Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

haqqında qərarın  qəbul olunduğu  vaxtdakı  real  dəyərinə  uyğun  olmalıdır.  Kompensasiya 
xarici valyuta ilə ödənilir və investorun arzusu ilə xaricə göçürülə bilər. Xarici investorlar 
dövlət  orqanlarının,  yaxud  onların  vəzifəli  şəxslərinin  Azərbaycan  Respublikası 
qanunvericiliyinə  zidd  olan  hərəkətləri  nəticəsində  düşdükləri  zərərin,  o  cümlədən 
itirdikləri  faydanın  ödənilməsi  hüququna  malikdirlər.  Kompensasiyanın  və  zərərin 
ödənilməsi  məbləğləri,  bunun  ödənilməsi  müddətləri  və  qaydası  haqqında  mübahisələr 
məhkəmədə,  habelə  tərəflərin  sazişi  və  ya  Azərbaycan  Respublikasının  beynəlxalq 
müqaviləsi ilə nəzərdə tutulmuş hallarda münsiflər məhkəməsində həll olunur.  
nvestisiya  fəaliyyətinə  xitam  verildikdə  təminatlar  nvestisiya  fəaliyyətinə  xitam 
verildikdə  xarici  investorun  hüququ  var  ki,  ona  çatası  investisiyanı  və  investisiya  ilə 
ə
laqədar  gəlirləri  investisiya  fəaliyyətinə  xitam  verildiyi  zaman  real  dəyər  üzrə  pul  və 
ə
mtəə formasında alsın.  
Xarici valyuta ilə gəlirlərin və başqa məbləğlərin köçürülməsinə təminatlar Müvafiq 
vergi  və  rüsumları  ödədikdən  sonra  xarici  investorların  investisiya  ilə  əlaqədar  qanuni 
ə
saslarla  xarici  valyuta  şəklində  əldə  etdikləri  gəlirləri  və  başqa  məbləğləri,  o  cümlədən 
kompensasiyaları və zərərin ödənilməsi məbləğlərini xaricə köçürməsinə təminat verilir.  
Mənfəətdən  istifadə  üçün  təminatlar  Azərbaycan  Respublikası  ərazisində  xarici 
investorların  götürdükləri  mənfəət  həmin  pul  vahidi  şəklində  yenidən  investisiya  kimi 
qoyula  bilər,  Azərbaycan  Respublikasının  banklarında  saxlana  bilər,  Azərbaycan 
Respublikası  Milli  Bankının  müəyyən  etdiyi  qaydada  və  şərtlərlə  xarici  valyuta  almaq 
üçün sərf edilə bilər.  
 
3. Xarici investisiya qoyulmuş müəssisələrin yaradılması və fəaliyyəti  
Xarici  investisiya  qoyulmuş  müəssisələr  Xarici  investisiyalı  müəssisələr  səhmdar 
cəmiyyətləri,məhdud məsuliyyətli cəmiyyətlər, digər təsərrüfat cəmiyyətləri və ortaqlıqları 
şə
klində,  habelə  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan  hər  hansı 
başqa formalarda yaradılır. Azərbaycan Respublikasının ərazisində xarici investorların pay 
iştirakı  ilə  müəssisələr  (birgə  müəssisələr);  təmamilə  xarici  investorlara  məxsus  olan 
müəssisələr  (xarici  müəssisələr);  xarici  hüquqi  şəxslərin  nümayəndəlikləri  (büroları, 
kontorları,  agentlikləri)  yaradıla  və  fəaliyyət  göstərə  bilər.  Birgə  və  xarici  müəssisələr 
Azərbaycan  Respublikasının  hüquqi  şəxsləridir.  Xarici  investisiyalı  müəssisələrin 
yaradılması  qaydası  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilir. 
Xarici  investisiyalı  bankların  yaradılmasının  xüsusiyyətləri  Azərbaycan  Respublikasının 
banklar və bank fəaliyyəti haqqında qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan 
Respublikasında  xarici  investisiyalı  müəssisələrin uçotu  müvafiq icra hakimiyyəti  orqanı 
tərəfindən aparılır 
Ekspertiza  Xarici  investisiyalı  müəssisə  yaradılarkən  onun  təsisçiləri  Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  sanitariya-
gigiyena  və  ekoloji  tələblərə  riayət  olunmasına  dair  ekspertiza  rəyi  almalıdırlar.  Xarici 
investisiyalı müəssisə fəaliyyət göstərdiyi dövrdə və ləğv edilərkən belə rəy almalıdır.  ri 
miqyaslı  tikinti  və  rekonstruksiya  aparılması  və  ya  iri  faydalı  qazıntı  yataqlarının 
işlənilməsi ilə əlaqədar belə müəssisələr yaradılarkən texniki- ekoloji layihələrin müvafiq 
ekspertizasının  keçirilməsi  də  tələb  olunur.  Müvafiq  icra  hakimiyyəti  orqanının 
səlahiyyətlərinə  aid  edilmiş  hallarda  investorların  investisiya  qoyuluşu  ilə  bağlı 


təkliflərinin  ekspertizası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş 
qaydada həyata keçirilir.  
Dövlət  qeydiyyatı  Xarici  investisiyalı  müəssisələr  müvafiq  icra  hakimiyyəti 
orqanında  dövlət  qeydiyyatına  alınırlar.  Dövlət  qeydiyyatı  Azərbaycan  Respublikasının 
müvafiq  qanunu  ilə  müəyyənləşdirilmiş  qaydada  həyata  keçirilir.  Xarici  investisiyalı 
müəssisə  dövlət  qeydiyyatına  alındığı  andan  hüquqi  şəxs  hüquqları  əldə  edir.  Dövlət 
qeydiyyatını aparmış orqan qeydəalma haqqında məlumatı mətbuatda dərc etdirir. Xarici 
investisiyalı  müəssisələr  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  hüquqi  şəxslərin 
dövlət  reyestrinə  daxil  edilir.  Xarici  investisiyalı  müəssisənin  dövlət  qeydiyyatına 
alınmasından  yalnız  «Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında» 
Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  hallarda  imtina  edilə  bilər. 
Dövlət qeydiyyatına almaqdan  imtina olunduqda bu  barədə  Azərbaycan  Respublikasında 
inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət oluna bilər.  
Törəmə  müəssisələr,filiallar  və  nümayəndəliklər  Xarici  investisiyalı  müəssisə 
Azərbaycan  Respublikasının  qanunvericiliyində  və  xarici  dövlətlərin  müvafiq 
qanunvericiliyində 
müəyyənləşdirilmiş 
şə
rtlərə 
riayət 
etməklə 
Azərbaycan 
Respublikasında  və  xarici  hüquqi  şəxs  hüquqlarına  malik  törəmə  müəssisələr,  habelə 
filiallar  və  nümayəndəliklər  yarada  bilər.  Azərbaycan  ərazisindəki  filiallar  və 
nümayəndəliklər Azərbaycan Respublikasının bank idarələrində hesablar açmaq hüququna 
malikdirlər.  
Müəssisələrin birləşməsi Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikasının 
qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  şərtlərlə  və  qaydada  birləşib  assosiasiyalar, 
konsernlər,  konsorsiumlar  və  başqa  birliklər  yarada  bilər.  Belə  müəssisələr  əvvəllər 
yaradılmış birliklərə daxil ola bilər.  
Birgə  müəssisə  iştirakçılarının  əmanətlərinin  qoyulması  Birgə  müəssisənin 
nizamnamə  fonduna  hər  bir  iştirakçının  əmanətlərinin  qoyulması  müddətləri,  məbləği, 
qoyulması  və  qiymətləndirilməsi  qaydası  təsis  sənədlərində  nəzərdə  tutulur.  Birgə 
müəssisə iştirakçilarının müəssisənin nizamnamə fonduna əmanət kimi qoyduğu əmlakın 
dəyəri birgə müəssisə iştirakçiları arasında razılığa əsasən müəyyən edilir. Birgə müəssisə 
qeydə alındıqdan bir il sonra hər iştirakçının təsis sənədlərində göstərilən əmanətlərin 50 
faizini  nizamnamə  fonduna  keçirdiyini  təsdiq  edən  sənəd  olmadıqda  müəssisəni  qeydə 
almış orqan onu tutarsız hesab edir və birgə müəssisələrin reyestrindən çıxarır. Reyestrdən 
çıxarma barədə məlumat mətbuatda dərc edilir.  
. Ehtiyat fondu Xarici investisiyalı müəssisələrdə nizamnamə fondunun 25 faizinədək 
məbləğdə  ehtiyat  fondu  yaradılır.  Ehtiyat  fondu  illik  ayırmalar  yolu  ilə  yaradılır. 
Ayırmaların məbləğini və valyutanın növünü müəssisə müstəqil müəyyən edir.  
Respublika ərazisində  məhsulun satışı və göndərilməsi Xarici investisiyalı müəssisə 
istehsal etdiyi məhsula (işlərə, xidmətlərə) qiymət qoymaq, respublikanın daxili bazarında 
onun satışı şərtlərini müəyyən etmək, bu bazardan məhsul (işlər, xidmətlər) göndərənləri 
seçmək ixtiyarına malikdir 
. Azərbaycan Respublikasının ərazisində xarici valyuta ilə hesablaşmalar Azərbaycan 
Respublikasının  ərazisində  xarici  investisiyalı  müəssisələrin  hesablaşma  zamanı  xarici 
valyutadan,  habelə  xarici  valyuta  şəklində  tədiyə  sənədlərindən  istifadə  etməsinə 
Azərbaycan Respublikasının valyuta tənzimlənməsi haqqında qanunvericiliyi ilə müəyyən 
olunmuş qaydada yol verilir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə