məqsədlər daşımamalı, həm də mülkiyyətindən məhrum etmə tədbiri həmin tədbirin
daşıdığı məqsədə mütənasib olmalıdır. Cəmiyyətin ümumi maraqları ilə fərdin əsas
hüquqları arasında ağlabatan tarazlığa əməl olunmalıdır, özü də nəzərə almaq lazımdır ki,
belə
tarazlıq
ümumən
Konvensiyaya
xas
olan
cəhətdir.
Ümumiyyətlə, beynəlxalq hüquq xarici investorların əmlak hüquqlarının qorunmasına
münasibətdə müəyyən prinsip və standartlar formalaşdırılmışdır. Xarici investorların
ə
mlak hüquqlarının qorunması BMT Baş Məclisinin Təbii ehtiyyatlar üzərində suverenlik
haqqında Qətnaməsində ifadə edilməklə, əcnəbilərin maraqları ilə qəbul edən dövlətin
ümumi maraqlarının balanslaşdırılmasına yönəlmişdir. Universal beynəlxalq sazişlər
Avropa Konvensiyasindan fərqli olaraq, xüsusi əmlak hüququna mütləq hüquqlar
mövqeyindən deyil, balanslaşdırılmış mövqedən yanaşır. Belə ki, 1948-ci il
Bəyannaməsinin 29-cu maddəsində qeyd edilir ki, hər bir kəs hüquq və azadlıqlarını
həyata keçirərkən, demokratik cəmiyyətdə ictimai mənafeyi, ümumi qaydanı,
mənəviyyatın ədalətli tələblərini və başqalarının hüquq və azadlıqlarını təmin etmək üçün,
yalnız qanunla nəzərdə tutulan məhdudiyyətlərə məruz qala bilər bu Bəyannamənin 17ci
maddəsində göstərilir:
1. Hər bir insanın həm təkbaşına, həm də başqaları ilə ortaq əmlak sahibliyi hüququ
var.
2.
Heç
kəs
özbaşına
öz
ə
mlakından
məhrum
edilə
bilməz.
Beləliklə, əmlak hüquqlarının məhdudlaşdırılması yalnız hüquqi əsasda “ictimai marağa”
müvafiq olmalıdır, əks təqdirdə, hər hansı bir məhdudlaşdırma hüquq pozuntusu faktı kimi
qiymətləndiriləcəkdir. Burada belə bir məsələ ortaya çıxır. Deməli, “ictimai marağın”
həddi və meyarları dəqiq müəyyən edilməlidir. Bu məsələ nə dövlətdaxili, nə də
beynəlxalq hüquqda həll edilməmişdir, buna görə də mübahisəli mövzu olaraq
qalmaqdadır. Yalnız Avropa Məhkəməsinin praktikası bu məsələyə müəyyən dərəcədə
aydınlıq gətirmişdir. Əmlakın ictimai mənafe üçün götürülməsi beynəlxalq-hüquqi əsasa
malikdir. Beynəlxalq hüquqa uyğun milliləşdirmə, ekspropriasiya istər ikitərəfli, istərsə də
çoxtərəfli beynəlxalq sazişlərdə təsbit edilmişdir. Əksər halda qəbul edən dövlət əcnəbi
şə
xslərin mənsub olduğu dövlətlə iqtisadi, siyasi münasibətlərin kəsilməməsi üçün
kompensasiya ödəməyi üstün tutur. Belə ki, iqtisadi əlaqələrin kəsilməsi müəyyən
hallarda, məsələn, əgər əcnəbi investor özünün siyasi riskini nvestisiya Təminatları üzrə
Çoxtərəfli Agentlikdə sığortalamışdırsa, bu halda, qəbul edən dövlət üçün dünyanın əksər
iqtisadi cəhətdən güclü dövlətlərinin üzv olduğu bir təşkilatla problemləri yaranmış
olacaqdır. Ona görə də iqtisadi münasibətlərin kəsilməsindənsə, dövlət kompensasiya
ödənilməsinə üstünlük verir. Əcnəbi şəxslərin əmlakına təhlükə, bir qayda olaraq, iri
layihələrin reallaşdırılmasında dövlətlə əcnəbi şəxslər arasında bağlanan investisiya
sazişlərinin birtərəfli qaydada dövlət tərəfindən pozulması zamanı yaranır. Beynəlxalq
Məhkəmə və Arbitraj praktikasına əsasən, hər bir dövlətin əcnəbi şəxslərlə bağladığı
beynəlxalq kontraktların şərtlərini dəyişməsi, həmçinin kompensasiya verməklə onun
qüvvəsinə xitam verməsi hüququ tanınır. Belə bir səlahiyyət dövlətin suverenliyindən
yaranmaqla, müqavilə öhdəlikləri ilə müqayisədə ümummilli maraqların üstün mövqeyə
malik olmasını ifadə edir. Həmçinin müqavilə münasibətlərində qarşılıqlı razılaşma
olmadan müqavilənin dəyişdirilməsini istisna edən şərtlər də mövcuddur ki, onların təftişi
dövlətə hər hansı bir səlahiyyət vermir. Xarici əmlak hüquqlarının müdafiəsinin
beynəlxalq iqtisadi-təsərrüfat münasibətlərinin inkişafına, maliyyə resurslarının,
xidmətinin sərbəst hərəkətinə təsirini nəzərə alaraq, beynəlxalq ictimaiyyət beynəlxalq-
hüquqi təminat sistemlərini daha da təkmilləshdirmişdir. Xarici əmlak, əsasən, dövlətin
siyasi fəaliyyəti ilə əlaqədar problemlərlə “rastlaşdığından” məqsəd həmin fəaliyyətdən
irəli gələn təminat sisteminin yaradılmasında idi.Məhz bunu nəzərə alaraq, 1985-ci ildə
qəbul edilmiş Investisiya təminatları üzrə Çoxtərəfli Agentliyin (MIQA) təsis olunması
haqqında Konvensiya xarici əmlakın bütün siyasi risklərdən beynəlxalq-hüquqi sığorta
sistemini yaratmış oldu. Konvensiyaya görə siyasi risklər kateqoriyasına: siyasi vəzəyyətin
dəyişməsi ilə çevik və tam həcmdə kompensasiya verilmədən investisiyaların
milliləşdirilməsi, ekspropriasiyası; investisiya qoyuluşundan əldə edilmiş gəlirlərin dönərli
valyuta ilə xaricə sərbəst çıxarılmasına qəbul edən dövlətin ciddi məhdudiyyətlər
yaratması; hərbi və vətəndaş itaətsizliyi nəticəsində xarici investora zərərin dəyməsi;
beynəlxalq kontrakt tərəfi olan qəbul edən dövlətin özünün öhdəliklərini yerinə
yetirməməsi aid edilir. Beləliklə, müasir beynəlxalq hüquq əcnəbilərin əmlak hüquqlarının
müdafiəsi sahəsində istər beynəlxalq məhkəmə qurumları vasitəsilə, istərsə də
kvaziməhkəmə, inzibati-ədliyyə sistemləri ilə ciddi mexanizmlər formalaşdırmışdır. Bu və
ya digər dövlətin həmin təminat sistemi ilə əməkdaşlıgı isə bir tərəfdən əcnəbilərin əmlak
hüquqlarının müdafiəsini təmin edirsə, digər tərəfdən, bu, müvafiq dövlətin özünün
iqtisadi inkişafı, maliyyə potensialının artması bütövlükdə onun qloballaşan iqtisadi
sistemə inteqrasiyasi üçün əhəmiyyətlidir.Əmlak hüquqlarının müdafiəsində beynəlxalq
vasitələr sırasında ən effektiv müdafiə vasitələrindən biri də Avropa nsan Hüquqları
Məhkəməsi olduğunu əminliklə qeyd edə bilərik. Məhkəmənin əmlak hüquqlarının
müdafiəsi ilə əlaqədar çox saylı işlərə baxmışdır. Bunların sırasına Sporronq və Lonnrot
sveçə qarşı A 52 (1982), Hentrix Fransaya qarşı A 296-A(1994), Müqəddəs Monastrlar
Yunanıstana qarşı A 301-A(1994), “Pressos Kompaniya Navyera A.O” Belçikaya qarşı A
332 (1995), Aka Türkiyəyə qarşı 1998-6 (1998) və s. göstərmək olar. A HM-nə daxil olan
ə
mlak hüquqları ilə bağlı bütün işlərə A HK-nin 1 saylı Protokoluna və bu Protokolun 1-ci
maddəsinə əsasən baxılır.
2.Torpaqların hüquqi rejimi anlayışı və kateqoriyaları
Torpaq qanunvericiliyinin bütün inkişafı ərzində, həmçinin təbii ehtiyatların istifadəsi
və mühafizəsi haqqında qanunvericilik sahələrinin inkişafı boyunca «meşələrin hüquqi
rejimi», «yerin təkinin hüquqi rejimi», «suların hüquqi rejimi», «torpaqların hüquqi
rejimi» terminlərindən istifadə olunmuşdur. Lakin son vaxtlara qədər bu anlayış, xüsusən
də «torpaqların hüquqi rejimi» anlayışı torpaq hüququ üzrə islahatlara qədərki dövrdə nəşr
olunmuş dərsliklərdə onlardan istifadə olunsa da, qanunvericilikdə araşdırılmamışdır.
Uzun bir dövr ərzində (40 ildən çox) «hüquqi rejim» anlayışı təbiətdən istifadə məsələləri
üzrə ədəbiyyatda təsdiq olunmuşdur və ümumi əhəmiyyət qazanmışdır. Azərbaycan
Respublikasının hazırda qüvvədə olan yeni Torpaq Məcəlləsi işlənib hazırlanana qədər
«torpağın hüquqi rejimi» termini torpaq münasibətlərinin obyekti kimi torpağın hüquqi
xüsusiyyətlərini ümumiləşdirən və torpağa görə təşəkkül tapmış mühüm hüquqi
münasibətlərin əhatəsinə içərisində göstərişlər olan nəzəri anlayış idi. slahatlara qədərki
torpaq-hüquq ədəbiyyatında, həmin dövrdə mövcud olan torpaq-hüquq quruluşundan çıxış
edərək qeyd olunurdu ki, torpaq münasibətlərinin əsasını müstəsna olaraq torpağa dövlət
mülkiyyəti təşkil edir. Bu torpaqların hüquqi rejiminin ən vacib elementi və əsas yaradıcısı
idi. Torpaqların hüquqi rejiminin növbəti struktur elementi, torpaq fondunun dövlət
idarəedilməsi, torpağa dövlət mülkiyyəti hüququnun və torpaqdan istifadə hüququnun
Dostları ilə paylaş: |