mühafizəsi, həmçinin təbii sərvət kimi torpağın mühafizəsi, vətəndaşlar və hüquqi şəxslər
tərəfindən torpaq sahəsinin təsərrüfat istismarının əsas hüquqi titulu kimi torpaqdan
istifadə hüququ təşkil edir. Beləliklə, torpağın hüquqi rejimi, kənd təsərrüfatında əsas
istehsal vasitəsi və ümumi əmək predmeti olaraq torpağın səmərəli istifadəsinin təmin
olunmasına yönəlmiş qaydalar, torpaqdan istifadə hüququ və torpağın hüquqi mühafizəsi,
torpaq fondunun dövlət idarəedilməsi, torpağa münasibətdə müstəsna dövlət mülkiyyəti
hüququnun obyekti kimi mümkün və lazımi davranış qaydalarının müəyyən olunmuş
hüquqi normaları kimi təyin olunur. Hazırda qüvvədə olan torpaq qanunvericiliyinin,
həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin təhlili göstərir ki, torpağın
hüquqi rejiminin göstərilən əsas struktur elementləri formasına görə islahatlardan sonrakı
dövrdə olan torpaqların hüquqi rejiminin də mahiyyətini təşkil edir. Belə ki, Torpaq
Məcəlləsinin 10-cu maddəsinə görə, torpaqların hüquqi rejimi – torpaqların istifadəsinin,
mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma,
su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən
edilmiş qaydaların məcmusu kimi təsbit edilmiş və müəyyən torpaq kateqoriyasına aid
edilmiş torpaq sahələrinin hamısına şamil edildiyi göstərilmişdir. Qüvvədə olan torpaq
qanunvericiliyinə əsasən belə bir nəticəyə gəlmək olar ki, torpaqların hüquqi rejimi
ölkənin müvafiq ərazisində yaşayan xalqların həyat və fəaliyyətinin əsası olan,
Konstitusiya ilə təyin olunmuş mühüm sosial-iqtisadi funksiyanı yerinə yetirən təbii
ehtiyat kimi, torpaq ehtiyatlarının dövlət idarəedilməsi və torpağın hüquqi mühafizəsi
obyektinə, torpaq sahələrinə mülkiyyət hüququnun və digər hüquqların obyektinə torpağa
münasibətdə hüquq normaları ilə müəyyən olunmuş mümkün və zəruri davranışdır. 120
Torpaqların hüquqi rejimi anlayışı yalnız, Azərbaycan Respublikasının bütün torpaqlarına
münasibətdə deyil, həmçinin torpaqların ayrı-ayrı kateqoriyaları və növlərinə münasibətdə
də tətbiq olunur. Belə ki, torpaqların hüquqi rejiminin ümumi elementləri torpaq
sahələrindən istifadənin ödənişli olması, mülkiyyət hüququnun formalarının
(subyektlərinin) müxtəlifliyidir. Torpaqların ayrı-ayrı kateqoriyalarının və növlərinin
hüquqi rejiminin xüsusiyyəti bu və ya digər torpağın özəlləşdirilməsinin qadağan
olunmasından, torpaqların müəyyən növləri və kateqoriyaları üçün vergi güzəştlərinin
təyin olunmasından, mühafizənin xüsusi hüquqi üsullarının və s. müəyyən olunmasından
ibarət ola bilər. Torpaqların hüquqi rejiminin özünəməxsusluğu hər şeydən əvvəl, onların
məqsədli təyinatına görə ayrılmış, müvafiq kateqoriyalara məxsusluğu ilə təyin olunur.
Azərbaycan Respublikasının bütün torpaqlarının müxtəlif kateqoriyalara bölünməsinin
ə
sasında onların əsas məqsədli təyinatı prinsipi durur. Bu prinsip, torpağın əsas fəaliyyət
sahəsində, hər şeydən öncə əsas istehsal sahəsində iqtisadi fəaliyyətindəki fərqin torpaq
hüququnda əks olunmasıdır. Qeyd etdiyimiz kimi, torpaq iki əsas funksiyaya malikdir:
a) əməliyyat (ərazi, məkan) bazisi (insan fəaliyyətinin göstəricisi olan istehsal və
digər obyektlərin yerləşməsi yeri) kimi o, əmək və digər sosial-iqtisadi fəaliyyət növlərinin
ümumi şərti olaraq xidmət edir;
b) istehsal vasitəsi (istehsalat gücü);
Azərbaycan Respublikasında bütün torpaqlar iki hissəyə bölünür:
1) istifadə olunan (bu və ya digər funksiyanı yerinə yetirən torpaqlar);
2) istifadə olunmayan (bu torpaqlar qanunvericilikdə ehtiyat torpaqları adlanır).
stifadə olunan torpaqlar göstərilən funksiyalardan birini yerinə yetirir. Məhsuldar qüvvə
kimi istifadə olunan torpaqlar, həmin funksiyanı necə yerinə yetirilməsindən asılı olaraq
da bir-birindən fərqlənə bilərlər. Belə ki, kənd təsərrüfatında və meşə təsərrüfatında
torpağın məhsuldarlıq qabiliyyətindən istifadə olunur ki, bu da torpaqların müvafiq
kateqoriların hüquqi rejimində müəyyən ümumilik yaradır. Bu daha çox özünü meşə
təsərrüfatının meşəbərpaetmə sahəsində göstərir, belə ki, bu sahə kənd təsərrüfatı kimi
torpağın becərilməsi, onun gübrələnməsi, əkin və ya səpin, suvarma və s. ilə bağlıdır.
Lakin digər tərəfdən, meşə fondu torpaqlarının əsas hissəsinin fəaliyyətində elə çizgilər
mövcuddur ki, bu onları hüquqi rejiminə görə kənd təsərrüfatında istifadə olunan
torpaqlardan fərqləndirir. Əməliyyat bazisi kimi istifadə olunan torpaqların hüquqi rejimi
istehsal vasitəsi kimi istifadə olunan torpaqların hüquqi rejimindən xeyli fərqlənir. Orada
torpağın istifadəsi haqqında normalar azdır. Lakin, əməliyyat bazisi kimi istifadə olunan
torpaqlar müxtəlif cinslidir və vahid kateqoriya əmələ gətirmir. Ümumi funksiyanın yerinə
yetirilməsi çərçivəsində onlar, bu torpaqların müxtəlif kateqoriyalara bölünməsi və onların
hüquqi rejiminin müxtəlifliyini şərtləndirən konkret məqsədli təyinata malik ola bilərlər.
Qüvvədə olan qanunvericilik torpaqların aşağıdakı kateqoriyalarını nəzərdə tutur
(Torpaq Məcəlləsi, maddə 9):
1) kənd təsərrüfatı təyinatlı torpaqlar;
2) yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin)
torpaqları;
3) sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; 121
4) xüsusi qorunan ərazilərin torpaqları;
5) meşə fondu torpaqları;.
6) su fondu torpaqları;
7) ehtiyat fondu torpaqları. Qanunvericiliyə görə torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Torpaq Məcəlləsində təsbit olunmuş torpaq kateqoriyaları aşağıdakı hallarda
göstərilir:
1) xüsusi mühafizə olunan ərazilərin və digər təyinatlı torpaqların istifadəsinin xüsusi
hüquqi rejiminin müəyyən olunması və ya torpaq sahələrinin təqdim olunması (verilməsi)
haqqında icra hakimiyyəti orqanlarının qətnamələrində və yerli özünü idarəetmə
orqanlarının qərarlarında;
2) torpağa hüquqları təsdiq edən şəhadətnamələrdə, müqavilələrdə və digər
sənədlərdə;
3) dövlət torpaq kadastrı sənədlərində;
4) torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı sənədlərində.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq, torpaqların həmin
Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən olunmuş qaydaların pozulması ilə
bir kateqoriyadan digərinə keçirilməsi aşağıdakılara əsas verir:
a) icra hakimiyyəti orqanlarının və yerli özünü idarəetmə orqanlarının sənədlərinin,
həmçinin onların əsasında torpaq sahələri ilə bağlanmış əqdlərin etibarsız sayılmasına;
b) torpağa hüquqların dövlət qeydiyyatından imtina edilməsinə.
Hazırda qüvvədə olan Torpaq Məcəlləsində əvvəllər bizim qanunvericilikdə məlum
olmayan, torpaqların hüquqi rejiminin elementlərindən biri kimi araşdırıla bilən, torpaq
sahələrinin icazəli istifadəsi anlayışı özünə yer almışdır. Qanunvericiliyə görə torpaq
sahəsinin icazəli istifadəsi, torpaq sahəsinin məqsədli təyinatı, müəyyən olunmuş
Dostları ilə paylaş: |