Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında 18 may 1973-
cü  il  tarixli  Kioto  Konvensiyasının  sənədlərinə  əsasən  azad  zona  (və  ya  "zona  franko") 
ölkənin  ərazisinin  elə  hissəsini  bildirir  ki,  burada  mallar  milli  gömrük  sərhədlərindən 
kənarda  hesab  edilir  və  buna  görə  də  adi  gömrük  nəzarəti,  rüsum  və  vergilərinə  cəlb 
edilmir.  Beləliklə,  azad  iqtisadi  zonaları malların  dövlətin  gömrük  ərazisindən  kənarda 
hesab  edildiyi  özünəməxsus  keyfiyyətli  xarici  ticarət  anklavı 
kimi  səciyyələndirən  Kioto 
Konvensiyasının  imzalanmasından  sonra  azad  iqtisadi  zonalar  bir  çox  dövlətlərdə  geniş 
vüsət almağa başlamışdır. 
Azad  zonalar  probleminə  həsr  edilən  müasir  nəzəri  araşdırmalarda  azad  iqtisadi 
zonaların mahiyyəti daha geniş açıqlanır. Bu araşdırmalarda azad iqtisadi zonalar dövlətin 
iqtisadi 
proseslərə 
müdaxiləsinin 
seçimli 
məhdudlaşdırılması 
aləti 
kimi 
səciyyələndirilirlər.Keçən əsrin 90-cı illərində dünyada bir neçə min müxtəlif növlü azad 
iqtisadi zona fəaliyyət göstərirdi. 2000-ci ildə dünya əmtəə dövriyyəsinin 30 faizi müxtəlif 
azad iqtisadi zonaların payına düşürdü. 
Beynəlxalq  korporasiyalar  öz  fəaliyyətləri  üçün  güzəştli  şərait  axtarışında  azad 
iqtisadi zonalara əlavə mənfəət gətirə biləcək əlverişli ərazilər kimi baxırlar.  ri transmilli 
korporasiyalar fəaliyyətlərinin azad iqtisadi zonalarda qurulmasını özlərinin genişlənməsi 
üçün əsas amil hesab edirlər. 
Azad  iqtisadi  zonalar  mahiyyət  etibarilə  milli  iqtisadi  məkanın,  ölkənin  digə
ərazilərində  tətbiq  edilməyən  xüsusi  güzəştlər  və  stimullar  sisteminin  istifadə  edildiyi 
hissəsini bildirir.
 
Bir qayda olaraq, azad iqtisadi zona - bu və ya digər dərəcədə xüsusiləşmiş coğrafi 
ə
razidir.  Beynəlxalq  təşkilatların  hesabatlarında  və  nəşrlərində  "azad  iqtisadi  zona" 
anlayışından  istifadə  edilir.  Lakin,  bu  termin,  göstərilən  zonaların  mahiyyətini  tam  ifadə 
etmir.  Belə  ki,  bu  zonaların  əksəriyyətində  tətbiq  edilən  iqtisadi  qaydalar,  alətlər,  xüsusi 
inzibati  qanunlar  müəyyən  hüquqi  və  təsərrüfat  rejimindən  heç  də  azad  etmir,  sadəcə 
olaraq,  bu  rejimi  yüngülləşdirir  və  sahibkarlığın  inkişafını  stimullaşdırmağa  yönəlmiş 
güzəştlər verir. Faktiki olaraq, dövlət bu zonalarda özünün iqtisadi proseslərə müdaxiləsini 
məhdudlaşdırır. 
Bəzi  dövlətlər  üçün  "azad  zonalar"  ərazi  baxımından,  zonanın  işçilərinin  həyat 
səviyyəsi  və  şərtləri  nöqteyi-nəzərindən,  istehsal  potensialının  təmərküzləşməsi  və  s. 
baxımından mahiyyətcə xüsusilik təşkil edir. Yəni bu zonaların səciyyələndirilməsi üçün 
"azad" terminindən daha çox "xüsusi" termini uyğundur. 
Azad  iqtisadi  zonaların  yaradılma  məqsədləri  onları  təşkil  edən  dövlətlərin  sosial-
iqtisadi inkişaf səviyyəsindən, onların strateji və inkişaf prioritetləri və planlarından və s. 
asılıdır. Bu səbəbdən, hər bir konkret halda, azad iqtisadi zonaların yaradılması səbəbləri 
və  məqsədləri  bir-birindən  fərqlənir.  Belə  ki, sənaye  cəhətdən  inkişaf  etmiş 
dövlətlərdə
məsələn  Amerika  Birləşmiş  Ştatlarında,  Böyük  Britaniyada,  Fransada  azad 
iqtisadi  zonalar  sırf  beynəlxalq  iqtisadi  əlaqələrin  fəallaşdırılması,  depressiv  rayonlarda 
orta  və  kiçik  biznesin  inkişafına  yönəlmiş  regional  siyasətin  həyata  keçirilməsi, 
regionlararası  fərqlərin  aradan  qaldırılması  məqsədi  ilə  yaradılmağa  başlamışdır.  Bu 
məqsədlər  üçün,  göstərilən  kateqoriyadan  olan  sahibkarlara  milli  qanunvericilikdə  öz 
ə
ksini  tapan  müxtəlif  növ  vergi  güzəştlərinin  verilməsi  bu  dövlətlərdə  simvolik  olaraq 
"vergi  inqilabı"  adını  almışdır  və  azad  iqtisadi  zonalar  bu  prosesdə  kifayət  qədər 


ə
həmiyyətli  rol  oynayır.  Faktiki  olaraq,  onlar  bu  prosesdə  dünya  təsərrüfatı  miqyasında 
miqrasiya edən kapital üçün tələ rolunu oynayırlar. 
Yuxarıda deyildiyi kimi, azad iqtisadi zona yaradan ölkələrin məqsədləri müxtəlif ola 
bilər. Bəzi ölkələr azad iqtisadi zonalardan iqtisadi inteqrasiya mexanizmi kimi, digərləri 
isə  xarici  texnologiyaların  cəlb  edilməsi  vasitəsi  kimi  istifadə  edirlər.  Məsələn,  Böyük 
Britaniya  1981-ci  ildən  başlayaraq  məşğulluğun  artırılması  və  milli  səviyyədə  iqtisadi 
konyunkturanın  fəallaşdırılması  məqsədilə  azad  hava  limanları  (Liverpul,  Birminhem, 
Kardiff,  Sausanton,  Prestrix  və  Belfast  aeroportları)  yaratmağa  başlamışdır.  Amerika 
Birləşmiş Ştatlarında isə 1934-cü ildə qəbul edilmiş qanuna əsasən azad iqtisadi zonaların 
yaradılmasının əsas məqsədi kimi xarici malların ABŞ-a idxal edilərkən rüsumlardan azad 
edilməsi yolu ilə xarici ticarətin dəstəklənməsi və təşviq edilməsi göstərilirdi. 
Göründüyü  kimi,  azad  iqtisadi  zonaların  yaradılması  məqsədlərindəki  müxtəlifliyi 
görmək  üçün  bir  neçə  misal  kifayət  edir.  Lakin,  bu  məqsədlərin  müxtəlifliyinə 
baxmayaraq,  onlar  müəyyən  ümumiliyə  də  malikdirlər  ki,  bunların  da  arasında  iqtisadi, 
sosial və elmi-texniki məqsədləri göstərmək olar. 
 
2.Azad iqtisadi zonalar ümumdünya təsərrüfatının elementidir 
  Azad  və  ya  xüsusi  iqtisadi  zonalar  beynəlxalq  inteqrasiyanın  xüsusi  bir 
formasıdır.Bu  zonalar  beynəlxalq  iqtisadi  münasibətlər  sistemində  özünəməxsus 
ə
həmiyyət kəsb edirlər. qtisadi ədəbiyyatlarda azad iqtisadi zona və yaxud xüsusi iqtisadi 
zona  çox  hallarda  eyni  mənada  işlədilir.Sadəcə  olaraq  xüsusi  iqtisadi  zonada  iqtisadi 
fəaliyyətin  bütün  tərəfləri  tənzim  edilə  bilmir.Azad  iqtisadi  zonada  isə  sərbəst  fəaliyyət 
nəzərdə tutulur. qtisadi siyasət daxili bazarı əsas götürdükdə,ona istiqamətləndikdə xüsusi 
iqtisadi  zona  ciddi  tənzim  edilir.,tam  sərbəst  olmur,investisiya  sahəsində  müəyyən 
məhdudiyyət  yaranır. qtisadi  fəaliyyət  nisbətən  müəyyən  çərçivədə  olur.Ölkənin  iqtisadi 
siyasəti  xarici  bazara  daha  çox  əasalandıqda,xüsusi  iqtisadi  zonanın  idarəçilik  işinə  az 
qarışıldıqda,xarici  investisiyanın  daha  əlverişli  şərait  yaranır.Xüsusi  iqtisadi  zona  milli 
iqtisadi  məkanın    bir  hissəsi  olub,ölkənin  ayrı-ayrı  ərazilərində  tətbiq  olunmayan  xüsusi 
güzəşt və stimullar sisteminə əsaslanır.Deməli xüsusi iqtisadi zona bu və ya digər dərəcədə 
xüsusiləşmiş coğrafi ərazidir. lk dəfə rəsmi olaraq Yaponiyanın Kiot şəhərində beynəlxalq 
sazişdə  azad  iqtisadi  zonanın  konkret  tərifi  açıqlanmışdır.Orada  deyilir  ki,azad  iqtisadi 
zona ölkənin ərazisinin bir hissəsi olub,xüsusiləşmiş,müəyyən güzəştlərə əsaslanan xarici 
ticarət  məkanıdır.Xüsusi  və  yaxud  azad  iqtisadi  zona  yaradılması,açıq  iqtisadiyyat 
prinsiplərinin  həyata  keçirilməsinin  əsas  cəhətlərindən  biridir.Bu  kimi  zonaların  mövcud 
olması  xarici  iqtisadi  fəaliyyətin  genişlənməsinə  zəmin  yaradır,liberallaşmanı 
artırır,Xüsusi  iqtisadi  zonanın  iqtisadiyyatı  xarici  aləm  üçün  yüksək  səviyyədə  açıq 
olur.Xarici və daxili investorlar üçün  münasib gömrük,vergi qoyma,investisiya  qaydaları 
tətbiq  edilir.Faktiki  olaraq  xüsusi  iqtisadi  zona  onu  yaradan  ölkəyə  xarici  kapitalın  cəlb 
edilməsi  üçün  istifadə  olunan  bir  tədbirdir.Başqa  ölkələr  və  sahibkarlar  üçün  isə  öz 
kapitallarını  yerləşdirmək  imkanıdır.Burada  kimin  daha  çox  mənfəət  əldə  etməsi 
isə,əlbətdə,tərəflərin fəaliyyətindən asılıdır. 
  Xüsusi  iqtisadi  zona  yaradıldıqda  həmin  məkanın  ölkənin  digər  bölgələrindən 
ayrılması problemi də əsas götürülür.Bu cür ayrılma sərhəd tikintiləri vasitəsilədə həyata 
keçirilir,çünki xüsusi iqtisadi zona yaradıldıqda istehsalın quruluşunu dəyişmək olar.Əmək 
haqqı,həyat  səviyyəsi  yüksək  ola  bilər.Belə  olduqda  aydındır  ki,ölkənin  digər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə