Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə21/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   17   18   19   20   21   22   23   24   ...   244

 

41 


 

 

Mövzu  3: ″″″″ nzibati- hüquqi normaları″″″″ 

 

P L A N : 

G R Ş 

1.

  nzibati hüquq normaların anlayışı və quruluşu. 



2.

  nzibati hüquq normaların növləri və onların xarakteristikası. 

3.

  nzibati  hüquq  normaların  həyata  keçirilməsi  formaları  (üsulları)  və  onların 



xarakteristikası. 

NƏT CƏ 

Ə

 D Ə B   Y Y A T: 

 

1.

  Azərbaycan Respublikasının Konstitusiyası. 



2.

  Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsi. 

3.

  ″ nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər 



haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22 fevral 1998-ci il. 

4.

  ″Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və  hüquq  qaydasının 



möhkəmləndirilməsi  tədbirləri  haqqında″  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanı. 09 avqust 1994-cü il. 

5.

  A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 



6.

   E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 

7.

  V. Abışov, A.  smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″  1 hissə. Dərs vəsaiti. Bakı, 



2007.      

8.

  ″ nzibati  hüquq″(sxemlərdə).  Dərs  vəsaiti.  Azərbaycan    Respublikası  D N-nin  Polis 



Akademiyası. Bakı, 2002. 

9.

  E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000. 



10.

  D.N.Baxrax.  ″Administrativnoe pravo Rossii″. Dərslik.   M., 2000. 

 

 

G   R   Ş 



Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Beynəlxalq Dövlətlər 

Birliyinin  tam  hüquqlu  üzvü  kimi  əsrlərin  sınağından  çıxmış  ümumbəşəri  dəyərlərin 

üstünlüyünü  qəbul  edərək  demokratik,  hüquqi  və  dünyəvi  dövlət  quruculuğunu  özünün 

inkişaf yolu seçmişdir. 

Məlum  olduğu  kimi  hüquqi  islahatların,  demokratikləşmə,  humanistləşmə 

proseslərinin  və  ümumiyyətlə,  hər  bir  dünyəvi,  sivil  dövlətin  ali  məqsədi  –  insan 

hüquqlarının və azadlıqlarının təmin edilməsidir. 

nsan  hüquqları  müxtəlif iqtisadi və siyasi  sistemlərin ideologiya  və  mədəniyyətlərin 

mövcud  olduğu  müasir  dünyamızda  insanları  və  cəmiyyəti  birləşdirən  və  onları 

insaniləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan 

hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir. 

Son illərdə Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu 

yolunda  inamla  addımlaması,  2001-ci  ilin  yanvarında  Avropa  Şurasına  tam  hüquqlu  üzv 

kimi qəbul olması və Avropa hüquq zonası ilə birləşməsi Azərbaycan Respublikasında insan 

hüquqlarının və azadlıqlarının təmin edilməsinə tam zəmanət yaratmışdır. 



 

42 


 

12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk milli 

Konstitusiyamızın  24-27-ci  maddələri  ilə  müəyyən  edilmiş  insan  və  vətəndaş  hüquqlarının 

və  azadlıqlarının  təmin  edilməsində  inzibati-hüquqi  normaların  da  rolu  az  deyildir.  Bu 

nöqteyi-nəzərdən mühazirənin mövzusu olan ″ nzibati-hüquqi normalar″ həm nəzəri, həm də 

təcrübi cəhətdən böyük əhəmiyyəti vardır. 

Mövzunun mahiyyəti ondan ibarətdir ki,  planına daxil edilmiş sualların açıqlanması 

vasitəsi ilə birinci növbədə inzibati hüquq norması, onun quruluşunu təşkil edən elementlər 

və  onların  növləri,  ikinci  növbədə  inzibati-hüquqi  normaların  növləri  və  onların  hüquqi 

xarakteristikası  və  üçüncü  növbədə  isə  inzibati  hüquq  normaların  həyata  keçirilməsi 

formaları və onların növləri barədə nəzəri bilikləri öyrənmiş olacağıq. 

 

Sual 1. 



nzibati hüquq normaların anlayışı və quruluş

nzibati  hüquq  sahəsini  təşkil  edən  hüquq  normalarının  təhlili  nəticəsində  bu  hüquq 

sahəsinin  mahiyyəti,  onun  sosial  təyinatı  və  ictimai  münasibətlərin  inzibati-hüquqi 

tənzimlənməsinin  özünəməxsusluğa  malik  olması  ilə  Azərbaycan  Respublikasının  hüquq 

sistemində onun yeri müəyyən olunur. 

Hüquq norması öz hüquqi təyinatına görə müəyyən davranış qaydasıdır ki, ona əməl 

olunması  müxtəlif  növ  təşkilati,  izahedici  və  stimullaşdırıcı  vasitələrlə  təmin  olunur.  Ona 

riayət etməyənlərə qarşı isə hüquqi məcburetmə tədbirləri tətbiq olunur (intizam, inzibati və 

cinayət məsuliyyəti). 

Belə keyfiyyətlər bütünlüklə inzibati hüquq normalara da aiddir. 

Dövlət  idarəetməsi  və  icra  hakimiyyəti  mexanizminin  fəaliyyət  göstərdiyi  sahədə 

yaranan  ictimai  münasibətlərdən  başqa,  inzibati  hüquq  normaları  dövlət  hakimiyyəti, 

məhkəmə  və  prokurorluq  orqanlarında  dövlət  qulluğu  ilə  əlaqədar  yaranan  münasibətləri, 

həmçinin də idarəetmə xarakterli təşkilatdaxili münasibətləri də tənzimləyir. 

nzibati  hüquq  normaları,  həmçinin  də  ictimai  təşkilatların  ixtiyarına  verilmiş  dövlət 

idarəetmə  funksiyalarının  həyata  keçirilməsi  ilə  bağlı  yaranan  ictimai  münasibətləri  də 

tənzimləyir. 

nzibati hüquq normaların qarşısında aşağıdakı vəzifələr durur: 

1.

 dövlət idarəetmə sisteminin müxtəlif elementlərinin tənzimlənməsi; 



2.

 idarəedən  və  idarəolunan  sistemlər  arasında  yaranan  daha  məqsədəuyğun  və  elmi 

cəhətdən əsaslandırılmış qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi; 

3.

 idarəetmənin  müxtəlif  sahələrində  dövlət  orqanlarının  idarə,  müəssisə,  təşkilat  və 



vətəndaşlarla  qarşılıqlı  əlaqələrini  və  idarəetmənin  müxtəlif  sahələrində  əlaqələrin 

tənzimlənməsi. 

nzibati hüquq sahəsinin normaları onun predmetini təşkil edən ictimai münasibətləri 

tənzimləyir. 

Yuxarıda qeyd olunanlar inzibati hüquq normasına anlayış verməyə imkan verir. 

 

  nzibati  hüquq  norması  -  dövlət  idarəetməsi  və  icra  hakimiyyəti  mexanizminin 



fəaliyyəti  sahəsində  yaranan,  dəyişən  və  xitam  olunan  ictimai  münasibətləri  tənzimləmə 

məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş davranış qaydasıdır. 

 

nzibati  hüquq  norması  digər  hüquq  sahələrinin  normaları  kimi  öz  quruluşuna 



malikdir.  


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə