Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   49   50   51   52   53   54   55   56   57

ilə  müəyyən  olunmuş  hallarda  və  qaydada  müvafiq  olaraq  aşağıdakıları  həyata 
keçirməyə borcludurlar: 
maliyyə vəsaiti və maddi sərvətlər əsasında həyata keçirdikləri investisiyanın həcmi 
və maliyyələşdirilməsi mənbəyi barədə yerli banklara və ya maliyyə orqanlarına müvafiq 
orqanların arayışını təqdim etmək; 
ə
saslı  tikinti  və  icazə  tələb  edən  digər  işlər  üçün  müvafiq  dövlət  orqanlarından  və 
xüsusi xidmətlərdən zəruri icazə və ya razılıq almaq; 
texnoloji,  sanitariya-gigiyena,  radiasiya,  ekologiya  və  arxitektura  tələblərinə  əməl 
edilməsi baxımından investisiya layihələri üçün ekspertiza rəyi almaq; 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada 
müəyyənləşdirilən  norma  və  standartlara,  habelə  beynəlxalq  norma  və  standartlara  əməl 
etmək; 
dövlət  orqanlarının  və  vəzifəli  şəxslərin  öz  səlahiyyətləri  daxilində,  Azərbaycan 
Respublikasının Qanunvericilik aktlarına uyğun verdikləri tələbləri yerinə yetirmək; 
müəyyənləşdirilmiş qaydada mühasibat və statistika hesabatları təqdim etmək; 
haqsız  rəqabətə  yol  verməmək  və  antiinhisar  tənzimlənməsinin  tələblərinə  əməl 
etmək. 
2.      Xüsusi  razılıq  (lisenziya)  tələb  olunan  fəaliyyət  növləri  ilə  məşğul  olmaq  üçün 
investisiya fəaliyyətinin iştirakçıları lisenziya almalıdırlar 
Maddə  8.  nvestisiya  fəaliyyətinin  subyektləri  arasında  münasibətlər nvestisiya 
fəaliyyətinin  subyektləri  arasında  münasibətləri  tənzimləyən  əsas  hüquqi  sənəd 
müqavilədir (kontraktdır). 
Müqavilənin 
bağlanması, 
tərəflərin 
seçilməsi, 
öhdəliklərin, 
təsərrüfat 
münasibətlərinin  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan  hər  hansı 
şə
rtlərinin 
müəyyənləşdirilməsi 
investisiya 
fəaliyyəti 
subyektlərinin 
müstəsna 
səlahiyyətinə  daxildir.  Dövlət  orqanlarının  və  vəzifəli  şəxslərin  mövcud  qanunvericilik 
aktları ilə müəyyənləşdirilmiş həddən artıq investisiya fəaliyyəti subyektlərinin müqavilə 
münasibətlərinə qarışmasına yol verilmir. 
Maddə 9.  nvestisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələri 
nvestisiya fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdirilə bilər: 
investorun özünün maddi və intellektual sərvətləri, maliyyə vəsaiti və təsərrüfatdaxili 
ehtiyatları  (mənfəət,  amortizasiya  ayırmaları,  fiziki  və  hüquqi  şəxslərin  pul  yığımları, 
ə
manətləri,  qəza  və  təbii  fəlakət  nəticəsində  dəymiş  ziyanın  ödənilməsi  üçün  sığorta 
orqanlarının müvafiq ödənişləri və s); 
investorun borc maliyyə vəsaiti (bank və büdcə kreditləri, istiqrazlar və digər vəsait); 
investorun cəlb edilmiş maliyyə vəsaiti (əmək kollektivlərinin, vətəndaşların, hüquqi 
şə
xslərin payları və digər haqları, səhmlərin satışından əldə edilən vəsait); 
büdcədən və büdcədənkənar fondlardan investisiya məqsədli təxsisatlar; 
xarici investisiya; 
müəssisələrin,  təşkilatların  və  vətəndaşların  əvəzsiz  və  xeyriyyə  haqları,  ianələr  və 
s.Zərurət  yarandıqda  investisiya  fəaliyyətini  həyata  keçirmək  məqsədilə  müvafiq 
investisiya fondları və digər təsisatları yaradıla bilər. 
 
 
 


III fəsil 
NVEST S YA FƏAL YYƏT N N DÖVLƏT TƏNZ MLƏNMƏS  
Maddə 10.  nvestisiya fəaliyyətinin dövlət tənzimlənməsinin məqsədi  
nvestisiya  fəaliyyətinin  dövlət  tənzimlənməsi  vahid  iqtisadi,  elmi-texniki  və  sosial 
siyasət  yeridilməsi  məqsədi  ilə  həyata  keçirilir  və  Azərbaycan  Respublikasının  sosial-
iqtisadi  inkişaf  proqramında  nəzərdə  tutulmuş  həcmlərdə  dövlət    büdcəsi  hesabına 
maliyyələşdirilir. 
ctimai tələbatın ödənilməsinin daha vacib istiqamətlərində investisiya fəaliyyətini 
həyata  keçirən  investorlara  Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə 
nəzərdə tutulan güzəştlər verilir. 
Maddə 11.  nvestisiya fəaliyyətinin dövlət tənzimlənməsinin formaları 

  1.  nvestisiya  fəaliyyətinin  dövlət  tənzimlənməsinə  dövlət  investisiyasının  idarə 
olunması, habelə investisiya fəaliyyəti şərtlərinin tənzimlənməsi və bu şərtlərə investisiya 
fəaliyyətinin bütün subyektləri tərəfindən əməl edilməsinə nəzarət daxildir. 

 2. Dövlət investisiyasının idarə olunması respublika və yerli dövlət hakimiyyət və 
idarəetmə orqanları tərəfindən həyata keçirilir və büdcə, büdcədənkənar vəsaitin və həmin 
orqanlar  tərəfindən  cəlb  edilən  başqa  vəsaitin  planlaşdırılmasından,  investisiyanın 
şə
rtlərinin  müəyyənləşdirilməsindən  və  bunlarla  bağlı  digər  məsələlərin  həllindən 
ibarətdir. 

  3.  nvestisiya  fəaliyyətinin  dövlət  tənzimlənməsi  aşağıdakı  vasitələrlə  həyata 
keçirilir: 
kredit  və  amortizasiya  siyasətinin  həyata  keçirilməsi,  o  cümlədən  əsas  fondların 
sürətli amortizasiyası yolu ilə. Amortizasiya üzrə güzəştlər ayrı-ayrı iqtisadi sahələr, əsas 
fondların və avadanlığın müxtəlif növləri və elementləri üçün dəyişkən və fərqli müəyyən 
edilə  bilər;ayrı-ayrı  region,  sahə  və  istehsalatların  inkişafı  üçün  subvensiya,  subsidiya 
büdcə borclarının verilməsi; 
dövlət norma və standartlarının müəyyənləşdirilməsi; 
antiinhisar tədbirlərin görülməsi; 
mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi; 
torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə şərtlərinin müəyyənləşdirilməsi; 
qiymətqoyma siyasətinin həyata keçirilməsi; 
investisiya layihələrinin ekspertizasının keçirilməsi; 
başqa tədbirlər. 
Maddə  12.  Respublika  ərazisində  dövlət  investisiyalarına  dair  qərarların  qəbul 
edilməsi qaydası 

  1.  Respublika  ərazisində  dövlət  investisiyalarına  dair  qərarlar  respublikanın 
iqtisadi  və  sosial  inkişaf  proqnozları,  məhsuldar  qüvvələrin  inkişafı  və  yerləşdirilməsi 
sxemi,  bu  investisiyaların  məqsədəuyğunluğunu  müəyyənləşdirən  texniki-iqtisadi 
ə
saslandırmalar, məqsədli elmi-texniki və kompleks proqramlar əsasında qəbul edilir. 

  2.  Respublika  üzrə  məqsədli  kompleks  proqramların  layihələri  Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  müəyyənləşdirilmiş  qaydada  müvafiq  icra 
hakimiyyəti  orqanında  işlənib  hazırlanır  və  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 
təsdiq edilir.  

  3.  həyata  keçirilmə  müddəti  iki  ilə  qədər  olan  və  fövqəladə  vəziyyət,  qəzalar  və 
təbii  fəlakətlərlə  bağlı  dövlət  investisiyaları  haqqında  qərarları  Azərbaycan 


Respublikasının  Nazirlər  Kabineti  müvafiq  icra  hakimiyyəti  orqanının  təklifləri  əsasında 
qəbul edir.  
Maddə  13.    Əsaslı  tikintidə  işlərin  yerinə  yetirilməsi  üçün  dövlət  sifarişinin 
yerləşdirilməsi qaydası 
1. Respublika ərazisində dövlət investisiyasının həyata keçirilməsi formalarından biri 
ə
saslı tikintidə işlərin yerinə yetirilməsi üçün dövlət sifarişidir. 
 2. Dövlət sifarişi, bir qayda olaraq, müəssisə və təşkilatlar üçün bu sifarişin iqtisadi 
sərfəliyi  nəzərə  alınmaqla  müsabiqə  (tender)  əsasında  yerləşdirilir.  Bu  zaman  həmin 
müəssisə və təşkilatlar üçün qanunvericiliklə müəyyən güzəştlər də nəzərdə tutula bilər. 
3.  Respublika  dövlət  sifarişi  obyektləri  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin müəyyənləşdirdiyi qaydada istismara qəbul olunur. 
Maddə 14.  nvestisiyaların dövlət ekspertizası 
1.  Büdcə  və  büdcədənkənar  vəsaitlər,  o  cümlədən  xarici  investisiya  hesabına 
maliyyələşdirilən  respublika,  dövlətlərarası  və  regional  investisiya  layihə  və  proqramları 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müəyyənləşdirdiyi  qaydada  müvafiq  icra 
hakimiyyəti orqanında mütləq dövlət ekspertizasından keçirilməlidir. 
Başqa  mənbələr  hesabına  maliyyələşdirilən  investisiyalar  ekoloji,  seysmoloji  və 
sanitariya-gigiyena  tələblərinə  əməl  edilməsi  baxımından  Azərbaycan  Respublikası 
Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada dövlət ekspertizasından keçirilməlidir. 
Maddə 15.  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və yerli dövlət hakimiyyət 
və idarəetmə orqanları tərəfindən investisiya fəaliyyətinin tənzimlənməsi 
Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  və  respublika  tabeli  şəhər  və 
rayonların  yerli  dövlət  hakimiyyət  və  idarəetmə  orqanları  öz  səlahiyyətləri  daxilində 
ə
razilərində  investisiya  fəaliyyətinin  subyektləri  tərəfindən  istehsal  və  sosial  obyektlərin 
yaradılması,  təbii  ehtiyatlardan  istifadə  edilməsi  məsələlərinin  razılaşdırılması  yolu  ilə 
investisiya fəaliyyətini tənzimləyirlər. 
nvestisiya  məqsədləri  sosial  infrastruktur  obyektləri  tikdirmək,  tikinti  üçün  torpaq 
sahəsi  ayırmaq,  torpaqdan  istifadə  şərtlərinin,  sosial  sahə  və  təbiəti  mühafizə  təyinatlı 
obyektlərin  tikintisi  həcminin  və  müddətlərinin,  habelə  tikinti  norma  və  qaydalarının 
pozulduğu halda tikintinin dayandırılması haqqında səlahiyyətli dövlət orqanları qarşısında 
məsələ  qaldırmaq  yerli  dövlət  hakimiyyət  və  idarəetmə  orqanlarının  müstəsna 
səlahiyyətinə aiddir. 
Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  investisiyanın  dövlət  tənzimlənməsi 
məqsədilə bu Qanuna zidd olmayan əlavə şərtlər müəyyənləşdirə bilər. 
Maddə 16.  nvestisiya fəaliyyətində qiymətqoyma 
nvestisiya  fəaliyyəti  prosesində  məhsulların,  işlərin  və  xidmətlərin  dəyəri  sərbəst 
qiymət və tariflərlə, o cümlədən müsabiqələrin nəticələrinə əsasən, qanunvericilik aktları 
ilə  nəzərdə  tutulmuş  hallarda  isə  dövlət  tərəfindən  tənzimlənən  qiymət  və  tariflərlə 
müəyyənləşdirilir. 
Tikintidə  müqavilə  qiymətləri  tövsiyə  edilən  dövlət  smeta  normalarından  və 
qiymətlərindən istifadə etməklə də müəyyənləşdirilə bilər.        
 
 
 
     


IV fəsil 
NVEST S YA FƏAL YYƏT  SUBYEKTLƏR N N HÜQUQLARININ 
TƏM NATI VƏ  NVEST S YANIN QORUNMASI 
 
Maddə  17.  nvestisiya  fəaliyyəti  subyektlərinin  hüquqlarının  təminatıDövlət 
investisiya  fəaliyyətinin  həyata  keçirilməsi  şərtlərinin  sabitliyinə,  onun  subyektlərinin 
hüquqlarının və qanuni mənafelərinin qorunmasına təminat verir. 
nvestisiya  fəaliyyətinin  subyektləri  arasında  bağlanmış  müqavilənin  şərtləri  bu 
müqavilənin  bütün  müddəti  ərzində  və  hətta  o  bağlandıqdan  sonra  qanunvericiliklə 
subyektlərin  vəziyyətini  pisləşdirən  və  ya  hüquqlarını  məhdudlaşdıran  şərtlər  müəyyən 
edildikdə  belə,  əgər  onlar  müqavilə  şərtlərinin  dəyişdirilməsi  barədə  razılığa 
gəlməyiblərsə, qüvvəsini saxlayır. 
Dövlət  orqanları  və  onların  vəzifəli  şəxsləri  qanunvericiliklə  yol  verilən  və  onların 
səlahiyyətinə daxil olan hallardan başqa, investisiya fəaliyyəti subyektlərinin işinə qarışa 
bilməzlər. 
Bu  Qanunla  müəyyənləşdirilən  hallardan  başqa,  investisiya  qoyulan  obyektlərin 
seçilməsində investorların hüquqları məhdudlaşdırıla bilməz. 
Dövlət  orqanları  və  başqa  orqanlar  investorların  və  investisiya  fəaliyyətinin  digər 
subyektlərinin hüquqlarını pozan  aktlar qəbul  etdikdə  investisiya  fəaliyyəti subyektlərinə 
dəyən  zərəri  bu  orqanlar  tam  həcmdə  ödəməlidirlər.  Zərərin  ödənilməsi  barədə 
mübahisələrə aidiyyəti üzrə məhkəmə baxır. 
Maddə 18.  nvestisiyanın qorunması1. Dövlət mülkiyyət formasından asılı olmayaraq 
bütün  investisiyaların,  o  cümlədən  xarici  investisiyanın  qorunmasına  təminat 
verir. nvestisiyanın qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi, 
habelə başqa dövlətlərlə bağladığı müqavilələrlə təmin edilir.  nvestorlar, o cümlədən 
xarici  investorlar  investisiyasını  idarə,  istifadə  və  ona  xitam  verməyə  maneçilik  törədə 
bilən  ayrı-seçkilik  xarakterli  tədbirləri  istisna  edən,  habelə  qoyulmuş  sərvətlərin  və 
investisiyanın 
nəticələrinin 
respublikadan 
aparılması 
şə
rtləri 
və 
qaydasını 
müəyyənləşdirən bərabər hüquqi rejimlə təmin olunurlar. 
2. Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini 
pisləşdirdikdə  investisiya  fəaliyyətinə  dair  bağlanmış  müqavilədə  nəzərdə  tutulan 
müddətdə investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir. 
3.      Azərbaycan  Respublikası  ərazisində  investisiya  əvəzsiz  milliləşdirilmir, 
rekvizisiya  edilmir  və  onlara nəticələrinə görə dikər oxşar tədbirlər  tətbiq olunmur.  Belə 
tədbirlər investorlara vurulmuş zərərin, o cümlədən itirdikləri faydanın əvəzi tam həcmdə 
real  dəyər  üzrə  ödənilməklə  yalnız  Azərbaycan  Respublikasının  qanunvericilik  aktları 
ə
sasında  həyata  keçirilə  bilər.  Zərərin  ödənilməsi  qaydası  həmin  qanunvericiliklə 
müəyyənləşdirilir. 
nvestorların qoyduğu və ya əldə etdiyi məqsədli bank əmanətləri, səhmlər və digər 
qiymətli  kağızlar,  əldə  edilmiş  əmlak  və  ya  icarə  hüquqları  üçün  ödənişlərin  əvəzi 
Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq alındıqda, investorların 
öz hərəkətləri və ya onların iştirakı ilə edilmiş hərəkətlər nəticəsində istifadə olunan və ya 
itirilən məbləğlər istisna edilməklə investorlara qaytarılır. 
4.    nvestisiyalar sığortalana bilər, qanunvericiliklə nəzərdə tutulan hallarda isə  
hökmən sığortalanmalıdır. 


Maddə 19.  nvestisiya fəaliyyəti subyektlərinin məsuliyyəti 

 1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tələblərə və ya 
investisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilə (kontrakt) öhdəliklərinə 
ə
məl  olunmadıqda  tərəflər  həmin  aktlarla  müəyyənləşdirilmiş  qaydada  məsuliyyət 
daşıyırlar. 

 2. Dövlət orqanları investisiya fəaliyyətinin həyata keçirilməsinə dair öhdəliklərini 
və  ya  qanuni  əsaslar  üzrə  onlara  həvalə  edilmiş  vəzifələri  yerinə  yetirmədikdə,  yaxud 
lazımınca yerinə yetirmədikdə investisiya fəaliyyətinin digər subyektləri qarşısında həmin 
öhdəliklərə görə əmlak məsuliyyəti daşıyırlar. 
3.  Qanunvericiliyin  tələblərinin  və  müqavilə  öhdəliklərinin  pozulmasına  görə 
cərimənin  və  dəbbə  pulunun,  habelə  dəymiş  zərərin  ödənilməsi  təqsirkar  tərəfi, 
qanunvericiliklə və müqavilə ilə digər hal nəzərdə tutulmayıbsa, tələblərin və öhdəliklərin 
tam yerinə yetirilməsindən azad etmir. 
4.  nvestisiya fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan mübahisələrə müvafiq 
olaraq məhkəmə və ya münsiflər məhkəməsi baxır. 
Maddə 20.   nvestisiya fəaliyyətinin dayandırılması və ya ona xitam verilməsi şərtləri 
1.  nvestisiya  fəaliyyətinin  dayandırılmasına  və  ya  ona  xitam  verilməsinə 
aşağıdakıların qərarı ilə yol verilir:investorların özünün (bu zaman investorlar investisiya 
fəaliyyətinin digər iştirakçılarına dəymiş zərəri ödəyirlər); səlahiyyətli dövlət orqanının. 
2.  nvestisiya  fəaliyyətinin  dayandırılması  və  ya  ona  xitam  verilməsi  barədə 
səlahiyyətli  dövlət  orqanının  qərarı  aşağıdakı  hallarda  qəbul  edilə  bilər:  onun  davam 
etdirilməsi  Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə  müəyyənləşdirilmiş 
ekoloji,  seysmoloji,  sanitariya-gigiyena,  arxitektura  və  başqa  normaları,  vətəndaşların  və 
hüquqi şəxslərin, dövlətin qanunla qorunan hüquq və mənafelərini pozduqda; 
investor qanunla müəyyənləşdirilmiş qaydada müflis elan edildikdə; 
qəza və təbii fəlakət baş verdikdə; 
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər hallarda. 
Belə  hallarda  investisiya  fəaliyyətinin  subyektlərinə  zərərin  ödənilməsi  qaydası 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir. 
Maddə 21. Beynəlxalq müqavilələr 
Azərbaycan  Respublikasının  beynəlxalq  müqaviləsində  investisiya  fəaliyyəti 
haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydalardan 
fərqli qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir. 
Azərbaycan Respublikasının Prezidenti  
Heydər ƏL YEV. 
Bakı şəhəri, 13 yanvar 1995-ci il. 

 952. 
 
 
 
 
 
 
 
 


Ə
DƏB YYAT  S YAHISI 
 
1.
  S.Z.  sayev  “ nvestisaya  fəaliyyətinin  hüquqi  tənzimlənməsi”  Dərs  vəsaiti. 
Bakı. 2010. 
2.
  Paşayev  T.N.  nvestisiya  və  müasir  dövrdə  Azərbaycan  iqtisadiyyatının  
inkişafında onun rolu. Lənkəran 2001 
3.  Əhmədov M.A., Hüseyn A.C.  qtisаdiyyаtın dövlət tənzimləməsinin əsasları. 
Metodik vəsait. Bakı: “ qtisad Universiteti” – 2011. -120 səh. 
4.  Şəkərəliyeva  Z.  A.    Keçid  iqtisadiyyatında  xarici  investisiya  qoyuluşunun   
zəruriliyi və onun nəzəri aspektləri . Bakı 2003 
5.  brahimov  F.M.  Azərbaycan  iqtisadiyyatına  yönəldilən  xarici  investisiyalar 
və onun milli iqtisadiyyatın dirçəlməsində rolu.Bakı 2007 
6.  Əliyev  A.  L  .  Azərbaycan  sənayesində  xarici  və  daxili  investisiyalardan 
səmərəli istifadə problemləri.Bakı 2004 
7.  Mahmudova  X.C.  Bazar  iqtisadiyyatına  keçid  dövründə  Azərbaycan  
sənayesinə investisiya qoyuluşlarının əsas istiqamətləri.Bakı 2000 
8.  Məmmədov  .S.  Azərbaycan  sənayesində  investisiya  fəaliyyəti  və  onun  
təkmilləşdirilməsi.Bakı 2005 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə