Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə20/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   16   17   18   19   20   21   22   23   ...   244

 

39 


 

 

NZIBATI  HÜQUQ  ELMININ  SISTEMI 



nzibati  hüquq  elmi  -  elm  sahəsi  kimi  öz  sisteminə  malikdir.  nzibati-hüquq  elmin 

sistemini  təşkil  edən  hissələrin  məcmusu  da  onun  məzmununu  təşkil  edir.  nzibati  hüquq 

elminin  sistemi  inzibati-hüquqi  institutlar  arasındakı  daxili  əlaqələr  əsasında  təşkil  edilir. 

Lakin inzibati hüquq elminin sistemi inzibati hüququn sistemi ilə üst-üstə düşmür.  nzibati 

hüququn sistemi ilə müqayisədə inzibati hüquq elminin sistemi daha geniş suallar dairəsini 

ə

hatə edir. Bu, onunla izah olunur ki, inzibati hüquq elmi təkcə inzibati-hüquq normalarını 



tədqiq etmir, o, həm də digər nəzəri problemləri də tədqiq edir. 

Ali  hüquq  tədris  müəssisələrində  öyrənilən  ″inzibati  hüquq  elmi″  və  ″elmi  kurs″un 

sistemi  -  ″inzibati  hüququn″  və  ″inzibati  hüquq  elminin″  sistemlərini  nəzərə  alaraq  təşkil 

edilir.  Bununla  yanaşı  ″inzibati  hüquq  kursunun  sistemi″  özünəməxsus  xüsusiyyətlərə  də 

malikdir.  Bu,  onunla  bağlıdır  ki,  bu  kursun  sistemi  təşkil  edilərkən  tədris  materialları  elə 

yerləşdirilməlidir  ki,  onu  müvəffəqiyyətlə  mənimsənilməsinə  yardım  etsin.  Kursun  sistemi 

təşkil edilərkən çox vaxt onun tədris edildiyi ali tədris müəssisəsinin ixtisası nəzərə alınır. 

nzibati hüquq″un kursu əsasən üç hissədən ibarətdir. 



nzibati-hüquqi  nizamasalma  predmetinə,  nizama  salma  mexanizminə,  fiziki,  hüquqi 

və  vəzifəli  şəxslərin  inzibati-hüquqi  statusuna  və  başqa  suallarla  birlikdə  kursun  birinci 

(ümumi) hissəsini təşkil edirlər. 

darəetmənin  sahələrində  və  bölmələrində  ictimai  münasibətlərin,  inzibati-hüquqi 

nizama salınmasına aid olan suallar kursunun ikinci (xüsusi) hissəsini təşkil edirlər. 

nzibati-yurisdiksiya  fəaliyyətinə  aid  olan  suallar  kursun  üçüncü  hissəsini  təşkil 

edirlər. 

nzibati  hüquq  kursu″n  sistemini  təşkil  edən  hər  bir  hissə  öz  daxili  strukturuna 



malikdir. 

nzibati  hüquq  elmi  -  elmin  digər  sahələri  ilə bağlıdır.  nzibati  hüquq elmi  daha  çox 

idarəetmə  elmi  ilə  bağlıdır.  darəetmə  elmi  sosial  idarəetmə  sahəsində  təşkilati  və  digər 

münasibətləri tədqiq edir, daha effektivli idarəetmə forma və metodlarını işləyib hazırlayır. 

darəetmə  elmi  kompleks  xarakteri  daşıyır  və  onda  ictimai  elmlərin,  kibernetikanın,  sosial 

psixologiyanın,  hüquqi  və  digər  elmlərin  əsasları  öz  əkslərini  tapırlar.  darəetmə  elminin 

nəzəri  əsasları  inzibati  hüquq  nəzəriyyəsinin  metodoloci  əsası  kimi  xidmət  edir.  Bununla 

yanaşı idarəetmə elmi inzibati hüquq elminin bir çox əsaslarından istifadə edir. 

nzibati  hüquq  elmi  hüquq  elminin  bir  çox  sahələri  ilə  də  bağlıdır:  dövlət  və  hüquq 

nəzəriyyəsi,  dövlət  və  hüquq  tarixi,  konstitusiya  hüququ        və  s.  hüquq  sahələri  üçün 

başlanğıc,  ümumi  kimi  hesab  edilən  nəzəri  əsaslar  öz  əkslərini  tapdığı  üçün  onların 

öyrənilməsi inzibati hüquq elmi üçün də zəruri hesab edilir. 

nzibati  hüquq  elmi  bəzi  qarışıq  məsələlərin  həll  edilməsi  üzrə  hüquq  elminin  digər 

sahələri  ilə  də,  yəni  mülki  hüquq,  maliyyə  hüququ,  cinayət  hüququ,  cinayət-prosessual 

hüququ, mülki-prosessual hüquq, əmək hüququ    və s. hüquq sahələri ilə də qarşılıqlı surətdə 

bağlıdır. 

 

NZIBATI  HÜQUQ  ELMININ  INKIŞAFI 



nzibati hüquq elmi hüquq elmi bir çox inkişaf mərhələlərindən keçmişdir. 

Azərbaycan  Respublikası  keçmiş  Sovetlər  ttifaqının  tərkibində  olduğu  müddətdə, 

yəni 70 il müddətində ″ nzibati hüquq″un inkişafı Sovet  ttifaqı mərhələsini keçmiş və onun 



 

40 


 

bu  mərhələdəki  inkişafını  birmənalı  qiymətləndirmək  olmaz.  ″ nzibati  hüquq″un  bu 

mərhələdəki inkişafını bir tərəfdən marksizm-leninizm ideologiyasının, kommunist partiyası 

ideologiyasının  aparıcısı  kimi  qiymətləndirmək  olar.  Digər  tərəfdən  isə,  Sovetlər  ttifaqı 

dövrünün ″inzibatçı″larının ümumi səyi ilə dövlət idarəetmə aparatlarının təşkili və fəaliyyət 

göstərmələrinin  bir  çox  aspektləri,  inzibati-hüquqi  nizamasalmanın  mexanizmi  işlənib 

hazırlanmışdır.  nzibati  prosesin,  inzibati  aktların,  inzibati  yurisdiksiyanın  nəzəri    əsasları 

işlənib hazırlanmışdır. 

nzibati  hüquq  elmi″nin  müasir  dövrünün  inkişafı  keçmiş  Sovetlər  ttifaqının 



dağılması  və  Sovetlər  ttifaqına  daxil  olan  Respublikaların,  o  cümlədən  də  Azərbaycan 

Respublikasının müstəqillik qazandığı dövrdən başladı. Bu dövrdə ″ nzibati hüquq″ elmi öz 

inkişafının  növbəti  mərhələsini  keçir.  Digər  tərəfdən  isə  bu  dövrdə  inzibati  hüquq  elminin 

inkişafının  qarşısında  bir  çox  aktual  sualların  həlli  ilə  bağlı  olan  yeni  elmi  tədqiqatların 

aparılması  problemi  durur.  Ən nəhayət,  müasir  dövrldə  ″ nzibati  hüquq″  elminin ikişafının 

qarşısında  inzibati-hüquqi  nizamasalma  mexanizminin  təkmilləşdirilməsi,  idarəetmə 

sisteminin  yaxşılaşdırılması,  inzibati  qanunvericiliyin  təzələnməsi,  hüquqtətbiqetmənin 

effektivliyinin 

yüksəldilməsi, 

qanunçuluğun, 

hüquq 

qaydasının 



və 

intizamın 

möhkəmləndirilməsi və s. kimi vəzifələr durur. 

 

N Ə T   C Ə 



 

Mühazirəmizi  yekunlaşdıraraq  qeyd  etmək  istərdim  ki,  bu  günkü  mühazirəmizin 

mövzusunun  planına  daxil  edilmiş  sualların  açıqlanması  vasitəsi  ilə  əldə  etdiyimiz  hüquqi 

biliklər həm nəzəri, həm də təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edir. 

Bugünkü mühazirəmizin mövzusunun açıqlanması vasitəsi ilə birinci növbədə inzibati 

hüququn anlayışı və predmeti barədə nəzəri biliklər əldə etmiş olduq. 

Mühazirəmizin  ikinci  sualının  açıqlanması  vasitəsi  ilə  inzibati  hüququn  sistemi, 

prinsipləri, metodları və funksiyaları barədə nəzəri biliklər ələd etmiş olduq. 

Mühazirəmizin üçüncü sualının açıqlanması vasitəsilə  inzibati hüququn mənbələrinin 

anlayışı və onların növləri barədə nəzəri biliklər əldə etmiş olduq. 

Ə

n nəhayət, mühazirəmizin dördüncü sualının açıqlanması vasitəsi ilə inzibati hüquq 



elminin predmeti, sistemi, vəzifələri və onun inkişafı barədə nəzəri biliklər əldə etmiş olduq. 

Mühazirəmizi  yekunlaşdıraraq  qeyd  etmək  istərdim  ki,  mühazirəmizin  mövzusunun 

mahiyyəti  ondan  ibarətdir  ki,  ″ nzibati  hüquq″  fənni  vasitəsi  ilə  dövlət  hakimiyyətinin 

nisbətən  müstəqil  qollarından biri  olan  icra  hakimiyyətinin təşkili,  onun həyata  keçirilməsi 

prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətlər öyrənilir.  

Bu günkü mühazirəmizin mövzusunun açıqlanması vasitəsi ilə əldə etdiyimiz hüquqi 

biliklərin  həm  nəzəri,  həm  də  təcrübi  cəhətdən  əhəmiyyəti  ondan  ibarətdir  ki,  onların  əldə 

edilməsi  və  gündəlik  fəaliyyətdə  onların  rəhbər  tutulması  ilə  Azərbaycan  Respublikası 

Prezidentinin 09 avqust 1994-cü il tarixli ″Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi 

tədbirləri  haqqında″  və  22  fevral  1998-ci  il  tarixli  ″ nsan  və  vətəndaş  hüuqlarının  və 

azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər  haqqında″  Fərmanlarından  irəli  gələn 

tələblərin yerinə yetirilməsinə nail olmuş olarıq. 

 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə