Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

  -  sadələşdirilmiş  vergiqoyma  sisteminin  (xüsusən  də,  hasilatın  pay  bölgüsü,  servis 
xidmətlərinhaqqında sazişilərin) tətbiq edilməsi; 
  - xarici investisiyaların spesifik dövlət tənzimetmə mexanizmdə olması; 
  - ikiqat vergiqoymanın istisna edilməsi  
  -  mübahisələrin  xüsusi  həlli  qaydası  və  digər  bu  kimi  səbəblər  problemin  hüquqi 
həllini tələb edir 
   
 
 
4. Beynəlxalq investisiya hüququnun 
prinsip və mənbələri 
 
  Xarici  kapital  qoyuluşunun  genişlənməsi  müxtəlif  dövlətlərdə  kapital  qoyuluşu, 
investisiya  münasibətlərinin  hüquqi  tənzimlənməsini  meydana  gətirmişdir.  Xarici 
investisiya  münasibətləri  beyəlmləşdikcə  hüquqi  tənzimetmə  də  beynəlmiləşdirilmişdir. 
Beynəlxalq investisiya münasibətlərinin hüquqi tənzimlənməsi özündə dövlətdaxili hüquqi 
tənzimetmə  mexanizmlərilə  bərabər  tədricən  beynəlxalq  hüquqi  müdafiə,  təhlekəsizlik 
sistemlərini  təsis  etmiş  beynəlxalq  investisiya  hüququnu  formalaşdırmışdır.  Bu  halda 
formalaşan  hüquq  qaydası  investisiyalar  üzrə,  ilk  növbədə  dövlətlərarası  iqtisadi 
münasibətləri tənzim edən normaların məcmuu kimi təzahür edir.  
  Beynəlxalq  investisiya  hüququ  xarici  kapital  qoyuluşunun  anlayışını,  məqsədini  
(birbaşa,  portfel,  ssuda  kapitalı  və  s.)  formalarını,  rejimini  müəyyən  edən  prinsip  və 
normalardan  ibarət  bir  sistemi  formalaşdırır.  Xarici  kapital  qoyuluşu  özünün  mənbəyinə 
görə bir qayda olaraq, dövlət və xüsusi mənşəli kapital ola bilər. Dövlətlər xarici kapital 
qoyuluşunu  əksər  halda  beynəlxalq  təşkilatlar  vasitəsilə  (məsələn,  Beynəlxalq  valyuta 
Fondu,  Dünya  Bankı  və  s.)  və  ya  bilavasitə  hökumət  vasitəsilə  həyata  keçirir.  Həmin 
kapital qoyuluşu dövlət borcları, ssuda, təminat, kredit və s. formasında ola bilər.  
  Xüsusi kapital isə qeyri-dövlət mənbələrindən xaricdə yerləşdirilən fiziki və hüquqi 
şə
xslərə mənsub investisiya formasıdır. Bu investisiyalar birbaşa dövlətə mənsub olmasa 
da, dövlət onların hərəkətinə nəzarət edir.  
  Xarici  kapital  qoyuluşunda  sahibkarlıq  və  ssuda  kapitalından  daha  geniş  istifadə 
edilir. Birinci halda mənfəət kimi dividentlərin alınması üçün müxtəlif həcimli hüqulardan 
istifadə edilə bilər. Ssuda kapitalı isə faiz əldə etmək üçün verilir.  
  Müddətinə  görə  qısa,  orta  (bir  ildən  artıq)  və  uzunmüddətli  kapital  qoyuluşu 
fərqləndirilir.  Beynəlxalq  investisiya  münasibətlərində    uzunmüddətli  kapital  qoyuluşu 
daha  çox  əhəmiyyət  kəsb  edir.  Əsasən  xüsusi  investorların  birbaşa  və  portfel 
investisiyaları  və  ssuda  kapitalı  formasında  dövlət  kreditləri  uzunmüddətli  kapital 
qoyuluşuna aiddir.  
  Özünün məqsədinə görə kapital qoyuluşu birbaşa və portfel investisiyalara bölünür. 
Xüsusi  kapital  formasında  mülkiyyət  hüququ  və  ya  müəssisənin  idarəçiliyində  iştirakla 
uzunmmüdətli  maraqlara  malik  olmaq  üçün  həyata  keçirilən  kapital  qoyuluşu  birbaşa 
investisiyalara aiddir. Portfel investisiyalarında birbaşa içtirak və nəzarət hüququ nəzərdə 
tutulmasa da, uzunmüddətli mənfəət əsas məqsəd kimi diqqəti cəlb edir.  
  Xarici  investisiya  qouyluşunun  təhlükəsizliyi,  onların  tənzimlənməsi  beynəlxalq 
investisiya  hüququnun  prinsip  və  normaları  ilə  tənzimlənir.  Beynəlxalq  investisiya 
hüququnun prinsiplərini növbəti qaydada ifadə etmək olar: 
  - qəbul edən dövlət tərəfindən xarici investisiyaların tənzimlənməsi; 
  - qəbul edən dövlətin iqtisadiyyatına zərər vurmamaq; 


  - qəbul edən dövlətin daxili işlərinə qarışmamaq; 
  -  müvafiq  kompensasiya  verilmədən  xarici  investisiyaların  milliləşdirilməsinin 
yolverilməzliyi; 
  - investisiyalardan əldə edilən gəlirin sərbəst xaricə köçürülməsi; 
  - subroqasiya və s.  
  Bu prinsiplər beynəlxalq investisiya münasibətləri sferasında qəbul edilmiş ikitərəfli 
və  çoxtərəfli  beynəlxalq  sazişlərin  əsasında  dayanır.  Məsələn,  qəbul  edən  dövlətin 
iqtisadiyyatına  zərər  vurmamaq  prinsipinə  uyğun  olaraq  Enerji  Xartiyasına  Müqavilədə 
belə  bir  müddə  təsbit  olunub  ki,  əgər  Razılığa  gələn  Tərəflərin  və  yaxu  da  onların 
vətəndaşlarına  mənsub  olan  hüquqi  şəxslər  qəbul  edən  dövlətin  ərazisində  əhəmiyyətli 
işgüzar  fəaliyyətlə  məşğul  olmadıqda,  verilmiş  üstünlükləri  pozduqda  və  ya  üstələdikdə, 
müvafiq  dövlətlər  müqavilə  ilə  nəzərdə  tutulmuş  üstünlüklərdən  imtina  etmək  hüququna 
malikdir (m.17 (II)).  
  nvestisiyaların  qarşılıqlı  müdafiəsi  və  təşviqi  haqqında  müqavilələr  əksər  digər 
beynəlxalq iqtisadi xaraqterli müqavilələrdə olduğu kimi, beynəlxalq iqtisadi hüququn bir 
sıra prinsiplərinə (milli rejim, daha əlverişlilik, ayrı-seçkiliyə yol verməmək və s.) formada 
istinad edir.  
  AFR  ilə  AR-in  1995-ci  il  22  dekabr  tarixli  eyni  adlı  müqavilənin  3.2  maddəsində 
qeyd edilir ki, hər bir razılığa gələn Tərəf digər razılığa gələn Tərəfin vətəndaşlarına və ya 
müəssisələrinə  münasibətdə,  onların  kapital  qoyuluşu  fəaliyyətilə  bağlı  özünün  və  ya 
üçüncü  dövlətin  vətəndaş  və  ya  müəssisələrinin  istifadə  etdiyi  rejimdən  az  əlverişli 
olmayan rejim təqdim edir.  
  Qeyd olunan müqavilələrdə əks olunan prinsip və müddəalar beynəlxalq təcrübəyə 
müvafiq olmaqla bir-birinə oxşadırlar. Bir qayda olaraq həmin müqavilələrdə əsas öhdəlik 
kimi  

qarşılıqlı olaraq razılığa gələn tərəflərin investisiyalarına əlverişli rejim 
yaratmaq; 

xarici əmlakın müdafiəsini təmin etmək; 

kapital  qoyuluşundanəldə  edilən  gəlirləri  maneəsiz  xarici  köçürmək 
imkanının 
yaradılması, kapital qoyuluşu ilə bağlı məsələlər üzrə mübahisələrin beynəlxalq üçlər 
(münsiflər) məhkəməsində baxılması şərtlərini təmin etmək və s. qeyd olunur. 
  Beynəlxalq  investisiya  hüququnun  mənbəyi  kimi  yalnız  ikitərəfli  və  çoxtərəfli 
investisiaya sazişləri, investisiyaların təhlükəsizliyi üzrə beynəlxalq sazişlər deyil, həm də 
məskunlaşma haqqında sazişlər ticarət, maliyyə aspekti beynəlxalq müqavilələr və s. çıxış 
edir.  
  Beynəlxalq  investisiya  münasibətlərinin  beynəlxalq  hüquqi  tənzimlənməsində 
universal beynəlxalq sazişin hazırlanması tendensiyası ləng getsə də, TRIMS-in qəbulu ilə 
Uruqvay raundunda bu problem qismən də olsa həll olunmuşdur.  
  Məhz  həmin  sazişin  beynəlxalq  investisiya  münasibətlərinin  bütün  aspektlərini 
ə
hatə etməsi beynəlxalq iqtisadi münasibətlərin digər sferalarından fərqli olaraq bu sahədə 
ikitərəfli  sazişlərin  və  regional  inteqrasiya  sistemlərindəki  mövcud  tənzimetmə 
mexanizmlərinin rolu yüksək olaraq qalmaqdadır.  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə