Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə27/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   23   24   25   26   27   28   29   30   ...   244

 

53 


 

nzibati  hüquq  normaların  tətbiqi  dövləti  xarakter  daşıdığı  üçün  tətbiq  etmənin 

subyekti yalnız ″hüquqtətbiqetmə″ səlahiyyətinə malik olan səlahiyyətli orqanlar və vəzifəli 

şə

xslər ola bilərlər. 



 

nzibati  hüquq  normaların  tətbiq  edilməsinə  qoyulan  əsas  tələblər  qanunilikdən, 

məqsədyönlükdən, əsaslılıqdan və hüquqtətbiqetmə fəaliyyətinin elmi təşkilindən ibarətdir. 

Qanunçuluq. Səlahiyyətli orqanlar və vəzifəli şəxslər idarəetmə işini həll edən zaman 

inzibati  hüquq  normaları  yalnız  onlara  verilmiş  səlahiyyətlər  çərçivəsində  və  ya  onun 

mənasına  uyğun  surətdə  tətbiq  edə  bilərlər.  Qanunçuluq,  normaların  ciddi  prosessual 

qaydada tətbiq olunmasına riayət edilməsini tələb edir. Bu da hüquqi normanın dəqiq həyata 

keçirilməsini  təmin  edir.  Qanunçuluq  prinsipi  səlahiyyətli  orqan  və  vəzifəli  şəxslərin  tək 

hüquqları  deyil,  həm  də  onlar  tərəfindən  inzibati  hüquq  normaların  tətbiq  edilməsi 

vəzifələrini özündə birləşdirir. Qanunla norma orqana aid edilərsə və bu norma həmin orqan 

tərəfindən  tətbiq  edilməzsə,  bu,  qanunçuluğun  pozulması  olacaqdır.  Məs.:  sosial  təminat 

orqanının  ona  pensiya  almaq  üçün  bütün  sənədləri  təqdim  etmiş  vətəndaşa  pensiya 

verməkdən boyun qaçırması. 

Ə

saslılıq. Əsaslılıq tələbi inzibati hüquq normanın tətbiqinin faktiki əsasına yönəlib. 

Hüquqtətbiqedəni  istənilən  faktlar  yox,  yalnız  o  faktlar,  hadisələr  və  hərəkətlər 

maraqlandırmalıdır  ki,  onlar  üçün  inzibati  hüquq  normalar  qəbul  olunmuşdur.  Normanın 

tətbiq  edilməsinin  əsaslılığı  normanın  həm  hadisənin  özü,  həm  də  yaranmış  xarici  şərait 

barəsində düzgün informasiya əsasında tətbiq edilməsindən ibarətdir. 

Ə

saslılıq  tələbi  məcbur  edir  ki,  hüquqtətbiqedən  işin  bütün  hallarını  və  yaranmış 



vəziyyətin hərtərəfli yoxlanıl-masından sonra qərar qəbul etsin. 

Qeyri-hüquqi  və  şübhəli  faktlar  işin  həll  edilməsinin  əsası  sayıla  bilməz  və  onlar 

nəzərə  alınmamalıdır.  Əsaslılıq  tələbi  qanunçuluqla  sıx  əlaqədardır.  Bu  əlaqə,  hər  şeydən 

ə

vvəl,  onunla  ifadə  olunur  ki,  iş  üzrə  hüquqtətbiqetmə  aktı  faktların  hərtərəfli  və  tam 



təhqiqatı əsasında qəbul olsun, bu qanunçuluğun mütləq tələbidir.  nzibati hüquq normanın 

tətbiqetmə aktı o vaxt qanuni olar ki, o, əsaslandırılmış olsun. 



Məqsədəuyğunluq.  Hüquqtətbiqedən  normanın  mənasını  (məqsədini)  və  işin  faktiki 

hallarını  araşdırdıqdan  sonra  iş  üzrə  daha  məqsədəuyğun  qərar  qəbul  etməlidir.  nzibati 

hüquq  normada  məqsədəuyğunluq  konkret  şəraitdə,  normada  göstərilən  məqsədə  optimal 

qaydaya  nail  olmaq  deməkdir.  Deməli,  burada  söhbət  qanunçuluq  çərçivəsində,  qanunla 

müəyyən  edilmiş  məqsədəuyğunluq  haqqında  gedir.  Məqsədəuyğunluq  o  deməkdir  ki, 

hüquqtətbiqedən  konkret  şəraiti,  yaranan  vəziyyətin  özünəməxsusluğunu,  yerini  və  vaxtını 

maksimum surətdə nəzərə almalıdır və bu onun vəzifə borcudur. 

Hüquqtətbiqetmə fəaliyyətinin elmi təşkili. Hər hansı ictimai faydalı fəaliyyət kimi  

hüquqtətbiqetmə  də elmi  cəhətdən təşkil olunmalıdır.  Bu  tələbin  mahiyyəti ondan ibarətdir 

ki,  hüquqtətbiqetmə  prosesi  zamanı,  onun  həyata  keçirilməsində  maksimal  effektivliyə  az 

qüvvə və vasitələrin sərf olunması ilə nail olunsun. 

Hüquqtətbiqetmənin elmi təşkili özündə aşağıdakı elementləri birləşdirir: 

¢  tədbirlərdə  (əməliyyatlarda)  müxtəlif  sistemlər  tətbiq  edən  subyektlər  arasında 

hüquqtətbiqetmə üzrə fəaliyyətin məqsədəuyğun bölüşdürülməsi; 

¢  bir  sistemin  hüquq  normalarını  tətbiq  edən  subyektlər  arasında  hüquqtətbiqetmə 

səlahiyyətlərinin optimal bölüşdürülməsi; 

¢  normaların tətbiq edilmə prosesinin təkmilləşdirilməsi; 

¢  bu prosesdə qabaqcıl təcrübə və müasir elmi-texniki vasitələrin istifadəsi. 



 

54 


 

Hüquqtətbiqetmə  prosesinin  elmi  təşkilində  idarəetmə  aparatı    işçilərinin  hüquqi, 

ümumi,  peşəkar  və  hüquqi  mədəniyyətlərinin  yüksəldilməsi  böyük  əhəmiyyət  kəsb  edir. 

Onlar  qanunçuluğun  əsaslarını  bilməli,  dövlət  orqanlarının  səlahiyyətlərinə  düzgün  sərhəd 

qoymağı bacarmalıdırlar. 

Hüquq  mühafizə  orqanları  onların  üzərlərinə  qoyulmuş  vəzifələrin  yerinə  yetirilməsi 

zamanı inzibati-hüquqi tənzimlənmə mexanizmindən və onun vasitələrindən istifadə edirlər. 

Belə  ki,  Azərbaycan  Respublikasının  Daxili  şlər  Nazirliyi  qanunla  nəzərdə  tutulmuş 

hallarda  yol  hərəkəti  təhlükəsizliyinin,  icazə  sistemi  qaydalarına  riayət  edilməsinin  təmin 

edilməsi və s. üzrə normativ aktlar qəbul edir. Bu aktlar özündə orqanlar, idarələr, təşkilatlar 

və vətəndaşlar üçün icrası məcburi olan normaları birləşdirirlər. Azərbaycan Respublikasının 

Daxili  şlər  Nazirliyi  daxili  işlər  orqanları  sistemində  yaranan  təşkilatdaxili  idarəetmə 

münasibətlərini tənzimləyən normativ aktlar qəbul edir. 

Hüquq  mühafizə  orqanları  və  vətəndaşlar,  həmçinin  də  inzibati  hüququn  digər 

subyektləri arasında yaranan inzibati-hüquqi münasibətlər, bu münasibətlərin iştirakçılarında 

hüquq və vəzifələrin mövcudluğunu nəzərdə tutur. Bir subyektin hüququ ilə digər subyektin 

vəzifələri uyğunlaşdırılır və əksinə. 

Hüquq münasibətləri iştirakçılarının hüquq və vəzifələrinin xarakterindən asılı olaraq 

bu  münasibətlər  ″hakimiyyət-tabeçilik″  və  tərəflərin  bərabərliyini  xarakterizə  edən 

münasibətlər  formasında  ola  bilər.″Hakimiyyət-tabeçilik″  münasibəti  polis  əməkdaşı 

tərəfindən  hüquqpozmaların  xəbərdar  edilməsi,  qarşısının  alınması  və  hüquqpozanın 

məsuliyyətə cəlb edilməsi ilə əlaqədar funksiyaların həyata keçirilməsi zamanı yaranır. Belə 

hallarda polis əməşdaşı hakimiyyət nümayəndəsi, dövlət hakimiyyət səlahiyyətləri ilə təmin 

edilmiş  şəxs  kimi  çıxış  edir.  Belə  ki,  1999-cu  il  28  oktyabr  tarixli  ″Polis  haqqında″ 

Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, polis əməkdaşının ümumi 

hüquqları, 18-20-ci maddələrinə əsasən isə polisin fəaliyyətinin əsas istiqamətləri sahəsində 

polis  əməkdaşının  hüquqları  müəyyən  edilmişdir.  Vətəndaş  polis  əməkdaşının  qanuni 

tələblərinə  tabe  olmalıdır,  əks  halda  o,  Azərbaycan  Respublikasının  XM-nin  310-cu 

maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb oluna bilər. 

Bununla  belə  D O  ilə  inzibati  hüququn  digər  subyektləri  arasında  yaranan  bir  çox 

münasibətlər  tərəflərin  bərabərliyi  ilə  xarakterizə  olunur.  Məsələn:  vətəndaş  öz    hüquq  və 

qanuni  maraqlarının  qorunması  üçün  polis  əməkdaşına  müraciət  edə  bilər.  Vətəndaşın  bu 

hüququna,  polisin  vətəndaş  qarşısında  onun  hüquqlarını  qorumaq  və  pozulmuş  hüquqların 

bərpa  edilməsi  kimi  əsas  vəzifəsi  və  vəzifə  borcu  uyğun  gəlir.  Polisin  səlahiyyətlərinə  aid 

olan məsələlər üzrə vətəndaşın polisə müraciəti zamanı axırıncının vəzifəsidir ki, vətəndaşın 

müraciətinə baxsın, edilmiş müraciət üzrə qərar qəbul etsin və bu haqda vətəndaşa məlumat 

versin. Polis əməkdaşı tərəfindən bu vəzifələrin yerinə yetirilməməsi və ya lazımi səviyyədə 

yerinə  yetirilməməsi  onlar  üçün  qanunvericiliklə  nəzərdə  tutulmuş  intizam  və  cinayət 

məsuliyyətinə gətirib çıxara bilər. 

 

Ə T   C Ə 

Mühazirəmizin  gedişatı  prosesində  qeyd  etdik  ki,  müasir    şəraitdə  hər  bir  dövlətin  

demokratik  imici  onun  insan  hüquqlarına  münasibəti,  həmin    dövlətdə  insan  hüquqlarının 

vəziyyəti ilə müəyyən olununr.  lk milli Konstitusiyamızın 24-71-ci maddələri ilə müəyyən 

edilmiş  insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi,  həm  də  inzibati 

hüquq  normaları  vasitəsi  ilə  həyata  keçirildiyi  üçün  bu  günkü  mühazirəmizin  mövzusunun 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə