Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

MÖVZU X 
XARICI  INVESTISIYALI  MÜƏSISƏLƏRINVERGI  ÖHDƏLIKLƏRININ 
HÜQUQI TƏNZIMLƏNMƏSI 
 
1.
  Xarici investisiyali müəsisələ
2.
  "bir pəncərə" sistemi 
3. xarici investorlar üçün azərbaycanin üstünlükləri 
 
Xarici  investisiyaların  ölkə  iqtisadiyyatına  cəlb  edilməsi  Azərbaycan  dövlətinin 
müəyyən  etdiyi  iqtisadi  inkişaf  strategiyasının  mühüm  tərkib  hissəsidir.  Son  dövrlər 
ölkədəki  siyasi  sabitlik  və  iqtisadi  inkişaf  xarici  dövlətlərin  Azərbaycan  iqtisadiyyatına 
uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da artırmışdır.  
ndiyə  qədər  respublikada  investorların  hüquq  və  mənafelərinin  qorunması, 
mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə 
edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilərək 
hüquqi  baza  yaradılmışdır.  Hazırda  Azərbaycan  Respublikasında  investisiya  fəaliyyətini 
tənzimləyən  iki  qanun  mövcuddur:  Azərbaycan  Respublikası  Prezidentinin  13  yanvar 
1995-ci  il  tarixli  952  nömrəli  Sərəncamı  ilə  təsdiq  olunmuş  “ nvestisiya  fəaliyyəti 
haqqında  Azərbaycan  Respublikasının  Qanunu”  və  Azərbaycan  Respublikası 
Prezidentinin 15 yanvar 1992-ci il tarixli 57 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Xarici 
investisiyaların qorunması haqqında Azərbaycan Respublikası Qanunu”.  
Bundan  başqa,  Azərbaycan  hökuməti  bir  sıra  xarici  ölkələrlə  ikiqat  vergi  tutmanın 
aradan  qaldırılması,  investisiyaların  təşviqi  və  qarşılıqlı  qorunması  haqqında  sazişlər 
imzalamışdır. 
Mənfəətin  başqa  valyutalara  konvertasiya  edilməsi,  xarici  ölkələrə  köçürülməsi, 
yaxud  reinvestisiya  edilməsi  ilə  bağlı  bütün  məhdudiyyətlər  ləğv  edilmiş,  bazar 
iqtisadiyyatı  prinsipləri  əsasında  vahid  valyuta  məzənnəsi  formalaşmışdır.  Bu  tədbirlər 
xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların Azərbaycana 
olan marağını daha da artırmışdır. 
Hazırda  ölkədə  iqtisadi  islahatların  davam  etdirilməsi,  biznes  mühitinin  daha  da 
yaxşılaşdırılması,  neft  sektoru  ilə  bərabər,  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  ilə 
bağlı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının iqtisadiyyatına investisiyaların 
cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. 
Son illərdə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası prosesi intensiv xarakter 
almışdır.  1995-2011-ci  illərdə  ölkə  iqtisadiyyatına  yönəldilmiş  119  milyard  dollar 
investisiyanın  60%-dən  çoxu,  yəni  63  milyard  dollara  yaxını  xarici  investisiyalar 
olmuşdur. 1995-2002-ci illərdə xarici investisiyaların həcmi  9 milyard dollar olmuşdursa, 
2003-2011-ci illərdə bu rəqəm 6 dəfə artaraq 54 milyard dollar olmuşdur.  
1995-2011-ci  illərdə  ölkə  iqtisadiyyatına  yönəldilmiş  xarici   investisiyaların   25,5 
milyard  dolları qeyri-neft sektorunun,  37,5  milyard  dolları isə neft sektorunun  inkişafına 
yönəldilmişdir.  
Qeyri-neft sektorunda fəaliyyət göstərən birgə və xarici investisiyalı müəssisələri cəlb 
edən əsas sahələr sənaye, tikinti, nəqliyyat və ticarətdir.  


Tam  xarici  investisiyalı  və  birgə  müəssisələrin  yaradılmasında  Türkiyədən  olan 
sahibkarların  payı  27,6%  təşkil  edir.  Bu  göstərici  Böyük  Britaniya  üzrə  11,7%,  Rusiya 
üzrə 6,8%,  ran üzrə 6,2%, ABŞ üzrə 5,9%, Almaniya üzrə isə 2,9%-dir. 
 
 
 Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyalar (mln. ABŞ dolları) 
  
1995-2002 
2003-2011 
1995-2011 
(ümumi) 
Cəmi 
investisiyalar 
12473,6 
106247,8 
118721,3 
Daxili 
investisiyalar 
3353,9 
52443,2 
55797,1 
Neft sektoru
 
902,5 
9024,1 
9926,5 
Qeyri-neft 
sektoru
 
2451,7 
43419,2 
45870,6 
Xarici 
investisiyalar 
9119,8 
53804,5 
62924,2 
Neft sektoru1
 
6105,3 
31333 
37438,3 
Qeyri-neft 
sektoru2
 
3014,4 
22471,5 
25485,9 
  
Neft və qeyri-neftsektoru üzrə ölkə iqtisadiyyatınayönəldilmiş 
investisiyalar (mln. ABŞ dolları) 
 
1995-2002 
2003-2011 
1995-2011 
(ümumi) 
Neft sektoru 
7007,8 
40357,2 
47364,6 
Qeyri-neft 
sektoru 
5466,1 
65890,7 
71356,5 
  
Ölkə  iqtisadiyyatına  yönəldilmiş  xarici  investisiyalar  (mln. 
ABŞ dolları) 
 
1995-2002 
2003-2011 
1995-2011 
(ümumi) 
Cəmi 
Xarici 
investisiyalar 
9119,7 
53804,5 
62924,2 
Maliyyə 
kreditləri 
1652,3 
14684,4 
16336,7 
Ondan 
neft 
sektoruna kreditlər
 
0,0 
727,8 
727,8 
Birbaş
7467,4 
34264,2 
41731,6 


investisiyalar 
Neft bonusu 
0,0 
192,8 
192,8 
Portfel 
investisiyalar 
0,0 
781,7 
781,7 
Digə
investisiyalar 
0,0 
3881,4 
3881,4 
 
2. "Bir pəncərə" sistemi 
Ölkədə  sahibkarlığın  inkişafının  sürətləndirilməsi,  biznes  mühitinin  əlverişliliyinin 
daha  da  artırılması  və  biznesə  başlama  prosedurlarının  sadələşdirilməsi  üçün  zəruri 
tədbirlərin  görülməsi  məqsədilə  Azərbaycan  Respublikasının  Prezidenti  "Sahibkarlıq 
fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi 
tədbirləri  haqqında"  2007-ci  il  25  oktyabr  tarixli  Sərəncam  imzalamışdır.  Sərəncama 
ə
sasən,  "bir  pəncərə"  prinsipi  üzrə  vahid  dövlət  qeydiyyat  orqanı  Azərbaycan 
Respublikasının  Vergilər  Nazirliyi  müəyyən  edilmiş  və  2008-ci  ilin  1  yanvar  tarixindən 
Azərbaycanda  bu  sistemin  tətbiqinə  başlanmışdır.  "Bir  pəncərə"  sisteminin  tətbiqindən 
sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan 
vaxt 30 gündən 3 günə endirilmişdir.  
Sahibkarlar vergi orqanları və banklarla sənəd mübadiləsini yeni yaradılmış  nternet 
Vergi  darəsi  (www.e-taxes.gov.az)  vasitəsilə  həyata  keçirə  bilərlər.  Bundan  başqa, 
sahibkarların  vergi  qanunvericiliyinə  aid  suallarının  və  müraciətlərin  qəbulu,  onlara 
baxılması  və  operativ  cavablandırılması  məqsədilə  195  saylı  telefon  məlumat  xidməti 
fəaliyyət göstərir. 
"Bir  pəncərə"  sisteminə  görə  kommersiya  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxslər 
Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər.  
 
Azərbaycan  Respublikasında  biznes  mühitinin  yaxşılaşdırılması,  bu  sahəyə  dövlət 
qayğısının artırılması məqsədilə bir sıra qurumlar fəaliyyət göstərir: 
Azərbaycan  nvestisiya Şirkəti 
-  2006-cı  ildə  sahibkarlığın  inkişafının  dəstəklənməsi  sahəsində  həyata  keçirilən 
dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin 
daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan  nvestisiya Şirkəti yaradılmışdır. 
Ş
irkətin  başlıca  vəzifəsi  ölkə  iqtisadiyyatına  investisiyaların  təşviqini  təmin  etmək,  bu 
sahədə  mövcud  problemlərin  aradan  qaldırılmasına  çalışmaqdır.  Şirkətin  investisiya 
fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən 
səhmdar  cəmiyyətlərinin  və  digər  kommersiya  təşkilatlarının  nizamnamə  kapitalındakı 
iştirak  payını,  o  cümlədən  səhmlərini  almaqla  müddətli  investisiya  qoyuluşunun  həyata 
keçirilməsindən ibarətdir. 
Yerli istehsalın inkişafı ilə ölkənin ixrac qabiliyyətinin artırılması və investisiyaların 
cəlb  edilməsini  həvəsləndirmək  məqsədilə  2003-cü  ildə  Azərbaycan  xracın  və 
nvestisiyaların  Təşviqi  Fondu  (AZPROMO)  yaradılmışdır.  Fond  investorlar,  yerli 
istehsalçılar və hökumət arasında körpü rolunu oynamaqla dövlət-özəl sektor dialoqunda 
ə
həmiyyətli  işlər  görür.  AZPROMO  xarici  investorlara  öz  investisiya  layihələrini  həyata 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə