Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə31/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   27   28   29   30   31   32   33   34   ...   244

 

61 


 

belə  hallarda  icra  hakimiyyəti  sahəsində  açıq-hüquqi  maraqların  faktiki  olaraq 

pozulmasından söhbət gedir. Buna görə icra hakimiyyəti orqanları (vəzifəli şəxslər) inzibati 

hüquq  normaların  tələblərini  pozanlara  qarşı  müstəqil  olaraq  təsir  tədbirlərini  (intizam  və 

inzibati məsuliyyət tədbirləri) tətbiq etmək səlahiyyətlərinə malikdirlər. 

darəetmə  subyektləri  özləri  də  bu  kimi  (buna  oxşar)  tələblərin  pozulmasına  görə 

məsuliyyət daşıyırlar.  

Birinci sualı yekunlaşdıraraq qeyd etmək istərdim ki: 

1.  nzibati  hüquq  münasibətlər  dedikdə    inzibati  hüquq  normalar  vasitəsi  ilə 

tənzimlənən  idarəetmə  xarakterli  ictimai  münasibətlər  başa  düşülür.  Bu  münasibətlərdə 

tərəflər inzibati hüquq  normaları  ilə  müəyyən  edilmiş  və  təmin  edilmiş  qarşılıqlı hüquq və 

vəzifələrin daşıyıcıları kimi çıxış edirlər. 

2.  nzibati hüquq münasibətlərin aşağıdakı xüsusiyyətləri mövcuddur: 

   onlar  ″hakimiyyət-tabeçilik″  əsasında  təşkil  edilmiş,  hakimiyyət  münasibətləri 



kimi mövcuddurlar; 

   dövlət  idarəetmə  fəaliyyətinin  təbiəti    idarəetmə  subyektlərinin  fərqləndirilməsi 



zəruriyyətini  tələb  edir,  yəni  inzibati  hüquqla  nizama  salınan  idarəetmə  münasiətlərinin  o 

tərəfini ki, hansıların ki, əllərində hakimiyyət cəmləşdirilmişdir;  

    nzibati  hüquq  münasibətləri  icra  hakimiyyətinin  vəzifə,  funksiya  və 



səlahiyyətlərinin təcrübi cəhətdən həyata keçirilməsi ilə birbaşa bağlıdırlar; 

    nzibati hüquq münasibətlərdə daima tərəflərdən biri icra hakimiyyətinin rəsmi və 



səlahiyyətli subyekti olmalıdır; 

    nzibati hüquq münasibətlər öz mahiyyətinə görə təşkilatçılıq xarakteri daşıyırlar; 



    nzibati  hüquq  münasibətləri,  tərəflərin  birinin  təşəbbüsü  ilə  yaranır.  Lakin, 

onların  yaranmasında  ikinci  tərəfin  razılığı  və  ya  istəyi  bütün  hallarda  məcburi  şərt  kimi 

qəbul  edilə  bilməz.  Onlar,  ikinci  tərəfin  istəyindən  və  ya  razılığından  asılı  olmayaraq  da 

yarana bilər; 

  nzibati  hüquq  münasibətlərin  tərəfləri  arasında  mübahisələr  mümkündür  (bu 



mübahisələrin həlli ya inzibati qaydada və ya məhkəmə qaydasında mümkündür); 

  nzibati  hüquq  normaların  tələblərini  pozan  və  inzibati-hüquqi  münasbətin 



tərəfinin  məsuliyyəti  birbaşa  dövlət  qarşısında  yaranır  (onun  səlahiyyətli  orqan  və  vəzifəli 

şə

xsi). 



 

Sual 2. 

nzibati hüquq münasibətlərin quruluşu və növləri 

Birinci  sualda  qeyd  etdiyimiz  kimi,  inzibati  hüquq  münasibətləri  dövlət  idarəetmə 

sahəsində  yaranan  və  inzibati  hüquq  normaları  vasitəsi  ilə  tənzimlənən  ictimai 

münasibətlərdir.  Göstərdiyimiz  kimi,  inzibati  hüquq  münasibətləri  ümumilikdə  hüquq 

münasibətlərinin  növlərindən  biri  olduqları  üçün  onlara  (hüquq  münasibətlərinə)  xas  olan 

bütün  ümumi  əlamətlərə  malikdirlər.  Bununla  yanaşı,  inzibati  hüquq  münasibətlərin 

özünəməxsus xüsusiyyətləri mövcuddur. 

Bu  xüsusiyyətlər  ondan  ibarətdir  ki,  inzibati  hüquq  münasibətləri  dövlət  idarəetməsi 

sahəsində  yaranır,  yəni  iqtisadiyyatın,  sosial-mədəni  və  inzibati-siyasi  sahələrin  idarə 

edilməsində, həmçinin də digər dövlət idarəetmə sahələrində  idarəetmə fəaliyyətinin həyata 

keçirilməsi zamanı meydana çıxır. 



 

62 


 

nzibati  hüquq  münasibətləri  inzibati  hüquq  normaları  kimi  də  daxili  quruluşa 

malikdirlər. 

 

  nzibati hüquq münasibətlərin elementləri (əsas hissələri) aşağıdakılardır: 



  nzibati hüquq münasibətlərin subyektləri; 

  nzibati hüquq münasibətlərin obyektləri; 



  nzibati hüquq münasibətlərin hüquqi faktları. 

 

ndi isə bu elementlərin hər birini ayrı-ayrılıqda açıqlayaq. 



 

1.  nzibati  hüquq  münasibətlərin  subyektləri  inzibati  hüquq  və  vəzifələrə  malik 

olan şəxslər ola bilərlər. 

nzibati hüquq münasibətlərin subyektləri aşağıdakılardır: 

  Azərbaycan Respublikasının vətəndaşları; 



  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 

  dövlət  orqanları  və  onların  struktur  bölmələri,  dövlət  idarə,  müəssisə  və 



təşkilatları; 

  qeyri-hökumət təşkilatları;   



  dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının qulluqçuları və xidmətçiləri; 

  inzibati hüquqlara və vəzifələrə malik olan qeyri-hökumət təşkilatlarının üzvləri. 



Bütün  hallarda  inzibati  hüquq  münasibətlərin  subyektləri  inzibati  hüquqlara  və 

vəzifələrə  malik olmalıdırlar.  Bu da onların inzibati hüquq subyektivliyini  yaradır.  nzibati 

hüquq  subyektivliyi  inzibati  hüquq  qabiliyyətindən  və  inzibati  fəaliyyət  qabiliyyətindən 

ibarətdir. 

nzibati  hüquq  qabiliyyəti  dedikdə  vətəndaşın  dövlət  idarəetmə  sahəsində  inzibati 

hüquqları və vəzifələri daşımaq (sahib olmaq) qabiliyyəti başa düşülür. 

nzibati fəaliyyət qabiliyyəti dedikdə müəyyən yaş həddinə çatmaqla vətəndaşa dövlət 

idarəetmə sahəsində verilmiş hüquqları öz hərəkətləri ilə həyata keçirmək, üzərinə qoyulmuş 

vəzifələri  yerinə  yetirmək,  bunun  nəticəsində  yeni  hüquq  və  vəzifələr  əldə  etmək  və  öz 

davranışına görə hüquqi məsuliyyət daşımaq qabiliyyəti başa düşülür. 

Azərbaycan  Respublikasının  vətəndaşlarında  inzibati  hüquq  subyektivliyi  onların 

doğulduğu vaxtdan yaranır və ölümləri ilə xitam olunur. Dövlət orqanlarında, müəssisələrdə, 

idarələrdə, təşkilatlarda və başqa dövlət bölmələrində isə onların müəyyən edilmiş qaydada 

təsis olunduqları (təşkil edildikləri) gündən yaranır. 

Dövlət  orqanlarının  və  qeyri-hökumət  təşkilatlarının  qulluqçularında  inzibati  hüquq 

subyektivliyi isə onların vəzifəyə təyin olunduqları gündən yaranır.  

nzibati  hüquq  normaların  tənzimlənməsinin  ümumi  obyektini  başqa  hüquq 

normalarında  olduğu  kimi,  ictimai  münasibətlər,  bilavasitə  obyektini  isə  ictimai 

münasibətlərdə iştirak edən subyektlərin davranışları təşkil edir. 

Hər  bir  konkret  inzibati  hüquq  münasibətdə  iştirakçılar  hüquq  münasibətlərinin 

obyektini  təşkil  edən  və  onlara  verilmiş  hüquqları  və  üzərinə  qoyulmuş  vəzifələri  həyata 

keçirirlər. 

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki: 

 

2.  nzibati hüquq münasibətlərin obyektini həmin münasibətlərin yaranma səbəbi 



təşkil edir. 

nzibati hüquq münasibətlərin obyektlərinin iki növü mövcuddur: 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə