49
təşkilatların və şəxslərin davranışına müstəqil hüquqi qiymət vermək üzrə və lazımi hallarda
inzibati məcburetmə xarakterli tədbirləri tətbiq etmək üzrə müvafiq idarəetmə orqanlarına
mənsub olan səlahiyyətlər (məs.: inzibati xətalar haqqında işlərin baxılması) müəyyən edilir.
Deməli, inzibati-yurisdiksiya normalarında ″hüquq mühafizəetmə″ əlaməti üzə çıxır.
Lakin idarəetmə fəaliyyəti yalnız yurisdiksiya ilə bitmir. Dövlət idarəetməsi
prosesində geniş istifadə olunan idarəetmə qərarlarının hazırlanması və qəbul edilmiş
qərarların qeydiyyatı, icazəvermə və digər funksiyaların da əhəmiyyəti böyükdür. Bu həm də
prosessual hərəkətlərdir.
Bu əlamətə görə gündəlik idarəetmə fəaliyyətinin bir çox istiqamətlərini qaydaya
salan, hər şeydən əvvəl isə idarəetmə aparatının praktiki işini tənzimləyən inzibati prosessual
normaları xüsusi qrupa inzibati prosedur normalarına ayırmaq olar. Buna misal olaraq,
iclasların reqlamentini tənzimləyən, onların iş planlarının formalaşmasının əsasını müəyyən
edən, qərarların hazırlanması və qəbulu, qəbul edilmiş qərarların qeydiyyata alınmasını
müəyyən edən normalar. nzibati hüquq normalarının hüquqi məzmunundan və ya
təyinatının xarakterindən asılı olaraq təsnifatı böyük əhəmiyyətə malikdir.
2. nzibati hüquq normaların hüquqi məzmununun xarakterinə görə aşağıdakı növləri
var:
¢ məcburedici normalar, hər hansı hərəkətlərin görülməsi vəzifəsini müəyyən edir
(məcbur edir) (məs: XM, mad. 427.1: ″ nzibati xəta haqqında iş üzrə qərar onun
baxılmasından dərhal sonra elan olunur″);
¢ qadağanedici normalar, müəyyən hərəkətləri qadağan edir (məs.: XM, mad. 69: -
″
Xırda talama″, mad. 296: - ″Xırda xuliqanlıq″);
¢ səlahiyyətverici normalar, müəyyən hərəkətlərin görülməsi üçün səlahiyyət verir
(məs.: XM, mad.21: - ″... hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta
törətmiş... şəxsi inzibati məsuliyyətdən azad edə bilər...″);
¢ həvəsləndirici normalar, müvafiq maddi və mənəvi təsir vasitələri ilə idarəetmə
münasibətlərinin iştirakçılarının davranışı tənzimlənir.
¢ məsləhətverici normalar, bu elə normalardır ki, onlar müxtəlif hərəkətlərin
görülməsini məsləhət edir.
3. Zamanda təsirinə görə inzibati hüquq normaları aşağıdakı növlərə bölünürlər:
¢ müddətli normalar, bu elə normalardır ki, onların qüvvədə olma müddəti
mövcuddur (məs.: Fövqəladə vəziyyət tətbiq edilməsi barədə Azərbaycan Respublikası
prezidentinin Fərmanı fövqəladə vəziyyət aradan qaldırıldıqdan sonra qüvvədən düşmüş
hesab olunur);
¢ müddətsiz normalar, bu elə normalardır ki, onlar daim qüvvədədirlər (məs.: Yol
hərəkəti qaydaları), yəni bunların qüvvədən düşməsi və yaxud dəyişdirilməsi üçün xüsusi bir
normativ akt qəbul edilməlidir.
4. Məkanda təsirinə görə inzibati hüquq normaları aşağıdakı növlərə bölünurlər:
¢ ümumdövlət normaları (məs. Azərbaycan Respub-likasının XM);
¢ muxtariyyət normaları (məs: Naxçıvan MR Nazir-lər Kabinetinin qəbul etdiyi
qərarlar);
¢ yerli normalar (məs.: Bakı şəhər icra hakimiyyəti başçısının qərarı);
¢ lokal normalar (məs.: Milli Aviasiya Akademiyası rektopunun əmri);
¢ xüsusi normalar (məs.: təbii fəlakət baş vermiş ərazinin miqyasında qüvvədə olan
normalar).
50
5. Fiziki şəxslərə təsirinə görə inzibati hüquq normaları aşağıdakı növlərə
bölünürlər:
¢ bütün vətəndaşlara şamil edilən normalar (məs.: pasport sisteminin qaydaları);
¢ vətəndaşların ayrı-ayrı kateqoriyalarına şamil edilən normalar (hərbi qulluqçular,
müdavimlər, həkimlər və s.).
Bu növ normalardan başqa inzibati qanunvericilikdə xüsusiləşdirilmiş normalar da
mövcuddur.
Tənzimləyici və mühafizəedici normalardan fərqli olaraq, onlar əlavə xarakter
daşıyırlar və məzmunca özlərində müəyyən davranış qaydasını müəyyən etmirlər.
6. Xüsusiləşdirilmiş normaların aşağıdakı növləri mövcuddur:
¢ təsbitedici normalar, ümumiləşdirilmiş şəkildə tənzimlənən münasibətlərin
müəyyən elementlərini ifadə edirlər (məs.: XM, mad. 32: - ″ nzibati tənbeh tətbiq etmənin
ümumi qaydası; mad. 34, 35: - ″Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar″ və s.);
¢ definitiv normalar, hüquqi anlayış və kateqoriyaların elmi ifadə olunmuş təriflərini
ə
ks etdirirlər (məs.: XM, mad.12: - ″ nzibati xəta anlayışı″; mad.13: - ″ nzibati xətanın
qəsdən törədilməsi″ və s.);
¢ prinsip normalar, müəyyən prinsip və vəzifələri əks etdirirlər (məs.: XM, 4-cü
mad. - ″Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri″; mad.
362: - ″ nzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri″).
Bundan başqa, bir çox inzibati-hüquqi normalar yalnız orqan, vəzifəli şəxs, idarə,
müəssisə, təşkilatların fəaliyyətini tənzimləyir. Nazirliklərin verdiyi aktlar əksər hallarda
yalnız bu nazirlik daxilində qüvvədə olur. Bununla belə bir sıra nazirliklər və dövlət
komitələri tərəfindən qoyulan qaydalar sahələrarası xarakter daşıyır və müxtəlif idarə,
müəssisə və təşkilatlar tərəfindən, onların tabeçiliyindən asılı olmayaraq, əməl olunması
məcburidir.
nzibat hüquq normaların qanuni qüvvəyə minməsi qaydası Azərbaycan
Respublikasının ″Normativ-hüquqi aktlar haqqında″ 14 yanvar 2000-ci il tarixli Qanununda
öz əksini tapmışdır.
Bu Qanunda normativ-hüquqi aktların qüvvəyə minməsi qaydaları göstərilmişdir:
dərc edildiyi gündən;
imzalandığı gündən;
aktın özündə göstərildiyi gündən.
Onların qüvvəyə minmə müddəti, həmçinin də onların icraçılara çatdırıldığı gün ola
bilər.
nzibati hüquq normaların müxtəlifliyi onların sistemləşdirilməsi problemini qarşıya
qoyur.
nzibati hüquq Azərbaycan Respublikası hüquq sisteminin ən çox
sistemləşdirilməmişsahələrindən biridir.
Çox hallarda onun dəqiq sistemləşdirilməsi nəzərə çarpmır. Bununla belə, digər hüquq
sahələri ilə müqayisədə inzibati hüquq sürətli inkişafı ilə seçilir (daimi dəyişiklikləri,
yenidənqurma, modifikasiyası ilə). Keçmiş SSR -nin dağılmasından sonra Azərbaycan
Respublikasında faktiki olaraq inzibati hüququn yeni sistemi yaradılmağa başlandı.
Azərbaycan Respublikasının yeni Konstitusiyası belə növ işlərin aparılması üçün möhkəm
hüquqi baza yaradaraq, icra hakimiyyəti mexanizminin təşkil edilməsi və işləməsi məsələləri
üzrə stabil qanunvericiliyin formalaşdırılması, bəzi köhnəlmiş və ziddiyyətli olan bir çox
qüvvədə olan inzibati-hüquqi normaların tənzimlənməsi məsələlərini də qaydaya salır.