perspektivsiz
sektorlarına
investisiya
qoyuluşu
onun
milli
iqtisadiyyatın
formalaşmasındakı perspektiv rolu diqqət mərkəzində saxlamağı tələb edir. Bə'zi hallarda
investisiyalar haqqında qərarlar qəbul edən təsərrüfat, idarə orqanları sadəcə olaraq hansı
məhsulun milli iqtisadiyyatın inkişafında daha sərfəli olacağını düzgün müəyyənləşdirə
bilmədikdə bütövlükdə iqtisadi strategiyanın da düzgün istiqamət üzrə formalaşmamasına
səbəb olacaqdır. qtisadi strategiyaya uyğun gəlməyən iqtisadi inkişafda mühüm rol
oynamayan sahələr üzrə düşünülməmiş investisiyaların tətbiqi vəsaitlərin dağıdılmasına
səbəb olacaqdır. Çünki, milli iqtisadiyyatın inkişafına səbəb olmayan layihələr üzrə
vəsaitlərin xərclənməsi əslində bu resursların gələcək baxımından səmərəsiz istifadəsi
deməkdir. Milli iqtisadiyyatın sabit artım sürətinə nail olunması üçün invstisiyalar bir
qayda olaraq təsərrüfatın ən yüksək səmərə verən və milli mənafe baxımından fayda verə
biləcək sahələrinə yönəldilməlidir. Deməli, investisiya bazarı daima çevik və hərəkətdə
olmalıdır.
nvestisiyaların tətbiqində iqtisadi mühitin yaradılması əsasən onun
iqtisadiyyatın durğun sahələrindən daha perspektiv sahələrə keçirməklə əlaqədar olmalıdır.
nvestisiyalardan gələn gəlirlərdə bir qayda olaraq daima fərqlər mövcud olacaqdır. Bu
zaman istehsal təyinatlı sahələrə yönəldilən investisiyalardan əldə olunan gəlirlər buna
alternativ olan xidmət sferasına olan qoyuluşlar üzrəki gəlirlərdən çox olmalıdır. Bu
prosesin baş verməsi üçün istehsal təyinatlı investisiyalar üçün risk etmə səviyyəsi olduqca
aşağı olmalıdır.
nvestisiyaların uzun və qısamüddətli tətbiqi formasından, eləcə də daxili və xarici
maliyyələşmə mənbələrindən asılı olmayaraq o dövlət tərəfindən tənzimlənməlidir və
onların tətbiqi ilə əlaqədar təminat mexanizmi fəaliyyət göstərməlidir. Bu mexanizm
istehsal olunacaq məhsulların yüksək rəqabət qabiliyyətilə hüdudlanmalıdır. Çünki, isteh-
sal olunan məhsullar həm daxili, həm də xarici bazarlarda rəqabətə tab gətirmək tarazlığı
ilə əsaslanmalıdır.
Ölkə iqtisadiyyatında yaranmış makroiqtisadi sabitlik investisiya mühitinin normal
fəaliyyət göstərməsinə şərait yaratmışdır. Hazırki şəraitdə investisiya mühitinin daha
ə
lverişli imkanlarla həm daxili, həm də xarici investisiyaların tətbiqinə bərabər səviyyəli
imkan yaranmalıdır. Lakin qeyd etmək lazımdır ki, xarici investisiyaya nisbətən daxili
investisiyanın tətbiqində müəyyən çətinlik fəaliyyət göstərir. Bu da hər şeydən əvvəl
ə
halinin malik olduğu əmanətlərin investisiya, transformasiya edilməsi üçün real imkan-
ların məhdudluğu ilə əlaqədardır. Bu da hər şeydən əvvəl özəl banklara əhalinin inamının
azalması ilə əlaqədardır. Halbuki dünya təcrübəsindən bəllidir ki, əhalinin əmanətlərinin
investisiyaya cəlb olunması prosesinin təşkilində kommersiya bankları xüsusi rol oy-
nayırlar. Belə nümunə kimi Almaniyada və Yaponiyada fəaliyyət göstərən kommersiya
banklarını misal çəkmək olar. Böyük inam qazanmış bu iri özəl kommersiya bankları
istehsal müəssisələrilə qarşılıqlı əlaqə şəklində fəaliyyət göstərir və sabit maliyyə sənaye
qruplarına çevrilirlər. Belə şəraitdə onlara səhmdar cəmiyyəti kimi, ya da ümumi
mülkiyyət sahibkarlar kimi fəaliyyət göstərir. Sözsüz ki, belə bir əlaqə forması investisiya
prosesini stimullaşdıraraq əmanətlərin investisiyaya çevrilməsinə güclü təkan verməklə
daxili investisiyanın aktivləşməsinə səbəb olur.
Ölkədə aparılan investisiya siyasəti daha çox xarici kapitalın ölkəyə axınının stimul-
laşması ilə əlaqədardır. Düzdür, hazırki kapital axını əsasən neft və qaz sektorunun
inkişafına yönəldilir. Lakin, milli iqtisadiyyatın formalaşması baxımından xarici investi-
siyalardan iqtisadiyyatın digər, xüsusən kənd təsərrüfatı, emal sənayesi istiqamətində də
istifadə etmək vacibdir. Xarici investisiyanın milli iqtisadiyyatın inkişafında dönməz hal
alması üçün ümumiyyətlə, həm iqtisadiyyatın strukturunun və texnoloji təminatını həyata
keçirmək lazımdır, həm də sosial və ekoloji problemlərin həllini uzlaşdırmaq lazımdır.
MÖVZU XV
NVESTISIYALARLA BAGLI MÜBAHISƏLƏRƏ BAXILMASININ HÜQUQI
MEXANIZMI
1.
İnvestisiyalarla baglı Mübahisələrə baxılmasının əsası
2.
nvestisiyalarla baglı Mübahisələrə baxılmasının hüquqi mexanizmi
3.
Müasir dünyada beynəlxalq və yerli kommersiya münasibətlərində yaranan
mübahisələrin həllini arbitraj institutlarından kənarda təsəvvür etmək çətindir. Hələ qədim
dövrlərdən ibtidai səviyyədə insanların arasında bu və digər səbəblər üzündən yaranan
mübahisələrin həlli mexanizmi kimi münsiflərin fəaliyyət göstərməsi elmi və tarixi
ə
dəbiyyatlardan məlumdur. nsanların fəaliyyəti olduğu yerdə mübahisələr nə qədər
qaçılmazdırsa, həmin mübahisələrin həll olunmasında isə münsiflərin fəaliyyəti də bir o
qədər əhəmiyyətlidir.
Tarixi inkişafın sonrakı mərhələlərində iqtisadi, xüsusən, ticarət münasibətlərinin
inkişafı ilə mübahisələrin münsif statusunda həll olunması üçün arbitrlərin fəaliyyəti daha
çox əhəmiyyətini göstərir. Bu gün Şərqlə Qərbin inteqrasiya etdiyi, kommersiya
münasibətlərinin biri-birinə bağladığı qloballaşan dünyada arbitraj institutları dövlət
məhkəmələri ilə yanaşı iqtisadi mübahisələrin həllində əhəmiyyətli rol oynayırlar.
1917-ci ildə Stokholm Ticarət Palatasının nəzdində yaradılan Arbitraj nstitutunun
fəaliyyəti nəinki Avropada kommersiya mübahisələrinin həllində, o cümlədən,
dövlətlərarası iqtisadi münasibətlərdən doğan anlaşılmazlıqların aradan qaldırılmasında
müsbət rol oynamışdır. Sonradan bir sıra Avropa və Asiya ölkələrində, ABŞ-da yaranmış
beynəlxalq arbitraj institutları beynəlxalq kommersiya münasibətlərinin ənzimlənməsində
öz töhfələrini vermişlər. Bu gün sivil dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar kommersiya
arbitraj institutlarının inkişafına xüsusi diqqətlə yanaşırlar. Təsadüfi deyil ki, beynəlxalq
arbitraj məhkəmələrinin fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq ticarət
hüququ üzrə Komissiyasının qəbul etdiyi Nümunəvi UNC TRAL Qanunu və normativ
sənədlər əsasında tənzimlənir. Müasir dövrdə artıq arbitraj institutlarına münasibətdə də
alternativ mübahisə həlli üsulları inkişaf edir. Mübahisələrin məhkəmədənkənar alternativ
həlli üsulları barədə danışılarkən artıq təkcə arbitraj nəzərdə tutulmur, həmçinin
vasitəçinin iştirakı ilə mübahisənin barışıq yolu ilə həlli mexanizmləri də müzakirə
olunur, zaman-zaman bu üsullar təkmilləşdirilir. Bu tendensiya ölkəmizdə də özünü biruzə
verməkdədir. Müasir dövrdə beynəlxalq hüququn və dünya sivilizasiyasının müstəqil
subyekti olan Azərbaycan Respublikasının dünyanın nüfuzlu korporasiyaları ilə irihəcmli
müqavilələri bağlanmış, bu müqavilələr üzrə işlər görülür.
2.
nvestisiyalarla baglı Mübahisələrə baxılmasının hüquqi mexanizmi
Azərbaycan Respublikasında xarici investorlar və xarici investisiyalı müəssisələr ilə
Azərbaycan Respublikasının dövlət orqanları, müəssisələri, ictimai təşkilatları və başqa
hüquqi şəxsləri arasında mübahisələrə, xarici investisiyalı müəssisənin iştirakçıları
Dostları ilə paylaş: |