Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   49   50   51   52   53   54   55   56   57

nvestisiya  resurslarının  formalaşması  və  istifadəsi  prosesi  milli  iqtisadiyyatın 
mərhələlər  üzrə  inkişaf  prosesini  əhatə  etməlidir.  Milli  iqtisadiyyatın  inkişafı  prosesində 
investisiyalar mərkəzi rol oynayır və iqtisadi artım sürəti haqqında əvvəlcədən informasiya 
verir.  Milli  iqtisadiyyatın  investisiya  prosesi  vasitəsilə  inkişaf  etdirilməsi  milli  gəlirin 
yüksəldilməsinə  səbəb  olur,  bir  sıra  əmtəə  və  xidmətlər  üzrə  olan  tələbatı  ödəməklə 
rəqabət  qabiliyətli  məhsulların  istehsalına  səbəb  olur.  Belə  şəraitdə  milli  gəlirin  həm 
yığım,  həmdə  istehlak  fondlarına  yönəldilən  vəsaitlərin  həcmi  artır.  Bu  prosesin  fasilə-
sizliyinin  təmin  olunması  yığım  və  istehlak  fondlarına  yönəldilən  vəsaitlərdən  səmərəli 
istehlak  olunmasını  tələb  edir.  Milli  gəlirin  artımı  hesabına  yaranmış  investisiyalar  bir 
qayda  olaraq  daxili  investisiyaların  maliyyə  mənbəyini  təşkil  edir.  Milli  gəlir  hesabına 
yaranmış  investisiyalar  həm  yığım,  həm  də  gəlir  formasını  alaraq  istehsal  olunması 
nəticəsində  bir  tərəfdən  öz  artımlarına,  digər  tərəfdən  isə  geniş  təkrar  istehsalı  şərtlən-
dirmək ilə milli iqtisadiyyatın miqyasının artmasına səbəb olur. Bu zaman investisiyalar nə 
qədər səmərəli tətbiq olunursa milli gəlirin artım sürəti bir o qədər yüksək olar, nəticədə 
isə istehlaka yönəldilən yığımın həm mütləq, həm də nisbi həcmi yüksələr. Göstərməliyik 
ki,  investisiyaların  kifayət  qədər  yüksək  səmərəliliyinə  nail  olunması  milli  iqtisadiyyatın 
ə
sas göstəricisi olan ümumi daxili məhsulların artırılmasını təmin etmiş olur. 
 Yığıma  və  istehlaka  ayrılan  vəsaitlər  arasındakı  uyğunluğun  səmərəlilik  meyarı 
iqtisadiyyatın  inkişaf  səviyyəsi  əsasında  ölkə  əhalisinin  yaşayış  vasitələri  ilə  təmin 
olunması  dərəcəsidir.  Bu  baxımdan  yığımla  istehlak  arasında  uyğunluğun  qurulmasında 
optimallıq meyarı kimi iqtisadi inkişaf səviyyəsi göstəricisinə ilk növbədə diqqət vermək 
lazım gəlir. Yığımın hər iki cəhəti - istehsal yığımı və qeyri-istehsal yığımı əlaqəli halda 
olsalar  da  hər  halda  iqtisadi  artıma  birbaşa  təsir  göstərən  amil  istehsal  yığımına  nisbi 
üstünlük  verilməlidir.  Səmərəlilik  meyarı  nöqteyi  nəzərindən  istehsal  yığımını  tədqiq 
etdikdə ilk növbədə onun norması haqqında ilkin dəqiqləşdirmələr aparmalıyıq. Xüsusi ilə 
istehsal yığımı normasının minimal və maksimal hədlərinin qurulmasına diqqət verilir. Bu 
ona görə lazımdır ki, yığımın ölçüsü istehsalın və tələbatın artımına uyğun gələ bilsin. 
stehsal  yığımının  minimal  həddində  adambaşına  düşən  milli  gəlir  dəyişməz  qalır. 
Buna görə də, istehsal yığımı norması müntəzəm olaraq minimal həddən yuxarı olmalıdır. 
stehsal  yığımı  normasının  minimal  həddi  nəzərdə  tutur  ki,  mənfəətin  ümumi  kütləsi 
istehsalın maddi amillərinin geniş təkrar istehsalına sərf edilir, istehlak fondu isə dəyişməz 
qalır.  Belə  halda  ölkədə  məcmu  işçilər  özlərinin  əmək  qabiliyyətini  geniş  təkrar  istehsal 
etmək üçün zərüri olan vasitələri ala bilmirlər. 
Buna  uyğun  olaraq  istehsal  yığımı  norması  mənfəətin  kütləsinə  bərabər  ola  da 
bilməz. Əks halda istehsalın bütün amillərinin inkişafını təmin etmək olmaz. Başqa sözlə, 
ə
gər  mənfəətin  bütün  kütləsi  istehsalın  maddi  amillərinin  geniş  təkrar  istehsalına 
istiqamətləndirilirsə, onda əhalinin əmək qabiliyyətinin təkrar istehsalı mənbələrindən olan 
sosial  vəsaitləri  artmayacaqdır.  Beləliklə,  dövlət  təhsilin,  səhiyyənin,  mədəniyyətin  və 
elmin  genişləndirilməsi  üçün  zəruri  olan  qeyri-istehsal  yığımını  yarada  bilməyəcəkdir. 
stehsal  yığımı  norması  mənfəət  normasından  aşağı  olmalıdır  ki,  dövlət  qeyri-istehsal 
yığımına və bununla sosial vəsaitlərini təmin edə bilsin. 
qtisadiyyatın inkişafına sərf edilən vəsaitlərdən istifadə səmərəliliyi nə qədər yüksək 
olarsa, yığımın hər bir vahidi hesabında daha çox hazır məhsul və milli gəlir yaradılacaq, 
eyni ilə iqtisadi inkişafın nəzərdə tutulan səviyyəsinə nail olmaq üçün bir o qədər az vaxt 
və vəsait tələb olunacaqdır. Belə şəraitdə yığım normasının ixtisar edilməsi tələb ediləcək 


və əksinə yığımın səmərəliliyin azalması şəraitində yığım normasının artırılması zəruriliyi 
yaranar. 
Yığımın səmərəliliyinin yüksəlməsi və əmək məhsuldarlığının artımı şəraitində isteh-
sal amilləri özünün əvvəlki səviyyəsində iqtisadiyyatın artım tempinə təsir edə bilir. Yığım 
vəsaitinin  eyni  bir  ölçüsündə  istehsal  amillərinin  səmərəliliyinin  yüksəlməsi  natural  for-
mada  daha  çox  istehsal  və  istehlak  etməyə  imkan  verir.  Əmək  məhsuldarlığının  artımı, 
yalnız  canlı  əməyə  qənaət  hesabına  deyil,  eyni  zamanda  texnika  ilə  silahlanmasının 
keyfiyyət artımı hesabına da arta bilir. Belə hallarda yığım resursları əhəmiyyətli dərəcədə 
arta  bilir.  Əmək  məhsuldarlığı  başlıca  olaraq  texnikadan  səmərəli  istifadə  əsasında  artır. 
stehsalın son nəticələri nə qədər çox artırsa, əhalinin istehlakının təmin edilməsi imkanları 
bir  o  qədər  geniş  olur.  Bütün  hallarda  əmək  məhsuldarlığının  yüksəlməsi  yığım 
resurslarını artırır və bununla birlikdə istehsalın miqyasının böyüməsinə təsir edir. 
stehlakın artımının nəhəng imkanlarını, iqtisadi inkişafda onun rolunun güclənməsini 
Amerika  iqtisadçısı  Piter  Drukerin  gətirdiyi  belə  bir  misaldan  görmək  olar  ki,  cari 
yüzillikdə Amerika sənaye fəhləsinin alıcılıq tələbi 20 dəfə artmış, Yaponiyada isə alıcılıq 
qabiliyyətinin artımı 30 dəfə təşkil etmişdir. 
Təqribən həmin hal digər inkişaf etmiş  ölkələrdə də baş vermişdir. 
Bazar  iqtisadiyyatlı  ökələrdə  ümumi  milli  məhsulda  əhalinin  istehlakına  yönəldilən 
son  məhsulun  payı  60-65%,  yığıma  yönəldilən  son  məhsulun  payı  isə  30-35%  təşkil 
etmişdir. Azərbaycanda isə belə uyğunluğun təmin olunması zəruriliyi vardır. Azərbayca-
nın ümumi milli məhsulda əhalinin istehlakına yönəldilən son məhsulun miqdarı arasında 
kəskin  uyğunsuzluq  vardır  və  bu  meyl  vaxtaşırı  olaraq  daha  da  güclənir.  qtisadiyyatın 
belə  halında  özəl  sektorun,  xüsusən  özəl  istehsal  strukturları  qiymətləri  müntəzəm 
qaldırmaq  yoluna  asanlıqla  istiqamət  götürə  bilər.  Əhalinin  istehlakının  makroiqtisadi 
tənzimsizliyi sözün əsl mənasında antibazar hal olub, tələbi və təklifi ixtisar edir, yığıma 
ayrılan resursların miqdarı ilə istehsalın artımı arasında uçurum yaradır. 
Yığıma  və  istehlaka  ayrılan  resursların  makroiqtisadi  tənzimsizliyi  yalnız  əhalinin 
yaşayış  səviyyəsinin  azalmasına  aparıb  çıxarır.  Başlıca  olaraq  işləyən  əhalinin  əməyinin 
stimullaşdırılması,  istehsalın  son  nəticələrinin  artırılması  imkanlarının  qarşısını  alır. 
Fikrimizcə  yığıma  və  istehlaka  ayrılan  resurslar  mikroiqtisadi  səviyyədə  (müəssisələr, 
sahələr  səviyyəsində)  həvəsləndirilmə  məqsədi  ilə  tənzimlənsə  belə,  səmərəli  əmək 
fəaliyyətinin oyatdığı gücü nəinki artmayacaq, əksinə azalacaqdır. 
nvestisiyalar  milli  iqtisadiyyatın  inkişafına  uzunmüddətli  perspektiv  dövr  ərzində 
təsir  etməklə  eyni  zamanda  həm  əhalinin  məşğulluq  səviyyəsinə,  həm  də  gəlirlərin  əldə 
olunması səviyyəsinə birbaşa təsir göstərir. Təkcə bunu belə bir misal ilə izah etmək olar 
ki,  əgər  kənd  təsərrüfatı  sahəsinə  investisiyalar  azalarsa,  onda  bu  sferada  məşğul  olanlar 
arasında  işsizlik  artacaq,  eyni  zamanda  onların  məcmu  gəlirləri  də  aşağı  düşəcəkdir. 
Deməli,  bu  sferada  çalışanların  nəinki  başqa  sahələrdə  istehsal  olunan  mallara  və 
xidmətlərə  olan  tələbatları  azalır,  eyni  zamanda  əhalinin  bu  sahənin  məhsullarına  olan 
tələbatı da ödənilməmiş qalacaqdır. Nəticədə həm bu sahədə, həm də bu sahə ilə bağlı olan 
digər sahələrdə məşğulluq səviyyəsi aşağı düşəcək və bütövlükdə gəlirlərin azalması meyli 
müşahidə  olunacaqdır.  Bundan  başqa  kənd  təsərrüfatı  sferasının  investisiyanın  azalması 
həmin  sahəyə  xidmət  göstərən  hasil  və  emalın  ayrı-ayrı  sahələrinə  də  mənfi  təsir 
göstərəcəkdir. Göstərmək lazımdır ki, milli iqtisadiyyatın inkişafında heç də hər cür tətbiq 
olunan investisiya qoyuluşu mütərəqqi hal oynamır. Belə ki, milli iqtisadiyyatın nisbətən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə