Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

1998-ci  ilin  dekabrında  qiymətləndirmə  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  və  fiziki 
şə
xslərin,  iqtisadçı  alimlərin  təşəbbüsü  ilə  Azərbaycan  Qiymətləndiricilər  Cəmiyyəti 
(AQC)  yaradılmış  və  1999-cu  ilin  fevralında  Ədliyyə  Nazirliyində  ictimai  birlik  kimi 
qeydiyyata  alınmışdır.  Hazırda  respublikanın  bir  çox  əmlak  qiymətləndiriciləri  və 
qiymətləndirmə  sahəsində  böyük  təcrübəyə  malik  olan  hüquqi  şəxslər,  qiymətin 
ə
mələgəlməsi və əmlak bazarı sahəsində ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda 
tanınan iqtisadçı alimlər, maliyyə məsələləri ilə məşğul olan mütəxəssislər və elmi işçilər 
Azərbaycan  Qiymətləndiricilər  Cəmiyyətinin  üzvüdür.  AQC  ictimai  birlik  olaraq 
qiymətləndirmə sahəsində əhaliyə keyfiyyətli xidmət göstərilməsini təmin etmək məqsədi 
ilə  qiymətləndirmə  fəaliyyətinin  bir  sıra  nəzəri  və  praktiki  problemlərinin  həlli 
istiqamətində dövlət orqanları ilə sıx əməkdaşlıq edir.  
Nizamnaməsində göstərildiyi kimi, «cəmiyyətin yaradılmasının məqsədi Azərbaycan 
Respublikası  ərazisində  qiymətləndirmənin  sivil  bazarını  yaratmaq,  müxtəlif  əmlak 
növlərinin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərin fəaliyyətinə kömək etmək, 
onların  peşə  hüquqlarının  qorunmasına,  peşə  maraqlarının  müdafiəsinə  və  ixtisas 
səviyyəsinin  yüksəldilməsinə  yardımçı  olmaqdır».  Bu  məqsədin  reallaşdırılması  üçün 
AQC  dövlət  orqanları,  digər  ictimai  birliklər,  beynəlxalq  təşkilatlarla  birgə  layihə  və 
proqramların,  beynəlxalq  və  Avropa  standartlarına  uyğun  milli  qiymətləndirmə 
standartlarının hazırlanmasında iştirak edir, qiymətləndiricilərin ixtisasının artırılması üzrə 
kurslar,  konfranslar,  seminarlar,  brifinqlər  keçirir,  qiymətləndirmə  fəaliyyətinin  çoxsaylı 
problemlərini  araşdırır  və  müxtəlif  bülletenlər,  kitablar  nəşr  edir,  üzvlərini  zəruri 
informasiya ilə təmin edir, ölkənin ayrı-ayrı bölgələrində qiymətləndirmə fəaliyyətinə olan 
tələbatın  ödənilməsi  üçün  müxtəlif  tədbirlər  həyata  keçirir,  beynəlxalq  qiymətləndirmə 
təcrübəsini öyrənir və yayır. 
Fəaliyyət  göstərdiyi  müddətdə  AQC  tərəfindən  «Qiymətləndiricilərin  bülleteni», 
qiymətləndirmə  məsələləri ilə bağlı məcmuələr («Qiymətləndirmə», «Qiymətləndirmə və 
mühasibat uçotu», «Qiymətləndirmə və normativ-hüquqi sənədlər»), «Əmlakın qiymətlən-
dirilməsi»  qanunvericilik  aktları  toplusu  nəşr  olunmuş,  qiymətləndiricilərin  peşə-ixtisas 
səviyyələrinin yüksəldilməsi məqsədilə Sumqayıt, Gəncə, Quba və Lənkəran şəhərlərində 
baza ixtisasartırma kursları təşkil edilmiş, 2001-ci ilin mayında «Müasir əmlak bazarı və 
qiymətləndirmə  fəaliyyətinin  qanunvericilik  təminatı»  mövzusunda,  2002-ci  ilin 
dekabrında  “ qtisadi  fəaliyyət  sahələrində  intellektual  sahibkarlığın  inkişaf  istiqamətləri” 
mövzusunda elmi-praktiki konfranslar və 2003-cü ilin aprelində «Sahibkarlığın inkişafının 
ə
sas prioritetləri və qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsinin aktual məsələləri» 
mövzusunda  II  Beynəlxalq  Konqres  keçirilmiş,  «2001-2010-cu  illərdə  Azərbaycan 
Respublikasında  qiymətləndirmə  fəaliyyətinin  inkişaf  konsepsiyası»,  «Azərbaycan 
Respublikasında  peşəkar  qiymətləndiricilərin  hazırlanması  və  ixtisasının  artırılması 
Proqramı» 
müvafiq 
dövlət 
qurumlarına 
təqdim 
edilmiş, 
xarici 
ölkələrin 
qiymətləndiricilərinin  birlikləri ilə əlaqələr yaradılmışdır.  
Azərbaycan  Qiymətləndiricilər  Cəmiyyətinin  təşəbbüsü  ilə  23-24  may  2001-ci  ildə 
keçirilən  «Müasir  əmlak bazarı və  qiymətləndirmə  fəaliyyətinin  qanunvericilik təminatı» 
mövzusunda  II  beynəlxalq  elmi-praktiki  konfransda  MDB  Qiymətləndiricilər  Birlikləri 
Ş
urasının  sədri  və  üzvləri,  Belarus,  Rusiya,  Moldova,  Qazaxıstan,  Qırğızıstan  və  s. 
dövlətlərin qiymətləndiricilər birliklərinin nümayəndələri iştirak edirdilər. Konfrans Azər-
baycanda  qiymətləndirmə  fəaliyyətinin  inkişaf  konsepsiyasının  hazırlanması,  aparılan 


qiymətləndirmə  işlərinin  keyfiyyətinin  yüksəldilməsi,  qiymətləndiricilərin  attestasiya 
sisteminin  hazırlanması,  milli  qiymətləndirmə  standartlarının  və  qiymətləndirmə 
fəaliyyətinin  normativ-metodiki  bazasının  inkişafına  dair  təkliflərin  hazırlanması  kimi 
vacib məsələləri qarşıya qoydu.  
26  dekabr  2002-ci  ildə  “ qtisadi  fəaliyyət  sahələrində  intellektual  sahibkarlığın 
inkişaf istiqamətləri” mövzusunda keçirilən elmi-praktiki konfransda müstəqil intellektual 
sahibkarlıq  fəaliyyəti  olan  qiymətləndirmənin  perspektiv  inkişafını  təmin  edə  biləcək 
irimiqyaslı sosial-iqtisadi proqramların ayrı-ayrı mərhələlərindən bəhs olunmuşdur.  
2003-cü ilin aprelində «Sahibkarlığın inkişafının əsas prioritetləri və qiymətləndirmə 
fəaliyyətinin  təkmilləşdirilməsinin  aktual  məsələləri»  mövzusunda  II  Beynəlxalq 
Konqresdə  (konqres  Azərbaycan  Qiymətləndiricilər  Cəmiyyəti,  MDB  Qiymətləndiricilər 
Birlikləri Şurası və Azərbaycan Respublikası  qtisadi  nkişaf Nazirliyinin birgə təşəbbüsü 
ilə  təşkil  olunmuşdur)  milli  sahibkarlığın  inkişafı  və  ölkə  iqtisadiyyatının  dünya 
iqtisadiyyatına inteqrasiyası, qiymətləndirmə fəaliyyətinin bir sıra aktual məsələləri və s. 
müzakirə olunmuşdur.  
Ölkədə  peşəkar  qiymətləndiricilərin  və  milli  standartların  elmi  və  praktiki  biliklər 
ə
sasında tez bir zamanda hazırlanması sahəsində işlərin keyfiyyətinin artırılması zərurətini 
nəzərə  alaraq  11  noyabr  2003-cü  il  tarixdə  MDB  Qiymətləndiricilər  Birlikləri  Şurasının 
rəhbərlərinin  iştirakı  ilə  Azərbaycan  Dövlət  qtisad  Universitetinin  Tələbə  Elmi 
Cəmiyyətinin  “Əmlak  bazarı    və  milli  qiymətləndirmə  standartları”  mövzusunda 
professor-müəllim  heyəti,  magistr  və  tələbələrin  elmi  konfransı  keçirildi.  Konfrans  gənc 
iqtisadçıların böyük marağına səbəb olmuşdur. 
 
 
Hazırda  AQC  Rusiya  Federasiyasının,  Litvanın,  Moldovanın,  Belarusun, 
Qazaxıstanın,  Qırğızıstanın,  Polşanın,  Böyük  Britaniyanın,  ABŞ-ın  qiymətləndiricilər 
birlikləri və cəmiyyətləri ilə, habelə Beynəlxalq Qiymətləndiricilər və Rieltorlar qurumları 
ilə sıx əməkdaşlıq edir. 
2002-ci  ildə  AQC  «MDB  qiymətləndiricilər birlikləri  Şurası»nın təsisçilərindən biri 
olmuşdur.  Bu,  regional  beynəlxalq  assosiasiyanın  yaradılması,  onun  iştirakçısı  olan 
dövlətlərdə  vahid  qiymətləndirmə  məkanının  yaradılmasının  əsasını  müəyyən  etmiş, 
qarşılıqlı  investisiya  qoyuluşları  prosesinin  sadələşdirilməsi  və  mübahisələrin  həlli  üçün 
zəmin  yaratmışdır.  Qeyd  etməliyik  ki,  bu  cür  regional  beynəlxalq  qurumlar  Avropada 
uzun  müddətdir  ki,  fəaliyyət  göstərir  (məsələn,  Qiymətləndiricilər  Assosiasiyalarının 
Avropa  Qrupu).  Bu  qəbildən  olan  beynəlxalq  ictimai  təşkilatların  yaradılmasının  əsas 
məqsədləri  iştirakçı  dövlətlərdə  qiymətləndirmə  fəaliyyəti  sisteminin  inkişafına,  müvafiq 
normativ-hüquqi  bazasının  yaradılmasına,  qiymətləndiricilərin  ixtisasının  yüksəlməsinə, 
milli  qiymətləndirmə  standartlarının  ölkənin  statistika  və  maliyyə  hesabatı  sistemi  ilə 
uzlaşdırılmasına  yardımçı  olmaq,  beynəlxalq  təşkilatlarda,  dövlət  hakimiyyəti 
orqanlarında  və  idarəetmə  strukturlarında  öz  üzvlərinin  hüquqi,  iqtisadi  və  sosial 
mənafelərini qorumaq, onları lazımi informasiya ilə təmin etməkdir. 
Eyni  zamanda,  ictimai  birliklərə  üzvlük  qiymətləndiricilərin  peşəkarlıq  səviyyəsini, 
lazımi  informasiyanı  əldə  etmək  imkanının  olduğunu  təsdiq  edir,  onlar  bu  birliklərin 
adından çıxış etmək, rəmzlərindən istifadə etmək hüququ qazanırlar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə