AQC öz üzvləri üçün buraxdığı bülletenləri, sorğu vəsaitlərini və digər metodiki
vəsaitləri respublikanın bütün ərazisində yayır, normativ aktları işləyib hazırlayır və təsdiq
edir, seminarlar, treninqlər keçirir, kitablar nəşr edir. Cəmiyyətin məqsədi əmlakın
müxtəlif növlərinin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərin fəaliyyətini
dəstəkləməkdir.
Hazırkı dövrdə AQC nin idarə heyəti tərəfindən qiymətləndirmə fəaliyyəti üçün
konkret olaraq aşağıdakı müddəaları əsas kimi qəbul olunur:
• elmi sahə olmaq etibarilə, qiymətləndirmə fəaliyyəti qiymətləndiricidən xüsusi
biliklər, peşəkar qiymətləndirmənin mürəkkəb məsələlərinin həllini tapmaq bacarığı,
qiymətləndirmə fəaliyyətinin yüksək peşəkarlıq səviyyəsində həyata keçirilməsini tələb
edir;
• səriştəsizliyin və qeyri-səmimiliyin qarşısını almaqla, qiymətləndirmə sifarişçisi
qismində çıxış edən dövlətə, hüquqi və fiziki şəxslərə xidmət göstərilməsinin müəyyən
səviyyəsini təmin etmək, əmlakın qiymətləndirilməsi xidmətlərindən istifadə edən
istehlakçıların hüquqlarını müdafiə etmək.
Fəaliyyətinin səmərəliyini təmin etmək üçün Azərbaycan Qiymətləndiricilər
Cəmiyyəti üç əsas məsələni həll edir:
• müxtəlif vasitələrlə, o cümlədən qiymətləndirmə bazarının bütün iştirakçıları üçün
bərabər şərait yaratmaqla qiymətləndirmə xidmətləri bazarının inkişafına və fəaliyyətinin
sabitliyinə nail olmaq;
• öz üzvlərinin qiymətləndirmə xidmətlərinin keyfiyyəti ilə bağlı olaraq, üçüncü
şə
xslərin qeyri-qanuni iddialarından müdafiəsini təmin etmək;
• müxtəlif vasitələrlə, o cümlədən üzvlərinin peşəkarlıq səviyyəsini yüksəltməklə,
qiymətləndirmə xidmətlərinin istehlakçılarının maraqlarının qorunmasını təmin etmək.
Qiymətləndiricilərin ictimai birliklərinin bu sahədə fəaliyyətin tənzimlənməsi
prosesindəki
ə
sas
funksiyalarından
biri
qiymətləndirmə
standartlarını
və
qiymətləndiricilərin etik davranış qaydalarını işləyib hazırlamaqdır. Bu standartlar
qiymətləndiricilərin fəaliyyətinin səmərəsini yüksəltməyə, tərtib edilən hesabatların
məzmununu, strukturunu standartlaşdırmağa, sifarişçilərə göstərilən xidmətlərin
keyfiyyətini artırmağa, onlarla uzunmüddətli işgüzar münasibətlər yaratmağa xidmət edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətinin digər istiqaməti milli qiy-
mətləndirmə standartlarının hazırlanmasıdır. Bu məqsədlə 2004-2006-ci illərdə 20-yə
qədər milli qiymətləndirmə standartlarının (“Borc öhdəlikləri və ssudalar üzrə təminatın
qiymətləndirilməsi”, “Əmlak və sair hüquqların qiymətləndirilməsi”, “ ntellektual
mülkiyyətin qiymətləndirilməsi”, “Bazar dəyəri qiymətləndirmə bazası kimi”,
“Qiymətləndiricilərin peşə etikası kodeksi”, “Qiymətli kağızların qiymətləndirilməsi”,
“Daşınmaz əmlakın qiymətləndirilməsi”, “ nvestisiya proqramlarının qiymətləndirilməsi
və s.) işlənməsini nəzərdə tutan fəaliyyət proqramı hazırlanaraq müvafiq dövlət
orqanlarına təqdim edilmişdir. AQC nəzdində bu məsələ ilə məşğul olan, aparıcı
qiymətləndirici-mütəxəssislərdən və iqtisadçılardan ibarət təşəbbüs qrupu yaradılmışdır.
Hazırda standartların işlənməsinin ilkin mərhələsi gedir, əmlakın qiymətləndirilməsinin
standartlaşdırılması sahəsində beynəlxalq təcrübə, habelə MDB ölkələrinin milli standart-
ları dərindən öyrənilir və təhlil edilir.
Qiymətli kağızlar dövriyyəyə Azərbaycan Respublikasının qərarı ilə buraxılır.
Qiymətli kağızlar özlüyündə pul sənədi hesab olur və bu kağızı buraxan şəxslərin əmlak
hüququnu özündə əks etdirir.
Qiymətli kağızların dövriyyəsi dedikdə onların alqı-satqısı başa düşülür. Qiymətli
kağızları istənilən müəssisələr, sahmdarlar cəmiyyətləri, kredit müəssisələri buraxa
bilərlər. Qiymətli kağızlara səhmdar cəmiyyətlərinin səhmləri, istiqrazlar,depozit
sertifikatları, veksekllər və s. aiddir.
ndi isə bu qiymətli kağızların fərqli cəhətlərini nəzərdən keçirək.
SƏHM-SƏHMDAR cəmiyyətlərinin nizamnamə fonduna vəsaitlərin qoyulmasını
onun sahiblərini təsdiq edən qiymətli kağızdır. Bu cəmiyyətin idarə edilməsində,
cəmiyyətin mənfəətinin bölüşdürülməsində, həmçinin cəmiyyətin ləğv edilməsi zamanı
ə
mlak qalığının bölüşdürülməsində iştirak etməyə vəsait qoyanlara hüquq verir. Səhmin
müddəti müəyyən məhdudiyyətə malik deyildir, nə qədər ki, səhmdarlar cəmiyyəti
mövcuddur bir o qədər də səhmlər qüvvədədir.
Səhm bir sənəd kimi aşağıdakı rekvizitlərə malikdir: səhmdar cəmiyyətlərinin firma
dı və olduğu yer, qiymətli kağızların adı, onun növü, sıra nömrəsi, buraxılış tarixi, nominal
qiyməti, buraxılan səhmlərin miqdarı, dividentlərin ödənilməsi müddəti, səhmdarlar
cəmiyyətinin sədrinin imzası.
Ə
ldə edilən səhmlərin dəyəri respublikanın öz pulu və xarici valyuta ilə ödənilə bilər.
Bunun üçün həm fiziki və həm də hüquqi şəxslər əsas vəsaitlər,qeyri-maddi aktivlər və
başqa növ aktivlər qoymaq yolu ilə bu səhmləri ala bilərlər.
Səhmlər görünüşünə görə 2 yerə bölünür:
1.
Adlı səhmlər
2.
Adsız səhmlər (təqdim edilən)
Adlı səhmlərdə mülkiyyətçinin adı əks etdirilir. Bu səhmdarlar cəmiyyətinin xüsusi
kitabında qeyd edilir, belə şəraitdə kim hansı miqdarda və hansı səhmə malik olduğu
məlum olur.
Təqdim edilən (adsız) səhmdə mülkiyyətçinin adı göstərilmir, bununla da səhmdarlar
cəmiyyətinin sıx əlaqəsi olmur, deməli cəmiyyət öz payçısı barədə informasiyaya malik
olmur.
Sahiblərinə hüquq vermə əlamətinə görə səhmlər sadə və imtiyazlı (üstünlüyə malik
olan) səhmlərə bölünür.
Sadə səhmlər səhmdarlar cəmiyyətinin idarə edilməsində,hesabat dövrünün sonunda
səhmdarların iclasında təyin edilən həcmdə divident götürməyə, həmçinin cəmiyyətin
fəaliyyətinin maliyyə nəticəsini müəyyənləşdirməyə hüquq verir.
Üstün səhmlər . səhmdarlar cəmiyyətinin idarə edilməsində iştirak etmək hüququ
vermir, lakin ilk növbədə müəssisələr müvafiq məbləğdə mənfəət götürmədiyi şəraitdə də
möhkəm təsbit edilmiş həcmdə mənfəət götürmək hüququna malik olur.
stiqrazlar – onu saxlayanlara təsbit edlilən faizlə birlikdə nominal dəyərinin əvəzini
ödəməyə öhdəlik verən qiymətli kağızdır.
stiqrazı olanlar istiqraz buraxan səhmdar cəmiyyətlərinin və yaxud müəssisələrin,
həmçinin də dövlət bələdiyyə orqanlarının kreditorları hesab edilir.
stiqrazlar adlı və təqdim edilən tarixdə buraxıla bilər (bu da faizli, faizsiz və sərbəst
dövr edən, məhdud dövriyyəli ola bilər).
Dostları ilə paylaş: |