Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

keçirmək  üçün  sahələrin  müəyyənləşdirilməsində,  yerli  bürokratiya  ilə  mübarizə 
aparmaqda  və  onların  Azərbaycana  gəlməsini  asanlaşdırmaqda  yardım  edir.  Yerli 
müəssisələr  də  AZPROMO-nun  məsləhət  xidmətləri  və  xarici  bazar  tədqiqatlarından 
faydalanırlar. 
Vergitutma  Xarici  investisiyalı  müəssisələr,  habelə  xarici  investorlar  Azərbaycan 
Respublikasının qanunvericilik aktları ilə müəyyən edilən vergiləri ödəyirlər. 
 Mühasibat  uçotu  və  hesabat  Xarici  investisiyalı  müəssisə  Azərbaycan 
Respublikasında qüvvədə olan qaydalara, yaxud istəsə, həmçinin xarici investorun mənsub 
olduğu ölkədə qüvvədə olan qaydalara müvafiq surətdə mühasibat uçotu və hesabat aparır.  
 
3.Xarici investorlar üçün Azərbaycanın üstünlükləri 
 
1. 
Xarici investisiyalar üçün münbit şərait: 
-  Regionda adambaşına düşən ən yüksək Birbaşa Xarici  nvestisiya göstəricisi. 
-   nvestorlar üçün hüquqi təminatlar.  
2. 
Sürətlə inkişaf edən və açıq iqtisadiyyat: 
- ÜDM-in 26,4 % illik artımı. 
- Xarici ticarət dövriyyəsinin 19,8 % illik artımı. 
-  Orta idxal tarif dərəcəsi: 5,7% 
3. 
Qeyri-neft sektorunda geniş imkanlar: 
-  Son  5  ildə  əksər  iqtisadi  fəaliyyət  sahələrində  yüksək  artım:  sənaye  –  7,5  dəfə, 
tikinti – 3,8 dəfə, ticarət – 3,5 dəfə, nəqliyyat və rabitə – 2,9 dəfə, sosial xidmətlər – 2,8 
dəfə, kənd təsərrüfatı – 2,1 dəfə. 
-  Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştləri  
4. 
 Təbii ehtiyatlar: faydalı qazıntılar və münbit torpaq: 
5. 
Ə
lverişli strateji mövqe: 
-  Mərkəzi Asiya və Xəzər regionuna birbaşa çıxış. 
-  Beynəlxalq ticarət təşəbbüslərində iştirak ( pək Yolu, Şimal–Cənub koridoru). 
-  Genişlənən Avropa faktoru və Yeni Qonşuluq Siyasətinə qoşulma. 
6. 
 Rəqabət qabiliyyətli yerli işçi qüvvəsi 
   
Azərbaycanın 
sürətli 
sosial-iqtisadi 
inkişafı, 
ölkədə 
biznes 
mühitinin 
yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər və s. nailiyyətlər nüfuzlu beynəlxalq 
təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilir.  
Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing buisness – 2012” 
hesabatında  Azərbaycan  183  ölkə  arasında  66-cı  yeri  tutub.  Azərbaycan  habelə  əmlakın 
qeydə  alınmasının  sadəliyi,  biznesə  başlamaq  parametrləri  üzrə  dünya  ölkələri  arasında 
liderlər qrupuna daxil  olub.  Kredit almaq,  iş  görmək  və bir sıra  digər  sahələrdə  də ciddi 
uğurlar əldə edən ölkə inkişaf etmiş dövlətlərlə bir sıradadır. 
“Doing  buisness  –  2012”  hesabatına  əsasən,  Azərbaycanda  ən  yaxşı  göstərici  məhz 
ə
mlakın qeydiyyatındadır. Belə ki, 10 müxtəlif göstərici üzrə 183 ölkə arasında hazırlanan 
hesabata  əsasən  Azərbaycan  daşınmaz  əmlakın  qeydiyyatına  görə  9-cu  yerdədir.  Eyni 
zamanda Azərbaycanda əmlakın ötürülməsi üçün 4 prosedur tələb olunur ki, buna da 11 
gün  müddət  və  əmlakın  dəyərinin  0,2  faizi  qədər  xərc  sərf  edilir.  Bu,  regionda  ən  yaxşı 
göstəricilərdən biridir. Müqayisə üçün bildirək ki, Azərbaycanın aid edildiyi Şərqi Avropa 


və  Mərkəzi  Asiya  regionlarında  əmlakın  ötürülməsi  üzrə  orta  göstərici  37,  qonşu 
ölkələrdən  Türkiyədə  44,  Rusiyada  45,  Bolqarıstanda  66,  Rumıniyada  70,  randa  163, 
Ukraynada isə 166 gündür. 
Biznesə  başlamaq  reytinqinə  görə  Azərbaycan  183  ölkə  arasında  18-cidir.  Ölkədə 
biznesə başlamaq üçün 6 prosedur tələb edilir. Günlərin sayı 8-dir, biznesə başlamaq üçün 
tələb  edilən  xərc  adambaşına  düşən  kapitalın  2,7  fazini  təşkil  edir.  Bu  zaman  minimum 
kapital  tələb  olunmur.  Azərbaycanın  bu  göstəricisi  Mərkəzi  və  Şərqi  Avropa  ölkələri  ilə 
müqayisədə daha yaxşıdır. Çünki bu ölkələrdə biznesə başlamaq üçün 11 gün tələb edilir. 
Habelə Azərbaycanda biznesə başlamaq üçün tələb edilən proseduraların sayı bu ölkələrlə 
müqayisədə daha azdır. 
Azərbaycan  iqtisadiyyatının  vəziyyəti  beynəlxalq  reytinq  agentlikləri  tərəfindən  də 
qiymətləndirilmişdir.  Belə  ki,  2011-ci  ilin  dekabr   ayında  “Standart  &  Poor’s”  reytinq 
agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini 
bir  pillə  artıraraq  “BBB-”  səviyyəsinədək  qaldırılmış  və  bununla  da  Azərbaycana 
investisiya reytinqi vermişdir. Agentlik, həmçinin, Azərbaycanın xarici və daxili valyutada 
qısamüddətli  suveren  kredit  reytinqini  də  bir  pillə  artaraq  “B”  səviyyəsindən  “A-3” 
səviyyəsinə  çatdırmışdır.  Eyni  zamanda  “Fitch  Ratings”  agentliyi  Azərbaycanın  yerli  və 
xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini "pozitiv" proqnozu ilə "BBB-
"  səviyyəsində  saxlamışdır.  “Moody’s”  agentliyi  isə  Azərbaycana  şamil  etdiyi  “Ba1” 
səviyyəsində suveren reytinqi üzrə proqnozunu “stabildən” “pozitivə” dəyişmişdir. 
Bütün  bunlar  bir  daha  göstərir  ki,  Azərbaycan  inkişaf  etmiş  ölkə  kimi  dünyanın 
aparıcı investitorlarının daim diqqət mərkəzindədir.  
 
MÖVZU 11. XARICI INVESTORLARIN QIYMƏTLI KAĞIZLARLA BAGLI 
Ə
MƏLIYYATLARININ HÜQUQI BAZASI 
 
1.
  Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf istiqamətləri 
2.
  Qiymətli kağızlar bazarının inkişaf modelləri 
3.
  nvestisiya qiymətli kağızlarının emissiyası haqqında qərar 
4.
  Qiymətli kağız sahiblərinin dövlət reyestrininaparılması standartları 
 
Bazar  iqtisadiyyatının  vacib  atributlarından  biri  olan  maliyyə  bazarının  bütün 
seqmentlərinin  inkişafı  və  təkmilləşdirilməsi  məsələsi  mühüm  yer  tutur.  Bu  da  maliyyə 
bazarının bank sistemi ilə paralel olaraq iqtisadiyyatda pul axınlarının ötürücüsü kimi real 
sektorun canlanmasında əhəmiyyətli rol oynamasından irəli gəlir. Xüsusilə Azərbaycanda 
neft  sektorunda  cəmlənmiş  gəlirlərin  digər  sektorlara  istiqamətləndirilməsi  probleminin 
mövcudluğu ölkəmizin maliyyə bazarının inkişafına xüsusi əhəmiyyət verilməsinə zəmin 
yaradır. 
  Maliyyə  bazarının  müvəffəqiyyətlə  formalaşması  isə  yalnız  iqtisadi  və  hüquqi 
islahatların aparılması yolu ilə səlis qaydalar, onlara riayət olunmasını təmin edən nəzarət 
mexanizmlərinin,  məlumat  açıqlığının,  sərbəst  seçim  imkanının  mövcudluğunu  nəzərdə 
tutan bazis infrastrukturun əsasında zəruri mühitin yaradılması ilə mümkündür. 
  Məlumdur  ki,  qiymətli  kağızlar  bazarı  maliyyə  bazarının  seqmentlərindən  biridir. 
Qiymətli  kağızlar  bazarı  pul  vəsaitlərinə  olan  tələblə  onun  təklifinin  qarşılıqlı  əlaqədə 
olduğu  münasibətlərdən  ibarətdir.  Qiymətli  kağızlar  bazarı  kapitalın  effektli  sahələrə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə