Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə19/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   15   16   17   18   19   20   21   22   ...   244

 

37 


 

nzibati hüquq elminin predmeti, sistemi, vəzifələri və onun inkişafı 

 

             nzibati  hüquq  elmi  hüquq  elmləri  sisteminin  sahələrindən  biridir.  nzibati  hüquq 



elmi  -  hüquq  elmləri  sisteminin  sahələrindən  biri  kimi  müxtəlif  subyektlərin  hərəkətlərini 

nizama  saldığı  halda,  inzibati-hüquqi  normaları  öyrənir,  təhlil  edir,  sistemləşdirir,  onların 

dövlət idarəetmə sistemində rolunu müəyyən edir. Bu sahədəki elmi tədqiqlərin yekunları öz 

ə

ksini  inzibati-hüquqi  normalarda  yox,  elmi  nəticələrdə,  təsnifatlarda,  şərhlərdə,  fikirlərdə 



tapır. Elmi nailiyyətlərin realizə formaları isə elmi məruzələrdən, məqalələrdən, kitablardan 

ibarətdir. 

nzibati hüquq elminin məzmunu - inzibati hüquq sahəsi və onun predmetinin nizama 

salınması haqqında elmi baxışların və anlayışların, biliklərin və nəzəri əsasların sistemindən 

ibarətdir. 

nzibati  hüquq  elminin  predmeti  -  dövlət  idarəetmə  (icra,  icraedici  -  sərəncamverici, 

inzibati fəaliyyət), sahəsində yaranan ictimai münasibətlərin və həmin münasibətləri nizama 

salan  inzibati-hüquq  normaların  tədqiq  edilməsindən,  inzibati-hüquqi  normaların  realizəsi 

təcrübəsinin  təhlil  edilməsindən,  ictimai  münasibətlərin  inzibati-hüquqi  nizamlanmasının 

ümumi və səciyyəvi qanunauyğunluqların öyrənilməsindən ibarətdir. 

nzibati hüquq elmi əsasən aşağıdakı əsas müddəaları tədqiq edir: 

  dövlət  idarəetmə sahəsində vətəndaşların (fiziki şəxslərin) hüquqi vəziyyətini; 

  dövlət idarəetmə orqanlarının hüquqi vəziyyətini; 

  dövlət idarəetmə sahəsində qeyri-hökumət təşkilatların hüquqi vəziyyətini; 

  dövlət və ictimai  qulluqçuların inzibati-hüquqi statusunu; 

  dövlət idarəetməsinin forma və metodlarını; 

  dövlət idarəetmə sahəsində qanunçuluğun və intizamın təmin edilməsi üsullarını; 

  inzibati prosesi;  

  ümumi, sahəvi və ərazilərarası idarəetməni nizama salmasını; 

  inzibati-yurisdiksiya fəaliyyətini. 

Elmi  tədqiqlərin  nəticələri  idarəetmənin  bütün  sahələrində  inzibati-hüquqi 

nizamasalmanın  effektivliyinin  yüksəldilməsinə  və  inzibati-hüquqi  normaların  tətbiq 

edilməsi  təcrübəsinin  təkmilləşdirlməsinə  istiqamətləndirilmiş  tövsiyələrin  və  fikirlərin 

işlənib  hazırlanmasından  ibarətdir.  nzibati  hüquq  elmi  istifadə  etdiyi  elmi  anlayışların  və 

kateqoriyaların  işlənib  hazırlanmasına  xidmət  edir.  Bütün  bu  prosesdə  inzibati  hüquq  elmi 

dövlət 


idarəetmə 

mexanizminin 

və 

inzibati-hüquqi 



nizamasalmanın 

daha 


təkmilləşdirilməsinə  və  inkişafına  fəal  təsir  göstərir.  Bununla  da  inzibati  hüquq  elmi 

cəmiyyətin  və  dövlətin  qarşısında  duran  vəzifələrin  yerinə  yetirilməsində  öz  xidmətini 

göstərir.  

nzibati  hüquq  elminin  nəzəri  əsaslarını  -  fəlsəfi    və  ümumsosioloci  elmlər,  sosial 

idarəetmə  nəzəriyyəsinin,  ümumhüquq  nəzəriyyəsi  və  sosiologiyanın  əsasları  təşkil  edir. 

nzibati  hüquq  sahəsində  elmi  tədqiqlər  üçün  dövlətin  icraedici  fəaliyyətinin  təşkili  və 

təkmilləşdirilməsi,  bu  fəaliyyətin  hüquqi  cəhətdən  təmin  edilməsi  məsələləri  üzrə  qərarlar 

böyük əhəmiyyət kəsb edir. 

nzibati hüququn problemlərinin elmi tədqiqi üçün qüvvədə olan qanunvericilik böyük 

ə

həmiyyət kəsb edir. Bunlara aşağıdakı kimi normativ-hüquqi aktları aid etmək olar: 



  Azərbaycan Respublikasının Konsitusiyasını; 

  Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını; 




 

38 


 

  Referendum yolu ilə qəbul olunmuş qanunları; 

  Azərbaycan Respublikasının qanunlarını; 

  Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları; 

  yerli tapmış icra hakimiyyətinin aktları. 

nzibati-hüquqi  tədqiqlərin  nəzəri  əsasını  respublikamızın  və  xarici  ölkələrin 

hüquqşünaslarının elmi əsərləri, məqalələri və mühazirələri təşkil edir. 

nzibati  hüququn  nəzəri  problemlərini  həll  etmək  üçün  dövlət  idarəetmə  orqanların 

təşkili  və  fəaliyyəti  idarəetmənin  sisteminin  və  strukturunun  təkmilləşdirilməsi  üzrə 

tədbirlərin, inzibati hüquqtətbiqetmə təcrübəsinin və s. öyrənilməsi xüsusən əsas əhəmiyyət 

kəsb edir. 

nzibati  hüquq  elminin  metodoloci  əsaslarını  elmi  tədqiqlərin  tarixi,  müqayisəli-

hüquqi, məntiqi və sosioloci üsullar təşkil edir.  

 

NZIBATI  HÜQUQ  ELMININ  VƏZIFƏLƏRI 



  nzibati hüquq elminin əsas vəzifələri aşağıdakılardır: 

  inzibati  hüquqi  normaları,  onlara  müvafiq  ictimai  münasibətləri,  onların 

keyfiyyətlərini, sosial proseslərə təsir göstərmələrini və onların realizəsinin xüsusiyyətlərinin 

öyrənilməsi və aşkar edilməsi; 

  inzibati-hüquqi  təzahürlərin  elmi  tədqiqi,  onların  dinamikası,  keçmişin 

öyrənilməsini və onların inkişaf proseslərinin aşkar edilməsi; 

  inzibati hüquq elminin əsas vəzifələrindən biri də gələcəyə nəzər salmaqdır, yəni 

dövlət aparatının strukturunun və inzibati-hüquqi nizamasalma sisteminin təkmilləşdirilməsi 

üzrə  tövsiyyələrin  hazırlanmasından  ibarətdir.  Bu  günkü  gündə  vətəndaşların  hüquqlarının 

realizəsi  və  qorunması,  bazar  münasibətlərinin  inzibati-hüquqi  tənzimlənməsi  və  sair 

problemlərin həll edilməsi üzrə tövsiyələrin işlənib hazırlanması; 

  inzibati  hüquq  elmi  inzibati-hüquqi  təzahürlərlə  bağlı  olan  daha  əhəmiyyətli 

ə

lamətləri, onların fəaliyyət prinsiplərini aşkar etməyə xidmət edir. 



 

NZIBATI  HÜQUQ  ELMININ  FUNKSIYALARI 

nzibati hüquq elminin funksiyaları aşağıdakılardır: 

 nəzəri funksiya; 

 tətbiqi funksiya; 

 tərbiyəvi funksiya. 

Nəzəri  funksiyanın  məzmunu  -  hüquq  elmlərinin  və  sosial  idarəetmənin  ümumi 

nəzəriyyəsinin inkişaf etməsinə köməklik göstərməkdən ibarətdir. 

Tətbiqi  funksiyanın  məzmunu  -  dövlət  aparatının  fəaliyyətinin  hüquqi  nizama 

salınmasının  təkmilləşdirilməsi  üzrə  tövsiyyələrin  hazırlanmasından,  inzibati-hüquqi 

təzahürlərin 

öyrənilməsi 

üçün 

lazımi 


şə

raitin 


yaradılmasından 

(dərsliklərin, 

monoqrafiyaların,  məqalələrin,  mühazirələrin  və  s.)  hazırlanmasından)  və  hüquqi  biliklərin 

təbliğ edilməsindən ibarətdir. 

Tərbiyəvi funksiyanın məzmunu - sosial proseslərin dövlət idarə edilməsinin, inzibati-

hüquqi  normların  realizəsinin  zəruriliyinin  və  onların  realizəsinin  pozulmasına  qarşı 

dözülməzliyindən, vətəndaşlar və qulluqçular tərəfindən başa düşülməsindən və bunun üçün 

onlarda  lazımi  vərdişlərin,  yanaşmaların,  davranış  prinsiplərinin  inkişaf  etdirilməsinə 

köməklik göstərməkdən ibarətdir. 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə