Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

məhdudiyyətləri və yüklülükləri nəzərə alınmaqla istifadəsidir. Torpaq sahələrinin icazəli 
istifadəsi  torpaqların  zonalaşdırılması,  şəhərsalma  və  yerquruluşu  sənədləşdirilməsi 
ə
sasında təyin edilir. O, aşağıdakı tələbləri təmin edə bilər: 1) torpaq sahəsinin istifadəsi 
və torpağın münbitliyinin azalması və torpağın deqradasiyasına aparan istifadənin qadağan 
olunması və ya ətraf təbii mühitin pisləşməsi üsullarına; 2) şəhərsalma sənədləşməsinə və 
tikinti  normaları  və  qaydalarına  müvafiq  olaraq  binaların  tikilmələrinin  sıxlığına, 
yüksəkliyinə  və  dərinliyinə;  3)  müvafiq  zonaların  və  ya  torpaq  sahəsinin  hüdudlarında 
sosial-mədəni,  kommunal-məişət,  sənaye  və  digər  binaların,  qurğuların  tikintilərinin 
yerləşdirilməsinə; 4) insanın sağlamlığına neqativ təsir göstərən və ya onun üçün yüksək 
təhlükə  ilə  əlaqədar  olan  istifadə  növlərinə;  5)  ətraf  təbii  mühitə  mümkün  yol  verilən 
yüklənmə  normalarına;  6)  yaşıllıqların  saxlanmasına,  həmçinin  ölkə  qanunvericiliyi  və 
yerli  özünü  idarəetmə  orqanlarının  normativhüquqi  aktları  ilə  müəyyən  olunmuş  digər 
tələblər.  Torpaq  sahəsinin  icazəli  istifadəsinə  daxil  olan  tələblərin  siyahısı  həmin  torpaq 
sahəsinə olan hüquqlardan asılı olmayaraq müəyyən edilir. 122 Torpaq sahələrinin icazəli 
istifadəsi  icra  hakimiyyəti  orqanları  və  yerli  özünüidarəetmə  orqanları  tərəfindən  təyin 
edilir,  həmçinin  konkret  torpaq  sahəsi  təqdim  olunan  zaman  torpaq  sahələrinə  hüquqları 
təsdiq  edən  sənədlərdə  göstərilir.  Torpaq  sahələrinin  icazəli  istifadəsi  rejiminin  özbaşına 
dəyişdirilməsinə yol verilmir. 
 
Azərbaycan  Respublikasında  dövlət  əmlakının  özəlləşdirilməsinin  II  Dövlə
Proqramı»nın 
təsdiq 
edilməsi 
barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı 
«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 
icrasını  təmin  etmək,  iqtisadiyyatda  aparılan  struktur  islahatlarını,  sahibkarlığın 
inkişafını və sağlam rəqabət mühitinin formalaşdırılmasını sürətləndirmək, iqtisadiyyata 
investisiyalar cəlb etmək yolu ilə onun səmərəliliyinin artırılmasına nail olmaq məqsədi 
ilə qərara alıram: 
1.  «Azərbaycan  Respublikasında  dövlət  əmlakının  özəlləşdirilməsinin  II  Dövlət 
Proqramı» təsdiq edilsin (əlavə olunur). 
3. 
Azərbaycan 
Respublikasının 
Nazirlər 
Kabinetinə 
tapşırılsın: 
n  iki  ay  müddətində  «Azərbaycan  Respublikasında  1995-1998-ci  illərdə  dövlət 
mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nın həyata keçirilməsi prosesində yol 
verilmiş qanun pozuntularının aradan qaldırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb 
edilməsi  üçün  qanunvericiliyə  uyğun  olaraq  müvafiq  tədbirlər  görsün  və  bu  barədə 
Azərbaycan 
Respublikasının 
Prezidentinə 
ə
traflı 
məlumat 
versin;  
n  «Azərbaycan  Respublikasında  1995-1998-ci  illərdə  dövlət  mülkiyyətinin 
özəlləşdirilməsinin Dövlət Proqramı»na uyğun olaraq özəlləşdirilməyə açıq elan edilmiş, 
lakin  özəlləşdirilməsi  başa  çatmamış  müəssisə  və  obyektlərin  II  Dövlət  Proqramı 
çərçivəsində özəlləşdirilməsi barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan 
Respublikasının Prezidentinə təqdim etsin;  
Nazirlər Kabinetinin və müvafiqn mərkəzi icra hakimiyyəti orqanlarının normativ-
hüquqi  aktlarının  II  Dövlət  Proqramının  tələblərinə  uyğunlaşdırılması  üçün  təkliflərini 
iki  ay  müddətində  Azərbaycan  Respublikasının  Prezidentinə  təqdim  etsin;  
bu 
Fərmandan 
irəli 
gələn 
digər 
məsələləri 
həll 
etsin.n  
4. Azərbaycan Respublikasının Dövlət Əmlakının  darə Edilməsi üzrə Dövlət Komitəsi: 


n  dövlət  özəlləşdirmə  paylarının  (çeklərinin)  və  dövlət  özəlləşdirmə  opsionlarının 
istifadəsi 
üçün 
qanunvericilik 
çərçivəsində 
lazımi 
şə
rait 
yaratsın;  
öz  səlahiyyətləri  daxilində  «Azərbaycann  Respublikasında  dövlət  əmlakının 
özəlləşdirilməsinin  II  Dövlət  Proqramı»nın  icrasını  təmin  edən  digər  tədbirlər  həyata 
keçirsin.  
 
MÖVZU XIII 
SƏRBƏST  IQTISADI  ZONALARDA  XARICI  INVESTISIYALARIN 
HÜQUQI STATUSA 
 
1 Azad iqtisadi zonaların mahiyyəti 
2.Azad iqtisadi zonalar ümumdünya təsərrüfatının elementidir 
3. Sərbəst iqtisаdi zоnаlаrdа хаrici invеstisiyаlаrın hüqüqi stаtusu 
 
Sərbəst  iqtisadi  zonalarda  xarici  investorların  və  xarici  investisiyalı  müəssisələrin 
fəaliyyəti  Azərbaycan  Respublikasında  xarici  investorların,  xarici  investisiyalı 
müəssisələrin  təsərrüfat  fəaliyyəti  üçün  güzəştli  rejimin  müəyyən  edildiyi  ərazi  sərbəst 
iqtisadi zona sayılır. Sərbəst iqtisadi zonaların yaradılması qaydası, xarici investorların və 
xarici  investisiyalı  müəssisələrin  orada  qeydə  alınması,  təsərrüfat  fəaliyyəti  və  başqa 
fəaliyyət  ilə  məşğul  olması  şərtləri  Azərbaycan  Respublikasının  sərbəst  iqtisadi  zonalar 
haqqında qanunvericiliyi ilə müəyyən edilir. Sərbəst iqtisadi zonaların yaradılmasına və bu 
zonalarda  fəaliyyətin  tənzimlənməsinə  dair  təkliflər  icra  hakimiyyəti  orqanı  tərəfindən 
hazırlanır.  Ayrı-ayrı  dövlətlər  öz  rifahını  beynəlxalq  əmtəə  dövriyyəsinin  genişlənməsi 
hesabına artırırlar. Bu iqtisadi fikir azad ticarət nəzəriyyəsinin formalaşması və inkişafına 
xidmət  edir.  Lakin,  qeyd  etmək  lazımdır  ki,  sözün  əsl  mənasında  azad  ticarət  praktiki 
olaraq mövcud deyildir. Tarif və kvotaların mövcud olmadığı yeganə müasir dövlət demək 
olar  ki,  Honq  Konqdur.Göstərilənlərlə  yanaşı,  bir  çox  dövlətlər  üçün  bazar 
münasibətlərinin  inkişafı  üçün  zəruri  olan  əsas  amil  xarici  investisiyaların  cəlb 
edilməsidir. Beynəlxalq iqtisadi münasibətlərdə tədricən öz yerini tapmış ümumi qaydaya 
ə
sasən,  xarici  investorlar  ölkə  ərazisinə  yalnız  kapital  deyil,  həmçinin,  nəticə  etibarilə 
ölkənin  iqtisadi  artımına  xidmət  edən  təcrübə  və  biliklər  də  gətirirlər.Dünya 
sivilizasiyasının  inkişafının  müasir  reallıqları  müxtəlif regionlar,  bloklar və ölkə qrupları 
arasında ziddiyyətlərin dərinləşdiyini göstərir. Müxtəlif dövlətlər arasında xarici kapitalın 
cəlb edilməsi uğrunda rəqabət getdikcə daha da artır. Bu, investorların cəlb edilməsi üçün 
istifadə  edilən  müxtəlif  üsul  və  mexanizmlərin  rolunu  artırır.  Son  25  ildə  isə  bu  üsul  və 
mexanizmlərdən  özünü  ən  çox  doğruldanı  kimi  azad  iqtisadi  zonaların  yaradılmasını 
göstərmək  olar.XX  əsrin  ikinci  yarısından  etibarən  azad  (xüsusi)  iqtisadi  zonalar 
beynəlxalq iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişlər. Dünya təsərrüfat 
ə
laqələri  üçün  azad  iqtisadi  zonalar  əsasən  beynəlxalq  əmtəə  dövriyyəsinin 
fəallaşdırılması,  investisiyaların  səfərbər  edilməsi,  iqtisadi  inteqrasiya  proseslərinin 
dərinləşdirilməsi  hesabına  iqtisadi  artımın  sürətləndirilməsi  faktoru  və  eyni  zamanda 
inteqrasiya proseslərinin təşkilati formalarından biri kimi çıxış edir. 
Bu  mövzu  son  illər  siyasətçilərin,  iqtisadçıların,  alimlərin,  sahibkarların  diqqətini 
getdikcə daha  çox  özünə  cəlb  etməkdədir,  belə ki, azad  iqtisadi  zonalar  dünya  təsərrüfat 
təcrübəsinə ciddi nüfuz etmişdir və müxtəlif dövlətlərdə uğurla fəaliyyət göstərirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə