Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   49   50   51   52   53   54   55   56   57

perspektivsiz 
sektorlarına 
investisiya 
qoyuluşu 
onun 
milli 
iqtisadiyyatın 
formalaşmasındakı perspektiv rolu diqqət mərkəzində saxlamağı tələb edir. Bə'zi hallarda 
investisiyalar haqqında qərarlar qəbul edən təsərrüfat, idarə orqanları sadəcə olaraq hansı 
məhsulun  milli  iqtisadiyyatın  inkişafında  daha  sərfəli  olacağını  düzgün  müəyyənləşdirə 
bilmədikdə bütövlükdə iqtisadi strategiyanın da düzgün istiqamət üzrə formalaşmamasına 
səbəb  olacaqdır.  qtisadi  strategiyaya  uyğun  gəlməyən  iqtisadi  inkişafda  mühüm  rol 
oynamayan  sahələr  üzrə  düşünülməmiş  investisiyaların  tətbiqi  vəsaitlərin  dağıdılmasına 
səbəb  olacaqdır.  Çünki,  milli  iqtisadiyyatın  inkişafına  səbəb  olmayan  layihələr  üzrə 
vəsaitlərin  xərclənməsi  əslində  bu  resursların  gələcək  baxımından  səmərəsiz  istifadəsi 
deməkdir.  Milli  iqtisadiyyatın  sabit  artım  sürətinə  nail  olunması  üçün  invstisiyalar  bir 
qayda olaraq təsərrüfatın ən yüksək səmərə verən və milli mənafe baxımından fayda verə 
biləcək  sahələrinə  yönəldilməlidir.  Deməli,  investisiya  bazarı  daima  çevik  və  hərəkətdə 
olmalıdır. 
nvestisiyaların  tətbiqində  iqtisadi  mühitin  yaradılması  əsasən  onun 
iqtisadiyyatın durğun sahələrindən daha perspektiv sahələrə keçirməklə əlaqədar olmalıdır. 
nvestisiyalardan  gələn  gəlirlərdə  bir  qayda  olaraq  daima  fərqlər  mövcud  olacaqdır.  Bu 
zaman  istehsal  təyinatlı  sahələrə  yönəldilən  investisiyalardan  əldə  olunan  gəlirlər  buna 
alternativ  olan  xidmət  sferasına  olan  qoyuluşlar  üzrəki  gəlirlərdən  çox  olmalıdır.  Bu 
prosesin baş verməsi üçün istehsal təyinatlı investisiyalar üçün risk etmə səviyyəsi olduqca 
aşağı olmalıdır. 
nvestisiyaların  uzun və qısamüddətli tətbiqi formasından, eləcə də daxili və xarici 
maliyyələşmə  mənbələrindən  asılı  olmayaraq  o  dövlət  tərəfindən  tənzimlənməlidir  və 
onların  tətbiqi  ilə  əlaqədar  təminat  mexanizmi  fəaliyyət  göstərməlidir.  Bu  mexanizm 
istehsal olunacaq məhsulların yüksək rəqabət qabiliyyətilə hüdudlanmalıdır. Çünki, isteh-
sal olunan məhsullar həm daxili, həm də xarici bazarlarda rəqabətə tab gətirmək tarazlığı 
ilə əsaslanmalıdır. 
Ölkə  iqtisadiyyatında  yaranmış  makroiqtisadi  sabitlik  investisiya  mühitinin  normal 
fəaliyyət  göstərməsinə  şərait  yaratmışdır.  Hazırki  şəraitdə  investisiya  mühitinin  daha 
ə
lverişli imkanlarla həm daxili, həm də xarici investisiyaların tətbiqinə bərabər səviyyəli 
imkan  yaranmalıdır.  Lakin  qeyd  etmək  lazımdır  ki,  xarici  investisiyaya  nisbətən  daxili 
investisiyanın  tətbiqində  müəyyən  çətinlik  fəaliyyət  göstərir.  Bu  da  hər  şeydən  əvvəl 
ə
halinin  malik  olduğu  əmanətlərin  investisiya,  transformasiya  edilməsi  üçün  real  imkan-
ların məhdudluğu ilə əlaqədardır. Bu da hər şeydən əvvəl özəl banklara əhalinin inamının 
azalması  ilə  əlaqədardır.  Halbuki  dünya  təcrübəsindən  bəllidir  ki,  əhalinin  əmanətlərinin 
investisiyaya  cəlb  olunması  prosesinin  təşkilində  kommersiya  bankları  xüsusi  rol  oy-
nayırlar.  Belə  nümunə  kimi  Almaniyada  və  Yaponiyada  fəaliyyət  göstərən  kommersiya 
banklarını  misal  çəkmək  olar.  Böyük  inam  qazanmış  bu  iri  özəl  kommersiya  bankları 
istehsal müəssisələrilə qarşılıqlı əlaqə şəklində fəaliyyət göstərir və sabit maliyyə sənaye 
qruplarına  çevrilirlər.  Belə  şəraitdə  onlara  səhmdar  cəmiyyəti  kimi,  ya  da  ümumi 
mülkiyyət sahibkarlar kimi fəaliyyət göstərir. Sözsüz ki, belə bir əlaqə forması investisiya 
prosesini  stimullaşdıraraq  əmanətlərin  investisiyaya  çevrilməsinə  güclü  təkan  verməklə 
daxili investisiyanın aktivləşməsinə səbəb olur. 
Ölkədə aparılan investisiya siyasəti daha çox xarici kapitalın ölkəyə axınının stimul-
laşması  ilə  əlaqədardır.  Düzdür,  hazırki  kapital  axını  əsasən  neft  və  qaz  sektorunun 
inkişafına  yönəldilir.  Lakin,  milli  iqtisadiyyatın  formalaşması  baxımından  xarici  investi-
siyalardan  iqtisadiyyatın  digər,  xüsusən  kənd  təsərrüfatı,  emal  sənayesi  istiqamətində  də 


istifadə  etmək  vacibdir.  Xarici  investisiyanın  milli  iqtisadiyyatın  inkişafında  dönməz  hal 
alması üçün ümumiyyətlə, həm iqtisadiyyatın strukturunun və texnoloji təminatını həyata 
keçirmək lazımdır, həm də sosial və ekoloji problemlərin həllini uzlaşdırmaq lazımdır. 
 
 
MÖVZU XV 
NVESTISIYALARLA BAGLI MÜBAHISƏLƏRƏ BAXILMASININ HÜQUQI 
MEXANIZMI 
 
1.
  İnvestisiyalarla baglı Mübahisələrə baxılmasının əsası 
2.
  nvestisiyalarla baglı Mübahisələrə baxılmasının hüquqi mexanizmi 
3.
   
Müasir  dünyada  beynəlxalq  və  yerli  kommersiya  münasibətlərində  yaranan 
mübahisələrin həllini arbitraj institutlarından kənarda təsəvvür etmək çətindir. Hələ qədim 
dövrlərdən  ibtidai  səviyyədə  insanların  arasında  bu  və  digər  səbəblər  üzündən  yaranan 
mübahisələrin  həlli  mexanizmi  kimi  münsiflərin  fəaliyyət  göstərməsi  elmi  və  tarixi 
ə
dəbiyyatlardan  məlumdur.    nsanların  fəaliyyəti  olduğu  yerdə  mübahisələr  nə  qədər 
qaçılmazdırsa,  həmin  mübahisələrin  həll  olunmasında  isə  münsiflərin  fəaliyyəti  də  bir  o 
qədər  əhəmiyyətlidir.  
Tarixi  inkişafın  sonrakı  mərhələlərində  iqtisadi,  xüsusən,  ticarət  münasibətlərinin 
inkişafı ilə mübahisələrin münsif statusunda həll olunması üçün arbitrlərin fəaliyyəti daha 
çox  əhəmiyyətini  göstərir.  Bu  gün  Şərqlə  Qərbin  inteqrasiya  etdiyi,  kommersiya 
münasibətlərinin  biri-birinə  bağladığı  qloballaşan  dünyada  arbitraj  institutları  dövlət 
məhkəmələri ilə yanaşı iqtisadi mübahisələrin həllində  əhəmiyyətli rol oynayırlar.  
1917-ci  ildə  Stokholm  Ticarət  Palatasının  nəzdində  yaradılan  Arbitraj    nstitutunun 
fəaliyyəti  nəinki  Avropada  kommersiya  mübahisələrinin  həllində,  o  cümlədən, 
dövlətlərarası  iqtisadi  münasibətlərdən  doğan  anlaşılmazlıqların  aradan  qaldırılmasında 
müsbət rol oynamışdır. Sonradan bir sıra Avropa və Asiya ölkələrində, ABŞ-da yaranmış 
beynəlxalq arbitraj institutları beynəlxalq kommersiya münasibətlərinin ənzimlənməsində 
öz töhfələrini vermişlər. Bu gün sivil dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar kommersiya 
arbitraj  institutlarının  inkişafına  xüsusi  diqqətlə  yanaşırlar.  Təsadüfi  deyil  ki,  beynəlxalq 
arbitraj  məhkəmələrinin  fəaliyyəti  Birləşmiş  Millətlər  Təşkilatının  Beynəlxalq  ticarət 
hüququ  üzrə  Komissiyasının  qəbul  etdiyi  Nümunəvi  UNC TRAL  Qanunu  və  normativ 
sənədlər  əsasında tənzimlənir. Müasir dövrdə artıq arbitraj institutlarına münasibətdə də 
alternativ mübahisə həlli üsulları inkişaf edir. Mübahisələrin məhkəmədənkənar alternativ 
həlli  üsulları  barədə  danışılarkən  artıq  təkcə  arbitraj  nəzərdə  tutulmur,  həmçinin 
vasitəçinin  iştirakı  ilə  mübahisənin  barışıq  yolu  ilə  həlli    mexanizmləri  də  müzakirə 
olunur, zaman-zaman bu üsullar təkmilləşdirilir. Bu tendensiya ölkəmizdə də özünü biruzə 
verməkdədir.  Müasir  dövrdə  beynəlxalq  hüququn  və  dünya  sivilizasiyasının  müstəqil 
subyekti olan Azərbaycan Respublikasının dünyanın nüfuzlu korporasiyaları ilə irihəcmli 
müqavilələri bağlanmış, bu müqavilələr üzrə işlər görülür.  
2.
  nvestisiyalarla baglı Mübahisələrə baxılmasının hüquqi mexanizmi 
 Azərbaycan Respublikasında xarici investorlar və xarici investisiyalı müəssisələr ilə 
Azərbaycan  Respublikasının  dövlət  orqanları,  müəssisələri,  ictimai  təşkilatları  və  başqa 
hüquqi  şəxsləri  arasında  mübahisələrə,  xarici  investisiyalı  müəssisənin  iştirakçıları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə