39
NZIBATI HÜQUQ ELMININ SISTEMI
nzibati hüquq elmi - elm sahəsi kimi öz sisteminə malikdir. nzibati-hüquq elmin
sistemini təşkil edən hissələrin məcmusu da onun məzmununu təşkil edir. nzibati hüquq
elminin sistemi inzibati-hüquqi institutlar arasındakı daxili əlaqələr əsasında təşkil edilir.
Lakin inzibati hüquq elminin sistemi inzibati hüququn sistemi ilə üst-üstə düşmür. nzibati
hüququn sistemi ilə müqayisədə inzibati hüquq elminin sistemi daha geniş suallar dairəsini
ə
hatə edir. Bu, onunla izah olunur ki, inzibati hüquq elmi təkcə inzibati-hüquq normalarını
tədqiq etmir, o, həm də digər nəzəri problemləri də tədqiq edir.
Ali hüquq tədris müəssisələrində öyrənilən ″inzibati hüquq elmi″ və ″elmi kurs″un
sistemi - ″inzibati hüququn″ və ″inzibati hüquq elminin″ sistemlərini nəzərə alaraq təşkil
edilir. Bununla yanaşı ″inzibati hüquq kursunun sistemi″ özünəməxsus xüsusiyyətlərə də
malikdir. Bu, onunla bağlıdır ki, bu kursun sistemi təşkil edilərkən tədris materialları elə
yerləşdirilməlidir ki, onu müvəffəqiyyətlə mənimsənilməsinə yardım etsin. Kursun sistemi
təşkil edilərkən çox vaxt onun tədris edildiyi ali tədris müəssisəsinin ixtisası nəzərə alınır.
″
nzibati hüquq″un kursu əsasən üç hissədən ibarətdir.
nzibati-hüquqi nizamasalma predmetinə, nizama salma mexanizminə, fiziki, hüquqi
və vəzifəli şəxslərin inzibati-hüquqi statusuna və başqa suallarla birlikdə kursun birinci
(ümumi) hissəsini təşkil edirlər.
darəetmənin sahələrində və bölmələrində ictimai münasibətlərin, inzibati-hüquqi
nizama salınmasına aid olan suallar kursunun ikinci (xüsusi) hissəsini təşkil edirlər.
nzibati-yurisdiksiya fəaliyyətinə aid olan suallar kursun üçüncü hissəsini təşkil
edirlər.
″
nzibati hüquq kursu″n sistemini təşkil edən hər bir hissə öz daxili strukturuna
malikdir.
nzibati hüquq elmi - elmin digər sahələri ilə bağlıdır. nzibati hüquq elmi daha çox
idarəetmə elmi ilə bağlıdır. darəetmə elmi sosial idarəetmə sahəsində təşkilati və digər
münasibətləri tədqiq edir, daha effektivli idarəetmə forma və metodlarını işləyib hazırlayır.
darəetmə elmi kompleks xarakteri daşıyır və onda ictimai elmlərin, kibernetikanın, sosial
psixologiyanın, hüquqi və digər elmlərin əsasları öz əkslərini tapırlar. darəetmə elminin
nəzəri əsasları inzibati hüquq nəzəriyyəsinin metodoloci əsası kimi xidmət edir. Bununla
yanaşı idarəetmə elmi inzibati hüquq elminin bir çox əsaslarından istifadə edir.
nzibati hüquq elmi hüquq elminin bir çox sahələri ilə də bağlıdır: dövlət və hüquq
nəzəriyyəsi, dövlət və hüquq tarixi, konstitusiya hüququ və s. hüquq sahələri üçün
başlanğıc, ümumi kimi hesab edilən nəzəri əsaslar öz əkslərini tapdığı üçün onların
öyrənilməsi inzibati hüquq elmi üçün də zəruri hesab edilir.
nzibati hüquq elmi bəzi qarışıq məsələlərin həll edilməsi üzrə hüquq elminin digər
sahələri ilə də, yəni mülki hüquq, maliyyə hüququ, cinayət hüququ, cinayət-prosessual
hüququ, mülki-prosessual hüquq, əmək hüququ və s. hüquq sahələri ilə də qarşılıqlı surətdə
bağlıdır.
NZIBATI HÜQUQ ELMININ INKIŞAFI
nzibati hüquq elmi hüquq elmi bir çox inkişaf mərhələlərindən keçmişdir.
Azərbaycan Respublikası keçmiş Sovetlər ttifaqının tərkibində olduğu müddətdə,
yəni 70 il müddətində ″ nzibati hüquq″un inkişafı Sovet ttifaqı mərhələsini keçmiş və onun
40
bu mərhələdəki inkişafını birmənalı qiymətləndirmək olmaz. ″ nzibati hüquq″un bu
mərhələdəki inkişafını bir tərəfdən marksizm-leninizm ideologiyasının, kommunist partiyası
ideologiyasının aparıcısı kimi qiymətləndirmək olar. Digər tərəfdən isə, Sovetlər ttifaqı
dövrünün ″inzibatçı″larının ümumi səyi ilə dövlət idarəetmə aparatlarının təşkili və fəaliyyət
göstərmələrinin bir çox aspektləri, inzibati-hüquqi nizamasalmanın mexanizmi işlənib
hazırlanmışdır. nzibati prosesin, inzibati aktların, inzibati yurisdiksiyanın nəzəri əsasları
işlənib hazırlanmışdır.
″
nzibati hüquq elmi″nin müasir dövrünün inkişafı keçmiş Sovetlər ttifaqının
dağılması və Sovetlər ttifaqına daxil olan Respublikaların, o cümlədən də Azərbaycan
Respublikasının müstəqillik qazandığı dövrdən başladı. Bu dövrdə ″ nzibati hüquq″ elmi öz
inkişafının növbəti mərhələsini keçir. Digər tərəfdən isə bu dövrdə inzibati hüquq elminin
inkişafının qarşısında bir çox aktual sualların həlli ilə bağlı olan yeni elmi tədqiqatların
aparılması problemi durur. Ən nəhayət, müasir dövrldə ″ nzibati hüquq″ elminin ikişafının
qarşısında inzibati-hüquqi nizamasalma mexanizminin təkmilləşdirilməsi, idarəetmə
sisteminin yaxşılaşdırılması, inzibati qanunvericiliyin təzələnməsi, hüquqtətbiqetmənin
effektivliyinin
yüksəldilməsi,
qanunçuluğun,
hüquq
qaydasının
və
intizamın
möhkəmləndirilməsi və s. kimi vəzifələr durur.
N Ə T C Ə
Mühazirəmizi yekunlaşdıraraq qeyd etmək istərdim ki, bu günkü mühazirəmizin
mövzusunun planına daxil edilmiş sualların açıqlanması vasitəsi ilə əldə etdiyimiz hüquqi
biliklər həm nəzəri, həm də təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edir.
Bugünkü mühazirəmizin mövzusunun açıqlanması vasitəsi ilə birinci növbədə inzibati
hüququn anlayışı və predmeti barədə nəzəri biliklər əldə etmiş olduq.
Mühazirəmizin ikinci sualının açıqlanması vasitəsi ilə inzibati hüququn sistemi,
prinsipləri, metodları və funksiyaları barədə nəzəri biliklər ələd etmiş olduq.
Mühazirəmizin üçüncü sualının açıqlanması vasitəsilə inzibati hüququn mənbələrinin
anlayışı və onların növləri barədə nəzəri biliklər əldə etmiş olduq.
Ə
n nəhayət, mühazirəmizin dördüncü sualının açıqlanması vasitəsi ilə inzibati hüquq
elminin predmeti, sistemi, vəzifələri və onun inkişafı barədə nəzəri biliklər əldə etmiş olduq.
Mühazirəmizi yekunlaşdıraraq qeyd etmək istərdim ki, mühazirəmizin mövzusunun
mahiyyəti ondan ibarətdir ki, ″ nzibati hüquq″ fənni vasitəsi ilə dövlət hakimiyyətinin
nisbətən müstəqil qollarından biri olan icra hakimiyyətinin təşkili, onun həyata keçirilməsi
prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətlər öyrənilir.
Bu günkü mühazirəmizin mövzusunun açıqlanması vasitəsi ilə əldə etdiyimiz hüquqi
biliklərin həm nəzəri, həm də təcrübi cəhətdən əhəmiyyəti ondan ibarətdir ki, onların əldə
edilməsi və gündəlik fəaliyyətdə onların rəhbər tutulması ilə Azərbaycan Respublikası
Prezidentinin 09 avqust 1994-cü il tarixli ″Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi
tədbirləri haqqında″ və 22 fevral 1998-ci il tarixli ″ nsan və vətəndaş hüuqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında″ Fərmanlarından irəli gələn
tələblərin yerinə yetirilməsinə nail olmuş olarıq.