1998-ci ilin dekabrında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki
şə
xslərin, iqtisadçı alimlərin təşəbbüsü ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti
(AQC) yaradılmış və 1999-cu ilin fevralında Ədliyyə Nazirliyində ictimai birlik kimi
qeydiyyata alınmışdır. Hazırda respublikanın bir çox əmlak qiymətləndiriciləri və
qiymətləndirmə sahəsində böyük təcrübəyə malik olan hüquqi şəxslər, qiymətin
ə
mələgəlməsi və əmlak bazarı sahəsində ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda
tanınan iqtisadçı alimlər, maliyyə məsələləri ilə məşğul olan mütəxəssislər və elmi işçilər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür. AQC ictimai birlik olaraq
qiymətləndirmə sahəsində əhaliyə keyfiyyətli xidmət göstərilməsini təmin etmək məqsədi
ilə qiymətləndirmə fəaliyyətinin bir sıra nəzəri və praktiki problemlərinin həlli
istiqamətində dövlət orqanları ilə sıx əməkdaşlıq edir.
Nizamnaməsində göstərildiyi kimi, «cəmiyyətin yaradılmasının məqsədi Azərbaycan
Respublikası ərazisində qiymətləndirmənin sivil bazarını yaratmaq, müxtəlif əmlak
növlərinin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərin fəaliyyətinə kömək etmək,
onların peşə hüquqlarının qorunmasına, peşə maraqlarının müdafiəsinə və ixtisas
səviyyəsinin yüksəldilməsinə yardımçı olmaqdır». Bu məqsədin reallaşdırılması üçün
AQC dövlət orqanları, digər ictimai birliklər, beynəlxalq təşkilatlarla birgə layihə və
proqramların, beynəlxalq və Avropa standartlarına uyğun milli qiymətləndirmə
standartlarının hazırlanmasında iştirak edir, qiymətləndiricilərin ixtisasının artırılması üzrə
kurslar, konfranslar, seminarlar, brifinqlər keçirir, qiymətləndirmə fəaliyyətinin çoxsaylı
problemlərini araşdırır və müxtəlif bülletenlər, kitablar nəşr edir, üzvlərini zəruri
informasiya ilə təmin edir, ölkənin ayrı-ayrı bölgələrində qiymətləndirmə fəaliyyətinə olan
tələbatın ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, beynəlxalq qiymətləndirmə
təcrübəsini öyrənir və yayır.
Fəaliyyət göstərdiyi müddətdə AQC tərəfindən «Qiymətləndiricilərin bülleteni»,
qiymətləndirmə məsələləri ilə bağlı məcmuələr («Qiymətləndirmə», «Qiymətləndirmə və
mühasibat uçotu», «Qiymətləndirmə və normativ-hüquqi sənədlər»), «Əmlakın qiymətlən-
dirilməsi» qanunvericilik aktları toplusu nəşr olunmuş, qiymətləndiricilərin peşə-ixtisas
səviyyələrinin yüksəldilməsi məqsədilə Sumqayıt, Gəncə, Quba və Lənkəran şəhərlərində
baza ixtisasartırma kursları təşkil edilmiş, 2001-ci ilin mayında «Müasir əmlak bazarı və
qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı» mövzusunda, 2002-ci ilin
dekabrında “ qtisadi fəaliyyət sahələrində intellektual sahibkarlığın inkişaf istiqamətləri”
mövzusunda elmi-praktiki konfranslar və 2003-cü ilin aprelində «Sahibkarlığın inkişafının
ə
sas prioritetləri və qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsinin aktual məsələləri»
mövzusunda II Beynəlxalq Konqres keçirilmiş, «2001-2010-cu illərdə Azərbaycan
Respublikasında qiymətləndirmə fəaliyyətinin inkişaf konsepsiyası», «Azərbaycan
Respublikasında peşəkar qiymətləndiricilərin hazırlanması və ixtisasının artırılması
Proqramı»
müvafiq
dövlət
qurumlarına
təqdim
edilmiş,
xarici
ölkələrin
qiymətləndiricilərinin birlikləri ilə əlaqələr yaradılmışdır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşəbbüsü ilə 23-24 may 2001-ci ildə
keçirilən «Müasir əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı»
mövzusunda II beynəlxalq elmi-praktiki konfransda MDB Qiymətləndiricilər Birlikləri
Ş
urasının sədri və üzvləri, Belarus, Rusiya, Moldova, Qazaxıstan, Qırğızıstan və s.
dövlətlərin qiymətləndiricilər birliklərinin nümayəndələri iştirak edirdilər. Konfrans Azər-
baycanda qiymətləndirmə fəaliyyətinin inkişaf konsepsiyasının hazırlanması, aparılan
qiymətləndirmə işlərinin keyfiyyətinin yüksəldilməsi, qiymətləndiricilərin attestasiya
sisteminin hazırlanması, milli qiymətləndirmə standartlarının və qiymətləndirmə
fəaliyyətinin normativ-metodiki bazasının inkişafına dair təkliflərin hazırlanması kimi
vacib məsələləri qarşıya qoydu.
26 dekabr 2002-ci ildə “ qtisadi fəaliyyət sahələrində intellektual sahibkarlığın
inkişaf istiqamətləri” mövzusunda keçirilən elmi-praktiki konfransda müstəqil intellektual
sahibkarlıq fəaliyyəti olan qiymətləndirmənin perspektiv inkişafını təmin edə biləcək
irimiqyaslı sosial-iqtisadi proqramların ayrı-ayrı mərhələlərindən bəhs olunmuşdur.
2003-cü ilin aprelində «Sahibkarlığın inkişafının əsas prioritetləri və qiymətləndirmə
fəaliyyətinin təkmilləşdirilməsinin aktual məsələləri» mövzusunda II Beynəlxalq
Konqresdə (konqres Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, MDB Qiymətləndiricilər
Birlikləri Şurası və Azərbaycan Respublikası qtisadi nkişaf Nazirliyinin birgə təşəbbüsü
ilə təşkil olunmuşdur) milli sahibkarlığın inkişafı və ölkə iqtisadiyyatının dünya
iqtisadiyyatına inteqrasiyası, qiymətləndirmə fəaliyyətinin bir sıra aktual məsələləri və s.
müzakirə olunmuşdur.
Ölkədə peşəkar qiymətləndiricilərin və milli standartların elmi və praktiki biliklər
ə
sasında tez bir zamanda hazırlanması sahəsində işlərin keyfiyyətinin artırılması zərurətini
nəzərə alaraq 11 noyabr 2003-cü il tarixdə MDB Qiymətləndiricilər Birlikləri Şurasının
rəhbərlərinin iştirakı ilə Azərbaycan Dövlət qtisad Universitetinin Tələbə Elmi
Cəmiyyətinin “Əmlak bazarı və milli qiymətləndirmə standartları” mövzusunda
professor-müəllim heyəti, magistr və tələbələrin elmi konfransı keçirildi. Konfrans gənc
iqtisadçıların böyük marağına səbəb olmuşdur.
Hazırda AQC Rusiya Federasiyasının, Litvanın, Moldovanın, Belarusun,
Qazaxıstanın, Qırğızıstanın, Polşanın, Böyük Britaniyanın, ABŞ-ın qiymətləndiricilər
birlikləri və cəmiyyətləri ilə, habelə Beynəlxalq Qiymətləndiricilər və Rieltorlar qurumları
ilə sıx əməkdaşlıq edir.
2002-ci ildə AQC «MDB qiymətləndiricilər birlikləri Şurası»nın təsisçilərindən biri
olmuşdur. Bu, regional beynəlxalq assosiasiyanın yaradılması, onun iştirakçısı olan
dövlətlərdə vahid qiymətləndirmə məkanının yaradılmasının əsasını müəyyən etmiş,
qarşılıqlı investisiya qoyuluşları prosesinin sadələşdirilməsi və mübahisələrin həlli üçün
zəmin yaratmışdır. Qeyd etməliyik ki, bu cür regional beynəlxalq qurumlar Avropada
uzun müddətdir ki, fəaliyyət göstərir (məsələn, Qiymətləndiricilər Assosiasiyalarının
Avropa Qrupu). Bu qəbildən olan beynəlxalq ictimai təşkilatların yaradılmasının əsas
məqsədləri iştirakçı dövlətlərdə qiymətləndirmə fəaliyyəti sisteminin inkişafına, müvafiq
normativ-hüquqi bazasının yaradılmasına, qiymətləndiricilərin ixtisasının yüksəlməsinə,
milli qiymətləndirmə standartlarının ölkənin statistika və maliyyə hesabatı sistemi ilə
uzlaşdırılmasına yardımçı olmaq, beynəlxalq təşkilatlarda, dövlət hakimiyyəti
orqanlarında və idarəetmə strukturlarında öz üzvlərinin hüquqi, iqtisadi və sosial
mənafelərini qorumaq, onları lazımi informasiya ilə təmin etməkdir.
Eyni zamanda, ictimai birliklərə üzvlük qiymətləndiricilərin peşəkarlıq səviyyəsini,
lazımi informasiyanı əldə etmək imkanının olduğunu təsdiq edir, onlar bu birliklərin
adından çıxış etmək, rəmzlərindən istifadə etmək hüququ qazanırlar.
Dostları ilə paylaş: |