MÖVZU X
XARICI INVESTISIYALI MÜƏSISƏLƏRINVERGI ÖHDƏLIKLƏRININ
HÜQUQI TƏNZIMLƏNMƏSI
1.
Xarici investisiyali müəsisələr
2.
"bir pəncərə" sistemi
3. xarici investorlar üçün azərbaycanin üstünlükləri
Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin
müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son dövrlər
ölkədəki siyasi sabitlik və iqtisadi inkişaf xarici dövlətlərin Azərbaycan iqtisadiyyatına
uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da artırmışdır.
ndiyə qədər respublikada investorların hüquq və mənafelərinin qorunması,
mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə
edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilərək
hüquqi baza yaradılmışdır. Hazırda Azərbaycan Respublikasında investisiya fəaliyyətini
tənzimləyən iki qanun mövcuddur: Azərbaycan Respublikası Prezidentinin 13 yanvar
1995-ci il tarixli 952 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “ nvestisiya fəaliyyəti
haqqında Azərbaycan Respublikasının Qanunu” və Azərbaycan Respublikası
Prezidentinin 15 yanvar 1992-ci il tarixli 57 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Xarici
investisiyaların qorunması haqqında Azərbaycan Respublikası Qanunu”.
Bundan başqa, Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergi tutmanın
aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər
imzalamışdır.
Mənfəətin başqa valyutalara konvertasiya edilməsi, xarici ölkələrə köçürülməsi,
yaxud reinvestisiya edilməsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilmiş, bazar
iqtisadiyyatı prinsipləri əsasında vahid valyuta məzənnəsi formalaşmışdır. Bu tədbirlər
xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların Azərbaycana
olan marağını daha da artırmışdır.
Hazırda ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da
yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə
bağlı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının iqtisadiyyatına investisiyaların
cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir.
Son illərdə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası prosesi intensiv xarakter
almışdır. 1995-2011-ci illərdə ölkə iqtisadiyyatına yönəldilmiş 119 milyard dollar
investisiyanın 60%-dən çoxu, yəni 63 milyard dollara yaxını xarici investisiyalar
olmuşdur. 1995-2002-ci illərdə xarici investisiyaların həcmi 9 milyard dollar olmuşdursa,
2003-2011-ci illərdə bu rəqəm 6 dəfə artaraq 54 milyard dollar olmuşdur.
1995-2011-ci illərdə ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların 25,5
milyard dolları qeyri-neft sektorunun, 37,5 milyard dolları isə neft sektorunun inkişafına
yönəldilmişdir.
Qeyri-neft sektorunda fəaliyyət göstərən birgə və xarici investisiyalı müəssisələri cəlb
edən əsas sahələr sənaye, tikinti, nəqliyyat və ticarətdir.
Tam xarici investisiyalı və birgə müəssisələrin yaradılmasında Türkiyədən olan
sahibkarların payı 27,6% təşkil edir. Bu göstərici Böyük Britaniya üzrə 11,7%, Rusiya
üzrə 6,8%, ran üzrə 6,2%, ABŞ üzrə 5,9%, Almaniya üzrə isə 2,9%-dir.
Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyalar (mln. ABŞ dolları)
1995-2002
2003-2011
1995-2011
(ümumi)
Cəmi
investisiyalar
12473,6
106247,8
118721,3
Daxili
investisiyalar
3353,9
52443,2
55797,1
Neft sektoru
902,5
9024,1
9926,5
Qeyri-neft
sektoru
2451,7
43419,2
45870,6
Xarici
investisiyalar
9119,8
53804,5
62924,2
Neft sektoru1
6105,3
31333
37438,3
Qeyri-neft
sektoru2
3014,4
22471,5
25485,9
Neft və qeyri-neftsektoru üzrə ölkə iqtisadiyyatınayönəldilmiş
investisiyalar (mln. ABŞ dolları)
1995-2002
2003-2011
1995-2011
(ümumi)
Neft sektoru
7007,8
40357,2
47364,6
Qeyri-neft
sektoru
5466,1
65890,7
71356,5
Ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar (mln.
ABŞ dolları)
1995-2002
2003-2011
1995-2011
(ümumi)
Cəmi
Xarici
investisiyalar
9119,7
53804,5
62924,2
Maliyyə
kreditləri
1652,3
14684,4
16336,7
Ondan
neft
sektoruna kreditlər
0,0
727,8
727,8
Birbaşa
7467,4
34264,2
41731,6
investisiyalar
Neft bonusu
0,0
192,8
192,8
Portfel
investisiyalar
0,0
781,7
781,7
Digər
investisiyalar
0,0
3881,4
3881,4
2. "Bir pəncərə" sistemi
Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin
daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri
tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti "Sahibkarlıq
fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi
tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli Sərəncam imzalamışdır. Sərəncama
ə
sasən, "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan
Respublikasının Vergilər Nazirliyi müəyyən edilmiş və 2008-ci ilin 1 yanvar tarixindən
Azərbaycanda bu sistemin tətbiqinə başlanmışdır. "Bir pəncərə" sisteminin tətbiqindən
sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan
vaxt 30 gündən 3 günə endirilmişdir.
Sahibkarlar vergi orqanları və banklarla sənəd mübadiləsini yeni yaradılmış nternet
Vergi darəsi (www.e-taxes.gov.az) vasitəsilə həyata keçirə bilərlər. Bundan başqa,
sahibkarların vergi qanunvericiliyinə aid suallarının və müraciətlərin qəbulu, onlara
baxılması və operativ cavablandırılması məqsədilə 195 saylı telefon məlumat xidməti
fəaliyyət göstərir.
"Bir pəncərə" sisteminə görə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər
Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər.
Azərbaycan Respublikasında biznes mühitinin yaxşılaşdırılması, bu sahəyə dövlət
qayğısının artırılması məqsədilə bir sıra qurumlar fəaliyyət göstərir:
Azərbaycan nvestisiya Şirkəti
- 2006-cı ildə sahibkarlığın inkişafının dəstəklənməsi sahəsində həyata keçirilən
dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin
daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan nvestisiya Şirkəti yaradılmışdır.
Ş
irkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu
sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkətin investisiya
fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən
səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı
iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata
keçirilməsindən ibarətdir.
Yerli istehsalın inkişafı ilə ölkənin ixrac qabiliyyətinin artırılması və investisiyaların
cəlb edilməsini həvəsləndirmək məqsədilə 2003-cü ildə Azərbaycan xracın və
nvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılmışdır. Fond investorlar, yerli
istehsalçılar və hökumət arasında körpü rolunu oynamaqla dövlət-özəl sektor dialoqunda
ə
həmiyyətli işlər görür. AZPROMO xarici investorlara öz investisiya layihələrini həyata
Dostları ilə paylaş: |