Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

 
MÖVZU IX.   
 XARICI INVESTISIYA ÜÇÜN DÖVLƏT TƏM NATI 
1. XAR C   NVESTORLARIN HÜQUQLARI 
2. Xarici investisiya üçün dövlət təminatları 
3. Xarici investisiya qoyulmuş müəssisələrin yaradılması və fəaliyyəti  
 
Azərbaycan  Respublikasının  “Xarici  investisiyaların  qorunması  haqqında”  qanun  
Azərbaycan  ərazisində  xarici  investisiya  qoyuluşunun  hüquqi  və  iqtisadi  prinsiplərini 
müəyyən edir. Qanun xalq təsərrüfatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl 
xarici  texnikanın  və  texnologiyanın,  idarəetmə  təcrübəsinin  cəlb  olunmasına,  bunlardan 
səmərəli istifadə edilməsinə yönəlmişdir və xarici investorların hüquqlarının müdafiəsinə 
təminat verir.  
Xarici  investisiya  haqqında  qanunvericilik  Azərbaycan  Respublikasının  ərazisində 
xarici investisiya ilə bağlı münasibətlər, Azərbaycan Respublikasının başqa qanunvericilik 
aktları və beynəlxalq müqavilələri ilə nizama salınır.  
Xarici  investorlar  Azərbaycan  Respublikasında  xarici  investorlar  aşağıdakılar  ola 
bilər: a) xarici hüquqi şəxslər; 
 b) xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və xaricdə daimi yaşayış yeri olan 
Azərbaycan Respublikası vətəndaşları; bu şərtlə ki, onlar vətəndaşı olduqları və ya daimi 
yaşadıqları ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış olsunlar;  
v) xarici dövlətlər; 
 q) beynəlxalq təşkilatlar.  
Xarici  investisiya  və  onun  qoyulması  formaları  Xarici  investorların  mənfəət  əldə 
etmək  məqsədilə  sahibkarlıq  fəaliyyəti  və  başqa  növ  fəaliyyət  obyektlərinə  qoyduqları 
ə
mlakın  və  əmlak  hüquqlarının  bütün  növləri,  o  cümlədən  intellektual  fəaliyyətin 
nəticələrinə hüquqlar və əşya hüquqlarına aid olmayan digər hüquqlar xarici investisiyadır.  
Xarici  investorlar  Azərbaycan  Respublikası  ərazisində  aşağıdakı  yolla  investisiya 
qoya bilərlər:  
a) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan 
müəssisələrdə, təşkilatlarda payçılıq iştirakı; 
 b) tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;  
v) müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak 
payının,  səhmlərin,  istiqrazların  və  digər  qiymətli  kağızların,  habelə  Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  müvafiq  surətdə  xarici  investorlara  məxsus  ola  bilən 
başqa əmlakın əldə edilməsi;  
q)  torpaqdan  və  başqa  təbii  ehtiyatlardan  istifadə  hüquqlarının,  habelə  digər  əmlak 
hüquqlarının əldə edilməsi; 
 ğ) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya 
qoyuluşunun başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması.  
Dövlətsizləşdirmədə  və  özəlləşdirmədə  xarici  investorların  iştirakı  Dövlət  və 
bələdiyyə 
müəssisələrinin, 
habelə 
başa 
çatdırılmamış 
tikinti 
obyektlərinin 
özəlləşdirilməsində  xarici  investorlar  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 
müəyyənləşdirilən şərtlərlə və qaydada iştirak edə bilərlər.  


Xarici  investisiyanın  hüquqi  rejimi  nəzərdə  tutulmuş  istisnalarla,  xarici 
investisiyanın,  habelə  investisiya  qoyuluşu  sahəsində  xarici  investorların  fəaliyyətinin 
hüquqi  rejimi  Azərbaycan  Respublikasının  hüquqi  şəxslərinin  və  vətəndaşlarının  əmlakı, 
ə
mlak  hüquqları,  habelə  investisiya  fəaliyyəti  üçün  yaradılmış  rejimdən  az  əlverişli  ola 
bilməz.  Xalq  təsərrüfatının  üstünlük  verilən  sahələrində  və  ayrı-ayrı  ərazilərdə  xarici 
investisiya üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə güzəştlər müəyyən 
edilə  bilər.  nvestisiyaların  cəlb  edilməsi  sahəsində  dövlət  müəssisələri  və  təşkilatları  ilə 
bağlanmış  kontraktların  şərtlərinin  icra  olunmasına  nəzarət  müvafiq  icra  hakimiyyəti 
orqanıtərəfindən həyata keçirilir.  
Fəaliyyət  növləri  Xarici  investisiyalı  müəssisələr  Azərbaycan  Respublikasının 
qanunvericilik  aktları  ilə  qadağan  olunmamış  hər  hansı  fəaliyyət  növü  ilə  məşğul  ola 
bilərlər.  Xarici  investisiyalı  müəssisələr  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən 
etdiyi  siyahıdakı  ayrı-ayrı  fəaliyyət  növləri  ilə  yalnız  xüsusi  razılıq  (lisenziya)  əsasında 
məşğul ola bilərlər. 
 Xarici  investisiya  üçün  ərazi  məhdudiyyətləri  Azərbaycan  Respublikasının 
qanunvericilik  aktları  ilə  elə  ərazilər  müəyyən  edilə  bilər  ki,  müdafiənin,  milli 
təhlükəsizliyin, ətraf təbii mühitin və əhalinin müdafiəsinin təmin olunması mülahizələrinə 
görə  bu  ərazilərdə  xarici  investisiyalı  müəssisələrin  fəaliyyəti  məhdudlaşdırılsın  və  ya 
qadağan edilsin.  
nvestisiya fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti  orqanı  xarici  investisiyanın  cəlb  edilməsi  və  ondan  istifadə  olunması 
tədbirlərini  hazırlayıb  həyata  keçirir,  investisiya  fəaliyyətini  əlaqələndirir,  xarici 
investorlara və xarici investisiyalı müəssisələrə kömək göstərir.  
 
2. Xarici investisiya üçün dövlət təminatları 
Xarici investisiyanın hüquqi müdafiəsi Azərbaycan Respublikasının ərazisində xarici 
investisiya  hüquqi  cəhətdən  tam  və  qeyd-  şərtsiz  müdafiə  olunur.  Belə  müdafiə 
Azərbaycan  Respublikasının  bu  Qanunu,  başqa  qanunvericilik  aktları  və  beynəlxalq 
müqavilələri ilə təmin olunur.  
Qanunvericiliyin  dəyişdirilməsi  ilə  bağlı  təminatlar  Azərbaycan  Respublikasının 
sonrakı  qanunvericiliyi  investisiya  qoyuluşu  şəraitini  pisləşdirdikdə  on  il  ərzində  xarici 
investisiyaya investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir. 
Bu  müddəa  müdafiənin,  milli  təhlükəsizliyin  və  ictimai  qaydanın  təmin  olunması,  kredit 
və  maliyyə,  ətraf  mühitin,  əhalinin  əxlaq  və  sağlamlığının  mühafizəsi  barəsində 
Azərbaycan Respublikası qanunvericiliyinin dəyişdirilməsinə şamil edilmir.  
Milliləşdirmə  və  rekvizisiya  ilə  bağlı  təminatlar  Azərbaycan  Respublikasında  xarici 
investisiya,  Azərbaycan  Respublikasının  xalqına  və  dövlət  mənafelərinə  zərər  vuran 
müstəsna  hallar  istisna  olmaqla,  milliləşdirilmir.  Milliləşdirmə  haqqında  qərarı 
Azərbaycan  Respublikasının  Ali  Soveti  qəbul  edir.  Təbii  fəlakət,  qəza,  epidemiya, 
epizootiya  və  fövqəladə  xarakter  daşıyan  başqa  hallar  istisna  olmaqla,  xarici  investisiya 
rekvizisiya  edilmir.  Rekvizisiya  haqqında  qərarı  Azərbaycan  Respublikasının  Nazirlər 
Kabineti  qəbul  edir.  Milliləşdirmə  və  rekvizisiya  tədbirləri  görüldükdə  xarici  investora 
təxirə salınmadan müqabil və səmərəli kompensasiya ödənilir.  
Xarici  investorların  zərərinin  kompensasiya  edilməsi  və  ödənilməsi  Xarici 
investorlara  ödənilən  kompensasiya  investisiyanın  milliləşdirmə  və  ya  rekvizisiya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə