədlərində;  
4) torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı sənədlərində.  
Azərbaycan  Respublikasının  Torpaq  Məcəlləsinə  uyğun  olaraq,  torpaqların  həmin 
Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən olunmuş qaydaların pozulması ilə 
bir kateqoriyadan digərinə keçirilməsi aşağıdakılara əsas verir:  
a)  icra  hakimiyyəti  orqanlarının  və  yerli  özünü  idarəetmə  orqanlarının  sənədlərinin, 
həmçinin onların əsasında torpaq sahələri ilə bağlanmış əqdlərin etibarsız sayılmasına;  
b) torpağa hüquqların dövlət qeydiyyatından imtina edilməsinə.  
Hazırda  qüvvədə  olan  Torpaq  Məcəlləsində  əvvəllər  bizim  qanunvericilikdə  məlum 
olmayan,  torpaqların  hüquqi  rejiminin  elementlərindən  biri  kimi  araşdırıla  bilən,  torpaq 
sahələrinin  icazəli  istifadəsi  anlayışı  özünə  yer  almışdır.  Qanunvericiliyə  görə  torpaq 
sahəsinin  icazəli  istifadəsi,  torpaq  sahəsinin  məqsədli  təyinatı,  müəyyən  olunmuş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə