Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə26/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   22   23   24   25   26   27   28   29   ...   244

 

51 


 

Hal-hazırda  ″ nzibati  hüquq″un  yalnız  bir  institutu  -  ″Azərbaycan  Respulikasnın 

nzibati  Xətalar  Məcəlləsi″  sistemləşdirilib.  Bu  institut  özündə  inzibati  hüququn  maddi  və 

prosessual normalarını birləşdirir. 

Lakin  bu,  qismən  kodifikasiyadır.  Əlbəttə,  bütün  inzibati  hüququn  kodifikasiyası 

mümkünlüyünü  təsəvvür  etmək  çətindir.  Buna  görə  də  birinci  yerdə  inzibati  hüquq 

normaların  sistemləşdirilməsi,  onların  bu  günün  tələblərinə,  aparılan  iqtisadi  islahatlara 

müvafiq  uyğunlaşdırılması  problemi  durur.  Aydındır  ki,  bu  halda  müvafiq  inzibati-hüquqi 

materialların  təzələnməsi  və  idarəetmə  münasibətlərinin  inzibati-hüquqi  tənzimlənməsində 

olan boşluqların aradan qaldırılması və inzibati hüququn inkorporasiyası tələb olunur. 

ndi  bir  çox  idarəetmə  məsələlərinin  həlli  müxtəlif  hüquq  sahələrinin    aktlarında 

sistemə  salınıb  (məs.:  Azərbaycan  Respublikasının  Torpaq  Məcəlləsi,  Azərbaycan 

Respublikasının Gömrük Məcəlləsi və s.).   

 Beləliklə,  Azərbaycan  Respublikasında  hüquqi  dövlətin  möhkəm  özülünün 

yaradılması üzrə məsələlərin həlli ilə bağlı olan inzibati hüququn sistemləşdirilməsi nəzərə 

çarpır. 


kinci sualı yekunlaşdıraraq qeyd etmək istərdim ki, inzibati hüquq normaları müxtəlif 

meyarlara görə aşağıdakı növlərə bölünürlər: 

1.

  nizamasalma predmetinə görə - maddi və prosessual. 



2.

  subyektlərin  davranışına  təsir  metoduna  görə  -  məcburedici,  qadağanedici, 

səlahiyyətverici, həvəsləndirici, tövsiyəedici. 

3.

  zamanda  təsirinə görə - müddətli və müddətsiz. 



4.

  məkanda təsirinə görə respublika, yerli, lokal, xüsusi və s. 

5.

  subyektlərə  təsirinə  görə  -  bütün  vətəndaşlara  və  vətəndaşların  ayrı-ayrı 



kateqoriyalarına və hüquqi şəxslərə 

 

Sual 3. 



nzibati-hüquqi normaların həyata keçirilməsi formaları (üsulları)  

və onların xarakteristikası 

Hüquq normaları insanların davranışına fəal təsir göstərmək və ictimai münasibətləri 

tənzimləmək üçün qəbul edilir. Hüquq normaları insanların davranışına, onların iradəsinə və 

ş

üuruna  təsir  edir.  Hüquqi  tənzimlənmə  sahəsində  insanlar  hüquq  normalarının  tələblərinə 



uyğun olaraq davranırlar. Vətəndaşların davranışı, ümumi və fərdi maraqları ictimai inkişafın 

tələblərinə uyğunlaşdırılır. 

Hüquq  normalarının  realizəsi  onların  tələblərinin  insanların  davranışında  təcəssüm 

etdirilməsidir. 

nzibati  hüquq  norması  vətəndaşların  optimal  davranış  variantıdır.  Lakin,  bunu 

fəaliyyətə  (həqiqətə)  çevirmək  üçün  inzibati  hüququn  subyektlərinin  davranışlarını  inzibati 

hüquq normadakı qaydalara qeydsiz-şərtsiz olaraq uyğunlaşdırmaq lazımdır. 

 

 Deməli,  inzibati  hüquq  normaların  realizəsi  inzibati  hüququn  subyektlərinin  inzibati 



hüquqların  əldə  edilməsi  və  istifadə  edilməsi  (hüquqlardan  istifadə  edilməsi),  hüquqi 

vəzifələrin  icra  edilməsi,  vəzifələrə  riayət  edilməsi  və  inzibati-hüquqi  normaların  tətbiqi 

(onların  realizəsinin  xüsusi  forması)  kimi  qanunauyğun  hərəkətləri  başa  düşülür.  Realizə  - 

hüquq  normalarının  qaydaları  ilə  uyğunlaşdırılan  hüquq  subyektinin  davranışında  ifadə 

olunmasıdır. 



 

52 


 

Hüquq  nəzəriyyəsində  hüquq  normalarının  realizəsinin  aşağıdakı  formaları  (üsulu) 

mövcuddur: 

¢ hüquqların həyata keçirilməsi; 

¢ vəzifələrin icrası; 

¢ vəzifələrə riayət etmək; 

¢ hüquq normalarının tətbiqi. 

 

  nzibati hüquq normaların realizəsinin isə aşağıdakı 4 forması mövcuddur: 



¢ riayət etmə; 

¢ icra etmə; 

¢ istifadə etmə; 

¢ tətbiq etmə. 

  nzibati  hüquq  normaların  riayət  etmə  formasında  realizəsi  -  hüquq  subyektinin 

inzibati hüquq normaların tələblərinə könüllü olaraq tabe olması ilə xarakterizə olunmasıdır. 

Bu  normanın  mahiyyəti  subyektin  norma  ilə  qadağan  olunmuş  hərəkətlər  etməkdən 

çəkinməsindən  ibarətdir.  Beləliklə,  riayət  etmə  subyektin  konkret  inzibati-hüquqi 

münasibətlərə girmədiyi halda da həyata keçirilə bilər. 

  nzibati  hüquq  normaların  icra  etmə  formasında  realizəsi  bu  normalarda  göstərilən 

qaydaların  yerinə  yetirilməsi  üzrə  hüquq  subyektlərinin  aktiv  qanunauyğun  hərəkətlərində 

ifadə olunmasıdır. 

Riayət  etmədən  fərqli  olaraq  icra  etmə  subyektlərin  ″aktiv  davranışı″  ilə  xarakterizə 

olunur. Müəyyən hallarda ″passiv davranış″, buraxılmış səhlənkarlıq, qeyri-hüquqi davranış 

kimi də qiymətləndirilə bilər.  nzibati hüquq normaların realizəsinin istifadə etmə forması - 

hüquq subyektləri tərəfindən idarəetmə sahəsində subyektiv hüquqların həyata keçirilməsi ilə 

bağlı olan qanunauyğun hərəkətlərin həyata keçirilməsindən ibarətdir. 

cra  etməyə″  oxşar  olan  ″istifadə  etmə″  də  ″aktiv″  üsullarla  həyata  keçirilir,  lakin 



icra  etmə″dən  fərqli  olaraq,  ″istifadə  etmə″  formasında  subyektiv  hüquqlar  realizə  olunur. 

Məsələn:  idarəetmə  orqanlarının  əsasnamələrində  nəzərdə  tutulmuş  hüquqların  həyata 

keçirilməsi, yalnız hüquqi əhəmiyyətli hərəkətlərin həyata keçirilməsi yolu ilə mümkündür, 

başqa formada bu barədə danışmağa dəyməz. Həmçinin də vətəndaşın öz soyadını dəyişmək 

hüququnun reallaşdırılması müvafiq orqana ərizə ilə müraciət etmədən mümkün deyil. 

Bundan başqa, birinci iki realizə formasından fərqli olaraq ″istifadə etmə″də subyekt 

inzibati-hüquqi  normalar  ilə  ona  verilmiş  subyektiv  hüquqlardan  istifadə  etmək  və  ya 

etməmək  barədə  müstəqil  olaraq  özü  qərar  qəbul    edir.  stifadə  etmə  vasitəsi  ilə 

səlahiyyətverici inzibati hüquq normaları″ realizə olunur. 



Digər realizə formalarından fərqli olaraq, ″hüquq tətbiqetmə″ ″aktiv″ yaradıcı, dövlət-

hakimiyyət, ″təşkiledici″ xarakter daşıyaraq, səlahiyyətli orqanlar tərəfindən qanunvericiliklə 

müəyyən edilmiş prosessual qaydada həyata keçirilir. 

nzibati  hüquq  normaların  tətbiq  edilməsinin  mahiyyəti  dövlətin  səlahiyyətli 

orqanlarının, ictimai təşkilatların, vəzifəli şəxslərin hərəkətlərinin konkret hüquqi əhəmiyyət 

daşıyan faktın müvafiq inzibati hüquq normaya uyğunlaşdırılmasından və dövlət-hakimiyyət 

qərarın  qəbul  edilməsindən,  yəni  fərdi  idarəetmə  işlərinin  və  məsələlərinin  inzibati  hüquq 

normaları əsasında həll edilməsindən ibarətdir. 

Öz  sosial  məzmununa  görə  inzibati  hüquq  normaların  tətbiq  edilməsi  idarəetmə 

fəaliyyətinin, ″icraedici-sərəncamverici″nin hüquqi formalarından birini özündə əks etdirir. 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə