Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə23/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   19   20   21   22   23   24   25   26   ...   244

 

45 


 

¢  alternativ  sanksiyalarda  tənbehin  (cəzanın)  bir  neçə  növü  göstərilib  (məs.:  XM, 

mad.  296  -  ″Xırda  xuliqanlıq″,  ″...şərti  maliyyə  vahidi  məbləğinin on  beş  mislindən  iyirmi 

beş  mislinədək  miqdarda  cərimə  edilir,  işin  hallarına  görə  pozuntu  törədənin  şəxsiyyəti 

nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati 

həbs tətbiq olunur″. 

nzibati  hüquq  sanksiyalar  sisteminin  xüsusiyyəti  -  onun  çox  zəngin  inzibati  təsir 

vasitələri ehtiyatına, sanksiyaların növ müxtəlifliyinə malik olması, həmçinin də orqanların 

və  vəzifəli  şəxslərin  daha  məqsədəuyğun  və  effektli  hesab  etdikləri  təsir  tədbirlərinin 

tətbiqinə qəbul edilmiş hədlərə qədər imkan verilməsini nəzərdə tutur. 

Hüquq  norması  özünün  bilavasitə  tənzimləyici  funksiyasını  (vəzifəsini)  onun  bütün 

struktur  elementləri  olduğu  halda  yerinə  yetirə  bilər.  Əgər  normativ-hüquqi  aktların 

maddələrini  təhlil  etsək,  biz  heç  də  həmişə  hüquq  normasının  hər  üç  elementini  görə 

bilmərik.  Belə  ki,  Azərbaycan  Respublikası  Konstitusiyasının  maddələrində,  bir  qayda 

olaraq, hipoteza və dispozisiya olur, sanksiya isə ifadə olunmur. Cinayət qanunvericiliyinin 

bir  sıra  maddələrində  hipoteza  və  sanksiya  tam  həcmdə  yazılır,  dispozisiya  isə  ümumi 

qaydada ifadə olunur. Bu onu göstərir ki, hüquq norması və normativ-hüquqi aktın maddəsi 

üst-üstə düşmür. 

Hüquq  normasının  elementləri  (hipoteza,  dispozisiya,  sanksiya)  faktiki  olaraq, 

müxtəlif  normativ-hüquqi  aktların  maddələrində  ola  bilər.  Bu,  normaların  eyni  olmayan 

formalara  və  ifadə  üsullarına  malik  olması  ilə  izah  olunur.  Lakin  bu  halda  da  onlar  öz 

məntiqi quruluşlarını itirmirlər. 

 Normativ-hüquqi  aktın  maddəsi  dedikdə  -  hüquq  normasının  ifadə  forması  (üsulu) 

başa düşülür. 

Normativ-hüquqi  aktların  maddələrində  hüquq  normalarının  aşağıdakı  ifadə  üsulları 

mövcuddur: 

¢  birbaşa ifadə üsulu (maddədə hər üç element mövcuddur); 

¢  göndərici ifadə üsulu; 

¢  blanket ifadə üsulu. 

Yuxarıda  göstərilənlərdən  belə  nəticəyə  gəlmək  olar  ki,  hüquq  norması  qanunun 

maddəsi ilə eyni deyil. Hüquq norması məntiqi cəhətdən tamamlanmış davranış qaydasıdır, 

qanunun maddəsi isə onun ifadə formasıdır. 

nzibati  hüquq  normalarında  inzibati  hüququn  tənzimləyici  rolu  aşağıdakı  hallarda 

özünü göstərir: 

a)  inzibati  hüquq  normaları  icra  hakimiyyətinin  bütün  sisteminin  və  onun  ayrı-ayrı 

hissələrinin təşkili və fəaliyyətini tənzimləmə xarakteri daşıyır; 

b)  inzibati  hüquq  normaları  dövlətin  mənafeyinə  uyğun  olan  və  dövlət  idarəetmə 

sahəsində  bilavasitə  fəaliyyət  göstərən  bütün  təşkilatların  və  şəxslərin  davranış  qaydalarını 

(variantlarını)  müəyyən  edir  (məs.:  şəhər  (rayon)  icra  hakimiyyəti).  Lazımi  hesab  edilən 

hərəkəti  nəzərdə  tutur,  yəni  hansı  hərəkətləri  etmək  olar,  hansı  hərəkətlərə  icazə  verilir, 

hansılardan çəkinmək lazımdır, hansıları qadağan edir, hansıları etmək vacibdir (sərəncam). 

Davranışa olan idarəçilik təsiri burada açıq şəkildə özünü əks etdirir; 

c)  inzibati  hüquq  normaları  dövlət  idarəetmə  sahəsində  fəaliyyət  göstərərək,  icra 

hakimiyyəti  mexanizminin  konstitusion  təyinatının  səmərəli  həyata  keçirilməsi  təminatı 

məqsədini daşıyır, yəni Azərbaycan Respublikasının qanunlarına riayət olunması və onların 



 

46 


 

icrasının  həyata  keçirilməsi.  Bununla  da  onlar  vahid  dövlət  hakimiyyətinin  icraedici 

istiqamətinin mahiyyətini ifadə edirlər; 

ç)  inzibati  hüquq  normaları  dövlət  idarəetmə  sahəsində  lazımi  sayılan  davranışın 

sərhədini müəyyən edir, dövlət intizamının və qanunçuluq reciminin möhkəmləndirilməsinə 

xidmət edirlər. 

 

  nzibati-hüquqi  tənzimləmə  mexanizmi  dedikdə  -  dövlətin  məqsəd  və  vəzifələrinə 



müvafiq olaraq dövlət idarəetmə sistemində icra hakimiyyətinin həyata keçirilməsi sahəsində 

yaranan, dəyişən və xitam olunan ictimai münasibətlərə təsir edən inzibati-hüquqi vasitələr 

sistemi başa düşülür. 

Ümumi anlayışdan nəticə çıxarmaq olar ki, inzibati-hüquqi tənzimləmənin məzmunu 

aşağıdakılardan ibarətdir: 

¢  idarəetmə sahəsində daha məqsədəuyğun münasibətlərin təsis edilməsi və qaydaya 

salınması; 

¢  hüquqla tənzimlənən idarəetmə münasibətlərinin mühafizəsi; 

¢  cəmiyyətin  obyektiv  inkişaf  qanunlarının  tələblərinə  uyğun  olan  yeni  ictimai 

münasibətlərin yaradılması və inkişafı; 

¢  müasir şəraitə uyğun gəlməyən ictimai münasibətlərin dövlət idarəetmə sahəsindən 

sıxışdırılması (çıxarılması). 

  nzibati-hüquqi  tənzimləmənin  mahiyyəti  -  idarəetmə  münasibətlərinin  qaydaya 

salınmasından,  inzibati  hüquq  normaların  köməyi  ilə  bu  münasibətlərin  iştirakçılarının 

hüquq və vəzifələrinin təyin edilməsindən ibarətdir. 

nzibati-hüquqi tənzimləmə mexanizminin elementləri aşağıdakılardır: 

1.

  nzibati hüquq normaları. 



2.

  nzibati hüquq normaların izahedici aktları. 

3.

  nzibati hüquq normaların tətbiqetmə aktları. 



4.

  nzibati hüquq münasibətləri. 

nzibati  hüquq  normaların  ümumi  xarakteristikasında  onların  bəzi  xüsusiyyətlərinin 

nəzərə çatdırılması ehtiyacı duyulur. Hər şeydən əvvəl, hüquq icraetmə (hüquq tətbiqetmə) 

və hüquq təyinetmə (hüquqyaradıcılığı) arasındakı qarşılıqlı nisbət diqqətəlayiqdir. 

stənilən hüquqi norma hüquqyaradıcılığı aktıdır və inzibati hüquq normalar da burada 

istisna  deyil.  cra  hakimiyyətinin  müvafiq  subyektlərinə  qüvvədə  olan  qanunvericiliklə 

hüquq normalarının müstəqil müəyyən edilməsi üzrə səlahiyyətlər verilmişdir. 

nzibati  hüququn  məzmununa  Azərbaycan  Respublikasının  bütün  hüquq  sisteminin 

ə

sasını təşkil edən qanunların tələblərinin konkret şəraitlərə tətbiq edilməsindən ibarət olan 



fəaliyyət  xasdır.  Buna  görə  də  inzibati  hüquq  normaları  idarəetmə  xarakterli  ictimai 

münasibətlərin  tənzimləyicisi  kimi  dövlət  idarəetmə  sahəsində  hüquqtətbiqetmənin  əsas 

hüquqi formalarından biri kimi xarakterizə oluna bilər. Deməli, bu normalar öz məzmununda 

ikili hüquqi yük″ daşıyır - hüquqyaradan və hüquqtətbiqedən. 



nzibati  hüquq  normaların  bu  növləri  arasında  sıx  qarşılıqlı  əlaqə  var  burada 

hüquqyaratma  forması  öz  mahiyyətinə  görə  hüquqtətbiqetmə  (icraetmə)  məqsədi  daşıyır. 

Bunu da o fakt təsdiq edir ki, icra hakimiyyəti subyektlərinin normativ aktları qüvvədə olan 

qanunvericiliyə uyğun olaraq qanunların icrası məqsədi ilə qəbul edilir. 

Göstərilən  vəziyyət  icra  hakimiyyətinin  müvafiq  subyektlərinin  səlahiyyətlərinin  və 

inzibati-hüquqi normaların ümumi səciyyəsi üçün münasibdir.   




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə