41
Mövzu №
3: ″″″″
nzibati- hüquqi normaları″″″″
P L A N :
G R Ş
1.
nzibati hüquq normaların anlayışı və quruluşu.
2.
nzibati hüquq normaların növləri və onların xarakteristikası.
3.
nzibati hüquq normaların həyata keçirilməsi formaları (üsulları) və onların
xarakteristikası.
NƏ
T CƏ
Ə
D Ə B Y Y A T:
1.
Azərbaycan Respublikasının Konstitusiyası.
2.
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsi.
3.
″ nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22 fevral 1998-ci il.
4.
″Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının
möhkəmləndirilməsi tədbirləri haqqında″ Azərbaycan Respublikası Prezidentinin
Fərmanı. 09 avqust 1994-cü il.
5.
A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
6.
E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
7.
V. Abışov, A. smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ 1 hissə. Dərs vəsaiti. Bakı,
2007.
8.
″ nzibati hüquq″(sxemlərdə). Dərs vəsaiti. Azərbaycan Respublikası D N-nin Polis
Akademiyası. Bakı, 2002.
9.
E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000.
10.
D.N.Baxrax. ″Administrativnoe pravo Rossii″. Dərslik. M., 2000.
G R Ş
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Beynəlxalq Dövlətlər
Birliyinin tam hüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin
üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün
inkişaf yolu seçmişdir.
Məlum olduğu kimi hüquqi islahatların, demokratikləşmə, humanistləşmə
proseslərinin və ümumiyyətlə, hər bir dünyəvi, sivil dövlətin ali məqsədi – insan
hüquqlarının və azadlıqlarının təmin edilməsidir.
nsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin ideologiya və mədəniyyətlərin
mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyəti birləşdirən və onları
insaniləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan
hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir.
Son illərdə Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu
yolunda inamla addımlaması, 2001-ci ilin yanvarında Avropa Şurasına tam hüquqlu üzv
kimi qəbul olması və Avropa hüquq zonası ilə birləşməsi Azərbaycan Respublikasında insan
hüquqlarının və azadlıqlarının təmin edilməsinə tam zəmanət yaratmışdır.
42
12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk milli
Konstitusiyamızın 24-27-ci maddələri ilə müəyyən edilmiş insan və vətəndaş hüquqlarının
və azadlıqlarının təmin edilməsində inzibati-hüquqi normaların da rolu az deyildir. Bu
nöqteyi-nəzərdən mühazirənin mövzusu olan ″ nzibati-hüquqi normalar″ həm nəzəri, həm də
təcrübi cəhətdən böyük əhəmiyyəti vardır.
Mövzunun mahiyyəti ondan ibarətdir ki, planına daxil edilmiş sualların açıqlanması
vasitəsi ilə birinci növbədə inzibati hüquq norması, onun quruluşunu təşkil edən elementlər
və onların növləri, ikinci növbədə inzibati-hüquqi normaların növləri və onların hüquqi
xarakteristikası və üçüncü növbədə isə inzibati hüquq normaların həyata keçirilməsi
formaları və onların növləri barədə nəzəri bilikləri öyrənmiş olacağıq.
Sual 1.
nzibati hüquq normaların anlayış
ı və
quruluş
u
nzibati hüquq sahəsini təşkil edən hüquq normalarının təhlili nəticəsində bu hüquq
sahəsinin mahiyyəti, onun sosial təyinatı və ictimai münasibətlərin inzibati-hüquqi
tənzimlənməsinin özünəməxsusluğa malik olması ilə Azərbaycan Respublikasının hüquq
sistemində onun yeri müəyyən olunur.
Hüquq norması öz hüquqi təyinatına görə müəyyən davranış qaydasıdır ki, ona əməl
olunması müxtəlif növ təşkilati, izahedici və stimullaşdırıcı vasitələrlə təmin olunur. Ona
riayət etməyənlərə qarşı isə hüquqi məcburetmə tədbirləri tətbiq olunur (intizam, inzibati və
cinayət məsuliyyəti).
Belə keyfiyyətlər bütünlüklə inzibati hüquq normalara da aiddir.
Dövlət idarəetməsi və icra hakimiyyəti mexanizminin fəaliyyət göstərdiyi sahədə
yaranan ictimai münasibətlərdən başqa, inzibati hüquq normaları dövlət hakimiyyəti,
məhkəmə və prokurorluq orqanlarında dövlət qulluğu ilə əlaqədar yaranan münasibətləri,
həmçinin də idarəetmə xarakterli təşkilatdaxili münasibətləri də tənzimləyir.
nzibati hüquq normaları, həmçinin də ictimai təşkilatların ixtiyarına verilmiş dövlət
idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri də
tənzimləyir.
nzibati hüquq normaların qarşısında aşağıdakı vəzifələr durur:
1.
dövlət idarəetmə sisteminin müxtəlif elementlərinin tənzimlənməsi;
2.
idarəedən və idarəolunan sistemlər arasında yaranan daha məqsədəuyğun və elmi
cəhətdən əsaslandırılmış qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi;
3.
idarəetmənin müxtəlif sahələrində dövlət orqanlarının idarə, müəssisə, təşkilat və
vətəndaşlarla qarşılıqlı əlaqələrini və idarəetmənin müxtəlif sahələrində əlaqələrin
tənzimlənməsi.
nzibati hüquq sahəsinin normaları onun predmetini təşkil edən ictimai münasibətləri
tənzimləyir.
Yuxarıda qeyd olunanlar inzibati hüquq normasına anlayış verməyə imkan verir.
nzibati hüquq norması - dövlət idarəetməsi və icra hakimiyyəti mexanizminin
fəaliyyəti sahəsində yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri tənzimləmə
məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş davranış qaydasıdır.
nzibati hüquq norması digər hüquq sahələrinin normaları kimi öz quruluşuna
malikdir.