Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə33/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   29   30   31   32   33   34   35   36   ...   244

 

65 


 

nzibati hüquq münasibətlər inzibati hüquq münasibəti iştirakçılarının inzibati hüquqi 

normalarda  ifadə  olunan  tələblərə  uyğun  davranışıdır.  Bu  tələblərin  pozulması  hallarında, 

onların inzibati və ya məhkəmə qaydasında müdafiəsinin zərurəti yaranır. 

nzibati  hüquqi  münasibətlərin  əksəriyyəti  inzibati  hüququn  subyektlərinin 

qanunauyğun hərəkətlərindən, əsasən də fəal (aktiv) hərəkətlərindən yaranır.  nzibati hüquqi 

münasibətlərin  bir  hissəsi  də  hüquqpozmaların  törədilməsi  ilə  əlaqədar  olaraq  yaranır. 

Məsələn: polis ilə hüquqpozmanı törətmiş vətəndaş arasında yaranan münasibətlər. 

nzibati  hüquqi  münasibətlərin  müdafiəsindən  söz  açarkən  hər  iki  halda  yaranan 

münasibətlərdən danışmaq lazımdır. 

Qanunauyğun  hərəkətlər  əsasında  yaranan  inzibati  hüquq  münasibətlərin  müdafiəsi 

onların qanunvericiliyə muvafiq olan dəqiq inkişafının təmin edilməsindən ibarətdir. 

Hüquqpozmalar  əsasında  yaranan  inzibati  hüquqi  münasibətlərin  müdafiəsinə  isə 

aşağıdakı tələblər qoyulur: 

  qanunvericiliyin tələblərinə uyğun olaraq onların inkişafı və xitam olunması; 



  şəxsin hüquqlarının müdafiəsinin təmin edilməsi; 

  qanunvericilikdə  göstərilən  məcburetmə  tədbirlərinin  prosessual  qaydalara  ciddi 



riayət edilməsi ilə tətbiq edilməsi. 

Bu tədbirlərdən istənilən formada yayınmanın qarşısı qətiyyətlə alınmalıdır. Bu qrupa 

aid olan inzibati hüquqi münasibətlərin də müdafiəsi bundan ibarətdir. 

 Qeyd  etdiyimiz  kimi,  qanunvericilikdə  inzibati  hüquqi  münasibətlərin  müdafiəsinin 

iki üsulu   inzibati və məhkəmə üsulları müəyyən edilmişdir. 

nzibati hüquq  münasibətlərin inzibati qaydada  müdafiəsi  icra hakimiyyəti orqanları 

(vəzifəli  şəxslər)  tərəfindən  vətəndaşların  şikayətlərinə  və  ərizələrinə  baxılmasından  və 

inzibati  hüquq  münasibətlərin  yaranmasına,  dəyişməsinə  və  xitam  olunmasına  nəzarətin 

həyata  keçirilməsindən  ibarətdir.  Məsələn:  qəbul  edilmiş  qərarların  icrasına  nəzarətin 

keçirilməsi dövlət orqanlarının vəzifəsidir; ali hakimiyyət orqanları tərəfindən vəzifəyə təyin 

edilmiş vəzifəli şəxslər onlara qarşı tətbiq edilmiş intizam tənbehləri barədə şikayəti yalnız 

yuxarı instansiya orqanlarına verə bilərlər. 

nzibati hüquq münasibətlərin məhkəmə qaydasında müdafiəsi - dövlət orqanlarının və 

vəzifəli şəxslərin qərarlarından (hərəkətlərindən və hərəkətsizliklərindən) verilmiş şikayətlər 

məhkəmə  qaydasında  baxıla  bilər.  Bununla  yanaşı,  Azərbaycan  Respublikasının 

Konstitusiyasının  60-cı  maddəsində  hər  kəsin  hüquq  və  azadlıqlarının  məhkəmədə 

müdafiəsinə  təminat  verilməsi  barədə  müvafiq  müddəalar  mövcuddur.  Azərbaycan 

Respublikasının vətəndaşlarının şikayət vermə qaydası ″Vətəndaşların hüquq və azadlıqlarını 

pozan  qərar  və  hərəkətlərdən  (hərəkətsizlikdən)  məhkəməyə  şikayət  edilməsi  haqqında″ 

Azərbaycan Respublikasının 11 iyun 1999-cu il tarixli Qanunu ilə tənzimlənmişdir. 

kinci sualı yekunlaşdıraraq qeyd etmək istərdim ki:  

1.

  nzibati hüquq münasibətlərinin elementləri (əsas hissələri) aşağıdakılardır: 



  nzibati hüquq münasibətlərin subyektləri; 

  nzibati hüquq münasibətlərin obyektləri; 



  nzibati hüquq münasibətlərin hüquqi faktları. 

2.  nzibati hüquq münasibətləri hüquqi məzmununa görə iki yerə bölünürlər: 

  maddi inzibati hüquq münasibətləri; 



  prosessual inzibati hüquq münasibətləri. 

3.  Onları yaradan hüquqi faktların xarakterinə görə: 



 

66 


 

  qanuna uyğun faktlar əsasında yaranan inzibati hüquq münasibətlər; 



  qanuna zidd faktlar əsasında yaranan inzibati hüquq münasibətlər 

4. Müdafiə üsuluna görə: 

  inzibati qaydada müdafiə olunan; 



  məhkəmə qaydasında müdafiə ounan inzibati hüquq münasibətləri.  

 

Sual 3. 

D O-nun fəaliyyətində inzibati hüquqi münasibətlə

D O-nun  qarşısında  duran  əsas  vəzifələrin  yerinə  yetirilməsi  prosesində  daxili  işlər 

orqanları inzibati-hüquqi tənzimlənmə mexanizminin vasitələrindən istifadə edirlər.  

Daxili  işlər  orqanları  və  onun  vəzifəli  şəxsləri  özlərinin  bilavasitə  funksiyalarını 

həyata  keçirərkən  inzibati  hüquq  normaların  həyata  keçirilməsi  üçün  özünün  tətbiqetmə 

aktlarını  qəbul  edir.Daxili  işlər  orqanları  və  onun  vəzifəli  şəxsləri  öz  vəzifələrini  həyata 

keçirərkən  və  yaxud  da  inzibati  hüququn  başqa  subyektləri  ilə  hüquqi  münasibətlər 

yaradarkən bu münasibətdə olan iştirakçıların hüquq və vəzifələrinin mövcudluğu əsas amil 

olmalıdır,  yəni  onların  mövcud  olması  vacibdir.  Çünki  inzibati  hüquq  münasibətdə  olan 

subyektin birinin hüququ o birisinin vəzifəsinin yerinə yetirilməsini tələb edir və ya əksinə, 

yəni bir subyekt öz vəzifəsini yerinə yetirməklə o birisinin hüququnun həyata keçirilməsini 

təmin  etmiş  olur.D O-nun  fəaliyyətində  inzibati  hüquq  münasibətdə  olan  subyektlərin 

hüquqlarından və vəzifələrindən asılı olaraq subyektlərin biri o birinə tabe olur və yaxud da 

onların olduqları münasibətdən asılı subyektlər eyni hüquqa və vəzifəyə malik olurlar. 

nzibati-hüquqi tənzimlənmə mexanizmində D O-nun əməkdaşları elə inzibati hüquqi 

münasibətlərdə olurlar ki, həmin münasibətlərdə D O-nun əməkdaşları dövlət nümayəndəsi 

kimi iştirak edirlər, yəni onlar öz vəzifələrini yerinə yetirərkən dövlət adından çıxış edirlər. 

D O-nun əməkdaşları dövlət-hakimiyyət səlahiyyətinə malikdirlər. Bu da ki, inzibati-

hüquqi  tənzimləmə  mexanizmində onların  qarşısında duran  vəzifələrin  yerinə  yetirilməsinə 

kömək  edir.  Bu  mexanizmin  həyata  keçirilməsi  ilə  onlar  ictimai  qaydanın  qorunması  və 

ictimai  təhlükəsizliyin  təmin  edilməsini  həyata  keçirirlər.  Daxili  işlər  orqanlarının 

ə

məkdaşları  həm  də  ictimai  qaydaların  pozulmasının  qarşısını  alırlar.  Bu  cür  qaydaların 



pozulmasına  şərait  yaradan  səbəbləri  aydınlaşdırır  və  gələcəkdə  onların  yenidən 

törədilməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirirlər. 

Bundan başqa vətəndaşlar tərəfindən ictimai qayda pozularsa, onda həmin vətəndaşlar 

D O-nun  əməkdaşları  tərəfindən  inzibati  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  və 

qaydada  tutulub    saxlanılır  və  inzibati  məsuliyyətə  cəlb  olunurlar.  Hər  bir  vətəndaş  isə 

Respublikamızda  mövcud  olan  qayda-qanunlara  riayət  etməli  və  D O-nun  əməkdaşlarının 

qanuni tələblərinə tabe olmalıdırlar. 

Daxili işlər orqanları ilə vətəndaşlar arasında yaranan inzibati-hüquqi münasibətlərdə 

hər iki tərəf çox vaxt eyni hüquq və vəzifəyə malik olurlar.Məsələn, hər iki vətəndaşdan biri 

özünün  hüquq  və  qanuni  marağını  həyata  keçirmək  üçün  və  yaxud  da  pozulmuş  hüquq  və 

qanuni  marağını  bərpa  etmək üçün  D O-nun  əməkdaşlarına  müraciət edə bilər.  Daxili  işlər 

orqanlarının  əməkdaşları  isə  hər  bir  vətəndaşın  müraciətinə  bir  vaxtda  öz  səlahiyyətləri 

çərçivəsində  baxmalıdırlar.  Əgər  vətəndaşın  hüquq  və  qanuni  marağı  pozulubsa,  tezliklə 

onun bərpasını təmin etməlidirlər. 

Bundan başqa əgər vətəndaş daxili işlər orqanlarına ərizə ilə müraciət edibsə, D O-nun 

ə

məkdaşları vətəndaşın bu ərizəsinə qanunla müəyyən edilmiş qaydada baxmalı və vaxtında 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə