Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

• Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatların 
fəaliyyətləri  haqqında  məlumatları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 
edilmiş qaydada və həcmdə açıqlamalıdırlar.  
Qiymətli kağızlar bazarının antiinflyasiya tədbirlərində iştirakı 
nflyasiyanı  yaradan  səbəblərdən  biri  də  dövriyyədə  olan  pul  kütləsinin  artımıdır. 
Qiymətli  kağızlar  bazarı  ilə  inflyasiya  qarşılıqlı  əlaqədədir.  Müvəqqəti  sərbəst  pul 
vəsaitlərinin  şəxsi  istehlaka  deyil,  investisiya  proseslərinə  yönəltməklə,  inflyasiyanın 
qarşısını almaq mümkündür. Bu isə yalnız  qiymətli kağızlar bazarının inkişaf etməsi ilə 
mümkündür.  Burada  dövlət  qiymətli  kağızların  rolunu  xüsusilə  qeyd  etmək  lazımdır. 
Dövlət və korporativ qiymətli kağızların buraxılışı absarbent rolunu oynayaraq dövriyyədə 
olan  artıq  (izafi)  pul  kütləsini  investisiya  məqsədlərinə  yönəldir  ki,  bu  da  inflyasiyanın 
qarşısını alır. Hazırda buraxılan dövlət qiymətli kağızları (DQ V və notlar) inflyasiyanın 
aşağı salınmasında öz rolunu oynayır. 
Qiymətli  kağızların  emissiyası-Emitentin  qiymətli  kağızlarının  emissiyası  haqqında 
qərarının  qəbulunun,  qanunvericiliklə    nəzərdə  tutulmuş  hallarda  emissiya  prospektinin 
tərtibinin,  qiymətli  kağızların  buraxılışının,  yerləşdirilməsinin  və  qanunvericiliklə 
müəyyən edilmiş digər tədbirlərinin  məcmusudur. 
Qiymətli kağızların forması və buraxılış şərtləri 
nvestisiya  qiymətli  kağızının  forması  və  buraxılış  şərtləri  investisiya  qiymətli 
kağızlarının  emissiyası  haqqında  qərarda  və  investisiya  qiymətli  kağızlarının  emissiya 
prospektində (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət 
olunursa) birmənalı  müəyyən edilməlidir. 
nvestisiya qiymətli kağızları aşağıdakı formalardan birində emissiya edilə bilər: 
• Sənədli adlı qiymətli kağızlar; 
• Sənədsiz adlı qiymətli kağızlar; 
• Sənədli adsız qiymətli kağızlar. 
Eyni  dövlət  qeydiyyat  nömrəsi  olan  investisiya  qiymətli  kağızları  bir  formada 
buraxılmalıdır. 
nvestisiya  qiymətli  kağızlarının  nominalı  milli  və  səhmlər  istisna  olmaqla  sərbəst 
dönərli valyutada ifadə oluna bilər. 
nvestisiya qiymətli kağızlarının emissiyasının mərhələləri 
•  nvestisiya qiymətli kağızlarının emissiyası aşağıdakı mərhələlərdən ibarətdir: 
• Emitent  tərəfindən  investisiya  qiymətli  kağızlarının  emissiyası  haqqında  qərarın 
qəbul edilməsi; 
• Investisiya  qiymətli  kağızlarının  emissiya  prospektinin  tərtib  edilməsi  (investisiya 
qiymətli kağızlarının emissiyası emissiya  prospekti ilə müşayiət olunursa); 
• Investisiya qiymətli kağızları buraxılışının dövlət qeydiyyatı; 
• Investisiya  qiymətli  kağızlarının  emissiya  prospektində  olan  məlumatların 
açıqlanması  (investisiya  qiymətli  kağızlarının  emissiyası  emissiya  prospekti  ilə  müşayiət 
olunursa); 
• Investisiya qiymətli kağızlarının yerləşdirilməsi; 
• Investisiya  qiymətli  kağızlarının  emissiyasının  yekunları  haqqında  hesabatın 
qeydiyyatı; 


• Investisiya  qiymətli  kağızlarının  emissiyasının  yekunları  haqqında  hesabatda  olan 
məlumatların açıqlanması (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti 
ilə müşayət olunubsa). 
4.  nvestisiya qiymətli kağızlarının emissiyası haqqında qərar 
nvestisiya  qiymətli  kağızlarının  emissiyası  haqqında  qərarda  aşağıdakı  məlumatlar 
öz əksini tapmalıdır: 
• Emitentin tam adı və olduğu yer; 
• Qərarın qəbul edilməsi tarixi; 
• Qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı; 
• Qiymətli kağızın növü; 
• Qiymətli kağızın forması; 
• Qiymətli kağızın nominal dəyəri; 
• Həmin buraxılışa daxil olan qiymətli kağızların sayı və ümumi məbləği; 
• Qiymətli kağızların yerləşdirilməsi qaydası; 
• Bir qiymətli kağızla təsbit edilən hüquqlar; 
• Qiymətli kağızların sahibləri qarşısında emitentin öhdəlikləri; 
• Emitentin rəhbərinin adı, soyadı, möhürlə təsdiqlənmiş imzası. 
nvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı 
•  nvestisiya  qiymətli  kağızlarının  buraxılışının  dövlət  qeydiyyatı  üçün  emitent 
tərəfindən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədlər təqdim edilməlidir: 
• Investisiya qiymətli kağızlarının qeydiyyata alınması üçün ərizə; 
• Investisiya qiymətli kağızlarının emissiyası haqqında qərar; 
• Emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin 
və təsis sənədlərinin notariat qaydasında təsdiq olunmuş surətləri; 
• Investisiya  qiymətli  kağızlarının  emissiya  prospekti  (investisiya  qiymətli 
kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa); 
• Investisiya qiymətli kağızının sertifikatının nümunəsi (investisiya qiymətli kağızları 
sənədli formada buraxıldıqda); 
• Investisiya  qiymətli  kağızların  emissiya  prospektinin  qeydiyyata  alınması  üçün 
dövlət  rüsumunun  ödənilməsini  təsdiq  edən  sənəd  (investisiya  qiymətli  kağızlarının 
emissiyası emissiya prospekti ilə müşayiət olunursa). 
•  nvestisiya  qiymətli  kağızlarının  buraxılışının  dövlət  qeydiyyatı  həmin  buraxılışa 
dövlət  qeydiyyat  nömrəsinin  verilməsindən  və  bu  məlumatların  dövlət  reyestrinə  daxil 
edilməsindən ibarətdir.  
Qiymətli kağızlar haqqında qanunvericiliyinpozulmasına görə məsuliyyət. 
Qiymətli  kağızlar  haqqında  qanunvericiliyin  pozulmasına  görə  məsuliyyət  qanun 
pozuntularının  aradan  qaldırılması  və  investorların  hüquqlarının  müdafiə  olunmasını 
nəzərdə tutur. 
Qiymətli  kağızlar  haqqında  qanunun  və  qiymətli  kağızlarla  bağlı  Azərbaycan 
Respublikasının  digər  qanunvericilik  aktlarının  pozulmasına  görə  şəxslər  mulki,  inzibati 
və cinayət qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyət daşıyırlar.  
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi aşağıdakı cəzaları verə bilər: 
• Qanunun  pozulmasına  görə  məsuliyyət  daşıyan  şəxsi  inzibati  qaydada    tənbeh 
tədbirləri görə bilər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə