Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

Səhmdar  cəmiyyəti  yalnız  buraxılmış  bütün  səhmlərin  dəyəri  ödənildikdən  sonra 
nizamnamə  kapitalının  ümumi  məbləğinin  25  faizindən  çox  olmamaq  şərti  ilə  istiqraz 
buraxıla bilər. 
stənilən  mülkiyyət  formalı  müəssisə  istiqraz  buraxa  bilər;  bunların  satışından  əldə 
edilən vəsait məbləği onların inkişafı məqsədilə istifadə edilir. 
stiqrazlar üzrə faizlər ya dövri olaraq yəni onların buraxıldığı müddət ərzində, yaxud 
da bir dəfəlik, yəni istiqrazın müddəti başa çatdıqdan sonra ödənilə bilər. 
Ə
manət sertifikatları -  deponent edilmiş pul vəsaiti və depozit məbləğinin və onun 
faizinin  müddəti  başa  çatandan  sonra  onun  sahibinin  olmasını  təsdiq  edən  kredit 
müəssisələrinin  yazılı  şəhadətnaməsidir.  Əmanət  sertifikatlarını  dövlət  və  kommersiya 
bankları verə bilər. 
Ə
manət sertifiikatlarının iki növü vardır: 
Adlı və təqdim edilən. 
Təqdim edilən sertifikat dövriyyəyə buraxılır, adlı sertifikatlar isə alqı-satqıya malik 
olmur.Təqdim  edilən  sertif kat  debitor  və  kreditorlar  arasında  hesablaşma  vasitəsi  ola 
bilər. Sertifikatlar üzrə faiz yalnız depozit müddəti başa çatdıqdan sonra ödənilə bilər. 
Veksel  (borc  sənədi)  –  veksel  saxlayanlara  (veksel  sahiblərinə)  vaxtı  çatan  kimi 
müəyyən məbləğin ödəməsi üçün veksel verənlərin şərtsiz öhdəliyini təsdiq edən qiymətli 
kağızdır.  Veksel  hesablaşma  və  kommersiya  krediti  kimi  çox  əlverişlidir.Veksel  vasitəsi 
ilə  ödəniş  elə  həmin  vaxt  deyil,  müəyyən  müddətdən  sonra  yəni  veksellərinin 
sərəncamında olan veksel məbləği ərzində həyata keçirilir. 
Veksel birtərəfli borc puo öhdəliyidir. Burada vekselsaxlayan heç bir öhdəliyə malik 
deyil, əksinə veksellərin müəyyən edilmiş məbləği ona ödəməyə borcludur. 
ki növ veksel mövcuddur: sadə və köçürülən. 
Sadə vekseldə iki tərəf iştirak edir: veskelverən və vekselsaxlayan. Köçürülən veksel 
(tratta)  kreditorlar  tərəfindən,  yəni  mal  gönədərənlər  (transantlar)  tərəfindən  yazılır. 
Köçürmə vekseli, vekselin müddəti başa çatdıqda vekselverənin vekseli təqdim edənə və 
ya  vekseldə  adı  göstərilən  şəxsə  yaxud  da  onun  göstərdiyi  şəxsə  ödəyiçinin  müəyyən 
məbləğ ödəməsi üçün verdiyi əmrin məzmununu özündə əks etdirir. 
Köçürmə  veksel  ödəyiçi  (trassat)  tərəfindən  aksept  edilməlidir.  Yalnız  bu  şərtlə  o 
hüquqi qüvvəyə malik ola bilər.  
 
6.Qiymətli kağız sahiblərinin dövlət reyestrininaparılması standartları 
 
Qiymətli  kağızların  sahiblərinin  reyestrinin  aparılması  qiymətli  kağızlar,  onların 
emitenti, sahibləri, nominal saxlayıjıları barədə məlumatların toplanması, qeydə alınması, 
işlənməsi, saxlanması və təqdim edilməsi xidmətlərinin göstərilməsi üzrə fəaliyyətdir.   
Reyestrsaxlayıjının vəzifələri aşağıdakılardır: 
•  Emitentin    və  ya  özəlləşdirilən  müəssisələr  üzrə  dövlət  əmlakının  satıjısının 
təqdim etdiyi sənədlər əsasında qiymətli kağız sahiblərinin reyestrini formalaşdırmaq; 
•  Qiymətli  kağız  sahiblərinin  reyestrinə  yazıların  daxil  edilməsini  əsaslandıran 
sənədlər təqdim edildikdə reyestrdə dəyişikliklər etmək; 
•  Qiymətli kağızlar üzrə əqdlərin reyestrdə qeydiyyatını aparmaq;  
•  Qiymətli  kağızların  öhdəliklərlə  yüklənməsi  hallarının  reyestrdə  qeydiyyatını 
aparmaq; 


•  Qiymətli  kağız  sahiblərinin  reyestrində  qeydə  alınmış  şəxslərin  hesablarında 
dəyişikliklər edilməsi üçün əsas olan sənədləri saxlamaq; 
•  Emitentə  və  qanunverijiliklə  buna  səlahiyyəti  çatan  orqanlara  qiymətli  kağız 
sahiblərinin reyestrini təqdim etmək; 
•  Qiymətli  kağız  sahiblərinin  reyestrində  qeydə  alınmış  şəxslərə  və  onların 
səlahiyyətli  nümayəndələrinə  qiymətli  kağız  sahiblərinin  reyestrindən  çıxarışı  təqdim 
etmək; 
•  Reyestrin  aparılması  sistemində  açıqlanmalı  olan  məlumatları  və  sənədləri 
emitentə və qeydə alınmış  şəxslərə təq-dim etmək;  
•  Emitentin  müvafiq  orqanlarının  (səhmdarların  ümumi  yığınjağı  və  s.)  qərarlarına 
ə
sasən  aparılmış  qlobal  əməliyyatlar  (birləşdirmə,  konvertasiya,  xırdalanma)  üzrə 
dəyişiklikləri reyestrin aparılması sisteminə daxil etmək; 
•  Emitentin  korporativ  hərəkətləri  barədə  məlumatları  (yığınjaqların  keçirilməsi, 
dividendlərin  verilməsi  və  s.)  qiymətli  kağız  sahiblərinə  və  onların  səlahiyyətli 
nümayəndələrinə çatdırmaq; 
•  Korporativ hərəkətlər üzrə emitentin tapşırıqlarını ijra etmək; 
•  Qiymətli  kağızların  buraxılışını  əks  etdirən  sənədlərdə  göstərilmiş  qiymətli 
kağızların  miqdarını  yerləşdirilmiş  qiymətli  kağızların  miqdarı  ilə  müntəzəm  olaraq 
üzləşdirmək; 
•  Qeydə  alınmış  şəxslərə  məxsus  qiymətli  kağızların  miqdarı  əks  olunan 
sənədlərdəki  məlumatlarla  onların  hesablarında  əks  olunan  yazıları  müntəzəm  olaraq 
üzləşdirmək və eyniləşdirmək; 
•  Emitentlə bağlanmış müqaviləyə xitam verildikdə, reyestrin aparılması sistemində 
olan məlumatları emitentə və ya emitentin müəyyən etdiyi digər reyestrsaxlayıjıya təqdim 
etmək; 
•  Qanunverijiliklə  müəyyən  edilmiş  həjmdə  reyestrin  aparılması  sisteminə  daxil 
olan məlumatların məxfiliyini təmin etmək.  
 
 
MÖVZU XII 
XARICI INVESTORLARIN TORPAQ VƏ DIGƏƏMLAK HÜQUQLARI 
 
Xarici  investorların  torpaq  və  əmlak  hüquqlarından  danışarkən  ilk  öncə  bunun  nə 
demək  olduğunu,  hansı  hüquqları  özündə  ehtiva  etdiyini  aydınlaşdırmaq  lazımdır. 
“Mülkiyyət”  və  ya  “əmlak”  anlayışı  çox  geniş  çərçivədə  şərh  olunur.  O,  iqtisadi 
maraqların  geniş  spektrini  özündə  ehtiva  edir.  1950-ci  il  Avropa  nsan  Hüquqları 
Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapan bu münasibətlərin 
təsir  dairəsinə  hansı  obyektlərin  daxil  olmasını  müəyyən  etmək  vacib  şərtdir,  belə  ki, 
təşəkkül  tapmış  presedent  hüququna  əsasən,  1-ci  maddənin  təsir  dairəsinə  asağıdakı 
obyektlər daxildir: 
 
- Daşınar və daşınmaz əmlak; 
-  maddi və qeyri-maddi maraqlar, məsələn, səhmlər, patentlər; 
-  iddia barədə arbitraj qərarı; pensiya hüququ;  
-  ev sahibinin icarə haqqı almaq hüququ; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə