Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   49   50   51   52   53   54   55   56   57

arasında  mübahisələrə,  habelə  xarici  investisiyalı  müəssisənin  iştirakçıları  ilə  həmin 
müəssisə  arasında  mübahisələrə  məhkəmələrdə,  yaxud  tərəflərin  razılığına  əsasən 
münsiflər 
məhkəməsində, 

cümlədən 
xaricdəki 
münsiflər 
məhkəməsində 
baxılırBeynəlxalq müqavilələr Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində bu 
Qanundakından  fərqli  qaydalar  müəyyən  edildikdə  beynəlxalq  müqavilənin  qaydaları 
tətbiq olunur.  
Arbitraj  beynəlxalq  mübahisələrin  həllinin  mühüm  və  geniş  tətbiq  olunan 
vasitələrindən  biridir.  Arbitraj  mübahisənin  diplomatik  deyil  məhkəmə  həllidir. 
Beynəlxalq  mübahisələrin  həllinin         bütün  dinc vasitələri kimi,  arbitraj  da könüllüdür. 
Mübahisənin tərəfi olan dövlətlər qabaqcadan buna razılıq verməlidirlər. Bu razılıq yə ad 
hoc  əsasında (Qvineya/Qvineya  Bisau  dəniz  delimitasiyası  işində  olduğu  kimi), ya  da 
xüsusi təsis olunmuş mexanizmlə (məsələn,Daimi arbitraj məhkəməsi) verilə bilər. Daimi 
arbitraj  məhkəməsi Dinc  nizamlama  haqqında  1899-cu  və  1907-ci  il  Haaqa 
Konvensiyaları ə
sasında  yaradılmışdır.  Lakin  praktikada  çox  az  hallarda  istifadə 
olunmuşdur. 
Mühüm  olan  belə  bir  məqamı  da  qeyd  etmək  lazımdır  ki,  arbitraj  mühakiməsi  təkcə 
dövlətlər  arasındakı  mübahisələrin  həlli  ilə  məhdudlaşmır.  BMT-nin  Beynəlxalq 
Məhkəməsindən  fərqli  olaraq,  arbitraj  dövlətlərləbeynəlxalq-hüquqi  subyektliyə  malik 
olan digər qurumlar arasında  yaranan  mübahisələri də həll  edir.  Məsələn,  yuxarıda  adını 
çəkdiyimiz 
nvestisiya  mübahisələrinin  həlli  üzrə  Beynəlxalq  Mərkəz
 dövlətlər  və  transmilli 
korporasiyalar arasındakı mübahisələri həll edir. 
Beynəlxalq arbitrajin xüsusiyyətləri: 
• 
Hüquqi mübahisənin həlli üçün mexanizmdir. Bu o deməkdir ki, arbitraj tərəflərin 
beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələrini əsas tutur və mübahisənin həllinə bu 
hüququn  işin  faktlarına  tətbiq  edilməsi  ilə  nail  olur.  BMT-nin  Beynəjxalq  məhkəməsi 
kimi, arbitraj üçün də beynəlxalq hüquq məsələləri əsasdır. 
• 
Bir  qayda  olaraq,  arbitraj  məhkəməsinin  qərarları  tərəflər  üçün  hüquqi  cəhətdən 
məcburidir. Öz mübahisələrini arbitraja etibar etmiş tərəflər onun çıxardığı hər bir qərarı 
yerinə yetirməyə borcludurlar. Çox nadir hallarda tərəflər qabaqcadan razılaşa bilərlər ki, 
çıxarılan qərar məcburi xarakter daşımayacaqdır. 
• 
Arbitraj  mühakiməsi  icraatında  tərəflər  arbitləri  özləri  seçə  bilər.  BMT-nin 
Beynəlxalq  Məhkəməsinə  verilən  mübahisələrdən  fərqli  olaraq,  arbitraj  məhkəməsinə 
çıxan  tərəflər  həm  məhkəmə  heyətinin  tərkibi,  həm  də  prosesin  özü  ilə  bağlı  birbaşa 
nəzarət imkanına malikdirlər. Bu cür təyin olunmuş məhkəmə heyəti, əlbəttə ki,tərəflərin 
etibarını qazanmış olur və bu, həm də onun çıxardığı qərarın gücünə müsbət təsir göstərir. 
Adətən,  bu  heyətdə  hər  tərəfdən  bərabər  sayda  arbit  və  bir  əlavə,  “neytral”  arbit  olur. 
Lakin  mübahisənin  həlli  üçün  tərəflər  bir  arbit  də  təyin  edə  bilərlər.  Arbitraj 
məhkəməsinin  heyətinə  BMT-  nin  beynəlxalq  Məhkəməsinin  hakimi (Qvineya/Qvineya 
Bisau  işi)
,  xarici  dövlətin  hakimi  (Tinoko  arbitrajı  (1923))  və  ya  hüquqşünas  olmayan 
ekspert də (Kanada-Fransa Dəniz Delimitasiyası arbitrajı (1992))götürülə bilər. 
Beynəlxalq  arbitraj  beynəlxalq  mübahisələrin  nizamlanmasına  və  belə  beynəlxalq 
hüququn inkişafına böyük töhfə vermişdir. 
Məsələn, ABŞ-Meksika  ddialar Komissiyasının (1926) qərarı beynəlxalq məsuliyyət 
institutunun  inkişafına, Palmas  adası  iş(1928)  ərazinin  əldə  edilməsi  məqsədlərinin 


beynəlxalq-hüquqi  tənzimlənməsinə,  ABŞ- ran  ddialar  Tribunalı  xarici  mülkiyyətin 
ekspropriasiyası  ilə  bağlı  məsələlərin  həllinə  əhəmiyyətli  təsir  göstərmişdir.  
Nəhayət,  qeyd  edək  ki,  hər  hansı  arbitraj  məhkəməsinin  çıxartdığı  qərara  BMT-nin 
Beynəlxalq Məhkəməsi yenidən baxa bilər. 
Belə  bir  iş  — Seneqal/Qvineya  Bisau  Arbitraj  qərarı  haqqında  iş 1992-ci  ildə 
Beynəlxalq  Məhkəməyə  təqdim  olunmuşdur.  Qvineya-Bisau,  onunla  Seneqal  arasındakı 
mübahisə ilə bağlı bundan əvvəl çıxarılmış arbitraj məhkəməsinin qərarını qanunsuz hesab 
edirdi.  Lakin  Beynəlxalq  Məhkəmə  qeyd  etdi  ki,  onun  funksiyası  arbitraj  qərarından 
verilmiş  apellyasiyaya  baxmaq  deyil;  o,  yalnız  prosedur  məsələlərinə  əməl  olunmasını 
yoxlaya  bilər.  Beynəlxalq  məhkəmə  işə  mahiyəti  üzrə  baxa  bilməz,  o,  yalnız  çıxarılmış 
arbitraj qərarının qanuniliyinə öz münasibətini bildirə bilər. 
 
nvestisiya fəaliyyəti haqqında 
AZƏRBAYCAN RESPUBL KASININ QANUNU 
Bu  Qanun  Azərbaycan  Respublikasının  ərazisində  investisiya-fəaliyyətinin 
(sərmayədarlığın) ümumi sosial, iqtisadi və hüquq şərtlərini müəyyənləşdirir. 
Qanun  investisiyanın  Azərbaycan  Respublikası  iqtisadiyyatının  intensiv  cəlb 
olunmasına,  ondan  ölkənin  sosial-iqtisadi  bazasının,  habelə  beynəlxalq  iqtisadi 
ə
məkdaşlığın  və  inteqrasiyanın  inkişafı  üçün  səmərəli  istifadə  edilməsinə  yönəldilmişdir 
və  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  investorların  hüquqlarının  bərabər 
müdafiəsinə təminat verir. 
I fəsil 
ÜMUM  MÜDDƏALAR 
Maddə 1.  nvestisiya anlayışı 
nvestisiya-gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq  
və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və 
intellektual sərvətlərdən ibarətdir. 
Belə vəsait və sərvətlər aşağıdakılardır: 
pul  vəsaiti,  məqsədli  bank  əmanətləri,  kreditlər,  paylar,  səhmlər  və  digər  qiymətli 
kağızlar; 
daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və» başqa maddi sərvətlər); 
müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər; 
bu  və  ya  digər  istehsal  növünün  təşkili  üçün  zəruri  olan  ancaq  patentləşdirilməmiş, 
texniki sənədləşdirmə, vərdiş və istehsalat-təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, 
kommersiya və digər biliklərin məcmusu («non-hau»); 
torpaqdan, sudan və digər ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqdan  
istifadə  hüquqları,  habelə  müəlliflik  hüququndan  irəli  gələn  və  başqa  əmlak 
hüquqları; 
başqa sərvətlər. 
Ə
sas  fondların  yaradılmasına  və  təkrar  istehsalına,  habelə  maddi  istehsalın  digər 
formada inkişafına investisiya yönəldilməsi kapital qoyuluşları şəklində həyata keçirilir. 
Maddə 2.  nvestisiya fəaliyyəti 
1.  nvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi 
ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur. 
2.  nvestisiya fəaliyyətinin aşağıdakı növləri vardır: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə