Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə25/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   21   22   23   24   25   26   27   28   ...   244

 

49 


 

təşkilatların və şəxslərin davranışına müstəqil hüquqi qiymət vermək üzrə və lazımi hallarda 

inzibati  məcburetmə  xarakterli  tədbirləri  tətbiq  etmək  üzrə  müvafiq  idarəetmə  orqanlarına 

mənsub olan səlahiyyətlər (məs.: inzibati xətalar haqqında işlərin baxılması) müəyyən edilir. 

Deməli, inzibati-yurisdiksiya normalarında ″hüquq mühafizəetmə″ əlaməti üzə çıxır. 

Lakin  idarəetmə  fəaliyyəti  yalnız  yurisdiksiya  ilə  bitmir.  Dövlət  idarəetməsi 

prosesində  geniş  istifadə  olunan  idarəetmə  qərarlarının  hazırlanması  və  qəbul  edilmiş 

qərarların qeydiyyatı, icazəvermə və digər funksiyaların da əhəmiyyəti böyükdür. Bu həm də 

prosessual hərəkətlərdir. 

Bu  əlamətə  görə  gündəlik  idarəetmə  fəaliyyətinin  bir  çox  istiqamətlərini  qaydaya 

salan, hər şeydən əvvəl isə idarəetmə aparatının praktiki işini tənzimləyən inzibati prosessual 

normaları  xüsusi  qrupa  inzibati  prosedur  normalarına  ayırmaq  olar.  Buna  misal  olaraq, 

iclasların reqlamentini tənzimləyən, onların iş planlarının formalaşmasının əsasını müəyyən 

edən,  qərarların  hazırlanması  və  qəbulu,  qəbul  edilmiş  qərarların  qeydiyyata  alınmasını 

müəyyən  edən  normalar.  nzibati  hüquq  normalarının  hüquqi  məzmunundan  və  ya 

təyinatının xarakterindən asılı olaraq təsnifatı böyük əhəmiyyətə malikdir.  

 

2.  nzibati hüquq normaların hüquqi məzmununun xarakterinə görə aşağıdakı  növləri 



var: 

¢  məcburedici  normalar,  hər  hansı  hərəkətlərin  görülməsi  vəzifəsini  müəyyən  edir 

(məcbur  edir)  (məs:  XM,  mad.  427.1:  ″ nzibati  xəta  haqqında  iş  üzrə  qərar  onun 

baxılmasından dərhal sonra elan olunur″); 

¢  qadağanedici normalar, müəyyən hərəkətləri qadağan edir (məs.:  XM, mad. 69: - 

Xırda talama″, mad. 296: - ″Xırda xuliqanlıq″); 



¢  səlahiyyətverici  normalar,  müəyyən  hərəkətlərin  görülməsi  üçün  səlahiyyət  verir 

(məs.:  XM, mad.21: - ″... hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta 

törətmiş... şəxsi inzibati məsuliyyətdən azad edə bilər...″); 

¢  həvəsləndirici  normalar,  müvafiq  maddi  və  mənəvi  təsir  vasitələri  ilə  idarəetmə 

münasibətlərinin iştirakçılarının davranışı tənzimlənir. 

¢  məsləhətverici  normalar,  bu  elə  normalardır  ki,  onlar  müxtəlif  hərəkətlərin 

görülməsini məsləhət edir. 

 

3. Zamanda təsirinə görə inzibati hüquq normaları aşağıdakı növlərə bölünürlər: 



¢  müddətli  normalar,  bu  elə  normalardır  ki,  onların  qüvvədə  olma  müddəti 

mövcuddur  (məs.:  Fövqəladə  vəziyyət  tətbiq  edilməsi  barədə  Azərbaycan  Respublikası 

prezidentinin  Fərmanı  fövqəladə  vəziyyət  aradan  qaldırıldıqdan  sonra  qüvvədən  düşmüş 

hesab olunur); 

¢  müddətsiz  normalar,  bu  elə  normalardır  ki,  onlar  daim  qüvvədədirlər  (məs.:  Yol 

hərəkəti qaydaları), yəni bunların qüvvədən düşməsi və yaxud dəyişdirilməsi üçün xüsusi bir 

normativ akt qəbul edilməlidir. 

 

4. Məkanda təsirinə görə inzibati hüquq normaları aşağıdakı növlərə bölünurlər: 



¢  ümumdövlət normaları (məs. Azərbaycan Respub-likasının  XM); 

¢  muxtariyyət  normaları  (məs:  Naxçıvan  MR  Nazir-lər  Kabinetinin  qəbul  etdiyi 

qərarlar); 

¢  yerli normalar (məs.: Bakı şəhər icra hakimiyyəti başçısının qərarı); 

¢  lokal normalar (məs.: Milli Aviasiya Akademiyası rektopunun əmri); 

¢  xüsusi normalar (məs.: təbii fəlakət baş vermiş ərazinin miqyasında qüvvədə olan 

normalar). 



 

50 


 

 

5.  Fiziki  şəxslərə  təsirinə  görə  inzibati  hüquq  normaları  aşağıdakı  növlərə 



bölünürlər: 

¢  bütün vətəndaşlara şamil edilən normalar (məs.: pasport sisteminin qaydaları); 

¢  vətəndaşların  ayrı-ayrı  kateqoriyalarına  şamil  edilən  normalar  (hərbi  qulluqçular, 

müdavimlər, həkimlər və s.). 

Bu  növ  normalardan  başqa  inzibati  qanunvericilikdə  xüsusiləşdirilmiş  normalar  da 

mövcuddur. 

Tənzimləyici  və  mühafizəedici  normalardan  fərqli  olaraq,  onlar  əlavə  xarakter 

daşıyırlar və məzmunca özlərində müəyyən davranış qaydasını müəyyən etmirlər. 

6. Xüsusiləşdirilmiş normaların aşağıdakı növləri mövcuddur: 

¢  təsbitedici  normalar,  ümumiləşdirilmiş  şəkildə  tənzimlənən  münasibətlərin 

müəyyən elementlərini ifadə edirlər (məs.:  XM, mad. 32: - ″ nzibati tənbeh tətbiq etmənin 

ümumi qaydası; mad. 34, 35: - ″Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar″ və s.); 

¢  definitiv normalar, hüquqi anlayış və kateqoriyaların elmi ifadə olunmuş təriflərini 

ə

ks  etdirirlər  (məs.:  XM,  mad.12:  -  ″ nzibati  xəta  anlayışı″;  mad.13:  -  ″ nzibati  xətanın 



qəsdən törədilməsi″ və s.); 

¢  prinsip  normalar,  müəyyən  prinsip  və  vəzifələri  əks  etdirirlər  (məs.:  XM,  4-cü 

mad.  -  ″Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyinin  prinsipləri″;  mad. 

362: - ″ nzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri″). 

Bundan  başqa,  bir  çox  inzibati-hüquqi  normalar  yalnız  orqan,  vəzifəli  şəxs,  idarə, 

müəssisə,  təşkilatların  fəaliyyətini  tənzimləyir.  Nazirliklərin  verdiyi  aktlar  əksər  hallarda 

yalnız  bu  nazirlik  daxilində  qüvvədə  olur.  Bununla  belə  bir  sıra  nazirliklər  və  dövlət 

komitələri  tərəfindən  qoyulan  qaydalar  sahələrarası  xarakter  daşıyır  və  müxtəlif  idarə, 

müəssisə  və  təşkilatlar  tərəfindən,  onların  tabeçiliyindən  asılı  olmayaraq,  əməl  olunması 

məcburidir. 

  nzibat  hüquq  normaların  qanuni  qüvvəyə  minməsi  qaydası  Azərbaycan 

Respublikasının ″Normativ-hüquqi aktlar haqqında″ 14 yanvar 2000-ci il tarixli Qanununda 

öz əksini tapmışdır.  

Bu Qanunda normativ-hüquqi aktların qüvvəyə minməsi qaydaları göstərilmişdir:  

  dərc edildiyi gündən; 

  imzalandığı gündən; 

  aktın özündə göstərildiyi gündən. 

Onların  qüvvəyə  minmə  müddəti,  həmçinin  də  onların  icraçılara  çatdırıldığı  gün  ola 

bilər. 

nzibati  hüquq  normaların  müxtəlifliyi  onların  sistemləşdirilməsi  problemini  qarşıya 



qoyur. 

nzibati  hüquq  Azərbaycan  Respublikası  hüquq  sisteminin  ən  çox 

sistemləşdirilməmişsahələrindən biridir. 

Çox hallarda onun dəqiq sistemləşdirilməsi nəzərə çarpmır. Bununla belə, digər hüquq 

sahələri  ilə  müqayisədə  inzibati  hüquq  sürətli  inkişafı  ilə  seçilir  (daimi  dəyişiklikləri, 

yenidənqurma,  modifikasiyası  ilə).  Keçmiş  SSR -nin  dağılmasından  sonra  Azərbaycan 

Respublikasında  faktiki  olaraq  inzibati  hüququn  yeni  sistemi  yaradılmağa  başlandı. 

Azərbaycan  Respublikasının  yeni  Konstitusiyası  belə  növ  işlərin  aparılması  üçün  möhkəm 

hüquqi baza yaradaraq, icra hakimiyyəti mexanizminin təşkil edilməsi və işləməsi məsələləri 

üzrə  stabil  qanunvericiliyin  formalaşdırılması,  bəzi  köhnəlmiş  və  ziddiyyətli  olan  bir  çox 

qüvvədə olan inzibati-hüquqi normaların tənzimlənməsi məsələlərini də qaydaya salır. 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə