Yeni
istehsalın
yaradılmasına
investisiyalar
stehsalın
geniş-
ləndirilmsinə in-
vestisiyalar.
Səmərəliliy
in
yüksəldilməsinə
investisiyalar
Dövlət orqanlarının
tələbatının
ödənilməsinə
investisiyalar.
Riskin yüksək sviyyəsi
Riskin aşağı səviyyəsi
Qeyd etmək lazımdır ki, hər bir risk amilinin özünün xüsusi çəkisi var və bal hesabı
ilə qiymətləndirilir. Buna görə də istər ayrı-ayrı risk amilləri, istərsə də bütövlükdə
investisiya mühiti miqdarca qiymətləndirilə bilər. Risklər müxtəlif formada təsnifləşdirilir.
Belə ki, bir çox dünya dövlətləri üzrə hər il amerikan LOPS firması International
Company of USA tərəfindən dərc edilmiş yeddi cildlik « Publicity Rick
Yearbook» adlı kitabında aşağıdakı risklər qiymətləndirilir. Bunlardan: siyasi, maliyyə
köçürmələri, ixracat və s. birbaşa investisiyaları göstərmək olar. Burada risklər 12 bal
sistemi üzrə qiymətləndirilir. Qeyd etmək lazımdır ki, Amerikan firmaları «Business
Environment Rick Intelligence International» və Alman firması «Beri» riskləri 100 bal
sistemi ilə qiymətləndirirlər.
nvestisiya qoyuluşunda istifadə olunan risk anlayışı - potensial investor tərəfindən
qoyulmuş vəsaitin itirlməsi deməkdir.
Dünya təcrübəsində risk etmənin ənənəvi təsnifatı aşağıdakı sxemdə verilir.
qtisadi inkişafın səviyyəsindən asılı olmayaraq milli iqtisadiyyata investisiya
qoyuluşu problemi həmişə diqqət mərkəzində olan aktual problemlərdən biridir. Lakin bu
aktuallıq müstəqillik əldə etmiş və bazar iqtisadiyyatı sisteminə keçən respublikamız üçün
daha vacibdir. Bu onunla izah edilir ki, iqtisadiyyatın artım sürətinin təmin olunması onun
sabit səviyyəsinin yaradılması milli iqtisadiyyatın bütün sahələrinin müvazinətli
inkişafının qorunması, əhalinin mənafeyinə cavab verən bazar mühütünün formalaşması,
bilavasitə daxili və xarici investisiyanın səfərbərliyə alınmasından, onun düzgün
istiqamətləndirilməsindən bilavasitə asılıdır. nvestisiya milli iqtisadiyyatın inkişafının
mühüm maliyyə mənbəyidir. Bu mənbə hesabına nəinki, ancaq istehsal inkişaf etdirilir,
eyni zamanda iqtisadiyyatın strukturunda ciddi sosial yönümlü dəyişikliklərin baş
verməsinə səbəb olur. Nəzərə alsaq ki, ümumiyyətlə investisiya anlayışları, məna etibarilə
mənfəət almaq məqsədilə həm ölkə daxilində, həm də xaricində tətbiq olunan maliyyə
resursudur, onda, istər-istəməz onun iqtisadiyyatın bütün sahələri üzrə tətbiq olunması
meyli meydana gəlir. nvestisiya milli iqtisadiyyatın demək olar ki, bütün sahələrinə,
xüsusən həm hasil, həm emal sahəsinə, eləcə də xidmət sferasına tətbiqi onun uzun və
qısamüddətli xarakter daşımasına səbəb olur. Bu baxımdan tətbiq olunan investisiya
resursları əgər qiymətli kağızların alınmasına yönəldilirsə, o, maliyyə resursu formasını
alır. Əgər sənayeyə, kənd təsərrüfatına, tikintiyə, təhsilə və s. sahələrə kapital qoyuluşu
kimi tətbiq edilirsə o, real investisiya formasını almış olur. Ona görə də milli iqtisadiyyata
tətbiq olunan maliyyə və real investisiyaları bir-birindən fərqləndirmək lazımdır. Maliyyə
investisiyaları səhmlərə, istiqrazlara və başqa qiymətli kağızlara kapital qoyuluşudur. Belə
şə
raitdə yalnız transfert əməliyyatları baş verir. Real investisiyalar kapitalın hər hansı
iqtisadi sahəyə və ya müəssisəyə qoyuluşudur ki, bunun nəticəsində də yeni kapitalın
yaranmasına, yaxud da ki, mövcud kapitalın artmasına səbəb olar. Məsələn: binalar,
avadanlıqlar, istehsal vasitələri, əmtəə materialları artımı baş verir.
nvestisiya resursları istehsal vasitələri istehsalını son istehlakçıya çatdırdıqda istifadə
olunan maşınları və avadanlıqları, fabrik-zavod, anbar, nəqliyyat vasitələrini və satış
şə
bəkələrini əhatə edir. Bu istehsal vasitələrinin istehsalı və yığımı prosesi investisiya
qoyuluşunu əks etdirir. nvestisiya resursları istehlak olunan resurslardan onunla fərqlənir
ki, əgər birinci şəraitdə istehlak mallarının istehsalına olan tələbat dolayı yolla ödənilirsə,
ikinci şəraitdə bu proses birbaşa həyata keçirilir. Belə şəraitdə həm kapitalın, həm də
sərvətin artımı prosesi baş verir. nvestisiya olunan kapital resursları əgər milli gəlirin
artırılmasına səbəb olursa, digər tərəfdən gəlirlərin artırılması ilə əhalinin sərəncamına
keçən gəlirlərin payı artmış olar ki, bu da sərvət formasında mövcud olur. Deməli, faktiki
olaraq öz məzmununa görə investisiyaların maliyyə və real formasından asılı olmayaraq,
onlar birbaşa milli sərvətin artırılmasına kömək edən kapitalı ifadə edir. Burada kapital
resursu hərəkətdə olan və daima maşınların, avadanlıqların, digər istehsal vasitələrinin
alınmasına və bütövlükdə istehsal və xidmətlərin görülməsinin təşkili ilə bağlı sərf
olunmuş pul resursları nəzərdə tutulur.
Yalnız real fəaliyyətdə olan pul resursları iqtisadi resurs formasını almış olur və
özlüyündə o, gələcəyə ayrılan perspektivdə daha çox istehlak etmək imkanı yaradan resurs
kimi formalaşır. Göründüyü kimi investisiya tətbiq olunması formasından asılı olmayaraq
cəmiyyətin real kapitalının artırılmasına, yəni istehsal vasitələrinin genişləndirilməsinə və
onun infrastrukturunun möhkəmlənməsinə imkan yaradır.
Milli iqtisadiyyatın formalaşmasında və inkişafında daxili və xarici investisiyalar
mühüm struktur yaradan funksiyalar yerinə yetirir. Milli iqtisadiyyatın istər sahə
strukturunun, istərsə də texnoloji və təkrar istehsal strukturunun inkişafı onun hansı
sahələrinə vəsait qoyuluşunun tətbiqindən asılıdır. Bəlli olduğu kimi xüsusi təyinatlı
investisiyalar əsasən gəlir əldə etmək məqsədi daşıyır. Deməli milli iqtisadiyyatın hər
hansı bir sahəsinin mənfəətlilik səviyyəsilə həmin sahənin və ya bölmənin investisiya
üstünlüyünün səviyyəsini müəyyənləşdirir. Bu baxımdan sahənin və ya hər hansı iqtisadi
bölmənin mənfəətlilik səviyyəsi tətbiq olunacaq investisiyaların üstünlüyünü müəyyən
mühüm strukturyaradıcı meyarıdı. Ona görə də milli iqtisadiyyatın inkişafında tətbiq
olunan investisiyaların tə'yinatından asılı olaraq onlar müxtəlif mənfəətlilik səviyyəsinə
malik olurlar. Belə ki, dövlət və qeyri-dövlət mənbələrindən tətbiq olunan investisiyalar
hər şeydən əvvəl öz sürət dövriyyəsinə görə və mənfəətlilik səviyyəsinə görə fərqlənəcək-
dir. Ona görə də investisiyaların qeyri-dövlət mənbələri hər şeydən əvvəl kapitalın sürətli
dövriyyəsilə seçilən yüksək rentabelli sahələrdir. Məhz bu amil daxili və xarici
investisiyaların həcminə təsir göstərir. qtisadiyyatın aşağı rentabelli sahələrinə bir qayda
olaraq investisiyalar xüsusən də xarici investisiyaların tətbiq olunması həyata keçirilmir.
Lakin buna baxmayaraq investisiyaların tətbiqi və onların həddi milli mənafelərin reallaş-
ması ilə uzlaşmamalıdır. Belə ki, həddindən artıq investisiyaların qoyulaşu inflyasiya
prosesinin güclənməsinə və iqtisadiyyatın həddindən artıq gərginliyə düçar olmasına səbəb
olur. Digər tərəfdən isə lazım olduğundan az investisiya qoyuluşu isə deflyasiyaya gətirib
çıxarır. Bunu nəzərə alaraq milli iqtisadiyatın inkişafı və formalaşması ilə əlaqədar həyata
keçirilən iqtisadi siyasət tətbiq olunacaq investisiyaların həm xarici, həm də daxili
mənbələr hesabına optimal həcmini müəyyənləşdirməlidir. Belə şəraitdə dövlət tərəfindən
tətbiq olunan vergi dərəcələri, dövlət məsrəfləri, pul-kredit və büdcə-vergi sahəsində
həyata keçirilən tədbirlərin səmərəli strategiyası ilə milli iqtisadiyatın miqyası
tənzimlənməlidir.
Dostları ilə paylaş: |